Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları



Yüklə 280,35 Kb.
səhifə29/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   90
lazım olsa əlavə mənbə

Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları


Təlim prosesinin metodoloji əsasını fəlsəfənin idrak nəzəriyyəsi təşkil edir. İdrak dünyanın insan şüurunda əks olunması prosesidir. Bu proses üç pillədən keçir: hissi idrak, məntiqi idrak, praktika. Dünyanın dərk olunması hissi idrakdan başlayır: hiss üzv- lərinin köməyi ilə insanda ətraf aləm haqqında duyğular, qavrayış və təsəvvürlər ya- ranır. Bu yolla əldə olunan faktik materiallar (qavrayış və təsəvvürlər) məntiqi idrakda – mücərrəd təfəkkürdə təhlil olunur, ümumiləşdirilir. Mücərrəd təfəkkürdə çıxarılan nəticələr praktikada yoxlanılır; praktika – biliklərin həqiqiliyinin əsas meyarıdır.
Təlim prosesi də idrakın bir növüdür. Tələbənin (şagirdin) öyrənmə yolu bir çox cəhətdən idrak yoluna əsaslanır. Bunu sxematik olaraq nəzərdən keçirək.




Təlim yolu


Qavrama


anlama


tətbiqetmə


möhkəmlətmə




Göründüyü kimi, tələbənin təlim (öyrənmə) yolu idrak yoluna müvafiqdir. Lakin onunla tam eyni deyildir; müəyyən fərqli cəhətləri, özünəməxsus xüsusiyyətləri vardır. Bu fərqi idrak məqsədində (alim yeni qanunları üzə çıxardır, tələbə isə elmə məlum olan bilikləri öyrənir), idrak pillələrinin sistemində (elmi idrakdan fərqli olaraq təlimdə pillələrin ardıcıllığı dəyişir, möhkəmlətmə pilləsinə ehtiyac duyulur), idraka rəhbərlik işində (alimdən fərqli olaraq tələbənin idrak fəaliyyəti müəllimin rəhbərliyi altında gedir) və s. özünü göstərir.



Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin