Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə30/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   90
lazım olsa əlavə mənbə

Öyrənmə prosesinin təbii-elmi psixoloji əsasları. Öyrənmə prosesinin təbii

  • elmi əsasını ali sinir fəaliyyəti haqqında təlim təşkil edir (İ.M.Seçenov, İ.P.Pavlov).

Ali sinir fəaliyyətinin bir çox qanunauyğunluqları təlim-tərbiyə prosesini düzgün təşkil etməyə, mənimsəmənin səmərəsini yüksəltməyə kömək göstərir.
Təlim prosesində fizioloji qanunauyğunluqlarla yanaşı, müəyyən psixoloji qanu- nauyğunluqlar da özünü göstərir.
Mənimsəmənin psixoloji əsasları. Biliklərin mənimsənilməsi prosesini yaxşı başa

düşmək və idarə etmək üçün onun psixoloji mexanizmini bilmək vacibdir. Təlimdə tələbənin öyrənmə yolu bir neçə mərhələdən qavrama, anlama, möhkəmlətmə tət- biqetmə proseslərindən keçir. İdrak prosesinin pillələrindən hər hansı birinə etinasızlıq göstərmək mənimsəmənin nəticəsinə mənfi təsir edir: qavramasız anlama, anlamasız digər ünsürlər mümkün deyildir. Anlama olmadan şüurlu mənimsəmə baş tutmaz; mexaniki öyrənmə təlimdə formalizm, əzbərçilik yaradır.




    1. Təlimin qanunları və prinsipləri


Təlimin özünəməxsus qanunları vardır. Onların dərk edilməsi və düzgün nəzərə alınması təlim prosesinin səmərə və keyfiyyətini artırmağa, onu elmi əsasda idarə etməyə imkan verir. Əksinə, bu qanunlara laqeyd yanaşdıqda təlim kortəbii xarakter daşıyır, lazımi nəticə vermir.
Təlim prosesini düzgün idarə etmək üçün, ilk növbədə, “qanunauyğunluq”, “qa- nun”, “prinsip” və “qayda” məfhumlarının mahiyyətini yaxşı başa düşmək lazımdır. Tə- limin qanunauyğunluqları dedikdə, bu prosesə obyektiv şəkildə xas olan ümumi, mü- hüm, sabit və təkrarlanan əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Təlimin qa- nunları bu prosesdə özünü göstərən qanunauyğun əlaqələrin mahiyyətinin aydın, dəqiq, məntiqi ifadəsidir.
Təlimin qanunları təlim prinsiplərində öz əksini tapır. Təlim prinsipləri təlimin qanunlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ide- yalar, fəaliyyət normaları, əsas tələblərdir. Təlim prinsipləri təlim prosesinin müxtəlif ünsürləri arasında çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir. Təlimin ün- sürləri və qanunları ilə prinsipləri arasındakı əlaqələri nəzərdən keçirək (bax: sxemə). Təlim prinsiplərinin göstərilən təsnifatı şərtidir, çünki real təcrübədə təlim vahid, bütöv bir proses kimi cərəyan edir. Prinsiplərin mahiyyətini ayrılıqda nəzərdən keçirək. Təlimin həyatla əlaqələndirilməsi prinsipi. Bu prinsip təlimi təkcə kitab üzrə deyil, həyatla sıx əlaqəli şəkildə qurmağı nəzərdə tutur. Belə əlaqə təlimə şüurlu xa- rakter verir, fənnin həyati əhəmiyyətinin başa düşülməsinə kömək edir, ona marağı artırır.

Prinsipin tətbiqi aşağıdakı qaydalara əməl etməklə bağlıdır:


- fənnin, mövzunun həyati əhəmiyyətini başa salmaq;
49


Təlimin ünsürləri və şəraiti




Təlimin prinsipləri



Təlimin qanunları (qanunauyğun əl

aqələr)













Təlimin məqsəd və vəzifələri



Ümumi qanunlar



I. Təlimin cəmiyyətin tələbatı və həyatla əlaqəsi
qanunu

1. Təlimin həyatla əlaqələndirilməsi prinsipi

Ümumi prinsiplər



II. Təlimdə təhsil, tərbiyə və inkişaf proseslərinin
vəhdəti qanunu

2. Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi

Təhsilin məzmunu

III. Mənimsəmə səviyyəsinin təlimin elmliyi və
sistemliliyindən asılılığı qanunu

  1. Təlimdə elmilik prinsipi

  2. Təlimdə sistematiklik prinsipi

Təlimin vasitə, metod və təşkili formaları



IV. Təlimdə konkretlə mücərrədin vəhdəti qanunu

5. Təlimdə əyanilik prinsipi

V. Təlimin səmərəsinin öyrənmə fəaliyyətinin
xarakterindən asılılığı qanunu

6. Təlimdə şüurluluq və fəallıq prinsipi

VI. Təlimdə məqsədin məzmunu, vasitə, metod və
təşkili formalarını şərtləndirməsi qanunu

7. Təlimin optimal təşkili prinsipi

Təlim şəraiti



VII. Təlimin səmərəsinin öyrənənlərin real təhsil
imkanları ilə şərtlənməsi qanunu

  1. Təlimdə müvafiqlik (insanın təbiətinə uyğunluq) prinsipi

  2. Təlimdə fərdi yanaşma prinsipi

VIII. Təlim prosesinin onun cərəyan etdiyi
şəraitdən asılılığı qanunu

10. Təlim üçün zəruri şəraitin yaradılması prinsipi

Təlimin nəticələri

IX. Təlimin nəticəsinin bilik və bacarıqların
möhkəmliyi ilə şərtlənməsi qanunu

11. Bilik və bacarıqların möhkəmlən-dirilməsi prinsipi

Ali məktəbdə təlimin məqsəd, məzmun, metod və formaları

Xüsusi qanunlar



X. Təlimin peşə hazırlığı ilə əlaqəsi qanunu

12. Təlimin peşəyönümlüyü prinsipi



Xüsusi prinsiplər

XI. Təlim və elmi fəaliyyətin vəhdəti qanunu

13. Təlimin elmi fəaliyyətlə əlaqələndirilməsi prinsipi

XII. Təlimin kollektiv və fərdi iş formalarının vəhdəti qanunu

14. Təlimdə kollektiv və fərdi iş formalarının əlaqələndirilməsi prinsipi

  • təlimin məzmununu həyatla əlaqələndirmək;

  • keçilən mövzuları tələbələrin təsəvvürləri, müşahidələri, həyati təcrübələri ilə əlaqələndirmək;

  • bilikləri müxtəlif növ praktik işlərə tətbiq etmək.


Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin