22
Şifahi ədəbiyyatla yazılı ədəbiyyatın əlaqəsi. Xalq
ədəbiyyatının yazılı
ədəbiyyata və əksinə
,
yazılı ədəbiyyatın
folklora təsiri. Orta əsrlər Azərbaycan ədəbiyyatı ümum-
müsəlman və ümumtürk ədəbiyyatı kontekstində. Bədii
ədəbiyyatda milli təfəkkür və dünyagörüşlə ümumislam və
ümumtürk təfəkkür və dünyagörüşünün qovuşması. İslam dininin
və Quranın bədii ədəbiyyata təsiri.
Saray ədəbiyyatı və onun ikili cəhəti:
həm müsbət,
mütərəqqi, həm də məhdud, mühafizəkar xüsusiyyətlərə malik
olması.
Şair Əli.
Həyatı və şəxsiyyəti ilə bağlı məlumatların
yoxluğu. “Qisseyi-Yusif” poeması. Əsərin ədəbi əhəmiyyəti.
Yazıldığı tarix (1212). Mövzusu və ideyası. İdeya
cəhətdən
mükəmməlliyi. Mövzunun “Tövrat”, “İncil” və “Quran”la
bağlılığı. Yusif peyğəmbərlə bağlı əhvalatın bədii ədəbiyyata yol
tapması və bunun səbəbləri. Mövzunun türkdilli xalqların
ədəbiyyatına gəlişi.
“Yusif və Züleyxa” qissəsinin xalq variantları və bunun
“Qisseyi-Yusif”də davamlı və güclü şəkildə əks olunması.
Poemanın forma və struktur xüsusiyyətləri. Heca vəznində
(12 hecalı şeir), dördlük formasında yazılması.
Dil və üslub
məziyyətləri.
Azərbaycan ədəbiyyatında bu ənənəvi mövzuda yazan
başqa sənətkarlar,
Ərzurumlu Mustafa Zərir, Suli Fəqih, Şəms,
Xətai Təbrizi və b.-nın “Yusif və Züleyxa” poemaları.
Dostları ilə paylaş: