Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə58/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   90
lazım olsa əlavə mənbə

mühazirə


Ali məktəbdə tərbiyə işinin mahiyyəti, prinsip metodları

Plan:


  1. Tərbiyənin mahiyyəti və xüsusiyyətləri

  2. Tərbiyənin qanunauyğunluqları və prinsipləri

  3. Tərbiyə metodları

  4. Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi



    1. Tərbiyənin mahiyyəti və xüsusiyyətləri


Tərbiyə prosesini elmi əsasda qurmaq üçün onun mahiyyətini düzgün başa düşmək lazımdır.
Pedaqogika tarixində tərbiyəyə müxtəlif baxışlar olmuşdur. Orta əsrlərdə avto- ritar tərbiyə hakim idi. Onun əsas vasitələri nəzarət, cəza, tələb, əmr, qadağan idi.
Kapitalizmin inkişafı ilə əlaqədar tərbiyəyə yeni baxışlar meydana çıxdı. Tər- biyə insanın təbii qüvvələrini inkişaf etdirən, onun sərbəst inkişafını təmin edən vasitə kimi başa düşülürdü. Bu əsasda azad tərbiyə ideyası irəli sürüldü (J.J.Russo).
Tərbiyəyə müasir baxış həm avtoritar, həm də azad tərbiyəni inkar edir: tərbiyə insana müəyyən sərbəstlik verməklə ağıllı pedaqoji rəhbərliyi uzlaşdırmağa əsaslanmalıdır. Müasir pedaqogika tərbiyəyə şəxsiyyətin ahəngdar formalaşması və inkişafı prosesi kimi baxır.

Tərbiyə prosesinin dialektikası və hərəkətverici qüvvələri. Tərbiyə prosesi


dialektik səciyyə daşıyır.
Tərbiyə prosesinin dialektikası onun ziddiyyətli olmasında özünü göstərir. Zid- diyyətlər və onların həlli tərbiyə prosesinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Ziddiyyətlər xarici və daxili olmaqla iki qrupa bölünür.
Xarici ziddiyyətlər cəmiyyətin tələbləri ilə şəxsiyyətin imkanları və tərbiyə sə- viyyəsi arasındakı ziddiyyətlərlə bağlıdır.
Daxili ziddiyyətlər tərbiyə prosesinə daxilən xas olan ziddiyyətlərdir, onun kom- ponentləri arasındakı uyğunsuzluqlardır. Əsas daxili ziddiyyət insanın mənəvi tələbat- ları ilə onları ödəmək imkanı arasındakı ziddiyyətdir. İnsan öz tələbatını ödəmək

üçün yeni yollar axtarır; yeni vasitələrə, üsullara, əməliyyatlara, biliyə və bacarığa yiyələnir. Bu zəmində insan tədricən həyatı, başqa adamları, özünü dərk edir, yeni- yeni təsəvvürlərə yiyələnir. Onun motivləri, münasibətlər sistemi formalaşır, əxlaqi keyfiyyətləri, mənlik şüuru inkişaf edir.


Tərbiyədə ziddiyyətlərin yaradılması və həlli ahəngdar şəxsiyyət tərbiyəsinin vacib şərtidir. Əks halda «saqqallı uşaqlar» yarana bilər.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin