Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi. Bu prinsip təlim- də öyrətmə, tərbiyə və psixi inkişaf vəzifələrini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Təlim özlüyündə birbaşa tərbiyəedici və inkişafetdirici təsir göstərmir; bu məqsədlə təlimi xüsusi istiqamətləndirmək lazımdır. Müəllim təlimin imkanlarından (məzmun, metod, təşkili forması və s.) istifadə edərək tələbələrdə ideya-mənəvi key- fiyyətlər, nəcib hisslər aşılamaq, psixi prosesləri inkişaf etdirmək qeydinə qalmalıdır.
Bu prinsipin tətbiqi üçün müəyyən qaydalaraəməl etmək lazımdır:
təlimdə biliklərin keyfiyyətinə (sistemliliyinə, dərk olunmasına) diqqət yetirmək;
təlimin imkanlarından tərbiyə və psixi inkişaf üçün səmərəli istifadə etmək.
Elmilik prinsipi.Bu prinsip tələbləri elmi biliklərlə, elmi dünyagörünüşü ilə si- lahlandırmağı nəzərdə tutur. Təlimdə keçilən mövzular sübut və dəlillərlə elmi cəhətdən əsaslandırılmalı, nəzəri biliklər – anlayış və qanunlar onların aid olduğu həyati fakt və hadisələrlə əlaqələndirilməlidir. Əks halda nəzəri biliklər real hadisə və proseslərdən ayrı düşər, təlim formal xarakter daşıyar.
Bu prinsipin tətbiqində aşağıdakı qaydalargözlənilməlidir:
elmi anlayış və qanunların düzgün dərk olunmasına nail olmaq;