XII Mövzu: C. Məmmədquluzadənin dramaturgiyası. “Çay dəstgahı”- ilk qələm təcrübəsi, alleqorik mənzum dram
kimi. “Kişmiş oyunu” məzhəkəsi.
“Ölülər” C.Məmmədquluzadənin dramaturgiya sahə-
sindəki axtarışlarının zirvəsi kimi. Əsərdə sosial mühitin mənəvi
eybəcərliyinə yönələn gülüşün ifşaedici xarakteri. Əsərin maarifçi
ideyası. Əsərdə maarifçi idealın İslam dünyagörüşü ilə bağlılığı:
“Ölülər”in poetikası və İslam- birləşən mövqelər. Komediyanın
süjet xəttinin əsasında dayanan hadisə. Şeyx Nəsrullah obrazının
sosial məzmunu. “Ölülər” mühitini təmsil edən obrazlar.
“Ölülər”dəki gülüşün tragikomik xarakteri. “Ölülər” əsərində
möminliyin, nadanlığın və cəhalətin mahiyyətinə nüfuz.
“Ölülər”in mömin olduqları üçün yox, mömin olmadıqları üçün
tənqidinin maarifçi estetik “yük”ü. “Ölülər”də həqiqi möminin
obrazı. İsgəndər obrazının ideya-estetik “yük”ü. İsgəndərin tək
olmadığını sübut edən mətn faktı və onun estetik ifadəsi.
İsgəndərin əlindəki “şərab butulkası”nın ədəbiyyatşünaslığımız-
dakı yozumları. Komediyanın səhnə taleyi. Ədəbi tənqiddə əsərə
verilən qiymətlər.
“Anamın kitabı”nda milli birlik uğrunda mübarizə
ideyası. Əsərdə azərbaycançılıq ideologiyasının şərti- metaforik
təcəssümü. Zəhrabəyim böyük hərfli Vətənin obrazı kimi.
Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid obrazlarında
milli idealsızlığın tənqid hədəfi kimi seçilməsi. İctimai şüurda
özünə yer edən yad təsirlərin qardaşların əməl və düşüncə-
lərindəki əksi. Gülbaharın milli birlik, bütövlüyə köklənən
xarakteri və qardaşlarının kitablarını yandırmasının daşıdığı
estetik “yük”. Əsərdə ananın qoynundan çıxardığı “Kitab”ın
simvolikası.
“Kamança” pyesində Azərbaycan-erməni münasibətləri,
“Lal” səhnəciyində vətəndaşlıq borcu problemlərinin estetik
mənalandırılması.
87
C.Məmmədquluzadənin
publisistikası.
Publisistik
yaradıcılığının mərhələləri. “Molla Nəsrəddin” jurnalında çap
etdirdiyi felyetonların problematikası, mövzu və məzmun dairəsi.
Sovet dövrü yaradıcılığı haqqında ümumi məlumat.