Mətn 1 Sual Cavab Mətn2 ....
Şaxəli proqramlaşdırmada iş belə ardıcıllıqla gedir:
İzah 1
Mətn 1 Sual Cavab Mətn 2 ...
İzah 2
Proqramlaşdırılmış təlim texnologiyası müəyyən üstünlüklərə malik olsa da (müstəqil iş, fərdi tepm, əks əlaqə, səhvlərlə iş və s.), bu zaman tələbənin zehni fəaliyyətinin gedişi müəllimə aydın olmur; mənimsəmə prosesi lazımınca idarə olunmamış qalır. Buna görə də proqramlaşdırılmış material üzərində tələbinin müstəqil işini müəllimin işi ilə (izah, nəzarət, ümumiləşdirmə, istiqamətləndirmə və s.), habelə başqa texnologiyalarla əlaqələndirmək lazımdır.
Problemli təlim texnologiyası. Problemli təlim elmi biliklərin müstəqil surətdə əldə edilməsini, yəni problem qoyub onun həlli yollarını tapmağı, bilikləri
yaradıcı tətbiq etməyi nəzərdə tutur.
Problemli təlimin özünə məxsus texnologiyası vardır. Bu texnologiyanın struk- tur ünsürlərini sxematik şəkildə belə göstərmək olar:
Problemin həlli
Həllin model i
Problem
Nəticə
Problem situasiya
Problemili təlim tələbələrin elmi idrak metodlarına yiyələnməsinə imkan verir, elmi axtarışları stimullaşdırır.
Fəal təlim texnologiyaları. Fəal təlim tələbələrin zehni və əməli fəallığına, müstəqilliyinə əsaslanan, tədqiqatçılıq və əməkdaşlıq şəraitində həyata keçirilən təlim modelidir.
Fəal təlim texnologiyasının strukturunu sxematik şəkildə nəzərdən keçirək:
Dostları ilə paylaş: |