31
qızılbaşlar hərəkatı. Ağqoyunlular dövlətinin devrilməsi və
Səfəvilər dövlətinin yaranması (1501). Dövlətin banisi Şah
İsmayıl Xətai (1501-1524) və onun oğlu Təhmasibin (1524-1576)
hakimiyyəti illərində Azərbaycanda əmin-amanlıq.
Ana dilinin
dövlət dilinə çevrilməsi. İctimai və ədəbi-mədəni həyatda ana
dilinin mövqeyinin artması. XV-XVI əsrlərdə ölkənin maarif və
mədəniyyət həyatında baş verən dəyişikliklər. Tarix,
coğrafiya,
tibb və s. elmlər sahəsində bir çox əsərlərin meydana çıxması.
Sənət sahələrinin inkişafı.
Bədii ədəbiyyatın inkişafı və onun nümayəndələri: Şah
Qasım Ənvar, Əbdülqadir Marağayi, Hamidi İsfahani. Mirzə
Cahanşah Həqiqi,
Bədr Şirvani, Xəlili, Hidayət, Şeyx İbrahim
Gülşəni, Nemətullah Kişvəri, Həbibi, Şahi, Süruri, Bəsiri, Xəzani,
Həqiri Təbrizi, Xətai Təbrizi, Şah İsmayıl Xətai,
Məhəmməd
Füzuli, Fəzli və s. Bədii ədəbiyyatın, əsasən, iki dildə –
Azərbaycan və fars dillərində inkişaf etməsi. Anadilli ədəbiyyat
nümunələrinin və nümayəndələrinin kəmiyyət etibarı ilə artması.
Bədii ədəbiyyatda təriqət meyllərinin əvvəlki əsrlərə nisbətən
daha da güclənməsi. Saray ədəbiyyatının inkişafı. Saray və təkkə
ədəbiyyatı arasında nəzərə çarpan fərqlər. Bədii ədəbiyyatın əsas
inkişaf meylləri və mövzu istiqamətləri: mədhiyyə ədəbiyyatı,
təriqət ədəbiyyatı, sırf
dini meylli şeirlər, dünyəvi ruhlu ədəbiy-
yat, ictimai-fəlsəfi məsələlərlə bağlı poeziya nümunələri və s.
XV əsrin ikinci yarısı və XVI əsrin əvvəllərində Osmanlı
dövlətinə və başqa yerlərə mühacirət edən Azərbaycan şairləri.
Mühacirətin səbəbləri. Hürufilik ideyalarının davam etdirilməsi.
Hamidi, Xəlili, Gülşəni, Şahi, Süruri, Həqiri, Fəzli və s. şairlərin
həyat və yaradıcılığı haqqında məlumat.
Həmin şairlərin yaradıcılığının əsas xüsusiyyətləri. Bu
şairlərin əsərlərinin az bir qisminin bizə gəlib çatması.
Yaradıcılıqlarından nümunələrin təhlili.
XV-XVI
əsrlərdə yaşamış Azərbaycan sənətkarları
haqqında məlumat verən əsas məxəz və mənbələr. Bu dövr
ədəbiyyatının
öyrənilməsi, tədqiqi və nəşrinin səviyyəsi.