27
hakimiyyəti zamanı saraya dəvət olunması. Şairin saray həyatı.
Ərdəbilə qayıtması. Öz doğma şəhərinə münasibəti. Vəfat
etdiyi
yer və tarix barədə məlumatların yoxluğu.
“Fərhadnamə” (1369) A.Ərdəbilinin yaradıcılıq irsindən
bizə gəlib çatan yeganə əsər kimi. A.Ərdəbili
Nizami
ənənələrinin davamçısı kimi. Arifin Nizamiyə iradları və onun
səbəbləri. A.Ərdəbili yaradıcılığında bədii metod.
Realist təsvir
üsuluna meylin qüvvətli olması.
Poemanın iki hissədən ibarət olması. Bədii strukturu.
Məzmunu, ideyası. Süjetin dinamikliyi və xarakterlərin
zənginliyi. Əsas obrazların təhlili.
Mövzunun mənşəyi. Əsərdə tarixi həqiqətlə bədii həqiqətin
vəhdəti. Arifin istifadə etdiyi mənbələr.
Nizaminin “Xosrov və Şirin” poeması ilə “Fərhadnamə”nin
fərqli və oxşar cəhətləri. “Xosrov və Şirin” (yaxud “Fərhad və
Şirin”) Şərq ədəbiyyatında geniş yayılmış ənənəvi mövzu kimi.
“Fərhadnamə” poemasının ədəbiyyatımız tarixində əhəmiyyəti.
A.Ərdəbili və onun “Fərhadnamə” əsərinin tədqiqi.
Əssar Təbrizi.
Mövlana Şəmsəddin Hacı
Məhəmməd ibn
Əhməd Əssar Təbrizinin həyatı.
Ə.Təbrizinin əsərləri: “Mehr və Müştəri” poeması,
“Saqinamə” məsnəvisi, “Əlvafi fi tedadül-qəvafi” adlı nəzəriyyə-
yə dair əsəri və s. Şeirlər divanının gəlib bizə çatmaması.
“Saqinamə” bədii-fəlsəfi düşüncənin maraqlı nümunəsi kimi.
Əsərin həcmi. Məsnəvidə şairin toxunduğu məsələlər,
həyat və
zaman haqqında düşüncələri.
“Mehr və Müştəri” (1376) epik sənətin kamil nümunəsi
kimi. Poemanın vəzni, həcmi və yazılma səbəbi.
İki dostun sevgisindən bəhs etməsi. Poemanın mövzusu və
ideya-məzmun xüsusiyyətləri. Süjeti və kompozisiyası. Süjetin
gərginliyi, dinamikliyi və çevikliyi.
Hadisələrin bolluğu və
cazibədarlığı. Obrazlar aləmi. Şərin məhvə məhkumluğu, xeyirin
qələbəsi ideyası.
28
Poemada təsəvvüf görüşləri. Əsas ideyanın sufi görüşlərlə –
“vəhdəti-vücud” fəlsəfəsi ilə bağlılığı. Əsərdə şairin astronomik
görüşləri.
Süjet və hadisələrin, əsərdəki obrazların orta əsrlərin
astronomik sistemlə bağlı təsəvvürlərinə uyğun qurulması.
Mövzunun folklorla, xüsusilə “Mehr və Mah” dastanı ilə
bağlılığı. Şərq ədəbiyyatında “Mehr və Müştəri”yə yazılan
nəzirələr. Poemanın Azərbaycan dilinə tərcümə və nəşri (1988).
Ə. Təbrizi Avropa və Azərbaycan ədəbiyyatşünaslığında.
Dostları ilə paylaş: