Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


XV Mövzu: M.Ə.Sabir satirasının dialoji məzmunu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   55   56   57   58   59   60   61   62   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

XV Mövzu: M.Ə.Sabir satirasının dialoji məzmunu: 
inkar və təsdiq pafosu. 
Sabir satirasının inkar pafosu – ancaq 
eybəcərliyi tənqid mahiyyəti daşımasının ideoloji mahiyyəti. Bu 
satirada təsdiq pafosunun da mühüm yer alması. Satiraların 
böyük əksəriyyətinin dialoji məzmun daşıması. 
 
Sabir satirasında tarixiliyin dialoji məzmundakı estetik 
ifadəsi. Satirik tiplərin monoloqlarının dialoji xarakteri. Tipin 
cəmiyyətdə gedən proseslərə etirazında ictimai inkişafı 
şərtləndirən hadisələrin yer alması. Tipin etirazlarında milli 
ictimai düşüncənin inkişafınin yer alması. Satiralarda milli 
ictimai şüur nümayiş etdirən yuxarı təbəqə obrazları. Maarifçilik 
hərəkatının genişlənməsindən narahatçılığın estetik mahiyyəti. 
Satiralarda elm, təhsil, bütğvlükdə maariflənməyə qarşı çıxan 
obrazlarla birlikdə marifin əhəmiyyətini dərk edən, artıq bu 
prosesə qoşulmuş insanların obrazları: Maarifçi ata, maarifçi ana, 
təhsil almağa həvəsli məktəbli obrazları və s. Qadınların, qızların 


91 
təhsil almasından narazılıq ifadə edən tipin sözlərinin estetik 
mahiyyəti. 
“Mən bilməz idim bəxtdə bu nikbət olurmuş”, “Ey fələk, 
zülmün əyandır...”, “Ey əzizim, xələfim...”, “Xəsisin heyfi, 
varisin keyfi”, “Ağlaşma”, “Vay-vay! Nə yaman müşkülə düşdü 
işim, Allah!”, “Naəhl olana mətlbi andırmaq olurmu?!”, 
“Təraneyi- əsilanə” və s. şeirlərində cəmiyyətdə qedən mütərəqqi 
proseslərin əksi. 
XVI Mövzu:
Sabir ədəbi məktəbinin nümayəndələri. 
Əli Nəzmi. 
Həyatı. Yaradıcılığı. Yaradıcılığının birinci 
mərhələsində zəmanədən şikayət motivləri ( “Fələkdən giley”, 
“Şikayət”). 
Şeirlərində ictimai-siyasi problemlərin bədii inikasına 
meyl. Əsərlərində tənqidi-romantik pafos. Eyni zamanda (“Kəndə 
ibtida”, “Hürriyyətin lüzumu”, “İstibdad”) şeirlərində özünə yer 
alan milli-azadlıq və vətənçilik düşüncəsi. İnkar pafosu ilə 
bərabər təsdiq pafosunun da Əli Nəzmi və digər satiriklərin 
yaradıcılığı üçün səciyyəviliyi. 
Ə.Nəzminin 
üslubunun 
formalaşmasında 
“Molla 
Nəsrəddin” jurnalının rolu. Yaradıcılığının ikinci mərhələsi. 
Çoxsaylı satirik imzalarla jurnalda ardıcıl çıxışları. Şeirlərində 
satirik tənqidin güclənməsi. Satiralarının poetik sistemində Sabir 
yaradıcılığının təsiri. Mövzu dairəsinin genişlənməsi. 
Qadın hüquqsuzluğu, qadınların təhsili, maariflənməsi, 
milli məişətdə qadının üzləşdiyi çoxsaylı problemlər Ə.Nəzmi 
satirasında ardıcıl yer alan mövzu kimi ( “Kişilərimiz”, “Məs-
ləhət”, “Bir qızın “Molla Nəsrəddin”ə ərz-halı”, “Arvadlarımız”, 
“Vəssəlam” və s.). 
Milli priblemlərə biganəlik, milli düşüncə məhdudiyyətinə 
yönələn tənqid. “Zindan”, “Yazım, yazmayım”, “Olacaqmı”, 
“Olur-olsun”, “Əşari məhzunanə” və b. şeirlərində türkçülük 
düşüncəsinin təzahür xüsusiyyətləri. 
İranda baş verən ictimai-siyasi hadisələrə satirik-tənqidi 
münasibət ( “Şah”, “Aldanmayın”, “Məmdəlinin vidası” və s.). 


92 
Fanatizm və avamlıq, maarif, elm, təhsilə biganə 
münasibət, sosial düşüncə məhdudiyyətinin tənqidi ( “Beyt”, 
“Məktəb”, “Nə idi”, “Bakı” və s.). 
Din, şəriət adından istifadə edən, xalqı cəhalətdə 
saxlamağa çalışan “mollanüma”ların tənqidi. 
Ə.Nəzminin satirasında klassik şeir formalarından 
istifadə. Əsərlərinin dil xüsusiyyətləri. 
Ə.Nəzmi yaradıcılığı sovet dövründə. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin