Mühazirənin quruluşu. Mühazirə öz quruluşuna görə bir çox aspektləri – təd- ris, elmi, tərbiyə, psixoloji və sosial aspektləri yaradıcı şəkildə özündə birləşdirən bit- kin elmi-pedaqoji əsər səciyyəsi daşıyır. Mühazirənin quruluşunda bir neçə mərhələayırd edilir:
Hazırlıqmərhələsi: mühazirənin səmərə və keyfiyyəti ona hazırlıq
səviyyəsindən çox aslıdır. Bu mərhələnin məqsədi mühazirənin lazimi nəzəri, didaktik-metodik təminatını həyata keçirməkdən ibarətdir.
Mühazirənin giriş hissəsi: müəllim auditoriyada qayda-qanuna, davamiyyətə diq- qət yetirdikdən sonra mövzunu, onun planını və ədəbiyyatı tələbələrə çatdırır. Mü- hazirədə mövzunu öyrənməyin vacibliyi, elmi və həyati əhəmiyyəti qeyd edilir,
mümkün olduqda problem situasiya yaradılır.
Mühazirəninəsashissəsindəmövzu sistemlə (plan maddələri üzrə) şərh olunur.
Mühazirənin yekun hissəsində müəllim əsas nəticələri qeyd edir, tələbələrin sual- larına cavab verir, mövzu üzərində müstəqil işləmək üçün istiqamət, metodik töv- siyələr verir.
Mühazirənin yüksək şəkildə keçirilməsi digər təlim formalarının da təşklinə müsbət təşir göstərir.
Praktik məşğələlər
Praktik məşğələlərə seminar və laborator məşğələlər, praktik işlər daxildir. Onların ümumi cəhətləri ilə yanaşı, hər birinin özünəməxsus funksiyaları və təşkilati cəhətləri vardır. Bu formaları ayrılıqda nəzərdən keçirək.
Seminar məşğələləri
Seminar məşğələləri praktik məşğələlərin əsas və geniş yayılmış formaların- dandır. Seminar latınca “seminarium” sözündən götürülərək “əkmək”, məcazi məna- da isə “ocaq”, “mənbə”, “məktəb”mənalarını verir. Bu məşğələlər bir neçə funksiyanıyerinə yetirir: a) mühazirədə keçilən nəzəri biliklərin dərindən öyrənilməsini və konkretləşdirilməsini təmin etmək; b) nəzəriyyə və təcrübəni əlaqələndirmək, bacarıq və vərdişlər formalaşdırmaq; c) tələbələri təlim-idrak və elmi-tədqiqat fəaliyyətinə cəlb etmək; ç) elmi təhlil, müzakirə və mübahisə mədəniyyəti, öz fikirlərini ifadə etmək və əsaslandırmaq, başqalarını dinləmək, tənqid etmək bacarığını tərbiyə etmək;
təlim materiallarının mənimsənilməsinə nəzarət etmək.
Seminar məşğələlərinin tipləri müxtəlifidr: a) seminar-sorğu; b) seminar-dis- kussiya (disput); c) referativ seminarlar; d) problematik seminarlar; f) proseminarlar;
seminar-işgüzar oyunlar; ə) seminar- “dəyirmi masa”; g) seminar-yoxlama işi və s. Seminarməşğələlərininquruluşu: Seminar məşəğələləri üçün səciyyəvistrukturünsürlərivardır: müəllimin girişsözü(məqsəd qoyuluşu, motivasiya, tələbələrin məş- ğələyə səfərbər edilməsi), əsashissə(qoyulmuş məsələlərin müzakirəsi, tələbələrin müzakirəyə cəlb edilməsi, zəruri olduqda müəllimin müzakirəyə müdaxiləsi), müəllimin yekunsözü(çıxışların təhlili, səhvlərin düzəldilməsi, qiymətləndirmə, növbəti məşğələnin mövzusu, məqsədi, ona hazırlıqla bağlı metodik tövsiyələrin verilməsi). Müəllim tələbələrin çıxışlarını təhlil edib qiymət verərkən, tənqidi qeydlərini bildirərkən diqqətli olmalı, pedaqoji takt gözləməlidir (tələbəni ələ salmaq, kinayə etmək, yol verilən səhvə görə onu utandırmaq, ləyaqətinə toxunmaq, gülüş