Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə61/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   90
lazım olsa əlavə mənbə

Tərbiyə prinsiplərinin səciyyəsi qarşılıqlı əlaqəsi
Tərbiyədə məqsədyönlülük prinsipi. Tərbiyə məqsədyönlü prosesdir: tərbiyə fəaliyyəti məqsəddən başlayır və onun həyata keçirilməsi ilə tamamlanır. Tərbiyə işinin məzmunu, vasitə və metodları da məqsədlə müəyyən olunur.
Yaxşı düşünülmüş və planlı həyata keçirilən məqsəd tərbiyə işinə düzgün isti- qamət verir, tərbiyəçini kortəbii hərəkət etməkdən çəkindirir.
Tərbiyənin həyatla, cəmiyyət quruculuğu ilə əlaqəsi prinsipi. Bu prinsip tər- biyə işini məktəb divarları arasında, yalnız söz və nəsihətlə yox, həyatla sıx əlaqəli şəkildə aparmağı nəzərdə tutur. Bu halda insan həyatı dərk edir, sosial təcrübə qazanır, ictimai münasibətləri öyrənir, psixoloji və əməli cəhətdən ictimai həyata hazırlaşır. Cə- miyyətin iqtisadi, ictimai, sosial, siyasi həyatında iştirak etməklə gənc nəsildə vətən- daşlıq keyfiyyətləri, özünüdərk meyli formalaşır.
Tərbiyədə yaşauyğunluq prinsipi. Bu prinsip tərbiyə işində insanın yaş xüsu- siyyətlərinə istinad etməyi nəzərdə tutur. İnsanın yaş xüsusiyyətlərinə əsaslanmayan tərbiyə lazımi səmərə verməz. Məsələn, müəllim gənc oğlana uşaq kimi yanaşaraq yoldaşlarının yanında onu pərt edir, ona kobud söz deyir, gənc isə müəllimə cavab qaytarmalı olur.
Yaşauyğunluq prinsipinin tətbiqində bəzi tələbləri nəzərə almaq lazımdır:

  • tərbiyə işində hər yaşın xüsusiyyətləri, həyat təcrübəsi, tələbat və maraqları düzgün nəzərə alınmalıdır;

  • yaş artdıqca tərbiyə işinin məzmunu və metodları dəyişməlidir. Gənclərin müstəqilliyinə və təşəbbüskarlığına şərait yaradılmalıdır, onlarla ünsiyyətdə əmr tonu yox, xahiş, məsləhət tonu üstünlük təşkil etməlidir.

Tərbiyədə fərdi və cinsi xüsusiyyətlərin nəzərə alınması prinsipi. Bu prinsip tərbiyə işində insanın fərdi və cinsi xüsusiyyətlərini nəzərə almağı tələb edir. Fərdi xüsusiyyət dedikdə, insanı başqalarından fərqləndirən cəhətlər başa düşülür. İnsanlar xarakter, temperament, habelə dünyagörüşü, tələbat, maraq və qabiliyyətlərinə görə bir-birindən fərqlənirlər: biri səbrli, digəri hövsələsiz, biri kollektivçi, digəri fərdiy- yətçi, biri utancaq, digəri sırtıq olur. Tərbiyə işində bu fərdi xüsusiyyətləri nəzərə al- madan uğur qazanmaq olmaz. Eyni tərbiyə metodu müxtəlif adamlara müxtəlif təsir göstərir.
Tərbiyə işində cinsi xüsusiyyətləri də nəzərə almaq vacibdir. Eyni xoşagəlməz hərəkətə yol vermiş oğlan və qıza yanaşma tərzi eyni ola bilməz; bu zaman cinsi xüsusiyyətlə bağlı məqamları nəzərə almaq lazım gəlir.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin