Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri, funksiyaları və quruluşu
Təlim prosesi öyrədən və öyrənənlərin qarşılıqlı fəaliyyəti olub, onun mərkə- zində tələbənin formalaşmaqda olan şəxsiyyəti, idrak fəaliyyəti durur.
Təlim prosesinin inkişafının əsas hərəkətverici qüvvəsini ziddiyyətlər və onların həlli təşkil edir. Bu prosesdə həm xarici, həm də daxili ziddiyyətlər özünü göstərir. Əsas xarici ziddiyyət cəmiyyətin tələbləri ilə təlim prosesinin səviyyəsi arasındakı ziddiyyətdir.
Təlim prosesində tələbələrin zehni inkişafında daxili ziddiyyətlər də mühüm rol oynayır. Əsas daxili ziddiyyət tələbələrin idrak tələbatları ilə mövcud imkanları (bilik və bacarıq səviyyəsi) arasındakı ziddiyyətdir. Tələbə özünü düşündürən suallara cavab tapmaq, yeni bilikləri mənimsəmək istəyir. Tələbə bütün imkanlarını (biliyini, bacarığını, iradi səyini, psixi qüvvələrini) səfərbərliyə alaraq çətinlikləri aradan
qaldırır, tələbatını ödəyir – yeni biliyə yiyələnir. Deməli, ziddiyyət aradan qalxır. Ziddiyyətlərin həlli, bir tərəfdən, tələbənin zehni, psixi və mənəvi inkişafına kömək edir, digər tərəfdən isə təlim prosesini daha səmərəli qurmağa, təlimin məzmununu, metod və formalarını təkmilləşdirməyə, təlimin funksiyalarını uğurla yerinə yetirməyə imkan verir.
Təlimin funksiyaları. Təlim üç başlıca funksiyanı (latınca functio – “icra”, “fəaliyyət” deməkdir) yerinə yetirir: təhsilverici, tərbiyəedici və inkişafetdirici funk- siyalar. Təhsilverici funksiya – tələbələrə sistemli elmi biliklər, bacarıq və vərdişlər aşılamaqda ifadə olunur.
Təlimin tərbiyəedici funksiyası təlim prosesindən həm də tərbiyə məqsədi ilə istifadə etməyi nəzərdə tutur. Tərbiyə funksiyası həm təlimin məzmunu ilə, həm də təşkili metodları, müəllimin şəxsi nümunəsi və ünsiyyət vasitəsilə həyata keçirilir.
Təlimin inkişafetdirici funksiyası təlim prosesində tələbələrin zehni qüvvələrini, qabiliyyətlərini, psixi proseslərini (diqqət, nitq, təfəkkür, hafizə, təxəyyül və s) inki- şaf etdirməkdə ifadə olunur. Təlim özlüyündə psixi proseslərin inkişafını təmin etmir; bunun üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır.
Təlim prosesinin göstərilən funksiyaları bir-birindən ayrılıqda yox, qarşılıqlı əlaqədə, həm də kompleks halında həyata keçirilməlidir. Yalnız bu şərtlə müəllim tələbələrin şəxsiyyət – Vətəndaş və mütəxəssis kimi formalaşmasına, psixi inkişafına kömək göstərə bilər.
Dostları ilə paylaş: |