Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Kitab üzərində iş metodları



Yüklə 280,35 Kb.
səhifə42/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   90
lazım olsa əlavə mənbə

Kitab üzərində iş metodları bilik mənbəyi kimi kitabdan müxtəlif məqsədlərlə istifadə etməyi nəzərdə tutur. Kitab üzərində iş metodları və tərzləri çoxdur: əsas fikrin tapılması, plan, tezis və konspekt tərtibi, oxunanları fikirdə nəzərdən keçirmək, oxu metodları (tam və hissələrlə oxumaq) və s.
Təlimdə, bütün fənlərdə tələbələri kitab üzərində işə geniş cəlb etmək, təkcə dərslik və dərs vəsaitlərinə yox, eyni zamanda ilk mənbələrə, lüğət və məlumat ədəbiyyatına, bədii ədəbiyyata istinad etmək vacibdir.
Problem-axtarış metodları təlimdə tələbələrin zehni fəallığını, müstəqilliyini

təmin edən metodlardır. Bu halda tələbələr qarşısında müəyyən problemlər qoyulur və onlar bu problemlərin həllinə cəlb edilir.


Tələbələrin zehni fəallığının səviyyəsindən asılı olaraq problem-axtarış metod- ları müxtəlif növlərdə olur: problemli şərh (müəllim problemi özü həll edir), qismən axtarış (problem qismən tələbələrin iştirakı ilə həll olunur), tədqiqatçılıq (problem tələbələr tərəfindən müstəqil həll olunur) metodları.
Problemli təlimin pillələrinə aşağıdakılar daxildir:

  1. fakt və hadisələrin müşahidəsi və təhlili;

  2. problemin (həlli tələb olunan məsələnin) qoyuluşu;

  3. problemin həlli yollarının axtarışı (kollektiv müzakirəsi): fərziyyələrin irəli sürülməsi və yoxlanması;

  4. problemin həllinə dair nəticə çıxarılması.

Müəllim tələbələri problemli təlimin bütün mərhələlərinə cəlb etməli, elmi idrak metodları ilə onları tanış etməli, tədricən problemin müstəqil həlli üçün tədqiqatçılığa alışdırmalıdır.

  1. Bacarıq və vərdişləri formalaşdıran metodlar. Bu metodlar nəzəri biliyi tətbiq etdirməklə bacarıq və vərdiş yaratmaq məqsədi güdür. Bu qrupa çalışmalar, praktik və laborator işlər, didaktik oyunlar və s. daxildir.

Çalışmalar metodu bir çox fənlərdə geniş yayılmış metoddur. Çalışmalar müx- təlif növdə olur: yazılı, şifahi, qrafik, musiqi, bədən tərbiyəsi çalışmaları. Tələbələrin müstəqillik səviyyəsindən asılı olaraq çalışmaların üç tipi ayırd edilir: nümunə üzrə çalışmalar (hazır nümunə əsasında icra edilir), variativ çalışmalar (biliklərin yeni şə- raitdə tətbiqinə əsaslanır), yaradıcı çalışmalar (biliklərin müxtəlif hallara yaradıcı tətbiqinə əsaslanır).
Praktik işlər nəzəri bilikləri hər hansı əməli işlərə tətbiq etmək metodudur: ölçmə, hesablama işləri, tədris-təcrübə sahəsində iş, bitki becərilməsi, təcrübəçilik və konstruktorluq işləri və s. Praktik işlər müəllimin təlimatı ilə başlayır: müəllim nəyi və necə görmək haqda izahat verir. Sonra tələbələr əməli işi müstəqil yerinə yetirirlər. Müəllim bu zaman nəzarət edir, istiqamət verir. Axırda görülmüş işlər yekunlaşdırılıb qiymətləndirilir.
Laborator məşğələlər tələbələrin müstəqil təcrübələr və müşahidələr aparması

metodudur. Məs., mikroskop altında canlıları öyrənmək, hava, bitki və heyvanlar üzə- rində uzunmüddətli müşahidələr aparmaq, müxtəlif təcrübələr qoymaq və s. belə işlərdəndir.


Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər və praktikumlar.
Frontal məşğələdə bütün tələbələr eyni işi, təcrübəni yerinə yetirir, praktikum zamanı isə kiçik qruplarla (3-5 nəfərlik) müxtəlif işi, təcrübələri icra edirlər.
Didaktik oyun metodları biliklərin möhkəmləndirilməsi, tətbiqi məqsədi güdən idrak oyunlarıdır.
Son vaxtlar işgüzar rollu oyunlardan geniş istifadə olunur. Məs., xarici dil dərs- lərində tələbələrə müxtəlif rollar (səyyah, müəllim, həkim, satıcı, alıcı, sürücü və s.) tapşırılır, hərə öz rolunu ifa edir. Bu metodla keçilən eksperimental dərslər (Q.Kitay- qorodskayanın intensiv metodu) göstərir ki, tələbələr xarici dili daha tez və həvəslə öyrənirlər.


  1. Yüklə 280,35 Kb.

    Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin