73
əsrin əvvəllərindəki realist ədəbiyyatda Axundov ənənələri. 80-
90-cı illərdə maarifçilik hərəkatının yüksəlişi və onun 90-cı
illərdə və XX əsrin əvvəllərində realizmin təkamülünə, realist
janrların inkişafına ciddi təkan verməsi.
Maarifçi realist metodun estetik prinsipləri. Maarifçi
realizmdə tipik şərait. Maarifçi realizmdə tipik şərait və
qəhrəman probleminin özünəməxsusluğu. Aparıcı qəhrəman
müəllif mövqeyinin birbaşa daşıyıcısı- ruporu kimi. Maarifçi
qəhrəmanla müəllif dünyagörüşü arasında əlaqə.
Cəmiyyətin tədrici təkamül yolu ilə inkişafına nail olmaq
maarifçi dünyagörüşünün əsası kimi. Maarifçilikdə “ağıl” kultu-
zəka səltənəti düşüncəsi. Milli oyanış və dirçəlişin mənəvi-əxlaqi
təkamülə, elmin, maarifin, təhsilin inkişafına tabe tutulması. Dini
inanc maarifçi dünyagörüşünün əsas tərkib hissəsi kimi. Dini
inancdan çıxış həm müəllif, həm də qəhrəmanların dünya-
görüşlərində mühüm mövqeyi.
Əxlaqi-mənəvi eybəcərliyə maarifçi baxış. Tənqidin
tərbiyəedici funksiyası. Tənqid hədəfinə münasibət. “İfşanın
hüdudları və ifşada məqsəd”in (Y.Qarayev) səciyyəsi. Maarifçi
realist metodda didaktizm estetik prinsip kimi. Maarifçi
realizmdə açıq tendensiyalılıq. İdeyadan süjetə doğru. Süjetə
müəllif müdaxiləsinin xarakteri və məqsədi.
Maarifçi realizmdə obrazların tipologiyası. Mütləq mənfi
və mütləq müsbət qəhrəman bölgüsünün XX əsrin əvvəllərindəki
maarifçi realist ədəbiyyat üçün səciyyəviliyi.
XIX əsrin sonu, XX əsrin əvvəllərində maarifçi realist
şeir, dramaturgiya və nəsr. Maarifçi realist ədəbiyyatın əsas
nümayəndələri. Realist şeir, dramaturgiya və nəsrin aparıcı
janrlarında maarifçilik estetikasının təzahür xüsusiyyətləri.
Dostları ilə paylaş: