Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   8   9   10   11   12   13   14   15   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

 
“Yeddi gözəl”
poeması (1197). Nizami yaradıcılığında 
yeri. Poemanın süjetində yeddi gözəl xətti. Bəhramın dünyaya 
gəlişi və tərbiyəsi. Yeddi gözəlin rəsmi. Sasani hökmdarı V 
Bəhram. Yəməndə Xəvərnəq qəsri. Bəhramın ov səhnələri. 
Neman, Simnar əhvalatı. Bəhramın atasının ölümü, hakimiyyətə 
başqasının keçməsi. Bəhramın taxt-tacı ələ alması. Simnar üç 
rəngli Xəvərnəq qəsrini tikmişdir. Yeddi rəng, yeddi künbəzli 
qəsr, yeddi gözəl, yeddi iqlim, yeddi nağıl. Fitnə obrazı. 
Bəhramın çobanla qarşılaşması. Məhbuslarla söhbət. Rast-
Rövşən obrazı. “Kənizsatan padşahın hekayəsi”, “Süleyman və 
Bilqeys” hekayəsi, “Mahanın hekayəsi”, “Xeyir və şər hekayəsi” 
və s. Hekayələrin əhatələdiyi məzmun. Meşar Şidənin tikdiyi 
yeddi künbəzli qəsr. N.Gəncəvinin yeni insan axtarışları. Gur 
arxasınca gedən Bəhramın yoxa çıxarılması. “Yeddi gözəl”in 
tədqiqi və sənətkarlıq problemi. 
XV Mövzu: N.Gəncəvinin “İsgəndərnamə” poeması. 
“İsgəndərnamə” poeması. Nizami yaradıcılığının zirvəsi. 
“Xəmsə”yə daxil olan sonuncu poema. Yaxın Şərq ədəbi 
düşüncəsinin elm və incəsənət abidəsi. Makedoniyalı 
İsgəndərin fəthləri. Ədibin poemanı yazmaqda məqsəd və 
qayəsi. İsgəndər və Ərəstu (müəllimi) yaxınlığı. “İsgəndər-
namə”nin iki hissədən ibarət olması. Birinci hissə “Şərəf-
namə”, ikinci hissə “İqbalnamə”. “İqbalnamə”nin iki hissəyə 
ayrılması (İsgəndərin alimliyi və peyğəmbərliyi). 
“Şərəfnamə” əsərin daha böyük hissəsi. İsgəndərin 
anadan olması, tərbiyəsi, məktəbə getməsi, səfərləri, 
müharibələri. İsgəndər Feyləqusun oğlu. İsgəndərin mənşəyi 
haqqında Rum və İran versiyalar. İsəgnədər dünyaya gəlişio ilə 
hakim Nikomaxosun oğlu Ərəstunun da dünyaya gəlməsi. 
Müəllimi Nikomaxos İsgəndərə Ərəstundan ayrılmamağı 
vəsiyyət edir. İsgəndərin Bərdə, Misir, Hindistan, Çin 


18 
səfərləri. Çin hökmdarından yeddi illik xərac istəməsi. 
Hindistan 
hökmdarını 
hədələməsi. 
Nüşabə-İsgəndər 
qarşılaşması. Dara və İsgəndərin müharibəsi. 
“İqbalnamə”. Müxtəlif dillərdən yunan dilinə kitabların 
tərcüməsi. İsgəndərin alim kimi gördüyü işlər. Alimlərlə 
söhbəti. “İsgəndər ilə çoban dastanı”, “Əflatunun keçmişdən 
hekayə söyləməsi”, “İsgəndərlə Sokratın hekayəsi” və s. 
“İqbalnamə”nin birinci hissəsi – “İsgəndərin yeddi alimlə 
xəlvətə çəkilməsi”. Əflstun (Platon), Ərəstu (Aristotel), Valis 
(Miletli Fales), Fərfuriyus (Porfiri), Bəlinas (Plin), Sokrat, 
Hermes. 
“İqbalnamə”nin 
ikinci 
hissəsi– 
İsgəndərin 
peyğəmbərliyi. Xoşbəxtlər ölkəsi. Nizami yaradıcılığının 
mövzu dairəsi. Dövrün ictimai, siyasi hadisələrinə münasibət. 
Bəşəri ideallar. Nizami humanizmi. Nizami və şifahi xalq 
ədəbiyyatı. Nizami irsinin tədqiqi tarixi.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin