Yeniyetmələrdə olan problemlər
Bu problemlər ailədaxili münaqişələr, arzuolunmaz həyat təcrübələri, özgüvən problemi yaşayan yeniyetmələrdə ola biləcəyi kimi, eyni zamanda hormonal dəyişiklik yaşamaqla əlaqədar duyğuların idarə edilməsindəki çətinliklə də əlaqəli ola bilər. Bu baxımdan qeyd edəcəyimiz problemlər aşağıdakı şəkildədir:
• Yeniyetmələrdə yaşanan depressiya problemi.
Bu yaş dövründə yaşanan depressiya problemi, əsasən, ailə və çevrə ilə anlaşa bilməməkdən, müxtəlif sarsıntılardan, özgüvənin çox aşağı olmasından, uğursuzluq hissi ilə qarşılaşdıqda və bu kimi digər problemlərin təsirindən yarana bilər. Yeniyetməlik dövründəki depressiya qısa və uzun sürən formaları ilə fərqlənir. Qısa sürən depressiyada yeniyetmələr anlaşıla bilmədikləri üçün özlərini kədərli hiss edirlər, lakin bu, onların gündəlik yaşamlarına şiddətli təsir etmir. Bu hal öz-özlüyündə aradan qalxa biləcəyi üçün müdaxilə edilməyə də bilər. Uzun sürən və gerçək hesab edilən depressiya üçün yeniyetmənin özünü dəyərsiz hiss etməsi, özünü günahlandırması, ümidsiz olması, aqressiv və əsəbi davranışlar sərgiləməsi , hətta ağır hallarda intiharı belə düşünməsi kimi hallar xarakterikdir. Bu hal 15 gündən artıq davam edərsə və bu prosesə yuxu pozulmaları, iştah itkisi, eyni zamanda çəki azalması da qoşularsa, burada artıq psixoloji dəstəyə ehtiyac olduğu qəti şəkildə görülür.
Dostları ilə paylaş: |