Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Mühazirə və ona verilən tələblər



Yüklə 280,35 Kb.
səhifə48/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   90
lazım olsa əlavə mənbə

Mühazirə və ona verilən tələblər


Mühazirə-leksiya (latınca lectio “oxu” deməkdir) təlim materialının müəllim

tərəfindən sistemli, ardıcıl şərhi deməkdir. O, ali məktəbdə ənənəvi təlim forması olub, mühüm əhəmiyyət kəsb edir: az vaxtda daha çox elmi informasiya verməyə imkan yaradır.


Mühazirə bir neçə vəzifəni yerinə yetirir: a) tələbələri elmi biliklərlə silahlandır- maq; b) elmə maraq oyatmaq; c) elmi təfəkkurü, elmi dünyagörüşü formalaşdırmaq; ç) tə- ləbələri müstəqil işə istiqamətləndirmək; d) tələbələrin ideya-mənəvi, istetik tərbiyəsi işinə kömək göstərmək.
Bu vəzifələrin yerinə yetirilməsi üçün mühazirənin müxtəlif tiplərindən istifadə edilir. Mühazirələr müxtəlif məntiqi əsaslara görə tiplərə bölünür.
Mühazirə tipləri: 1.Təlim prosesindəki yeri roluna görə mühazirənin aşağıdakı tipləri fərqləndirilir: giriş, cari, icmal, epizodik və yekun mühazirələr.

  1. Mühazirələr xarakterinə görə də bir neçə tipdə olur: sistemli, problemli, qarışıq mühazirələr.

  2. Pedaqoji ədəbiyyatda mühazirələrin təşkili qaydasına görə müxtəlif tipləri nəzərdən keçirilir: mühazirə-diskussiya (mühazirə tələbələrin sualları əsasında, on- larla diskussiya şəraitində keçirilir), ikilikdə mühazirə (müəllim digər mütəxəssislə və ya ekspertlə birlikdə dialoq, diskussiya, polemika əsasında, tələbələri də dialoqa cəlb etməklə mövzunu şərh edir), mühazirə-press konfrans (mühazirə müəyyən mövzu üzrə tələbənin sualları üzərində qurulur), vizual mühazirə (mühazirə təlimin texniki vasitələrinin köməyi ilə əvvəldən hazırlanmış material əsasında keçirilir) və s.

Mühazirəyə verilən tələblər. Yaxşı mühazirə necə olmalıdır? O, hansı tələb- lərə cavab verməlidir? Mühazirənin səmərəli olması üçün ona müəyyən pedaqoji tə- ləblər verilir. Belə tələblər çoxdur. Onları bir neçə qrupda birləşdirmək olar:

  1. Mühazirənin məzmununa verilən tələblər: mühazirə tədris proqramına uyğun olmalıdır; elmin müasir səviyyəsini əks etdirməli, mövzu elmi cəhətdən düzgün şərh edilməli; mühazirədə təlimin prinsipləri gözlənilməlidir (sistematiklik, nəzəriyyə və təcrübənin vəhdəti, şüurluluq və fəallıq, əyanilik, müvafiqlik və s).

Mühazirəçinin nitqinə verilən tələblər: mühazirəçinin nitqi aydın, sadə, yığcam, ədəbi dil normalarına uyğun, anlaşıqlı, canlı olmalıdır; nitqin tempi orta (adi danışıq tempində), tonu dəyişkən olmalıdır (danışığın məzmununa uyğun olaraq ton dəyiş- məlidir); nitq texnikasından (diksiya, intonasiya, məntiqi vurğu, pauza və s.), mimika və jestlərdən düzgün istifadə etməlidir. Mühazirəçinin nitq üslubu müxtəlif üslubların
elementlərini (elmi-kütləvi, publisistik, bədii-obrazlı) özündə birləşdirən elmi üslubda olmalıdır.

  1. Mühazirənin estetik, mənəvi-psixoloji mühitinə verilən tələblər: mühazirədə yüksək mənəvi-psixoloji iqlim hökm sürməlidir (xeyirxahlıq, humanizm, qarşılıqlı inam, anlaşma, mədənilik, əməkdaşlıq); mühazirədə estetik mühit, müsbət emosional fon yaradılmalıdır (yüksək əhval-ruhiyyə, gümrahlıq, yaradıcı mühit, gözəllik mühiti, yüksək münasibət, nitq, davranış və geyim gözəlliyi); müəllim yumor hissinə malik olmalı, mülayimlik və ciddiliyi uzlaşdırmağı bacarmalıdır.

  2. Mühazirədə tələbələrin fəaliyyətinə verilən tələblər: mühazirə prosesində tələbələrin fəallığı təmin olunmalı, bu məqsədlə müxtəlif priyomlardan istifadə edil- məlidir: problem vəziyyət yaratmaq, tələbələri problemlərin həlli ilə bağlı mülahizə- lər yürütməyə, diskussiya və dialoq ünsürlərinə, qeydlər götürməyə sövq etmək; diq- qəti cəlb etmək məqsədi ilə mövzu ilə bağlı maraqlı faktlar, həyati misallar gətirmək və s.

Mühazirəyə verilən bütün bu və ya digər tələblərə cavab vermək üçün müəllim mühazirəyə ciddi hazırlaşmalı, mühazirənin təşkilati tərəfinə, quruluşuna da ciddi fikir verməlidir.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin