Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Müəllimin pedaqoji ustalığı



Yüklə 280,35 Kb.
səhifə25/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   90
lazım olsa əlavə mənbə

Müəllimin pedaqoji ustalığı


Müəllimin pedaqoji ustalığı – az qüvvə və vaxt sərf etməklə səmərəli nəticələrə nail olmaq bacarığıdır. Bu bacarığa yiyələnən müəllim təlim-tərbiyə işini düzgün qur- maqla yüksək nəticələr qazanır, tələbələrlə yaxşı ünsiyyət yaradır, böyük hörmət və nüfuz sahibi olur. Pedaqoji ustalıq müəllimin fəaliyyətinin humanist istiqamətlili- yinin, pedaqoji bilik və qabiliyyətlərinin, habelə pedaqoji texnikasının məcmusudur. Pedaqoji ustalığın bu ünsürlərini ayrılıqda nəzərdən keçirək.



  1. Müəllim şəxsiyyətinin humanist istiqaməti – pedaqoji fəaliyyətin və ustalığın əsasını təşkil edir. Buraya müəllimin idealları, maraqları, sərvət meylləri, dünyagörü- şü, pedaqoji fəaliyyətə və tələbəyə baxışları və s. daxildir. Humanist istiqamət gün- dəlik konkret vəzifələrin həllində müəllimin düzgün mövqe tutmasına, məqsədəuy- ğun şəkildə fəaliyyət göstərməsinə, tələbələrlə normal ünsiyyət qurmasına, pedaqoji fəaliyyətin strategiya və taktikasını düzgün müəyyənləşdirməsinə kömək göstərir.

  2. Pedaqoji peşə bilikləri – müəllimin ustalığının vacib şərtdir. Elmi-pedaqoji biliklərə mükəmməl yiyələnmədən, nəzəri bilikləri təcrübəyə tətbiq etmədən ustad müəllim olmaq mümkün deyildir. Eyni pedaqoji təhsilə və staja malik olan iki müəlli- min pedaqoji fəaliyyətdə müxtəlif nəticələr əldə etməsi, ilk növbədə, onların nəzəri hazırlığı və pedaqoji ustalığı ilə izah olunur.

Müəllim psixoloji biliklərə də yiyələnməli, yaxşı psixoloq olmalıdır. Pedaqogika və psixologiyanı yaxşı bilməyən müəllim, K.D.Uşinskinin sözləri ilə desək, lazımi tibbi hazırlığı olmayan ara həkiminə bənzəyir.

  1. Pedaqoji ustalığın mühüm bir ünsürünü pedaqoji-peşə qabiliyyətləri təşkil edir. Müəllim əvvəlki bölmədə nəzərdən keçirilən peşə qabiliyyətlərinə – akademik, didaktik, konstruktiv, ünsiyyət, təşkilatçılıq, perseptiv və b. qabiliyyətlərə mükəmməl yiyələndiyi zaman ustad pedaqoq sayıla bilər. Bu qabiliyyətlər ayrılıqda yox, qarşılıqlı vəhdətdə, kompleks halında tətbiq olunduqda yüksək nəticələr əldə etmək mümkündür.

  2. Müəllimin pedaqoji ustalığının daha vacib bir ünsürünü pedaqoji texnika təşkil edir. Pedaqoji texnika müəllimin davranışının zahiri forması olub, bir sıra baca- rıqlarda ifadə olunur: müəllimin zahiri görünüşü, özünü idarə etməsi, emosional və- ziyyəti, nitq texnikası və s.

Müəllimin zahiri görkəmi estetik və pedaqoji tələblərə cavab verməlidir: onun geyimi, saçı səliqəli, qadın müəllimlərin istifadə etdikləri bəzək əşyaları və kosmetik vasitələr müəyyən hədd çərçivəsində olmalıdır. Müəllimin zahiri görkəminin estetik təsiri onun sifət ifadəsində, yerişində, oturuşu və duruşunda, baxışında, jestlərində yəni davranışın hər bir xırdalığında öz əksini tapmalıdır. Davranışın bu xırda detalları tələbələrdə müəllimin sakit, təmkinli, mehriban, inamlı bir şəxsiyyət olması haqda tə-

səvvür yaratmalıdır. Müəllimin stola yayılmış oturuşu, yerə dikilmiş başı, süst qolları, laqeyd baxışları onun daxilən zəifliyini, özünə inamsızlığını göstərir.


Müəllimin mimikası, jestləri danışığın məzmununa uyğun olmalı, informasiya- nın emosional təsirini artırmağa xidmət etməlidir: xoş bir məsələdən danışanda müəl- limin sifəti də xoş ifadə almalı, gözləri “gülməli”, səsi mülayim olmalıdır. Ciddi bir məsələdən gülümsəyərək danışmaq olmaz.
Pedaqoji texnika müəllimin öz emosiyalarını, əhvalını idarə etmək bacarığında da ifadə olunur. Müəllim şən və nikbin olmalı, yeri gəldikcə zarafat etməyi bacarmalı, yumor hissinə malik olmalıdır. Müxtəlif vəziyyətlərdə (məşğələdə, ünsiyyət pro- sesində, sevinc və kədərli hallarda, əsəbi vəziyyətdə) müəllimin öz emosional halını idarə etməsi vacib şərtdir. Buna görə də müəllim daim özünə nəzarət etməli, özünü ələ almağa çalışmalıdır.
Pedaqoji ustalığın nəzərdən keçirilən ünsürləri bir-birilə qarşılıqlı vəhdət təşkil edir. Belə ustalığa nail olmaq üçün müəllim öz fəaliyyətini humanist istiqamətdə qur- malı, pedaqoji peşə biliklərinə və qabiliyyətlərinə, pedaqoji texnikaya yiyələnməlidir. Pedaqoji ustalıq hazır verilmir; müəllim öz üzərində müntəzəm, sistemli və məq- sədyönlü şəkildə işləməklə ona yiyələnə bilər. A.S.Makarenkonun təbirincə desək, həkimlərə, musiqiçilərə müvafiq peşə bacarıqları, ustalıq öyrədildiyi kimi, gələcək müəllimlərə də pedaqoji ustalığı öyrətmək – xüsusi kurs keçmək lazımdır.



Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin