Üzeyir bəy Hacıbəyov. Həyatı.Yaradıcılığı: Ü.Hacıbəyov
görkəmli publisist yazar kimi. Felyetonlarında milli həyat
problemlərinin maarifçi və demokratik zəmində qoyuluşu.
Ü.Hacıbəyov publisistikası və “Molla Nəsrəddin” üslubu.
Ü.Hacıbəyovun dramaturgiyası. Musiqili komediya
janrında yazdığı əsərlər. M.F.Axundov dramaturji ənənələrinin
davamı. Komediyalarında məişət mühiti ilə ictimai və mənəvi-
əxlaqi problematikanın üzvi vəhdətini yaratmaq ustalığı.
“Ər və arvad” komediyası. Konfliktin əsasında dayanan
məişət münaqişəsi. Mərcan bəy əxlaq düşgünü və yalançı
millətpərəst obrazı kimi. Əsərin süjet xəttinin əsasında dayanan
komik situasiya. Minnət xanım obrazı gender problemi
kontekstində.
“O olmasın, bu olsun” komediyanın klassik nümunəsi
kimi. Əsərdə sosial və məişət mühitində pulun roluna tənqidi
münasibət. Məşədi İbad satirik gülüş hədəfi kimi. Komediyada
komik gülüşün təbiiliyi və həyatiliyi. Komizmi şərtləndirən
situasiya və detallar. Əsərdə komik qəhrəmanın özünüifşa
üsulları. Məşədi İbadın birinci və ikinci monoloqları. “Qonaqlıq”
səhnəsi “rəngarəng tiplər silsiləsi”ni (F.Hüseynov) təqdim
etməyin üsulu kimi. Komediya aforizmlər toplusu kimi.
“Arşın mal alan” komediyası. Əsərin səhnə taleyi.
Komediyanın kələk üzərində qurulan fabulası və “çoxmərtəbəli
süjet xətti”. Gülçöhrə və Əsgər yeni düşüncə tərzinə malik
gənclərin ümumiləşdirilmiş obrazı kimi. Sultan bəyin real həyati
müşahidələrdən doğan canlı obrazı.Komediyada lirik və komik
xətlərin üzvi sintezi.
82
Ü.Hacıbəyovun komediya personajları sənətkarlıqla
işlənmiş tiplər kimi. Səhnə dilinin inkişafında onun
komediyalarının rolu.
IX Mövzu: Azərbaycan ədəbiyyatında sentimentalizm. Abdulla bəy Divanbəyoğlu. Sentimentalizm ədəbi cərəyanının yaranmasını şərtlən-
dirən ictimai- siyasi amillər. Sentimentalizmin estetik xüsusiy-
yətləri. Bu cərəyanı maarifçi realizm və romantizmə bağlayan və
ayıran cəhətlərə dair ədəbiyyatşünaslıq mövqeləri. A. Divan-
bəyoğlu milli ədəbiyyatımızda sentimentalizmin təmsilçisi kimi.
Həyatı. Hekayə yaradıcılığı. “İlan” hekayəsində kənd
məişətinin təsviri. Hürü xanım və Kazım obrazlarının səciyyəsi.
Hekayələrində fəhlə mövzusu.
Qadın hüquqsuzluğu A .Divanbəyoğlu yaradıcılığının
aparıcı mövzusu kimi. “Can yanğısı” romanında bu mövzunun
sentimental- romantik əksi. Əsərdə kənd həyatının idillik təsviri.
Romanın patrialxal mühitlə urbanist mühitin qarşılaşmasından
doğan konflikti. Əsərin süjet – struktur mürəkkəbliyi. Əhməd və
Ruqiyyə obrazlarının səciyyəsi və metaforik mənası. Ruqiyyənin
faciəli ölümünün müəllif mövqeyinin ifadəsində rolu.
“Əbdül və Şahzadə” povesti. Povestdə qadının mənəvi
azadlığı məsələsinə Şərq və Qərb kontekstlərində baxış.
Əbdül povestin maarifçi – romantik qəhrəmanı kimi.
Əbdül – Şahzadə, Murad – Nigar xətlərində müsəlman Şərqi, o
cümlədən Azərbaycan qadınlarının mənəvi əsarətinin bədii
təcəssümündə sentimentallıq. Sultan – Nisə, Şamil – Məryəm
xətlərinin estetik “yük”ü.
Süjetin hərəkətindəki açıq tendensiyalılıq və süjetə
müəllif müdaxilələrinin səciyyəsi.
Povestin “Epiloq”u. Avropa mühitində qadın probleminin
“Epiloq”dakı bədii-publisist ifadəsi. Əsərin Şərq qadınının
mənəvi azadlığa qovuşacağına müəllif inamını simvollaşdıran
xətti – Əbdül – Sona xətti.
83
Povestdə reallığın zəngin sentimental- romantik boyalarla
təsviri.