Sistematiklik və ardıcıllıq prinsipi. Bu prinsip təlimdə elmin sistemini mü- hafizə etməyi, bilik və bacarıqların mənimsənilməsində müəyyən ardıcıllıq gözləməyi nəzərdə tutur. Elm biliklər sistemi deməkdir; belə sistem yoxdursa, elm də yoxdur.
Sistemləşdirmə elmi biliklərə maraq yaratmağa, onları asanlıqla yada salmağa və tətbiq etməyə imkan verir.
Sistemlilik və ardıcıllıq prinsipi müəyyən qaydalarlahəyata keçirilir:
elmi bilikləri ciddi sistemdə, məntiqi ardıcıllıqda şərh etmək və öyrətmək;
yeni bilik və bacarıqları əvvəlkilərə istinadən mənimsətmək;
tələbələri müəyyən elm sahəsində bilikləri sistemləşdirmə işinə cəlb etmək;
təkrar və çalışmaları müəyyən sistemdə aparmaq.
Əyanilik prinsipi.Bu prinsip təlimi mücərrəd sözlər üzərində deyil, habelə kon- kret şeylərə və hadisələrə əsaslanaraq qurmağı nəzərdə tutur. Əyanilik idrak pro- sesinin öz təbiətindən irəli gəlir: idrak prosesi canlı müşahidədən – fakt və hadisələrin qavranılmasından başlanır. Əyanilik konkretlə mücərrədin vəhdətini təmin edir, mücərrəd təfəkkürün, obrazlı nitqin inkişafı üçün zəmin yaradır, konkret faktların ümumiləşdirilməsinə imkan verir, biliyin tez və möhkəm mənimsənilməsinə kömək edir.
Əyanilik prinsipinin tətbiqində müəyyən qaydalarıgözləmək lazımdır:
təlimdə tələbələrin hissi təcrübəsinə istinad etmək;
tələbələrin təsəvvürlərinin genişləndirilməsi və dərinləşdirilməsi üçün şərait yaratmaq (müşahidələr, faktların təhlili və müqayisəsi və s.);
əyaniliyin universallaşdırılmasına yol verməmək, təlimdə onu müəyyən ölçüdə (təsəvvür zəif olduqda) tətbiq etmək;
əyaniliyin müxtəlif növlərindən əlaqəli şəkildə istifadə etmək.
Şüurluluq, fəallıq və müstəqillik prinsipi.Bu prinsip tələbələrin təlimdə fəal- lığını, mənimsəmənin şüurluluğunu təmin etməyi nəzərdə tutur.
Şüurlumənimsəməninbir neçə əlamətivardır: elmi biliyin başa düşülməsi, düzgün ifadə olunması, tətbiqi, yeni fakt və misalların tapılması, bilik və bacarıqların yoxlanması və səhvlərin düzəldilməsi.
Şüurluluq fəallıqla və müstəqilliklə vəhdət təşkil edir.
Şüurluluq, fəallıq və müstəqillik təlimin mühüm amili olub, bilik və bacarıqların mənimsənilməsinin sürətinə, dərinliyinə, möhkəmliyinə həlledici təsir göstərir. Tə- ləbə şüurlu mənimsədiyi biliklərdən sərbəst və yaradıcı şəkildə istifadə edir, onları müxtəlif şəraitdə, peşə fəaliyyətində asanlıqla tətbiq etmək imkanı qazanır.
Bu prinsipin tətbiqi müəyyən qaydalarlabağlıdır:
tələbələrin fəallığı və şüurluluğu üçün əlverişli şərait yaratmaq, bu keyfiy- yətləri stimullaşdırmaq;
tələbələrin zehni və əməli fəallığını əlaqələndirmək;
təlimdə müxtəlif növ müstəqil işlərə, o cümlədən yaradıcı işlərə, problemlərin
həllinə geniş yer vermək;
tələbələri fəal təlimə cəlb etmək üçün həm zahiri vasitələrdən (səmimi ünsiy- yət, həvəsləndirmə, tələb, əyanilik, interaktiv metodlar və s.), həm də daxili stimul- lardan (biliklərə tələbat, təlimə maraq, idrak motivləri və s.) vəhdətdə istifadə etmək.