Müasir tədqiqatlar göstərir ki, təlim prosesinin səmərəliliyi pedaqoji texno- logiyaların düzgün seçilib tətbiq edilməsindən çox asılıdır (“Texnologiya” yunanca “ustalıq”, “bacarıq” mənasını verir).
Təlimtexnologiyasıdedikdə, qarşıya qoyulmuş məqsəd baxımından təlimin təşkili və idarə edilməsinə yönəlmiş əməliyyatlar sistemi başa düşülür.
Təlim texnologiyası mürəkkəb quruluşamalikdir. Onun aşağıdakı struktur ünsürlərini qeyd etmək olar: təlimin məqsədləri, təhsilin məzmunu, pedaqoji ün- siyyət vasitələri, motivlər, təlim prosesinin təşkili, tələbə-müəllim münasibətləri, təlimin nəticələri (o cümlədən, tələbənin peşə hazırlığı səviyyəsi). Bu proseslər bir- birilə qarşılıqlı əlaqədə cərəyan edir.
Təlim fexnologiyalarının növləri çoxdur: ənənəvi və fəal təlim texnologiyaları, proqramlaşdırılmış və problemli təlim, inkişafetdirici təlim texnologiyaları, pedaqoji oyun, məsafədən təhsil texnologiyaları və s. Onlardan bəzilərini qısaca nəzərdən keçirək.
Ənənəvi təlim texnologiyası.Burada əsas məqsəd müəllim tərəfindən bilik- lərin verilməsi və tələbələr tərəfindən yadda saxlanmasından ibarətdir.
Ənənəvi təlim texnologiyasının əsasquruluşünsürləribunlardır:keçmişmövzununsorğusu qiymətləndirmə müəlliminizahı möhkəmləndirmə(sual-cavab, kitab üzrə iş, çalışmalar) növbətiməşğələüçüntapşırığınverilməsi. Belə təlimdə tələbənin müstəqil və yaradıcı fəaliyyəti üçün imkan məhduddur; böyük həcmdə materialın yadda saxlanması mənimsəməni ağırlaşdırır, təlimdə cansıxıcılıq yaradır.
Proqramlaşdırılmış təlim texnologiyası.Proqramlaşdırılmış təlim tələbələrin müstəqil fəaliyyətinin xüsusi vasitələrlə (kompüter, dərslik, proqram və s.) idarə olunmasına əsaslanan təlim növüdür. Ənənəvi təlimdən fərqli olaraq burada hər kəs öz fərdi iş tempi ilə irəliləyir. Proqramlaşdırılmış təlimin iki növü ayır edilir: xətti (və ya düzxətli), şaxəli proqramlaşdırma.
Xəttiproqramlaşdırmadatələbəninişibeləbirsxemüzrəgedir: