30
Müəyyədin əmri ilə edam olunması. Öldürülməsinin səbəbləri.
Bununla bağlı tarixi məlumat və rəvayətlər. Nəsiminin qəbri.
Nəsimi nəslindən olanların indi də Hələbdə yaşaması. Orta əsr
mənbələri Nəsimi haqqında.
Y a r a d ı c ı l ı ğ ı. Nəsiminin lirik şeirlər ustadı olması.
Üç dildə – Azərbaycan, fars və ərəb dillərində şeirlər yazması. İki
dildə – Azərbaycan və fars dillərində divanlarının
gəlib bizə
çatması. İstifadə etdiyi janrlar. Nəsimi fəlsəfi poeziyanın
görkəmli nümayəndəsi kimi. Yaradıcılığının birinci və ikinci
dövrləri və bu dövrləri fərqləndirən səciyyəvi xüsusiyyətlər.
Şeirlərinin mövzu dairəsi: sufiyanə şeirləri, hürufilik görüşləri ilə
bağlı şeirləri, dünyəvi motivli şeirləri, ictimai-fəlsəfi şeirləri, sırf
ictimai məzmunlu şeirləri və s. Nəsiminin məhəbbət lirikası. İlahi
və dünyəvi eşqin tərənnümü. Yaradıcılığından
nümunələrin
təhlili. Nəsimi hürufilik ideyalarının və baxışlarının coşqun
təbliğatçısı kimi.
Sənətkarın şeirlərində rəmzi anlayışlar, simvolik işarələr və
hürufi istilahları. “Bəhrül-əsrar” (“Sirlər dəryası”) qəsidəsi.
Nəsimi poeziyasında insan obrazı və onun özünüdərki problemi.
Maddi həyatın ötəriliyi. Şairin xalq ədəbiyyatının
zəngin
qaynaqlarından məharətlə bəhrələnməsi. Nəsimi şeirlərinin
sənətkarlıq xüsusiyyətləri. Bədii-fəlsəfi
fikrimizin inkişaf
tarixində və Azərbaycan ədəbi-bədii dilinin yüksəlişində
Nəsiminin rolu və mövqeyi. Azərbaycan, həmçinin Yaxın və Orta
Şərq ədəbiyyatına Nəsiminin təsiri. Azərbaycan ədəbiyyatında
Nəsimi ənənələri.
Nəsimi irsinin öyrənilməsi, tədqiqi və nəşri
sahəsində görülən işlər.
Dostları ilə paylaş: