72
konsepsiya şəklində formalaşması prosesinin Azərbaycanda
kapitalist münasibətlərinin inkişafı ilə bağlılığı. Burjuaziya
təbəqəsinin yaranması. Azərbaycan xalqının burjua milləti kimi
formalaşmasına zəmin yaradan ictimai-siyasi, mədəni-kulturoloji
amillər. Milli ideoloqların yetişməsi, milli varlıq uğrunda
mübarizənin konseptual şəkil alması.
İctimai şüurun estetik düşüncəni, öz növbəsində, estetik
düşüncənin də milli şüuru hərəkətə gətirmək məqsədi.
Milli estetik düşüncənin təkamülü. Ədəbiyyatın həyatla
əlaqəsinin güclənməsi uğrunda başlanan hərəkat. 1900-1920-ci
illər Azərbaycanda maarifçilik həərəkatının üçüncü mərhələsi
kimi. Epiqonçu, qəzəl-qəsidə nəzirəçiliyinə müqavimət
tendensiyası. Realist sənətə artan meyl. Realist nəsr və
dramaturgiya sahəsində janr axtarışlarının səmərəli nəticələr
verməsi.
1905-1907-ci illər rus inqilabından sonra ədəbi hərəkatda
yaranan canlanma. “Molla Nəsrəddin” və “Füyuzat” jurnallarının
nəşri. Onların ictimai şüura təsir imkanları. “Molla Nəsrəddin” və
“Füyuzat” ədəbi məktəblərinin formalaşması, estetik düşüncənin
ayrılan yolları. Milli intibah uğrunda mübarizədə “ayrılan
yollar”ın kəsişməsi.
Dostları ilə paylaş: