24
Mövzunun xalq ədəbiyyatı ilə bağlılığı. Poemada xalq ədəbiyyatı
elementlərinin qabarıq şəkildə təzahürü. Əruz vəzni ilə heca
vəzninin qovuşması.
Əhməd Hərami, Güləndam və s. surətlərin
səciyyəsi. Əsərin əsas qayəsi. Xeyirin
şər üzərində qələbəsi
ideyası. Müəllifin süjeti qurarkan “ideyadan süjetə” prinsipi ilə
hərəkət etməsi. Poemanın quruluşu, süjet və kompozisiyası, dil və
üslub xüsusiyyətləri. Anadilli ədəbiyyatımızın inkişafında rolu.
Seyid Zülfüqar Şirvani.
Həyat və yaradıcılığı
barədə
məlumatların azlığı. Adı, soyadı, təxəllüsü, nisbəsi və künyəsi –
Seyid Qəvaməddin Hüseyn İbn Əli Sədrəddin Zülfüqar Şirvani.
S.Z.Şirvani saray ədəbiyyatının
görkəmli nümayəndəsi
kimi. Mədhiyyə yazmaqda xüsusi məharət göstərməsi və diqqəti
cəlb etməsi. Müxtəlif hökmdarlara mədhiyyələr həsr etməsi. Altı
dildə şeir yazması barədə məlumat. Yalnız fars dilində divanının
bizə gəlib çatması. Həmin divanın
London və Sankt-Peterburq
nüsxələri. Yaradıcılığında özünü göstərən iki əsas istiqamət: dini
təriqət meylləri və dünyəvi meyllər. Məhəbbət lirikası.
S.Z.Şirvani şeirlərinin forma gözəlliyi və rəngarəngliyi.
Eyni janrda müxtəlif formalarda əsərlər yazması. Formalist şeirin
inkişafında xidmətləri.
S.Z.Şirvani irsinin öyrənilməsi və nəşri sahəsində görülən
işlərin azlığı. Orta əsr
təzkirələri və son dövrün
ədəbiyyatşünasları S.Z.Şirvani haqqında.
Nəsirəddin Tusi
(1201-1274). Əbu Cəfər Məhəmməd ibn
Məhəmməd ibn Həsən Nəsirəddin Tusinin həyat və yaradıcılığı.
Anadan olduğu yer. Təhsili. Gəncliyində ismaililər sarayına
getməsi və uzun müddət orada yaşaması. Tusi Hülakü xanın
vəziri və məsləhətçisi kimi. Hülakü xan tərəfindən Bağdadın
alınması, xəlifə Möhtəsimin öldürülməsi və Abbasilər dövlətinin
500 illik hakimiyyətinə son qoyulmasında N.Tusinin rolu.
Marağa rəsədxanası. Həmin rəsədxananın tikilməsi (1259) və
fəaliyyəti ilə bağlı N.Tusinin gördüyü işlər. Alimin Bağdadda
vəfatı və orada dəfn edilməsi.
25
N.Tusinin müxtəlif elm sahələrinə aid 100-dən artıq əsər
yazması. Şərqdə və Avropada nücum elminin inkişafında rolu.
Universal
zəka sahibi, dünyanın ən görkəmli alimlərindən biri
olması.
“Əxlaqi-Nasiri” (1232-33)
tərbiyəvi-didaktik mövzuda
yazılmış ən dəyərli əsər kimi. Əsərin Yaxın və Orta Şərqdə böyük
şöhrət qazanması. Orijinal xüsusiyyətləri.
Əsərin quruluşu,
fəsilləri, məzmunu və əsas əxlaqi-tərbiyəvi məziyyətləri.
Azərbaycan dilinə tərcümə və nəşri.
Dostları ilə paylaş: