Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə41/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   90
lazım olsa əlavə mənbə

Müsahibə metodu sual-cavab deməkdir. Müsahibə, əsasən, iki növdə olur: evristik və təkrarlama müsahibəsi.
Evristik müsahibə (“evrika” yunanca “tapdım” deməkdir) yeni qaydanı, qanu- nauyğunluğu sualların köməyi ilə tələbələrə tapdırmaq metodudur. Evristik metodda sualların köməyi ilə müvafiq faktlar təhlil olunur və nəticələr çıxarılır.
Müsahibə zamanı sualların düzgün qoyulması mühüm şərtdir. Sualın qoyuluşu müəyyən tələblərə cavab verməlidir: a) sual konkret və aydın olmalıdır; ümumi xa- rakterli sual aydın olmur (məsələn, “S.Vurğun haqqında nə deyə bilərsən?”); b) sual düşündürücü olmalıdır; “hə” və “yox” cavabı tələb edən sual (məsələn, “Metallar istidən genişlənirmi?”) tələbələri düşündürmür; c) sual yığcam olmalıdır; iki və çox- mərtəbəli sual (məsələn, “İsim nədir, o, hala və şəxsə görə necə dəyişir?”) vermək düzgün deyildir: belə sual yaxşı yadda qalmır və cavaba mənfi təsir göstərir; d) yanlış və çaşdırıcı suallar vermək olmaz. Belə suallar (məsələn, “Ay Günəşdən neçə dəfə böyükdür?”) tələbələrin təfəkkürünü səhv yola sövq edir və müəllimin biliyi haqda onlarda şübhə yarada bilər.
Müsahibə metodunun təşkilində müəyyən qaydanı gözləmək lazımdır: sual tək- tək tələbəyə yox, qrupa verilir və istənilən tələbədən soruşulur. Cavab səhv və ya qeyri-dəqiq olarsa, səhv cavab tələbənin özünə, ehtiyac olduqda isə digər tələbələrə düzəltdirilir, cavab yenə təminedici olmasa, müəllim özü izah edir.

Müsahibənin bir forması da diskussiyadır.


Diskussiya metodu elmi mübahisə deməkdir. Diskussiya zamanı müəyyən problem üzrə müxtəlif baxışlar, mövqelər irəli sürülür, hər kəs öz mövqeyinə haqq qazandırmağa, digər mövqeyi təkzib etməyə çalışır.
Təlimin məntiqi metodları nəzəri biliyin – anlayış və qanunların dərk edilməsi, ümumiləşdirmə aparılması məqsədi güdən təfəkkür metodlarıdır. Bu metodlara analitik-sintetik və induktiv-deduktiv metodlar daxildir.
Analitik metodlar müəyyən obyekti fikrən tərkib hissələrinə və ya əlamətlərinə ayırmaq məqsədi güdür. Bu metodlara müqayisə (oxşarlıq və fərqi müəyyən- ləşdirmək), təsnifetmə (əşya və faktları əsas əlamətlərinə görə ayırmaq), analogiya (bir obyektlə bağlı biliyi digər obyektə keçirmək) və b. daxildir.
Sintetik metodlar obyektin ayrı-ayrı hissə və əlamətlərini fikrən bir tam halında birləşdirmək məqsədi güdür. Bu yolla öyrənilən obyekt (cisim və hadisə) haqqında tam təsəvvür yaranır. Sintetik metodlara sistemləşdirmə (obyektlərin müəyyən prinsip (əla- mət) əsasında sistemə salınması), ümumiləşdirmə (ümumi xassəyə malik olan cisim və hadisələrin fikrən birləşdirilməsi), konkretləşdirmə (ümumi müddəanın xüsusi hallara tətbiq edilməsi), sübutetmə (fikirlərin əsaslandırılması) və b. metodlar daxildir.
İnduktiv metod xüsusidən ümumiyə, deduktiv metod isə ümumidən xüsusiyə keçməklə əqli nəticə çıxarmaq metodudur.
Məntiqi metodlar digər təlim metodları ilə, xüsusən kitab üzərində iş metodları ilə sıx bağlıdır.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin