35
(1478-1490) sarayına yaxın olması. Özbək şairi Ə.Nəvaiyə
rəğbəti. Şeirlərində öz vəziyyətindən şikayəti.
Azərbaycan və fars dillərində divanlar yaratması.
Azərbaycanda divanının nəşri (1984). Şeirlərində Nəvainin təsiri.
Dünyəvi ruhlu və mövzulu əsərlər yazmağa daha çox meyl
göstərməsi. Kişvəri yaradıcılığında kədər. Dövrdən, zəmanədən,
qəriblik və etinasızlıqdan şikayət. Kişvəri poeziyasında ülvi
məhəbbətin,
eşqin və gözəlliyin tərənnümü. Şeirlərinin
sənətkarlıq səviyyəsinin yüksəkliyi. Forma və məzmun gözəlliyi.
Forma rəngarəngliyi. Poetik təsvir
vasitələrinin və obrazlar
sisteminin zənginliyi. Dil və üslub rəvanlığı. Kişvəri irsinin
tədqiqi. Anadilli poeziyamızın inkişafında Kişvərinin rolu.
Həbibi.
Həyatı. Uşaqlığı. Ağqoyunlu hökmdarı
Sultan
Yaqubun (1478-1490) sarayına gətirilməsi. Əvvəl Ağqoyunlular,
sonra isə Səfəvilər sarayında yaşaması. Xətai ilə münasibətləri.
“Məlik-üş şüəra” rütbəsinə yüksəlməsi. Osmanlı hökmdarı Sultan
Bəyazidin (1481-1512) hakimiyyətinin
son illərində Türkiyəyə
getməsi və Osmanlı sarayında yaşaması, Sultan Səlimin (1512-
1520) hakimiyyəti zamanı orada vəfat etməsi. Vəfat etdiyi və
dəfn olunduğu yer barədə Övliya Çələbinin məlumatı. Təzkirələr
Həbibi haqqında.
Həbibi Nəsimidən Füzuliyə qədərki poeziyamızın ən
qüdrətli nümayəndəsi kimi. Ana dilində dəyərli şeirlər yaratması.
Hacı Kamalın tərtib etdiyi “Camiünnəzair” (“Nəzirələr məc-
muəsi” – 1512) məcmuəsində Həbibi şeirləri.
Həbibi şeirlərinin
üzə çıxarılıb nəşr olunmasında türk alimi M.F.Köprülüzadənin
rolu. Həbibi şeirlərinin ideya-məzmun xüsusiyyətləri. Sənətkarın
poeziyasında sufi-panteist görüşlər. Şairin dini məzmunlu şeirləri.
Nəsimi ənənələrinin davam etdirilməsi. Həbibinin məhəbbət
lirikası. Şeirlərində humanizm və vətənpərvərlik. Sənətkarlıq
məharəti. Forma və məzmun gözəlliyi. Təsvir ustalığı
və poetik
vüsət. Məcazların dolğunluğu,
bədii mükəmməllik, obrazlılıq,
bədii təsvir və ifadə vasitələrinin bolluğu və kamilliyi. Dilin
emosionallığı və ekspressivliyi. Üslubi gözəllik.
Həbibi və
36
Füzuli. Həbibi yaradıcılığının müasirlərinə və özündən sonrakı
Azərbaycan və Osmanlı poeziyasına təsiri. Anadilli poeziyamızın
və ədəbi dilimizin inkişafında Həbibinin rolu və mövqeyi. Həbibi
irsinin öyrənilməsi.
Dostları ilə paylaş: