Yeniyetmədə müstəqillik və məsuliyyət hissini artırmaq böyük rol oynayır. Bəs bunu necə həyata keçirmək lazımdır? İlk öncə, çalışmaq lazımdır ki, yeniyetmə evdə müxtəlif işlərdə valideynlərin ən yaxın köməkçisi olsun. Belə olduğu təqdirdə, yeniyetmə oğlan ananın yaxın köməkçisi və məsləhətçisinə çevrilir, onun qayğısına qalır.
Yeniyetmə qız isə özünü evin “balaca sahibəsi” hesab edir. Yeniyetmələrlə bu cür ünsiyyət şəraitində yeniyetmə yetkinlik hissinə daha tez yiyələnir. Nəticədə, bu cür qarşılıqlı etimad şəraitində yeniyetmə ilə yetkin arasında heç bir ziddiyyət yaranmır