Pedaqogika kafedrasi ali MƏKTƏb pedaqogikasi


Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər



Yüklə 280,35 Kb.
səhifə37/90
tarix25.09.2023
ölçüsü280,35 Kb.
#148080
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   90
lazım olsa əlavə mənbə

Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər


Ali təhsilin məzmunu müəyyən normativ sənədlərdə öz əksini tapır. Təhsilin məzmununu əks etdirən sənədlərə daxildir: a) tədris planı; b) tədris proqramları; c) təhsil proqramları (kurrikulumlar); ç) dərslik və dərs vəsaitləri.
Tədris planı – müəyyən tip təhsil müəssisəsində keçilən fənlərin tərkibini, ardı- cıllığını, hər fənnə ayrılan saatların miqdarını, tədris ilinin strukturunu müəyyən edən dövlət sənədidir.
Tədris planında fənlər üç qrupa bölünür: a) məcburi və ardıcıl öyrənilən fənlər. Buraya, əsasən, ixtisas fənləri daxildir; b) məcburi, lakin qeyri-ardıcıl öyrənilən fən- lər. Buraya, əsasən, peşə hazırlığı və ümumi hazırlıq fənləri və s. daxildir; c) seçmə fənlər. Buraya humanitar və sosial fənlər, seçmə kurslar və s. daxildir. Bu fənlərin öy- rənilməsi tələbələrin nəzəri-metodoloji hazırlığını təmin etməyə, onlarda elmi

dünyagörüşünü formalaşdırmağa imkan verir.


İxtisasın tədris planları əsasında fərdi tədris planları, tədris proqramları, təhsil proqramları və dərs cədvəlləri tərtib olunur.
Tədris proqramları hər fənn üzrə bilik, bacarıq və vərdişlərin həcmini, sistem və ardıcıllığını müəyyən edən dövlət sənədidir.
Tədris proqramına müəyyən tələblər verilir: a) fənn üzrə nəzərdə tutulan bilik və bacarıqlar dövlət təhsil standartlarına uyğun olmalıdır; b) elmin müasir səviyyəsi əks etdirilməlidir; c) fənlərarası əlaqələr gözlənilməlidir; ç) nəzəriyyə və təcrübənin əla- qəsi təmin olunmalıdır; d) tələbələri müstəqil işə, özünütəhsilə istiqamətləndirməlidir;
e) tərbiyə məqsədinə xidmət etməlidir; f) tələbələrin həddən artıq yüklənməsinə yol verilməməlidir.
Təhsil proqramı (kurikulum) təhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri üzrə təhsiln son nəticələrini, məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir. Azərbaycanda o, rəsmi sənəd kimi 30 oktyabr 2006-cı ildən Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulumu)” çərçivə sənədi kimi qəbul edilmişdir.
Kurikulumun əsas komponentlərini məzmun standartları təşkil edir. Bu stan- dartlar hər fənn üzrə veriləcək bilik, bacarıq və vərdişləri (nəyi bilməli? nəyi bacar- malı?) özündə əks etdirir.
Kurikulumda təhsilin məzmunu ilə yanaşı onun mənimsənilməsi texnologiyası da (təlimin vasitələri, metod və formaları, nəticələrin qiymətləndirilməsi) öz əksini tapır. Bununla da o, tədris proqramlarindan fərqlənir.
Təhsil kurikulumları xaraktercə müxtəlif növlərdə olur: fənyönümlü, şəxsiyyət- yönümlü, nəticəyönümlü və s. kurikulumlar.

Yüklə 280,35 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin