Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Tələbələrin müstəqil işi və elmi yaradıcılığı



Yüklə 280,35 Kb.
səhifə51/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   90
lazım olsa əlavə mənbə

Tələbələrin müstəqil işi və elmi yaradıcılığı


Tələbələrin müstəqil işi ali məktəbdə təlim prosesinin mühüm komponentini təşkil edir. Müasir həyat müstəqil və yaradıcı düşünən, dərin bilikli, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar tələb edir. Cəmiyyət üçün bu cür mütə- xəssislərin formalaşmasında müstəqil işlərin rolu böyükdür. Müstəqil işi tələbələrin təlim-idrak fəaliyyətinin təşkili forması kimi səciyyələndirmək olar; bu halda tələbə

qarşıya qoyulmuş didaktik vəzifəni müəllimin müdaxiləsi, bilavasitə köməyi olmadan yerinə yetirir.


Təlimdə müstəqil işin mahiyyətini belə ifadə etmək olar: təlimdə müstəqil iş tələbinin qarşıya qoyulmuş təlim məqsədini dərk edərək (1), müəyyən təhriklə zehni və əməli fəallıq, səy göstərərək (2), zəruri bilikləri və səmərəli yolları seçib tətbiq etməklə (3), bilavasitə kömək olmadan öz gücü ilə yerinə yetirməsində (4), habelə özünə nəzarət və qiymətləndirmədə (5) təzahür edən təlim-idrak fəaliyyətinin təşkili formasıdır (6).
Göründüyü kimi, müstəqil iş bir çox (6) xüsusiyyətlərə malikdir. Bu işlərə rəhbərlikdə həmin xüsusiyyətlər nəzərə alınmalı və təmin edilməlidir. Müstəqil işin icrasında tələbə nəyi və nə məqsədlə edəcəyini, necə, hansı yollarla (priyomlarla) edəcəyini bilməli, daxili təhriklə (motivasiya) fəallıq və səy göstərməli, özünə nəzarət etməli, səhvlərini tapıb düzəltməli, öz işini qiymətləndirməyi bacarmalıdır. Bu ün- sürlərdən hər hansı birinin çatmaması müstəqil işin mahiyyətinə xələl gətirir və onun səmərəsinə mənfi təsir edir. Məsələn, hər hansı tapşırığın icrasında tələbədə müsbət motiv olarsa, lakin lazımi bilik və bacarıqlar çatmadığı halda o, işi müstəqil yerinə yetirə bilməz və əksinə. Lazımi biliklərə malik olsa da müsbət motiv yaranmadıqda o, kənar kömək olmadan işin öhdəsindən gələ bilməz. Eləcə də tələbə işin məqsədini dərk etmədikdə, iradi səy göstərmədikdə, müstəqil iş priyomlarına yiyələnmədikdə həvəssiz işləyir, ya işə girişmir, ya da onu yarımçıq qoyur və s. Bunu nəzərə alaraq müəllim təlimdə tələbələrin müstəqil işinin bütün struktur ünsürlərinə yiyələnmə- lərinə, onlarda müstəqil iş bacarıqlarının formalaşmasına çalışmalıdır. Yalnız bu halda tələbə tam müstəqil fəaliyyət göstərə bilər.
Təlimdə müstəqil işlərin növləri və tipləri çoxsahəli və rəngarəngdir. Pedaqoji ədəbiyyatda bu işlər müxtəlif məntiqi əsaslara görə təsnif edilir:

  • müstəqil işin mənbələrinə görə: kitabla iş, əlavə mənbələr üzrə iş, məsələ həlli, çalışmalar üzrə iş, əyani materiallarla iş, əlavə cihazlarla iş, qrafik işlər və s.;

  • tələbələrin əhatə dairəsinə görə: frontal, qrup, cüt və fərdi işlər;

  • icra formasına görə: yazılı, şifahi, əməli, qrafik işlər;

  • icra yerinə görə: auditoriyada müstəqil iş (mühazirə və məşğələlərdə tələbə- lərin mühakimə yürütməsi, plan və icmal tərtibi, çalışmaların icrası və s.), auditoriya-

dankənar müstəqil işlər (referat, kurs işi, tədris-tədqiqat işi, elmi-tədqiqat işi, klub və dərnək işləri, kitabla iş, internetlə iş, özünütəhsil və s.);

  • müstəqil işin funksional cəhətinə görə: biliklərin mənimsənilməsi, möhkəm- ləndirilməsi, tətbiqi və yoxlanılması məqsədi güdən işlər;

  • zehni fəaliyyətin xarakterinə görə: nümunə üzrə, yenidənqurma xarakterli işlər, evristik (qismən-axtarış tipli) müstəqil işlər, tədqiqatçılıq işləri. Bu qəbildən olan digər təsnifatlar da vardır: reproduktiv-bərpaedici müstəqil işlər (biliklərin təkrarını, onlar üzə- rində əməliyyat aparmağı nəzərdə tutur); idrak-axtarıcılıq (evristik) işləri (yeni biliklərin mənimsənilməsi); yaradıcı müstəqil işlər (biliklərin yeni hallara yaradıcı tətbiqi);

  • fəlsəfi-qnoseoloji əsasa görə: hissi-perseptiv xarakterli müstəqil işlər (müşa- hidə, keçmiş təcrübə və biliklərin bərpası, yeni hallara tətbiqi); zehni xarakterli müs- təqil işlər (təfəkkür əməliyyatları, zehni məsələ ‒ problem həlli, zehni-tətbiqi və zehni təşkilati işlər); praktik xarakterli müstəqil işlər (əməli, təcrübi-eksperimental, layihə-konstruksiya və bədii-qrafik işlər).

Göstərilən müstəqil iş növləri və tiplərindən təlimin müxtəlif formalarında geniş istifadə edilməlidir.
Müstəqil işlərin səmərəli təşkili üçün bəzi şərtləri gözləmək lazımdır:

    1. Tələbə müstəqil işləri bütün fənlərdə və təlim formalarında sistemli və ardıcıl şəkildə tətbiq olunmalıdır;

    2. Auditoriya və auditoriyadankənar müstəqil işlər sıx əlaqələndirilməli, yara- dıcı işlərə diqqət artırılmalıdır;

    3. Tələbələrə müstəqil işin səmərəli yolları (priyomları) öyrədilməlidir;

    4. Müstəqil işlərə keyfiyyətli pedaqoji rəhbərlik həyata keçirilməli (məsləhət, nəzarət, kömək, uçot və qiymətləndirmə), müəllimlər müstəqil iş nəzəriyyə və meto- dikasına yiyələnməlidirlər.

Tələbələrin müstəqil işinin bir istiqaməti də elmi işlərdir.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin