Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


I Mövzu: Anadilli ədəbiyyat



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   11   12   13   14   15   16   17   18   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

I Mövzu: Anadilli ədəbiyyat
ı
n tə
ş
əkk
ü
l
ü
. Şair Əlinin 
“Qisseyi-Yusif” poeması.
İ
.
Həsəno
ğ
lunun yaradıcılığı. 
Orta əsrlər Azərbaycan ədəbiyyatını ədəbiyyat tariximizin 
başqa inkişaf mərhələlərindən fərqləndirən əsas cəhətlər və 
spesifik xüsusiyyətlər. Onun inkişaf yollarını və qanuna-
uyğunluqlarını şərtləndirən amillər. 
Orta əsrlər Azərbaycan ədəbiyyatında özünü göstərən bəşəri 
ideyalar. 
Məhəbbətin, 
insanpərvərliyin, 
vətənpərvərliyin, 
azadlığın, şəxsiyyətin mənəvi böyüklüyünün, qəhrəmanlığın və s. 
tərənnümü. Şərq və dünya ədəbiyyatında bu dövrün böyük ədəbi 
simalarının yeri. 
XIII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və 
öyrənilməsi problemi, XX əsrdə bu sahədə görülən intensiv işlər. 
Türk, rus və Avropa, həmçinin Azərbaycan ədəbiyyatşünas-
lığında bu sahədə vəziyyət. XIII-XVIII əsrlər ədəbiyyatına dair 
məxəz və mənbələr: təzkirələr, cünglər, salnamələr, şeir 
məcmuələri, səyahətnamələr, antologiyalar, divanlar, külliyyatlar 
və s. 


22 
Şifahi ədəbiyyatla yazılı ədəbiyyatın əlaqəsi. Xalq 
ədəbiyyatının yazılı ədəbiyyata və əksinə
,
yazılı ədəbiyyatın 
folklora təsiri. Orta əsrlər Azərbaycan ədəbiyyatı ümum-
müsəlman və ümumtürk ədəbiyyatı kontekstində. Bədii 
ədəbiyyatda milli təfəkkür və dünyagörüşlə ümumislam və 
ümumtürk təfəkkür və dünyagörüşünün qovuşması. İslam dininin 
və Quranın bədii ədəbiyyata təsiri. 
Saray ədəbiyyatı və onun ikili cəhəti: həm müsbət
mütərəqqi, həm də məhdud, mühafizəkar xüsusiyyətlərə malik 
olması. 
Şair Əli. 
Həyatı və şəxsiyyəti ilə bağlı məlumatların 
yoxluğu. “Qisseyi-Yusif” poeması. Əsərin ədəbi əhəmiyyəti. 
Yazıldığı tarix (1212). Mövzusu və ideyası. İdeya cəhətdən 
mükəmməlliyi. Mövzunun “Tövrat”, “İncil” və “Quran”la 
bağlılığı. Yusif peyğəmbərlə bağlı əhvalatın bədii ədəbiyyata yol 
tapması və bunun səbəbləri. Mövzunun türkdilli xalqların 
ədəbiyyatına gəlişi.
“Yusif və Züleyxa” qissəsinin xalq variantları və bunun 
“Qisseyi-Yusif”də davamlı və güclü şəkildə əks olunması.
Poemanın forma və struktur xüsusiyyətləri. Heca vəznində 
(12 hecalı şeir), dördlük formasında yazılması. Dil və üslub 
məziyyətləri. 
Azərbaycan ədəbiyyatında bu ənənəvi mövzuda yazan 
başqa sənətkarlar, Ərzurumlu Mustafa Zərir, Suli Fəqih, Şəms, 
Xətai Təbrizi və b.-nın “Yusif və Züleyxa” poemaları. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin