Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Təlim metodlarının səciyyəsi və əlaqəli tətbiqi



Yüklə 280,35 Kb.
səhifə40/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   90
lazım olsa əlavə mənbə

Təlim metodlarının səciyyəsi və əlaqəli tətbiqi


Təsnifatdakı hər bir metodlar qrupu əsas didaktik məqsədlərin yerinə yetiril- məsinə xidmət edir.

  1. Təsəvvürlərin formalaşdırılması (qavrama) metodları. Hissi qavramanı təmin etmək, ətraf aləm haqqında dolğun təsəvvürlər yaratmaq məqsədi güdür. Bu qrup metodlara müşahidə, illüstrasiya, demonstrasiya və təsvir metodları daxildir.

Müşahidə metodu müəyyən məqsədlə, planlı və sistemli şəkildə qavrama pro- sesinin təşkili metodudur.
İllüstrasiya metodu əyani vasitələrin köməyi ilə təlim materialının qavranmasını nəzərdə tutur. Əyani vasitələr müxtəlif növdə olur: a) təbii əşyalar; b) şəkil və pla- katlar; c) sxematik materiallar (sxem, cədvəl, diaqramlar); ç) simvolik əyani vəsaitlər (xəritələr, qlobus). Məqsəd və məzmundan asılı olaraq əyani vasitələrin müxtəlif növləri seçilib tətbiq edilir.
Demonstrasiya metodu əşya və hadisəni dinamikada, yəni dəyişmə və inkişaf halında nümayiş etdirmək metodudur. Buraya təcrübələr, kino, diafilmlər və televi- ziya verilişlərindən, kompüterdən istifadə daxildir.
Təsvir metodu müəyyən fakt və hadisəni söz vasitəsilə tələbələrin təsəvvüründə canlandırmaq metodudur.

  1. Nəzəri biliyin (anlayış və qanunların) mənimsədilməsi metodları. Bu me- todlar tələbələrin şüurunda düzgün elmi anlayışların yaradılması və qanunların dərk

edilməsi məqsədi güdür. Bu qrup metodlara müəllimin şərhi, müsahibə, diskussiya, məntiqi metodlar, kitab üzərində iş metodları, problem-axtarış metodları daxildir.


Müəllimin şərhi metodu müəyyən faktı, hadisəni, anlayış və qanunauyğunluğu şifahi şəkildə tələbələrə çatdırmaq metodudur. Bu metod az vaxtda daha çox informasiya verməyə imkan yaradır.
Müəllimin şərhi üç növdə olur: nəql, izah, mühazirə.
Müəllimin şərhi öz xarakterinə görə məlumatverici və problem şəklində olur. Məlumatverici şərh hazır informasiya verməyi nəzərdə tutur. Problem şərh isə tələ- bələri düşündürməyə xidmət edir: bu zaman müəllim mövzu üzrə müəyyən prob- lemlər irəli sürür, ya özü, ya da tələbələrin iştirakı ilə onları həll edir.
Şərhin səmərsi üçün müəyyən şərtləri gözləmək lazımdır:
şərhin məzmunu (müəllimin danışığı) elmi və sistemli olmalı, tələbələrin anlama səviyyəsinə müvafiq gəlməlidir; fikirlər aydın və anlaşıqlı olmalı, sübut edilməlidir; nəzəri biliklər həyatla əlaqələndirilməlidir; şərh zamanı tələbələrin fəallığı təmin edilməlidir (qeydlər aparmaq, diskussiya elementləri və s.).

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin