23
Həsənoğlu şeirlərində poetik vüsət, dilin canlılığı, söz və
ifadələrin rəvanlığı, ahəngdarlığı, üslub gözəlliyi. “Apardı
könlümü…” qəzəlinə yazılan nəzirələr. İ.
Həsənoğlunun
Azərbaycan ədəbi dilinin inkişafında mövqeyi.
II Mövzu: XIII-XIV əsrlərdə Azərbaycan ədəbiyyatı.
“Dastani-Əhməd Hərami” poeması. N.Tusinin “Əxlaqi-
Nasir” əsəri
. XIII-XIV əsrlərdə Azərbaycanda ictimai-siyasi,
tarixi-iqtisadi və ədəbi-mədəni mühit. XIII əsrin əvvəllərində
Atabəylər dövlətinin zəifləməsi və süqutu (1225). Xarəzmşah
Cəlaləddinin Azərbaycana hücumu və hakimiyyət illəri (1225-
1231). Monqolların Azərbaycana yeni yürüşlərinin başlanması
(1231) və bunun işğalla başa çatması. Bağdadın
monqollar
tərəfindən fəthi (1258) və Abbasilərin hakimiyyətinə son
qoyulması. Yaxın və Orta Şərqin böyük bir ərazisini əhatə edən
Hülakülər – Elxanilər dövlətinin yaranması (1258).
Monqol
Hülakü dövlətinin zəifləməsi və süqutu (1357). Azərbaycan
Cəlairilərin hakimiyyəti altında.
XIV əsrin 80-cı illərində Əmir Teymurun Azərbaycana
yürüşü və onu istila etməsi. Teymurilərin Azərbaycandakı
fəaliyyəti və bunun nəticələri.
XIII-XIV əsrlərdə elm və mədəniyyətin inkişafı. N.Tusinin
rəhbərliyi ilə Marağa rəsədxanasının (1259),
vəzir Fəzlullah
Rəşidəddinin təşəbbüsü ilə Təbrizdə Rəşidiyyə akademiya
şəhərciyinin yaradılması və bunların ölkənin elmi-mədəni
həyatındakı rolu. Yeni mədrəsələrin açılması.
Xəttatlıq, memarlıq, rəssamlıq, nəqqaşlıq, musiqi və s. sənət
sahələrinin inkişafı. Bu dövrün görkəmli elm və sənət xadimləri.
Azərbaycan-fars, Azərbaycan-ərəb dilləri ilə bağlı lüğətlərin
yaranması. Azərbaycan tarixinə dair əsərlərin meydana çıxması.
XIII əsrdə anadilli ədəbiyyatın
təşəkkülü, inkişafı və onu
şərtləndirən sosial-siyasi, ədəbi-mədəni və etnik-tarixi amillər.
Dostları ilə paylaş: