X Mövzu: Azərbaycan tənqidi realizminin estetikası. Azərbaycan realizminin tarixində yeni realizm tipi (cərəyanı) və
mərhələsi- tənqidi realizm. Burjua epoxasının yaratdığı
demokratik ideologiya və maarifçilik hərəkatı tənqidi realizmin
məfkurə əsasları kimi. Tənqidi realizm ədəbi cərəyanının
yaradıcılıq metodu- tənqidi realist metod.
Yaradıcılıq metodunun bu tipində tənqidin ictimai
gerçəkliyin əsaslarını hədəf alması. Metodun tənqidilik keyfiy-
yətinin spesifikası. Maarifçi realist və tənqidi realist metodlarda
tənqidilik keyfiyyətinin birləşən və ayrılan cəhətiəri. Tənqidi
realist metodda tənqidiliyin tarixi səciyyə daşıması, tənqid
hədəfinin xarakteri və tənqiddə məqsəd. Bu metodda tənqidin
“qəti rədd və inkar məzmunu” daşımasına dair fikirlərin ideoloji
səciyyəsi. Tənqidi realizmdə də tənqidin bütövlükdə cəmiyyəti
tərbiyə etmək funksiyasını öz üzərinə götürməsi. Bu istiqamətdə
milli tənqidi realizmlə dühya tənqidi realizmi arasındakı tipoloji
ıxşarlıqlar. Tənqidi realizm üçün inkar pafosu ilə bərabər təsdiq
pafosunun də səciyyəviliyi.
Metodun təbiətində estetik keyfiyyətlər kimi tipik şərait
və tipik xarakterə, həmçinin təfərrüat və detallar uyğunluğuna
ayrılan yer. Tipikləşmiş ictimai gerçəklik və sosial tiplər tənqidin
obyekti, vasitəsi və eyni zamanda nəticəsi kimi.
Analitik bədii təhlil tənqidin obyektivliyinin şərti kimi.
Tənqidin obyektivliyinin mövzunun bədii həllini sənətkar
dünyagörüşü və siyasi baxışlarından birbaşa asılılıqdan sərf-nəzər
etməsi.
Realizmin bu tipində “gizli tendensiyalılıq” keyfiyyəti və
onun maarifçi realizmdəki “açıq tendensiyalılıq”dan fərqi.
Tənqidi realist metodun doğuluşunda maarifçi realist
metodun yeri. Bu realizmdə maarifçi məfkurə və motivlər.
Tənqidi realistlərin yaradıclığı üçün “xırda adam”
obrazının səciyyəviliyi.
84
Azərbaycan ədəbiyyatında tənqidi realizmin estetik
əsaslarının formalaşmasında