Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi



Yüklə 280,35 Kb.
səhifə36/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   90
lazım olsa əlavə mənbə

Sual və tapşırıqlar


    1. Təlimin qanunları nədir? Onları öyrənib tətbiq etməyin nə kimi əhəmiyyəti vardır?

    2. Təlimin qanunları və prinsiplərinin əlaqəsini izah edin.

    3. Ali məktəb üçün xarakterik təlim prinsiplərini əsaslandırın.

    4. İxtisas üzrə bir məşğələni müşahidə edib, təlim prinsiplərinin tətbiqi baxımından onu təhlil edin.



Ədəbiyyat





      1. Azərbaycan Respublikası Təhsil Qanunu. B., 2009.

      2. Azərbaycanda təhsil siyasəti. B., “Təhsil”, 2005.

      3. Rüstəmov F., Dadaşova T. Ali məktəb pedaqogikası. B., 2007.

      4. Həsənov A.M., Ağayev Ə.Ə. Pedaqogika. B., 2007.

      5. Qasımova L., Mahmudova R. Pedaqogika (mühazirə kursu). B., 2003.



  1. mühazirə


Ali məktəbdə təhsilin məzmunu. Təlim metodları

Plan:


  1. Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr.

  2. Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər.

  3. Təlim metodları və onların təsnifatı.

  4. Təlim metodlarının səciyyəsi və tətbiqi.

  5. Təlim texnologiyaları.



    1. Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr


Ali təhsilin məzmunu dedikdə, yüksək ixtisaslı mütəxəssis və Vətəndaş-şəxsiyyət hazırlanması məqsədi ilə təhsil müəssisəsində verilən bilik, bacarıq və vərdişlər sis- temi başa düşülür. Mütəxəssis hazırlığının keyfiyyəti bu problemin həllindən çox asılıdır.
Təhsilin məzmunu müəyyən amillərlə bağlıdır. Bu amillər sırasına cəmiyyətin tələbi, elmi-texniki tərəqqi, elmin müasir səviyyəsi, peşə-ixtisas profili, dövlət təhsil standartları və s. daxildir.
Dövlət təhsil standartları müəyyən dövr üçün (5 ildən az olmayaraq) təhsilin məzmununa, maddi bazasına, müəllim və tələbələrin keyfiyyət göstəricilərinə verilən vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Təhsil müəssisə- sinin fəaliyyətinin qiymətləndirilməsində, akkreditasiya və attestasiyasında müfafiq dövlət təhsil standartları əsas götürülür.
Təhsilin məzmunu mürəkkəb sistem olub, öz quruluşuna görə bir neçə kompo- nentdən (ünsürdən) ibarətdir. Təhsilin məzmunun əsas komponentlərinə aşağıdakılar daxildir:

  1. təbiət, cəmiyyət, təfəkkür, texnika və fəaliyyət qaydaları haqqında biliklər.

  2. intellektual və praktik bacarıq vərdişlər sistemi.

  3. yaradıcılıq təcrübəsi.

  4. münasibətlər sistemi (tərbiyəlilik): təhsilin məzmununun bu komponenti insa- nın ətraf aləmə, başqalarına, özünə qiymətləndirmə-emosional münasibətinin formalaş-



masında ifadə olunur və onun inamının, ideallarının əsasını təşkil edir.
Təhsilin məzmununun göstərilən komponentləri bir-birilə sıx bağlı olub, birlikdə ümumi didaktik məqsədin həyata küçirilməsini təmin edir. Bəs, təlimin (məktəbin) başlıca məqsədi nədir? Bu sualla bağlı pedaqogika tarixində (XVIII-XIX əsrlər) təhsilin məzmununa dair müxtəlif nəzəriyyələr mövcud olmuşdur: maddi, formal və dialektik təhsil nəzəriyyələri.
Maddi təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi tələbələrə həyatda lazım olan bilik və bacarıqlar verməkdən ibarətdir.
Formal təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi ağlı, zehni qabiliyyətləri inki- şaf etdirməkdir.
Göstərilən hər iki mövqe yanlış olub, təlimin əsas məqsədlərini bir-birinə qarşı qoyur. Bu birtərəfli, metafizik nəzəriyyələrdən fərqli olaraq dialektik təhsil nəzəriy- yəsi təlimin hər iki məqsədini vəhdətdə götürür: təlim həm bilik verməli, həm də zehni qabiliyyətləri (ağlı) inkişaf etdirməlidir. Ali təhsilin məzmunu elə qurulmalıdır ki, tələbələr elmi biliklərlə yanaşı, zehni qabiliyyətlərə, təfəkkür metodlarına da yiyə- lənmiş olsunlar.



    1. Yüklə 280,35 Kb.

      Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin