• Yeniyetməlik dövrünün sosiallaşma problemi.
Sosiallaşma yeniyetmənin içində olduğu cəmiyyətin mövqeyini, adət-ənənəsini, dəyərlərini, inanclarını və digər məsələlərini öyrənmə və bütün bunları gündəlik davranışlarına tətbiq etmə prosesi olaraq qeyd olunur. Sosial inkişaf ilə yaş, zəka, cinsiyyət, ailə münasibətləri və sosial çevrə arasında sıx bir bağ vardır. Bu dövr ərzində yeniyetmə cəmiyyət daxilində öz mövqeyini tapmağa və sərhədlərini müəyyənləşdirməyə çalışır.
Bu dövrdə yeniyetmələr tez inciyən və həddindən artıq qürurlu olurlar.
Yeniyetmənin sosiallaşmasında çətinlik yaradan problemlər aşağıdakı şəkildə özünü göstərir:
Hakimiyyəti təmsil edən insanları (məsələn, valideyn, müəllim və s. ) qəbul etmirlər və onları haqsız, zalım, eqoist olaraq görürlər
Tez bir zamanda iqtisadi azadlığa qovuşmaq istəyirlər.
Uğur qazanacaqları qısa yolu tapmağa çalışırlar.
Cinsi arzu və instinktlərinin cəmiyyət qanunları daxilində sıxışdırılmasının böhranını yaşayırlar.
Dostları ilə paylaş: |