3
A Z Ə R B A Y C A N M İ L L İ E L M L Ə R A K A D E M İ Y A S I
A. B A K I X A N O V A D I N A T A R İ X İ N S T İ T U T U
AZƏRBAYCAN
T A R İ X İ
1900-1920-ci illər
Y E D D İ C İ L D D Ə
V CİLD
B A K I , E L M , 2 0 0 8
4
Bu k itab "Azərbaycan tarixi. Yeddi cilddə. V cild" (Bakı, Elm, 2001) nəşri əsasında
təkrar nəşrə hazırlanmışdır.
Məsul redaktorlar:
Mahmud İs mayılov
AMEA-nın müxbir üzvü
Nigar Maksvell
tarix elmləri namizədi
ISBN 978-9952-448-41-2
947. 5402-dc22
Tarix - Azərbaycan
Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər).
Bakı. "Elm". 2008. 696 səh. + 40 səh. illüstrasiya.
"Azərbaycan tarixi" çoxcildliyinin V cildində XX yüzilliyin son dərəcə mühüm
hadisələrlə zəngin olan ilk iki onilliyi işıqlandırılmışdır.
Azərbaycan xalqının bütün həyat sahələrini əhatə edən köklü dəyişiklik-lərin baş
verdiyi həmin dövrdə kapitalist istehsal münasibətlərinin iqtisadiy yatda aparıcı mövqe
tutması, maarifçiliyə əsaslanan milli özünüdərk və ictimai şüurun milli dövlətçiliyi bərqərar
etməklə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədəbiyyat və mədəniyyətin coşqun
inkişafı, sosial-iqtisadi təkamül, cəmiyyətin digər mühüm proses və hadisələri bu cilddə diqqət
mərkəzinə çəkilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnən milli-azadlıq
hərəkatından geniş bəhs olunan bu cilddə Cümhuriyyətin müxtəlif sahələrdəki fəaliyyəti və
onun süqutuna səbəb olan amillərlə yanaşı, milli dövlət quruculuğunda mühüm tarixi-siyasi
əhəmiyyəti də şərh edilir.
© "Elm" nəşriyyatı, 2008
5
G İ R İ Ş
Yeddi cildlik "Azərbaycan tarixi"nin V cildində Azərbaycan tarixinin sosial-
iqtisadi, ictimai-siyasi və mədəni proseslərlə zəngin olan 20 illik (1900-1920-ci illər)
dövrü işıqlandırılmışdır.
İyirminci yüzilliyin ilk iki onilliyində Şimali Azərbaycanın istisnasız olaraq
bütün təsərrüfat sahələrində bazar iqtisadiyyatı münasibətləri hökmran mövqe tutmuş,
bəzi sahələrdə isə təsərrüfatın təşkilinin yüksək forması sayılan inhisarlar həlledici
mövqelərə yiyələnmişdi.
Azərbaycan xalqının milli şüurunun inkişafı tarixində keyfiyyətcə yeni
mərhələ olan bu dövrdə milli-azadlıq mübarizəsi yeni yüksək mərhələyə qədəm
qoymuş, milli-siyasi təşkilatlanma başa çataraq əlverişli şərait yaranan kimi öz
nəticəsini vermişdi: mənfur çar imperiyası yıxıldıqdan az sonra Azərbaycan xalqı rus
müstəmləkə boyunduruğundan çıxaraq ö z milli dövlətin i - A zərbaycan Xalq
Cümhuriyyətini yaratmışdı. Dövrün mühüm məsələlərini sistemləşdirib təqdim etmək
üçün XX əsr tarixşünaslığının nailiyyətlərinə, həmçinin ilk mənbələrə geniş istinad
edilən bu cilddə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivində, Mərkəzi Dövlət Hərbi
Tarix Arxivində, Peterburq MDTA-da, Gürcüstan Tarix Arxivində, Azərbaycan
Respublikası Dövlət Arxivində (ARDA), Azərbaycan Respublikası Dövlət Tarix
Arxivində (ARDTA), Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai
Hərəkatlar Arxivində (ARDSPİHA), Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və
İncəsənət Tarixi Arxivində (ARDƏİTA) toplanmış materiallardan, həmçinin vaxtilə
çap üzü görmüş mənbələrdən, o dövrün çoxsaylı mətbuat materiallarından geniş
istifadə olunmuş, "Azərbaycan" (Azərbaycan və rus dillərində), "Kaspi", "Znamya
truda", "İskra", "Açıq söz", "Naş put", "Zarya", "İttihad", "Nabat", "İstiqlal" və s.
dövri nəşrlər isə bir sıra məsələlərin işıqlandırılmasında qiymətli qaynaq rolunu
oynamışdır.
V cildin əhatə etdiyi dövr və problemlərə hələ XX əsrin əvvəllərində
yaşamış müəlliflərin həm Azərbaycan, həm də rus dillərində yazılmış mü xtəlif
xarakterli əsərlərində də bu və ya digər şəkildə to xunulmuş, yeni dövrün tarixini
tədqiq etmək sahəsində müəyyən işlər görülmüşdü.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Peterburqda, Rusiyanın digər
şəhərlərində yaşamış tarixçilərdən P.Q.Butkov, V.A.Potto, N.F.Dubrovin və
başqaların ın əsərlərində Azərbaycanın XIX əsr tarixinə aid məsələlər geniş
işıqlandırılmışdı. Bu əsərlər XX əsrin siyasi, sosial-iqtisadi tarixinin b ir ço x
məsələlərinə to xun masalar da, həmin dövrün bir sıra problemlərin i aydın başa
düşməyə imkan yaradır.
XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış Hacı Şey x Həsən
Mollazadənin "Zübdət-üt-təvarix" əsərinin dördüncü cildində İran, Qafqaz və Orta
Asiya tarixi ilə yanaşı, Azərbaycan tarixinin XX əsrin birinci onilliyinə aid
məsələlərindən də bəhs edilmişdir.
6
1918-c i il mayın 28-də yarad ılmış müstəqil Azə rbaycan Xalq
Cü mhuriyyəti bir ço x vacib məsələlərlə yanaşı, maarifin, o cümlədən tarix elmin in
inkişafı üçün bir sıra tədbirlər həyata keçird i, la zımi mütəxəssislər hazırlamaq üçün
xarici ölkələrə 100 nəfərdən artıq nü mayəndə göndərdi, 1919 -cü ildə Bakıda
universitet yaratdı. Bu dövrdə Parisdə Adil xan Z iyad xanovun "Azərbaycan",
Şey xülislamovun "Qafqaz Azərbaycan Respublikası" kitabları çapdan çıxdı,
M.Ə.Rəsulzadə "İran və Azərbaycan", "Azərbaycan paytaxtı" məqalələrin i nəşr
etdirdi. Bu məqalə lərdə ço x mühü m məsələlə rə - Azərbaycan xa lqın ın
formalaşması, onun qonşu xalq larla əlaqələri, Bakı şəhərinin inkişafı və s.
məsələlərə to xunulur.
Azərbaycanın mədəni həyatının, tarixi keçmişinin işıq landırılmasında
"Səfa", "Nicat", "Nəşri-Maarif‖, İran Maarifçilik Cəmiyyəti, "Tərəqqi‖
cəmiyyətləri mühü m rol oynadılar.
1920-c i ilin apre lində Azə rbaycan Respublikası e lan edildikdən bir
müddət sonra Şimali A zərbaycanda ictimai elmləri, o cümlədən Azərbaycan
tarixin i öyrənmək üçün qurumlar yarad ılmağa başladı. 1923 -cü ildə Azərbaycanı
Tədqiq və Tətəbbö Cəmiyyəti təşkil o lundu.
Azərbaycanda 1929-cu ildə yaradılan Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutu respublikada A zərbaycan tarixinə dair tədqiqatların aparılması və yazılı
mənbələrin nəşr olunmasında mühüm rol oynamağa başladı. O, az sonra SSRİ EA
Zaqafqaziya fılialının Azərbaycan şöbəsinə, 30-cu illərin ortalarında isə SSRİ Elmlər
Akademiyasının Azərbaycan filialına çevrildi. Həmin filialın nəzdində Tarix,
Arxeologiya və Etnoqrafiya İnstitutu, həmçinin arxeologiya və etnoqrafiya bölməsi
yaradıldı. Lakin burada Azərbaycan tarixinin XX əsrin əvvəllərini əhatə edən dövrünün
tədqiqi sahəsində əhəmiyyətli bir iş görülməmiş, əsas fəaliyyət marksizm-leninizm
klassiklərinin əsərlərinin nəşrinə və XX əsrin iki onilliyində baş verən fəhlə
çıxışlarının öyrənilməsinə yönəldilmişdi. Bununla yanaşı, akademik V V.Bartoldun
Bakıda 1925-1926-cı illərdə nəşr etdirdiyi "Azərbaycan tarixinin qısa xülasəsi" və
"Türk xalqlarının tarixinin öyrənilməsinin müasir vəziyyəti və ən vacib vəzifələri",
akademik N.A.Samoyloviçin "Qafqaz və Türk dünyası" məqalələri, N.İ.Meşşaninov,
Ə.Ələkbərov, P.K.Jüze, Əziz Qubaydulin kimi alimlərin Azərbaycan tarixinin
mü xtəlif dövrləri və məsələlərinə aid əsərləri işıq üzü görsə də, onlarda da Azərbaycan
tarixinin XX əsrin əvvəlləri dövrünə toxunulma mışdı.
Sovet dövründə Azərbaycanın XX əsr tarixi məsələlərinə ciddi şəkildə ilk
toxunan müəlliflər Bakı Universitetinin professoru Q.Q.Pisarevski, T.Passek, T.Latınin
və V.M.Sısoyevdir. Onlardan V.M.Sısoyevin 1925-ci ildə nəşr etdirdiyi "Azərbaycan
(Şimali) tarixi" əsərini xüsusi qeyd etmək lazımd ır.
XX əsrin 20-ci illərində fəaliyyət göstərmiş Vəli Xuluflu, A.
Sübhanverdizadə, A.Əfəndi, M.Əfəndizadə, H.İmanov, Abdulla Salamzadə, Ağamir
Məmmədov, Rəşid İsmayılov və b. kimi azərbaycanlı tarixçilərin tədqiqatlarında da
Azərbaycanın XX əsr tarixi məsələləri diqqətdən kənarda qalmışdı.
7
40-cı və 50-ci
illərdə Azərbaycanda yetişmiş tarixçi alimlərdən
Ə.Sumbatzadə, M.İsmayılov, İ.Həsənov, Q.Mehdiyev, İ.Talıbzadə XX əsr tarixi
məsələlərini də araşdırmış, Azərbaycanın çar Rusiyası tərəfindən işğalı məsələlərinə,
Azərbaycanda aqrar münasibətlər, kənd təsərrüfatı və sənayenin, xüsusən neft
sənayesinin tarixinə dair əsərlər nəşr etdirmişlər. Bu istiqamətdə müəyyən işlər gör-
müş Rusiya tarixçiləri N.Q.Boqdanov, K.A.Pajitnov və Q.Q.Pisarevskinin əməyin i də
qeyd etmək lazımd ır.
50-ci illərin sonu - 70-c i illərin əvvəllərində üç cilddən ibarət "Azərbaycan
tarixi" nəşr olunmuşdu. Onun II cildi Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixinə
həsr edilmişdir. Bu cild, demək olar ki, Azərbaycanın XX əsrin əvvəlləri dövrü
tarixini bütövlüklə əks etdirmiş ilk əsərdir. Cildin yazılması üçün müəlliflər tərəfindən
toplanmış külli miqdarda materialın əksəriyyəti ölkə tarixşünaslığına ilk dəfə gətirilmiş,
cilddə XX əsr tarixinin istər sosial-iqtisadi, istər siyasi, istərsə də mədəniyyət
məsələlərinə dair yeni məlu matlar və ətraflı şərhlər verilmişdir.
Üçcildlik "Azərbaycan tarixi" nəşr edildikdən sonrakı illərdə Azərbaycan
tarixinin bütün dövrləri, o cümlədən XX əsrin öyrənilməsi sahəsində xeyli nailiyyətlər
əldə edildi, bir sıra tədqiqatlar nəşr olundu. Onlardan Ə.S.Sumbatzadənin imperializm
dövründə Şimali Azərbaycanın sosial-iqtisadi durumuna, Ə.N.Quliyevin XX əsrin
siyasi məsələlərinə, M.Ə.İsmayılovun XIX əsrin sonu - XX əsrin əvvəllərində
Azərbaycanın kənd təsərrüfatı və sənayesinə, kənd təsərrüfatında kapitalizmin
inkişafına, A.Ş.Milmanın Azərbaycanın siyasi quruluşuna, İ.V.Striqunovun proletariatın
formalaşmasına həsr etdikləri monoqrafiyalarını göstərmək olar. M.Ə.İsmayılovun nəşr
etdirdiyi "Şəki" kitabında Şəkinin XX əsr tarixi də öz əksini tapmışdır. XIX-XX əsrin
əvvəllərində Azərbaycanda suvarma və sudan istifadə, 1912-ci il 20 dekabr islahatı
məsələləri İ. A. Talıbzadənin, XIX əsrin 30-cu illəri - XX əsrin başlanğıcında rus
kəndlilərinin Azərbaycana köçürülməsi isə D.İ.İsmayılzadənin əsərlərində
işıqlandırılmışdır.
Sonrakı dövrün, yəni 70-ci illərin sonu - 90-cı illərin tarixşünaslığından
danışmazdan əvvəl o cəhəti qeyd etmək zərurid ir ki, XX əsr Azərbaycan tarixinin bir
sıra məsələləri yuxarıda adlan çəkilən əsərlərin çoxunda sovet dövrünün hakim
ideologiyasının təsiri, rəsmi dövlət "konsepsiya"larının tələblərinə uyğun təhrif
edilmişdi.
İstər XIX və XX əsrin əvvəllərində - Azərbaycanda sovet hakimiyyəti
bərqərar olunana qədər, istərsə də ondan sonrakı ilk onilliklərdə həm rus, həm də
Azərbaycan tarixşünaslığında Rusiyanın Şimali Azərbaycanı istila etməsi məsələsi
əsasən obyektiv işıqlandırılırdı, lakin 40-cı illərdən sonra Rusiya və Azərbaycan ta-
rixşünaslığında həmin məsələ rəsmən saxtalaşdırılmağa başladı.
80-ci illərin ikinci yarısından sonrakı illərdə aparılan tədqiqatlarda artıq
əvvəəlki dövrdə yuxarıdan irəli sürülmüş "konsepsiya"ları qırağa qoyub, inkaredilməz
dəlillərə əsaslanan müəlliflər tariximizdə baş vermiş hadisələri olduğu kimi təqdim
etdilər. Bununla da tarixşünaslığımızdakı "Azərbaycanın Rusiyaya birləşdirilməsi" və ya
8
"birləşməsi" kimi qeyri-elmi müddəalar puça çıxdı. XX əsr tarixinin ilk iyirmi ilinə aid
həqiqətlər bərpa olundu. 80-ci və 90-cı illərin tarixşünaslığından danışarkən, ilk
növbədə, "Azərbaycan tarixi" kitablarının nəşrini qeyd etməliyik. Tarix İnstitutunun
kollektivi tərəfindən hazırlanmış "Azərbaycan tarixi" Azərb. EA həqiqi üzvü
İ.H.Əliyevin redaktorluğu ilə 1993-cü ildə Azərbaycanca, 1995-ci ildə rusca, 1994-cü
ildə yeni "azərbaycan tarixi" isə akademik Z.M.Bünyadov və professor Yusif Yusifovun
redaktəsi ilə çap edildi. XIX-XX əsrin əvvəlləri dövrü M.Ə.İsmayılov tərəfdən
yazılmış əsərlərdə də öz əksini tap mışdır.
70-90-cı illərin mütəxəssis tarixçiləri M.İsmayılov, T.Vəliyev, M.Musayev,
Ə.Umayev, Q.Cavadov, Y.Ələsgərov, S.Əliyarov, M.İbrahimov, İ.Bağırova, L.
Həsənova, H. Həsənov, Z. Qafarova, Ş. Kərimov, V.Səmədov, M.Gülmalıyev və b.
Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi üzrə çoxsaylı monoqrafiya və
elmi məqalələr nəşr etdirdilər. Onların əksəriyyəti Azərbaycanın sosial-iqtisadi tarixinə
- XIX-XX əsrin əvvəllərində Azərbaycanın sosial-iqtisadi quruluşu, Azərbaycan
kəndinin sosial-iqtisadi strukturu, Azərbaycanın sosial-iqtisadi inkişaf səviyyəsi, neft
sənayesinin tarixi, A zərbaycanda kənd təsərrüfatı, torpaq sahibliyi və torpaqdan isti-
fadə, neft istehsalı və Rusiya iqtisadiyyatı, mülkədar təsərrüfatı və s. məsələlərə aiddir.
Tarixi əsərlər içərisində ölkənin siyasi tarixinə dair olanlardan bir çoxunda
(müəlliflər: D.Hüseynova, D.Seyidzadə, E.Əliyev, İ.Bağırova, A.Balayev,
S.Mustafayeva, D.İsmayılzadə, N.Tahirzadə, S.Talıbova və b.) XIX-XX əsrlərdə
Azərbaycan-Rusiya münasibətləri, çarizm siyasətini Azərbaycanda həyata keçirənlər, rus
kəndlilərinin Zaqafqaziyaya, o cümlədən Azərbaycana köçürülməsi, Azərbaycan
ziyalıları, Azərbaycanda təhsil, Rusiya ali məktəblərində təhsil alan azərbaycanlılar,
Azərbaycanda siyasi təhsil məsələləri, Azərbaycan məktəbləri, maarif məsələləri,
Azərbaycan burjuaziyasının maarifçilik fəaliyyəti və s. məsələlərin tədqiqinə daha çox
yer verilmişdir.
Tarixçilər və d igər ixtisas sahibləri (müəlliflər: A.Paşayev, N.Axundov,
K.Zeynalova, İ.Kərimov, Q.Məmmədli, S.Mövlayeva, K.Talıbzadə) Azərbaycan
mədəniyyətinin bir çox sahələri, dövri mətbuat, görkəmli siyasət və mədəniyyət
xadimləri barəsində xeyli əsərlər yazmışlar. Onlara Azərbaycanın dövri mətbuatı,
M.Şahtaxtinskinin rus dövri mətbuatında fəaliyyəti, Azərbaycan teatrı, onun inkişaf
mərhələləri, H.Cavid, Ü.Hacıbəyov, mədəniyyət məsələləri, mətbuatda ədəbi tənqid
məsələləri və s. haqqında olan tədqiqatları misal göstərmək olar.
XX əsr dövrünə dair tarixşünaslıqda şəhərlərin tarixi, su təchizatı məsələləri və
s. ilə əlaqədar Bakı (F.Tağıyev), Şimali Azərbaycan şəhərləri (E.Muradəliyeva), Bakı
(M.Musayev), Şəki (M.İsmayılov), Gəncə (kollektiv), Şuşa barəsində (G.İsmayılova)
xeyli iş görülmüş, şəhər tikintisi və memarlığı məsələlərinə də tədqiqatlar həsr
olunmuşdur (müəlliflər: V.Xanəliyev, Ş.Fətullayev). Nəşr olunmuş əsərlərin bir qismi
dövri mətbuat (V.Məmmədov), Azərbaycan burjuaziyasının xeyriyyəçiliyi (M.İsmayılov,
M.İbrahimov, S.Talıbova), Azərbaycan tarixşünaslığı (Ə.Sumbatzadə) məsələlərinin
tədqiqindən ibarətdir.
9
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin obyektiv tədqiq edilməsi, o zaman
əldə olunmuş nailiyyətlər və buraxılmış səhvlərin düzgün dərk o lunması xüsusi
əhəmiyyət kəsb edir.
1918-ci il mayın 28-dən 1920-ci il aprelin 27-dək fəaliyyət göstərsə də,
Azərbaycan xalqının taleyində böyük rol oynayan məhz milli dirçəliş və dövlətçilik
mərhələsi, həmçinin müsəlman dünyasında ilk respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti Şərq ölkələrində demokratik ideya və hərəkatların inkişafına da müsbət
təsir göstərmişdir. Odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin cahanşümul tarixi hadisə
olması zaman keçdikcə daha aydın dərk edilir.
Buna görə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə əlaqəli mü xtəlif
məsələlərin, ü mu miyyətlə, həmin dövrdə Azərbaycanda və onun yerləşdiyi Cənubi
Qafqaz regionunda tarixi hadisə və prosesləri tədqiq edən, əsasən, son onilliklərdə
formalaşmış tarixşünaslığın təhlil edilməsi ço x vacibdir.
1917-1920-ci illərdə baş vermiş hadisələrin bilavasitə iştirakçıları olmuş
siyasi xadimlərin əsərləri həmin dövr tarixşünaslığının mühüm tərkib hissəsidir.
Doğrudur, bu əsərlər istifadə olunmuş metod və prinsiplər nöqteyi-nəzərindən sırf elmi-
tədqiqat xarakteri daşımır, ancaq izlənilən, məqsədlərə, xüsusən, hadisələrin
xronoloji ardıcıllıqla işıqlandırılması və onlara ümumiləşdirici baxışla yanaşılmasına
görə etibarlı mənbə sayılmalıdır. Həmin əsərlərin ilk mənbə kimi bir üstünlüyü də
ondadır ki, onları qələmə alan, dövrün görkəmli tarixi şəxsiyyətləri olan müəlliflər
sırasında Azərbaycan Xalq Cümhuriyyəti (AXC-nin), həmçinin Azərbaycan Sovet
Sosialist Respublikasının yaradıcıları və əsas siyasi xadimləri xüsusi yer tuturlar.
AXC xadimlərin in əsas siyasi hadisələrdən bəhs edən əsərləri həm AXC
dövründə ölkədə, həm də onun süqutundan sonra xaricdə çap edilmiş, onların bir çoxu isə
üçüncü Azərbaycan Respublikasında yenidən işıq üzü görmüşdür. Onların sırasına
M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, A.Ziyadxanlının, C.Hacıbəyovun, Y.V.Çəmən-
zəminlinin, M.Məmmədzadənin, Ş.Rüstəmbəylinin, Mir Yəqubun, R.Vəkilovun,
N.Şeyxzamanovun, Ə.Əsgərov-Kəngərlinskinin və digər fəal xad imlərin əsərləri
daxildir
1
.
Bu siyahıda M.Ə.Rəsulzadənin müstəsna yeri vardır. Onun əsərlərində milli
dövlətçilik ideyası xüsusi elmi maraq doğuran əsas amillərdəndir. Sosial-
nəzəriyyəçilər - tarixçilər, siyasətçilər, ədəbiyyatşünaslar, mədəniyyətşünaslar,
hüquqşünaslar üçün hədsiz dərəcədə maraqlı olan bir sıra məsələlər - milli Azərbaycan
ideyasının təşəkkülü və inkişafı, dövlətçilik baxışlarının formalaşması, siyasi
mübarizənin gözlənilməz dönüşlərlə zəngin mürəkkəbliyi və s. qeyri-adi şəxsiyyət olan
müəllifin əsərlərində öz geniş əksini tapmışdır.
Ə.M.Topçubaşovun fakt və hadisələrlə zəngin əsərləri də AXC
tarixşünaslığında xüsusi yer tutur. Azərbaycan dövlətinin səlahiyyətli nümayəndəsi,
parlamentin yeganə sədri olmuş müəllifin İstanbul və Paris təəssüratları, müstəqil
respublikanın öz həllini tapmamış problemləri onun əsərlərinin əsas mövzusudur.
Haqqında bəhs edilən dövrdə insanların fikir və düşüncələrinin əsas
10
məzmununu təşkil edən subyektiv gerçəkliyi daha düzgün anlayıb qiymətləndirmək
üçün M.V.Məmmədzadə və Ə.Əsgərov-Kəngərlinskinin yazıları diqqətəlayiqdir. Əgər
birinci müəllifdə hadisələrə baxış və yanaşmada mübarizə əzmi üstünlük təşkil edirsə,
ikincidə tarixi gerçəkliyə bədbin münasibət daha qabarıqdır. Lakin buna baxmayaraq,
onların hər ikisi tarixin düzgün dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən
gerçəklik faktlarına istinad edir.
1917-1920-ci illərdə fəal inqilabçı, hərbi siyasi qurumların rəhbər işçiləri,
Sovet hakimiyyəti dövründə isə respublikanın partiya-dövlət nümayəndələri olmuş
yerli ko mmunistlər - N.Nərimanov, Q.Musabəyov, M.D.Hüseynov, M.Quliyev,
Q.Hüseynov, Ə.Qarayev və b. tədqiq edilən dövrə aid bir sıra sərt xarakterli polemik
əsərlər qələmə almışlar
2
. Bu əsərlərin dəyəri siyasi rəqiblərə tənqidi münasibət ifadə
etmələrində, hadisələrin qənaətbəxş və obyektiv təsvirini vermələrində yox, o vaxtkı
kommunistlərin dünyagörüşü və psixologiyası haqqında dolğun təsəvvür
yaratmalarındadır. Onlara xas olan ümumi cəhət Müsavat hökuməti ilə müqayisədə
sovet idarəetmə sistemi və sosial-iqtisadi quruluşunun Azərbaycan xalqının tərəqqisi
üçün daha çox işlər gördüyünü sübut etməyə çalışmalarıdır.
Ümu mi şəkildə 1917-1920-ci illər tarixşünaslığını üç dövrə bölmək olar: 20-
30-cu illərin marksist tarixşünaslığı, 40-80-ci illərin milli ko mmunist tarixşünaslığı,
90-cı illərin liberal-milli tarixşünaslığı.
Azərbaycanda marksist tarixşünaslığın əsas nümayəndələri 1921-1931-ci
illərdə Qırmızı Professura İnstitutunu bitirmiş qeyri-azərbaycanlılar idi. Onlar 1917-
1920-c i illəri əhatə edən inqilab dövrünü dünya kapitalizminin ta m çürümə
mərhələsində zəhmətkeşləri burjuaziyanın zülm və istismarından azad edəcək dünya in-
qilabın ın ilkin müjdəç isi kimi qələmə alırd ılar.
1917-ci illərə aid tarixi əsərlərin müəllifləri - A.Rayevski, Y.Ratqauzer, N.Pçelin,
A.Popov, S.Sef, A.Steklov, A. Dubner hadisələri tədqiq və təqdim edərkən tarixi
reallığın təfsilatlarına maraq göstərmək, hadisələrin izahında ideologiyaya üstünlük
vermək, mənbələrdən geniş iqtibas gətirmək və s. kimi xüsusi yanaşma üslubu nümayiş
etdirmişlər
3
.
Lakin onların əsərlərində sonrakı sovet tarixçilərinin tez-tez müraciət
etdikləri partiya-sovet rəhbərlərinin çıxışlarından geniş istifadə, tarixi məkanın
təfərrüatınadək dövrləşdirilməsi, arxiv mənbələrini kütləvi fetişləşdirmə hallarına az-az
rast gəlinir.
"Zəhmətkeşlərə vəhşi nifrət", "dünya miqyaslı quldurlar", "müsavat nökərləri",
"bəyxan hökuməti", "öz xalqının mənafeyi ilə alver edənlər" və s. epitetlərdən gen-bol
istifadə edilən bu əsərlərdə Azərbaycan Xalq Cümhuriyyəti "Müsavat rejimi", "Müsavat
dövləti" kimi təqdim ed ilmişdir.
Marksist tarixşünaslığın nümayəndələri AXC-nin daxili siyasətindən
danışarkən bu siyasətin əsasına "rejimin" sinfi təbiətini, onun siyasi subyektlərinin
maraqlarını qoyur və onların zəhmətkeş fəhlə-kəndli mənafelərinə kökündən zidd
olduğunu iddia edir və bununla da bu mənafelərin uzlaşdırılması və ümummilli
11
məqsədə tabe edilməsi imkanlarını göstərmirdilər. Müsavat partiyasını kəskin tənqid
edir, onu gah kiçik burjua partiyası, gah da yalnız burjuaziya və mülkədarların mənafeyini
müdafiə edən təşkilat adlandırır, bununla da Müsavat partiyasının və bütövlükdə milli
hərəkatın əsas tutduğu prinsip və mənəvi dəyərləri bayağılaşdırmağa çalışırdılar. AXC
xarici siyasətinə Birinci dünya müharibəsində qalib gəlmiş ölkələr qarşısında
nökərçilik donu geydirilirdi.
20-30-cu və sonrakı illərin tədqiqatları başlıca olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin daha çox inqilabi dövrün məhsulu olmasını, iqtisadi mühafızəkarlığına
baxmayaraq, demokratik siyasi qurum və vətəndaş təsisatları yaradılmasına meylini,
mədəniyyət sahəsində özünü göstərən inqilabiliyini, milli hərəkatın is ə öz məqsəd və
hərəkətverici qüvvələrinə görə maarifpərvər və mütərəqqi xarakter daşıdığın ı görmək
istəmirdilər.
Müharibədən sonrakı illər tarixçi kadrlar: Z.İbrahimov, M.İsgəndərov,
Y.Tokarjevski, C.Quliyev, Ə.Sumbatzadə, T.Köçərli, D.Quliyev və başqaları bu dövr milli
kommunist tarixşünaslığının ən məhsuldar nümayəndələri sayılırlar
4
. Məhz bu dövrdə
1917-1920-ci illərin tədqiqat mövzusu daha da genişlənmiş, bir sıra sənədlər məcmuəsi
çap edilmiş, nəticədə kütləvi oxucu üçün dövrün sirləri ilə yaxından tanış olmaq imkanı
yaranmış, lakin AXC tarixinin müstəqil tədqiqat predmeti kimi sistemli şəkildə
öyrənilməsi davam etdirilmə mişdi
5-8
. Bunun tədqiqatçılardan asılı olmayan başlıca
səbəbi onda idi ki, hakim ideologiya məhz AXC ilə əvvəlcə siyasi, onun süqutundan
sonra isə Cümhuriyyətin yaddaşdan silinməsi üçün mübarizə aparmışdı.
Keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda 80-90-cı illərdə baş
verən proseslərlə paralel yaranan yeni mənəvi şərait AXC tarixinə aid bir sıra
problemlərin öyrənilməsinə qoyulan qadağaların aradan qalxmasına, dövrü öyrənən
yeni istiqamətin - liberal və milliyyətçi tarixşünaslığın formalaş masına imkan verdi.
Onun əsas nümayəndələri olan A.Balayev, C.Həsənli, N.Maksvell, P.Darabadi,
N.Nəsibzadə, R.Xudiyev və b. alimlərin tədqiqatları AXC tarixinin öyrənilməsi
sahəsində xeyli iş görüldüyünü söyləməyə əsas verir.
Əlbəttə, bu son dövr tarixşünaslığında, xüsusən onun ilk çağlarında bəzi
nöqsanlar, o cümlədən ifrat aludəçilik, 1917-1920-ci illərdə baş vemıiş hadisələrə
münasibətdə eyforiya əhvali-ruhiyyəsi, onların şərhində ideoloji yanaşmaya üstünlük
verilməsi kimi qüsurlardan xali olmayan bu ilk addımların özü, ümumilikdə, AXC tari-
xin in öyrənilməsi istiqamətində irəliləy iş idi.
90-c ı illərin əvvəllərində - AXC tarixinə aid mənbəşünaslıq bazasının
formalaşma dövründə C.Həsənlinin "Azərbaycan beynəlxalq münasibətlər sistemində
(1918-1920-ci illər)"
9
kitabı AXC-nin xarici siyasət problemləri üzrə müasir
Azərbaycan tarixşünaslığında baza olacağına tam əsas verir. Bu sırada duran əsərlər
içində İ.Musayevin "Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət
və xarici dövlətlərin siyasəti (1917-1921)" monoqrafiyası xüsusi yer tutur
10
.
Azərbaycan Xalq Cü mhuriyyəti hərb tarixin in tədqiqində P.Darabadinin
"Voennıye problemı politiçeskoy istorii Azerbaydjana naçala XX veka" (Bakı, 1998)"
12
kitabı qeyd edilməlidir.
Hərb tarixinin tədqiqində başqa bir müəllifin də adı çəkilməlidir. M.
Süleymanovun son illərdə çıxmış "Azərbaycan Ordusu (1918-1920)" adlı kitabı hərb
tarixində həqiqətən yeni bir səhifə olmuş dur
12
.
AXC-nin liberal-milliyyətçi tarixşünaslığının əsas nailiyyəti Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev cənablarının sərəncamı ilə AXC-nin 80
illiyini keçirmə k üçün yaradılmış Dövlət Komissiyasının iş planına əsasən çap edilmiş
bir sıra əsərlərin, material və sənədlər, məqalələr toplularının, xatirə kitablarının Azər-
baycan Xalq Cümhuriyyətinin tarixini dərindən öyrənməkdə və geniş şərhində əhəmiyyəti
olduqca önəmlidir
13
.
Baş Arxiv İdarəsi kollektivinin fəaliyyəti nəticəsində AXC-nin 80 illiyi ilə
əlaqədar hazırlan mış materiallar məcmuələrinin işıq üzü görməsindən sonra müasir
tarixşünaslıq geniş mənbəşünaslıq bazasına malikdir. Buraya ilk Azərbaycan
parlamentinin fəaliyyətinə həsr olunmuş üç kitab daxildir ki, onlar parlamentin 145
iclasının stenoqramından ibarət yeganə sistemli nəşrdir
14
.
AXC tarixşünaslığını zənginləşdirən kitablar siyahısına həmçinin 1918-1920-
ci illərdə ölkənin silahlı qüvvələrinin yaradılması, tarixini əks etdirən xüsusi sənədlər
toplusu da daxildir. Bu nəşr dövlətin öz silahlı qüvvələrini yaratmaq, öz ərazi
bütövlüyü və müstəqilliy ini qoru maq sahəsində göstərdiyi fəaliyyəti ilə bağlı olan
sənəd və materialların ilk tam külliyyatıdır
15
.
Azərbaycan Xalq Cümhuriyyətinin aşkar edilmiş qanunvericilik aktları və
qərarları
16
bir, xarici siyasət problemlərini əks etdirən sənədləri isə başqa bir topluda
17
dərc edilmişdir. "Fətəli Xan Xoyski. Həyatı və fəaliyyəti"
18
kitabı ilə bitən sənədlər
toplusu seriyası yalnız bu günə qədər tapılmış sənəd və materiallar əsasında tərtib
olunmuşdur. Bu qəbildən AMEA-nın (1998-ci ildə) 55 çap vərəqi həcmində nəşr
etdiyi "Azərbaycan Cümhuriyyəti (sənədlər və materiallar) 1918-1920-ci illər" kitabını
da qeyd etmək olar
19
.
* * *
Tarix İnstitutu hələ 70-ci illərin əvvəllərindən "Azərbaycan tarixi" çoxcildliyini
hazırlamağa başlamışdı. O vaxtlar XX əsrin əvvəlləri dövrünü əks etdirən xüsusi cildin
hazırlanmasında respublikanın müxtəlif elmi idarələrində çalışan aparıcı tarixçilərimiz
yaxından iştirak edirdilər. Lakin çoxcildliyin hazırlanması ilə bağlı görülən işlər müəyyən
səbəblərdən tam başa çatdırılmadı. Təqdim olunan bu cild üzərində iş yenidən başlayanda
müəlliflərin bəziləri artıq dünyasını dəyişmiş, bəziləri isə İnstitutun elmi fəaliyyətində
iştirak etmək imkanında olmamışdır. Buna görə də Tarix İnstitutunun həmin mətnləri
əsaslı surətdə yenidən işləmiş əməkdaşları - tarix elmləri namizədləri H.Həsənov,
S.Mustafayeva, K.Ocaqova, E.Əliyev, G.İsmayılova əslində onların həmmüəllifi
13
sayılmalıdırlar.
V cilddəki əsasən Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən
mətnlərin nəşrə hazırlanıb tərtib edilməsində Azərbaycanın 1917-1920-ci illər tarixi
şöbəsinin elmi işçiləri - t.e.n. K.İsmayılov, N.Məmmədzadə, R.Rüstəmov,
E.Hacıbabayev iştirak etmişlər.
Oxuculara təqdim olunan V cildin ayrı-ayrı hissələrinin müəllifləri
aşağıdakılard ır:
Giriş: Azərb. EA müxbir üzvü M.İsmayılov, t.e.n.H.Həsənov, t.e.n. N.
Mak svell.
I fəsil: Azərb. EA müxbir üzvü M. İsmayılov, t.e.d. D.Hüseynova, t. e. d. M.
İbrahimov, t. e. d. İ. Bağırova, t. e. n. H. Həsənov, t. e.n. N. N. Məmmədov, t. e. n. Z.
Qafarova, t. e. n. G.İsmayılova.
II fəsil: t. e . d. D. Hüseynova , t. e . d. İ. Bağırova.
III fəsil: Azərb. EA müxbir üzvü M.İsmayılov , t.e.d.D. Hüseynova , t. e. d. D.
Seyidzadə, t. e. d. M. İbrahimov, t. e. n. H. Həsənov, t. e. n. N Məmmədov
IV fəsil: t. e. d. D. Hüseynova , t. e. n. N. Tahirzadə, t. e. n. N. Məmmədov
V fəsil: t. e. d., prof Y. A. Tok arjevsk i, t. e. d. prof C. Həsənov, t. e. n. N
Mak svell, t. e. n. R. Xudiyev
VI fəsil: t. e . d., prof C. Hə sənov, t. e. n. N. Mak svell
VII fəsil: t. e. n. N . Mak svell, t. e. d., prof İ. Musayev, t.e.n. K. İsmayılov, t. e.
n. M. Süleymanov
VIII fəsil: t. e . d., prof C. Hə sənov
IX fəsil: t. e . n. N . Mak svell
X Fəsil: f e. n. Ş. Alışanh, t. e . n. H. Abdullayeva , t. e. n. N. İsayev, f e. n. M.
Aslanov
XI fəsil: t. e . n. N . Mak svell
14
I FƏSİL
AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ VƏZİYYƏTİ
(1901-1914-cü illə r)
Dostları ilə paylaş: |