90
Sabirdə türkçülük, türk birliyi, turançılıq. “Fəxriyyə”
şeirində türk birliyi ideyasının konseptual qoyuluşu. Əsər şairin
türk birliyi amalının tarixi-bədii salnaməsi kimi.
Şairin dünyagörüşündə İslam əxlaqının yeri. Şairin
yaradıcılığında İslami dəyərlərin poetik təcəssümü bütöv bir
sistem kimi. Sabirdə İslam aləminin mənəvi birliyinin zəruriliyi
məsələsi.
Sabir satirasında qadın probleminin qoyuluşu. Məktəb,
maarif, elm və təhsil- millətin savadlanması məsələsi şairin milli
özünüdərk konsepsiyasının tərkib hissəsi kimi. Uşaqlar üçün
əsərləri.
Şairin sənət görüşləri ( “Nə yazım”, “Təraneyi-şairanə”,
“Söz”, “Ey alnın ay...” və s.).
Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri. Sabir və
klassik şeir problemi. Satiralarında ənənəyə novator münasibət.
Sənətkarın poetik irsinin müasirliyi.
Sabir irsinin tədqiqi məsələləri. Sabirşünaslıq və onun
müasir problemləri.
Dostları ilə paylaş: