A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə7/39
tarix05.03.2017
ölçüsü5,84 Mb.
#10118
1   2   3   4   5   6   7   8   9   10   ...   39
§ 10. ŞƏHƏRLƏR 

 

XX  əsrin  əvvəllərində  daxili  bazarın  yarandığı  və  qəzalarda  kapitalist  istehsal 



münasibətləri  üstün  mövqe  tutmağa  başladığı  şəraitdə  Azərbaycan  şəhərləri  sürətlə 

böyüməyə başladı. Artıq Azərbaycanın ondan artıq şəhəri də dünyanın neft mərkəzi olan 

Bakı, Cənubi Qafqazın ən iri şəhərlərindən biri sayılan Gəncə ilə yanaşı, ticarət-sənaye 

mərkəzinə çevrilmişdi. 

Kiçik  kəndli  əmtəə  istehsalçılarını  müflisləşdirən proses  və bununla  əlaqədar 

həm əkinçi, həm də qeyri-əkinçi kəsbkarlığı gücləndikcə, adamların iş üçün axışdığı bir 

şəraitdə şəhər əhalisi artırdı. İri şəhərlərdə əhali artımı əsasən gəlmələrin hesabına olurdu. 

Belə  ki,  1913-cü  ildə  Bakı  əhalisinin  yalnız  32,7  faizi  Bakıda  və  mədən-zavod 

rayonlarında doğulmuşlar id i

238


Azərbaycanda  şəhər  əhalisinin  artımı  çox  sürətlə  gedirdi.  Bakının  əhalisi, 

mədən-zavod  rayonları  nəzərə  alınmadan,  1897-ci  ildən  1915-ci  ilədək  112,2  min 

nəfərdən 262,4 min nəfərə, Gəncə şəhərinin əhalisi isə 33,6 min nəfərdən 59,7 min nəfərə 

qədər artmışdı

239


1900-1915-ci  illər  arasında  əhalisi  sürətlə  çoxaları  digər  Azərbaycan 

şəhərlərindən Nuxanın əhalisi 28,4 mindən 52,2 minə, Şuşanınkı 25,6 mindən 43,8 minə, 

Qubanınkı 17,4 mindən 26,9 minə, Şamaxınınkı 23 mindən 27,3 minə, Lənkəranınkı 10,6 

mindən 17,8 minə çatmışdı. 1915-ci ildə Naxçıvanın əhalisi 9 minə yaxın, Ordubadın kı  isə 

6,5 min nəfər idi

240



Beləliklə, bu dövrdə Azərbaycanın şəhər əhalisi 2 dəfəyə qədər artmış, 1913-cü 



ildə  1902-ci  ildəki  305  min  nəfərdən  556  min  nəfərə  çatmışdı

241


.  1902-ct  ildə  Bakı 

quberniyası əhalisinin  22,5  faizi

242

,  1913-cü  ildə  27,1  faizi şəhər əhalisi  idi



243

.  Yelizavetpol 

quberniyasında şəhər əhalisinin xüsusi çəkisi 1902-ci ildə 9,5 faiz

244


, 1910-cu ildə  isə 11,4 

faiz o lmuşdu

245



Şəhər əhalisinin əsas kütləsini Azərbaycan türkləri təşkil edirdi. Şəhərlərin artımı 



 

 

72 



böyük  mütərəqqi əhəmiyyətə  malik  idi. Azərbaycan şəhərlərinin  xarici  görünüşü  isə  öz 

milli  koloriti  ilə  fərqlənirdi.  Xarakteri  ölkənin  sosial-iqtisadi  inkişafındakı  rolu  ilə 

müəyyənləşən  bu  şəhərlərin  özünəməxsus  xüsusiyyətləri  də  var  idi:  onlar  ticarət-sənaye 

mərkəzlərinə  çevrilməklə  yanaşı,  hələ  də  bəzi  kənd  təsərrüfatı  sahələrini  özlərində 

qoruyub saxlayırdı. Yalnız Bakı şəhəri bu nöqteyi-nəzərdən istisna idi. 

Bu  dövrdə  A zərbaycan  şəhərləri  ö z  təbii  zənginliklərinə  və  Rusiya 

bazarının  tələblərinə  uyğun  olaraq  ixtisaslaşırdı.  Belə  ki,  Bakın ın  sürətlə  inkişafı 

neft  sənayesi  və  ona  xid mət  göstərən  sənaye  sahələri  ilə  bağlı  idi.  Nu xa  və 

Ordubad  ipəkçilik  mərkəzləri  kimi  məşhur  idi.  Gəncədə  pamb ıq  emalı  sənaye 

sahəsi üstünlük təşkil ed ird i və s. 

Şəhərlərdə  böyük  əhəmiyyəti  olan   maliyyə-kred it  və  bank  idarələrin in 

yaranması isə mal-pul münasibətlərinin inkişafı ilə bağlı idi. 

Bakı  təkcə  Azərbaycan  və  Cənubi  Qafqazın  deyil,  Rusiya  imperiyasının 

ən  iri  şəhərlərindən  biri  id i.  O,  Azərbaycanda  topdansatış  ticarətinin  ən  mühüm 

mərkəzi  kimi  Rusiyanın  bir  ço x  ticarət-sənaye  mərkəzləri  ilə  əlaqə  saxlayırdı. 

Müharibə ərəfəsində şəhərdə onlarla iri sənaye müəssisəsi var idi. 

Azərbaycanın  enerji  bazasın ın  inkişafı  neft  sənayesinin  inkişafı  ilə  bağlı 

idi.  Bakı  1913-cü  ildə  öz  elektrik  stansiyalarının  gücünə  görə  Rusiyada  qabaqcıl 

yerlərdən birin i tuturdu

246


Azərbaycanın  ticarət  əlaqələrində  Bakı  limanı  mühü m  ro l  oynayırdı. 

1910-cu  ildə  onun  ma l  dövriyyəsi  350  mln   puda  bərabər  idi,  halbuki  Peterburq 

limanında  bu  rəqəm  304,5  mln  pud  idi.  Bakıdan  göndərilən  və  buraya  gətirilən 

ma llar  Rusiyanın  da xili  quberniyaları  ilə  bağlı  idi.  1913-cü  ildə  Ba kı  limanın ın 

342,4  mln rublluq mal dövriyyəsinin 300  mln pudunu neft məhsulları təşkil edirdi. 

Bakı limanı Həştərxan, Krasnovodsk və İran limanları ilə əlaqədə id i. 

Bakıdan sonra ikinci ticarət-sənaye mərkəzi  Gəncə id i.  Gəncədə 1914-cü 

ildə hər b irinin  illik istehsal həcmi 180  min rubla çatan 8 pambıq emalı zavodu, 3 

spirt  və  konyak  zavodu,  37  çaxır  istehsalı  müəssisəsi,  meyvə  şirəsi,  biyan  kö kü 

emal  edən  23  zavod,  5  gön-dəri  müəssisəsi,  tütün  fabriki,  kərpic  zavodu  və  s. 

müəssisələr var idi

247



Gəncə  həm  də  mühü m  ticarət  mərkəzi  idi.  1914-cü   ildə  burada  1500 



ticarət  müəssisəsi  var  idisə,  onlardan  56,2  faizini  dükan lar,  mağazalar,  anbarlar 

təşkil edirdi.  Həmin  il  Gəncədə ticarət dövriyyəsi 14-16  mln rubla çatırdı. Sonra kı 

illərdə  bu  rəqəm  2  dəfəyə  qədər  artmışdı

248


.  Şəhərdə  2129  ticarət-sənaye 

müəssisəsi fəaliyyət göstərirdi

249

. Doğrudur, onların əksəriyyəti kiçik  müəssisələr idi, 



lakin  ticarət  və  sənaye  kapitalın ın  mərkə zləş məsi  prosesi  gedirdi.  Sənət ka r lıq  

Gəncə iqtisadiyyatının ayrılmaz hissəsi idi. 

Gəncədən  Moskva  və  Lodza  pambıq  emalı  zavodlarının  məhsulu,  Rusiyanın 

mərkəzi  şəhərləri  və  Sibirə təzə  meyvə,  çaxır  ixrac  olunurdu.  1904-cü  ildə  Gəncədən 

Rusiya fabriklərinə 34 min pud, 1913-cü ildə isə 239,870 min pud mahlıc aparılmışdı

250


Gəncənin  xariclə  ticarətində  İran  mühüm  yer  tuturdu.  İrana  əsasən  taxıl  və 



 

 

73 



heyvandarlıq  məhsulları  ixrac  olunur,  oraya  yerli  məhsullarla  yanaşı,  Rusiyadan  gətirilmiş 

mallar  da  yola  salınırdı.  Gəncə  eyni  zamanda  böyük  dəmir  yol  şəbəkəsi  idi.  1883-cü  ilə 

nisbətən  1913-cü  ildə  Gəncə  stansiyasına  gətirilən  malların  miqdarı  15  dəfə,  buradan 

göndərilən malların miqdarı isə 30 dəfə artmışdı. 

Şuşa  Qafqazda  ən  böyük  xalça  istehsalı  mərkəzi  idi.  Burada  is tehsal  olunan 

xalçalar  öz  keyfiyyətinə  görə  ən  yaxşı  İran  xalçalarından  geri  qalmır,  Moskvaya, 

Peterburqa  və  xaricə  ixrac  olunurdu.  Şəhərdə  22  ipək  emalı  və  ipəksarıyan  fabrik,  3 

spirttəmizləyən  və  konyak  zavodu  var  idi.  Burada  xeyli  sənətkar  fəaliyyət  göstərirdi. 

Şəhərdə  ticarət  ildən-ilə  genişlənirdi.  Əsas ticarət  malları  barama,  ipək, gön-dəri,  yun, 

pambıq və çaxır idi. Şuşada 1902-ci ildə 708, 1913-cü ildə isə illik ticarət dövriyyəsi 8,4 

mln rubla bərabər olan 800 ticarət-sənaye müəssisəsi var idi

251


Nuxa ipək istehsalı və emalına görə təkcə Azərbaycanda deyil, bütün Qafqazda 

əhəmiyyətli  rol  oynayırdı.  İpək  sənayesinin  yüksək  səviyyədə  inkişafı,  yararlı  rabitə 

yollarının  olması  şəhərin  barama  və  ipək  ticarəti  üzrə  mühüm  bazara  çevrilməsinə 

səbəb  olmuşdu.  1914-cü  ildə  burada  55  ipək  emalı  və  ipəkəyirmə  fabriki,  ipək,  ipək 

istehsalı qalıqları və barama ticarəti ilə məşğul olan 21  müəssisə, 3 tütün fabriki, 24 gön-

dəri  emalatxanası

252


,  manufaktura  malları  ilə  ticarət  edən  63  müəssisə  və  s.  var  idi. 

1910-cu ildə Nu xa kapitalisti Ə.Əhmədov şəhərdə elektrik stansiyası tikdirmiş di

253

. 1913-


cü  ildə  şəhərdə  illik  dövriyyə  vəsaiti  3  mln  rubldan  çox  o lan  962  ticarət-sənaye 

müəssisəsi var id i

254



XX  əsrin  əvvəllərində  Şamaxı  şəhəri  kənd  təsərrüfatı  məhsullarının  və  kustar 



istehsalı  mallarının  mühüm  mərkəzi  idi.  Buraya  Şamaxı,  Göyçay  və  Cavad  qəzalarından 

gətirilən  müxtəlif  mallar  Bakıya,  Cənubi  Qafqazın  müxtəlif  rayonlarına,  həmçinin 

Həştərxana aparılırdı. Satışa buğda, arpa, düyü, meyvə, gön-dəri, yun, ipək, xalça-palaz, mis 

əşyalar və s. çıxarılırdı. 1912-ci ildə Şamaxıda illik dövriyyəsi 1,2 mln. rubla bərabər olan 227 

ticarət və sənaye müəssisəsi var idi

255


Lənkə ran balıq, ta xıl, meşə materialları satışı və ixrac ı ü zrə  mühüm tica rət 

mərkəzi  idi.  1913-cü  ildə  burada  6  balıq  sənaye  kontoru,  unla  ticarət  edən  3 

müəssisə,  meşə  materialları ilə ticarət edən 3  müəssisə, 3 kənd təsərrüfatı alətləri 

mağazası,  bir  pivə  zavodu  fəaliyyət  göstərirdi

256


.  Şəhərin  ticarət-sənaye 

müəssisələri sürətlə artırdı.  XIX əsrin sonunda onların sayı 225  idisə, 1910-cu ildə 

460 o lmuşdu. Burada  1912-ci  ildə  illik ticarət dövriyyəsi 1,2  mln rubla çatan 253 

ticarət müəssisəsi var id i. 

Quba bağçılıq və  xalçaçılıqla  məşğul id i. 1914-cü  ildə burada  meyvə və 

qax  ticarəti  ilə  məşğul  olan  4,  xalça -palaz  satan  4  müəssisə,  bir  kənd  təsərrüfatı 

alətləri  mağazası, 35 parça  mağazası fəaliyyət göstərirdi. Meyvə ticarətindən  ildə 

450-500  min  rubl  gə lir  götürülürdü.  1910-cu  ildə  şəhərdəki  329  tica rət 

müəssisəsinin illik ticarət dövriyyəsi 1 mln rubla bərabər idi

257


. Bu illərdə Quba və 

Lənkəranda kiçik elektrik stansiyaları tikilmişdi.  

Naxçıvan,  Ordubad  və  Zaqatala   bağçılıq,  üzü mçü lük,  heyvandarlıq   və 

taxılçılıq  ilə  məşğul  olurdu.  Bu  təsərrüfat  sahələri  tam  əmtəə  xarakterli  idi.  Öz 



 

 

74 



duzu  ilə  məşhur  olan  Naxçıvanda  1903-cü  ildə  303,4  min  pud  duz  istehsal 

edilmişdi. Naxçıvanın spirt istehsalında mühüm çəkisi var idi. 1903 -cü ildə burada 

5,8  mln  qradus  spirt  çəkilmişdi

258


.  Ordubad  Azərbaycanın  ipək  sənayesi 

mərkəzlərindən biri o laraq qalırd ı. Şəhərin sənaye müəssisələrinin məhsuldarlığı və 

ticarət dövriyyəsi bir milyon rubla çatırdı. 

XX  əsrin  əvvəllərində  şəhərin  ticarət  və  sənaye  əlaqələrin in  inkişafında 

Azərbaycan  iqtisadiyyatı  üçün  ümu mi  proseslər  öz  əksini  tapdı:  bir  tərəfdən, 

Avropa-Rusiya,  Şimali  Qafqa z  və  Cənubi  Qafqaz  ilə  ticarət  ə laqələrin in 

möhkəmlən məsi, digər tərəfdən, daxili A zərbaycan bazarının formalaşması. 

Bu  dövrün  səciyyəvi  xüsusiyyətlərindən  biri  ticarət  evləri,  firmaları, 

səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilən topdansatış ticarətinin mühü m yer 

tutması  idi.  Şəhərlərin  hamısında  xeyli  xırda  tacirlərin  olması  xırda  ticarətin  geniş 

yayıldığını  göstərir.  Bu,  əmtəəlik  kənd  təsərrüfatı  malları  istehsal  edən  qəzalarda 

daha  geniş  inkişaf  etmişdi.  Mü xtəlif  malların  gətirildiy i,  Azərbaycan  qəzaları 

tacirlə rin in  fəa l  iştira k  etdiyi  yarmarka lara  və  bazarlara  gətirilən  məhsulla rın  ço x 

hissəsi yerli tacirlərə məxsus idi. 

Dəmir və şose yolların çəkilməsi, rabitə vasitələrinin təkmilləşdirilməsi şəhərlərin 

həyatında mühüm rol oynayır, onların sürətli inkişafı  ilə yanaşı, ticarətinin güclənməsinə 

də təkan verirdi. 

XX  əsrin  əvvəllərində  meydana  çıxan  şəhər  tipli  ticarət-sənaye  mərkəzləri 

sırasına  Gədəbəy,  Salyan,  Ağdam,  Bərdə  və  Göyçayı  daxil  etmək olar.  Hər birində  20 

min və daha çox əhali yaşayan bu mərkəzlərdə kiçik, lakin böyük kapital dövriyyəsi olan 

onlarla ticarət müəssisəsi yerləşirdi. Məsələn, 1912-1914-cü illərdə Salyanda 350 ticarət 

və sənaye müəssisəsi var idi ki, onların illik dövriyyəsi 1,5 mln rubla çatırdı

259



XX  əsrin  əvvəllərində  şəhər  idarə  sistemində  elə  bir  dəyişiklik  olmamışdı. 



Hələ 1892-ci ildə tətbiq edilmiş "Şəhər əsasnaməsi" onun işlərində əhalisinin iştirakını 

ixtisara  salmaqla  özünüidarə  hüquqlarını  daha  da  məhdudlaşdırmışdı.  "Əsasnamə" 

dumalara  və  şəhər  idarə  orqanlarına  qubernator  nəzarətini  xeyli  gücləndirmiş,  yalnız 

sərbəst  əmlaklarının  qiyməti  300  rubldan  2  min  rubla  qədər  olan şirkət  və  idarələrin, 

birinci və ikinci dərəcə ticarət-sənaye gildiya sahiblərin in seçki hüququnu saxlamışdı.  

Bakı  şəhər dumasında sənayeçilər,  tacirlər, bina  sahibləri  və  b. üstün  mövqe 

tuturdular. Bakı dumasına seçkilərdə iştirak etmək hüququ olanlardan 2807 nəfərin 50 min 

manatlıq  və  daha  çox  daşınmaz  əmlakı  var  idi.  Onlar  arasında  H.Z.Tağıyev,  Şəmsi 

Əsədullayev, Hacıbaba Aşurov, Əli Abbas Dadaşov və başqaları öz daşınmaz əmlakların ın 

çoxluğuna görə fərqlənirdilər. 

"Şəhər  əsasnaməsi"nin  44-cü  maddəsində  müsəlmanların  özünüidarə 

orqanlarında  iştirakı  məhdudlaşdırılırdı.  İctimaiyyətin  dəfələrlə  vəsatət  qaldırması 

nəticəsində çarın 14 dekabr 1900-cü il fərmanı ilə dumada müsəlman deputatların sayı 

50 faizə çatdırıldı. 

Azərbaycanda müsəlmanların hüququnu məhdudlaşdıran hökumət tədbirləri Bakı 

şəhər  özünüidarəsində  daha  kəskin  idi.  Məsələn,  1902-1905-ci  illərdə  Bakı  şəhər 



 

 

75 



dumasına seçilmiş  qlasnılardan  cəmisi  23-ü  -  yarıdan da  azı  azərbaycanlı  idi.  Yalnız 

1905-1907-ci  illər  inqilabı  hadisələri dövründə  ictimaiyyətin  təzyiqi  nəticəsində  Qafqaz 

canişini güzəştə getməli oldu və 1907-1911-ci illərdəki seçkilər zamanı qlasnıların 45 nəfəri 

(bütün deputatların  57,7  faizi)  azərbaycanlı oldu.  Onların  33  faizini alimlər,  mühəndislər, 

həkimlər, hüquqşünaslar, jurnalistlər və müəllimlərdən ibarət milli ziyalılar təşkil edirdi. 

XX  əsrin  əvvəllərində  Bakı  şəhər  dumasının  ən  ilk  deputatları  H.Məlikov 

(Zərdabi),  İsmayıl bəy və  İbrahim  bəy  Səfərəliyevlər  olmuş,  Ə.Ağayev,  Ə.Əmircanov, 

M.Əsədullayev,  Ə.Əhmədov,  A.X.Axundov,  Əjdər  bəy  və  İsa  bəy  Aşurbəyovlar, 

Ə.Aşurov,  F.Vəzirov,  M.F.Vəkilov,  M.Hacınski,  Ə.Topçubaşov  və  b.  Bakı  şəhər 

Du masının üzv ləri seçilmişlər. 

Şəhər  özünüidarəsinin  əsası  qoyulduqdan  1911-1915-ci  illər  seçkisinə  qədər 

H.Z.Tağıyev onun ən nüfuzlu nümayəndələrindən biri  idi. Dumanın işində İsrafil Hacıyev 

fəal  iştirak  etmişdi.  Azərbaycan  burjuaziyasının,  ziyalılarının  digər  nümayəndələri  də 

dumanın üzvü olmuşlar. Məşhur yazıçı Nəcəf bəy Vəzirov 10 il müddətində (1903-1913-cü 

illər) dumanın katibi olmuşdu. Lakin azərbaycanlılar şəhər rəisi vəzifəsinə buraxılmırdılar. 

Yalnız Kamil bəy Səfərəliyev qısa nıüddət (1905-1907-ci illər) Bakı şəhər başçısı vəzifəsini 

icra etmişdir. 

Gəncə  və  Şuşa şəhərlərində də  ictimai  özünüidarə  (duma  və  idarə)  mövcud 

idi. "Şəhər əsasnaməsi"  Gəncədə  1894-cü  ildə tətbiq edilmişdi.  1917-ci  ilə qədər  Gəncə 

dumasında azərbaycanlı qlasnıların  sayı  üstünlük  təşkil etmişdir.  Azərbaycanlı  deputatlar 

içərisində  ziyalıların  nümayəndələri  30  faiz  idi.  Gəncənin  görkəmli  ictimai  xadimləri 

Ə.Adıgözəlov  (Gorani),  H.Ağayev, A.Ziyadxanov,  Əli bəy,  Ələkbər bəy və  Xudadat bəy 

Rəfibəyovlar, A.Səfikürdski, Usub bəy və Nəsib bəy Usubbəyovlar, Ələkbər bəy, Ələsgər 

bəy  və  Xəlil  bəy  Xasməmmədovlar,  Hüseynqulu  xan  və  Cavanşir  xan  Xoyskilər,  Məm-

mədbağır Şıxzamanov və başqaları o lmuşlar. 

Bakıdan  fərqli  olaraq  Gəncə şəhər  ictimai  özünüidarəsinə  əsasən  azərbaycanlı 

ziyalıların nümayəndələri  Əsgər Ağa Adıgözəlov (Gorani), Adil  xan  Ziyadxanov və  Xəlil 

bəy Xasməmmədov başçılıq etmişlər. 

1898-ci ildə Şuşada özünüidarə yaradıldı. Əbdürrəhim bəy Haqverdiyev, Haşım 

bəy Vəzirov, Əbdülkərim bəy Mehmandarov və başqaları onun üzvləri idilər. 1904-1907-ci 

illərdə Cavad bəy Səfərəlibəyov şəhər başçısı olmuşdu. 

"Şəhər əsasnaməsi"nə əsasən quberniya mərkəzlərindəki idarədən fərqli olaraq, 

öz  vəsaiti az olan, ticarəti  zəif  inkişaf edən şəhərlərdə daha sadə özünüidarə sistemi tətbiq 

edilirdi


260

, yəni 12-15 nəfərdən ibarət şəhər müvəkkilləri yığıncağı yaradılır, şəhərləri isə ya 

bir və ya iki köməkçi ilə ağsaqqal idarə edirdi. Quba, Şamaxı, Nuxa, Lənkəran, Na xç ıvan və 

Ordubadda  da  bu  idarə  sistemi  tətbiq  edilmişdi  və  müvəkkillərin  əksəriyyəti 

azərbaycanlı id i. 

Şəhər  büdcəsinin  istifadəsində  səriştəsizlik  hökm  sürürdü.  Məbləğin 

əksəriyyəti  polis  və  qoşun  saxlamağa  xərclənird i.  1905 -ci  ildə  Bakı  şəhər 

dumasının bu  istiqamətdəki  xərci nəzərdə tutulandan 90  min  rubl ço x olmuşdu

261



Bunun  nəticəsində  Bakı  şəhər  dumasının  smetasında  kəsir  1916-cı  ildə  1900-cü 



 

 

76 



ildəki  55  min  rubldan 1,2  mln rubla çatmışdı

262


. Eyni vəziyyət Gəncədə də mövcud 

idi. Bu  məsələ Bakı və Gəncə dumalarının yığıncaqlarında dəfələrlə qaldırılmış, hə-

min  xərclərin  şəhər  büdcəsi  hesabına  deyil,  dövlət  xəzinəsi  hesabına  ödənilməsi 

təklifi irəli sürülmüşdü. 

Dumadakı ziyalı deputatların səyi nəticəsində Bakıda şəhər  məktəbləri və 

zəh mətkeşlərə 

xid mət 

edən 


tibb-səhiyyə 

idarələri 

şəbəkəsi 

nisbətən 

genişləndirilmiş, kütləv i mədəni tədbirlər həyata keçirilmişdi. 

Gəncə və Şuşa yerli şəhər özünüidarələri on ların sosial-iqtisadi və mədəni 

inkişafında müəyyən rol oynamışdı. 

 

 



 

 

 



 

§ 11. ƏHALİNİN TƏRKİBİNDƏ KƏMİYYƏT VƏ 

KEYFİYYƏT DƏYİŞİKLİKLƏRİ 

 

Azərbaycanda baş vermiş sosial-iqtisadi dəyişikliklər əhalinin say və silk 



tərkib inin  dəyiş məsində  də  öz  əksin i  tapmışdı.  Kapita lizm  dövründə  Azərbaycan 

əhalisinin  say  artımı  əsasən  sənaye,  ticarət  və  kənd  təsərrüfatında  kap italizmin  

inkişafı  ilə bağlı  idi.  Əgər  1897-ci  ildə Azərbaycan əhalisi  18767  min nəfər id isə, 

1910-cu ildə 2317  min,  1913-cü  ildə  isə 2339  min nəfə r id i

263

. Əhalinin say artımı 



təbii  amillə  yanaşı,  Rusiyadan,  Ermənistandan,  Gürcüstandan,  Dağıstandan, 

Cənubi  Azərbaycandan  kəsbkarların,  köçkünlərin  Azərbaycana  gəlməsi  və 

həmçinin çarizmin köçürmə siyasəti ilə bağlı idi.  

Azərbaycanda  yeni  sənaye  sahələrinin  meydana  çıxdığ ı  yerlər  həm 

müflisləşmiş əkinçi əhalin in bir hissəsini, həm də  Rusiya quberniyaları və  Cənubi 

Azərbaycan  kəsbkarlarını  cəlb   edird i.  Belə  ki,  Bakıda  neft,  Gədəbəy  və 

Qalakənddə  mədən  sənayelərinin   in kişafı,  Nu xa,  Şuşa,  Ordubad  kimi  şəhərlərdə 

açılan  kapitalist  müəssisələrinin işçi qüvvəsinə olan tələbatı şəhərlərin böyüməsinə və 

əhalisinin artmasına səbəb olurdu. 

XX əsrin əvvəllərində şəhər əhalisinin sayı 220 min nəfər idisə,  1897-1908-ci 

illərdə 355,7  min  nəfərə, 1909-1917-ci  illərdə isə 573,3  min nəfərə çatmışdı

264


.  Bundan 

başqa, şəhərtipli yaşayış  məntəqələrində  20  min nəfər yaşayırdı

265

.  Şəhər əhalisinin  artım 



sürəti bütün Azərbaycan əhalisinin artım sürətindən yüksək  idi.  1896-cı  ildə şəhər əhalisi 

ümumi Azərbaycan əhalisinin 16,9 faizini, 1913-cü ildə isə artıq 23,8 faizini təşkil edirdi

266



Bu göstəriciyə görə Bakı quberniyası təkcə Peterburq quberniyasından geri qalırdı



267

Azərbaycanın  şəhər  əhalisinin  çoxalması  yerli  əhalinin  təbii  artımına  da  təsir 



edirdi.  1916-cı  ildə  onların  xüsusi  çəkisi  Bakı  quberniyasında  89,3  faizi,  Yelizavetpol 

quberniyasında isə 91 faizi təşkil edirdi

268

. Azərbaycanın başqa şəhərlərindən fərqli olaraq, 



 

 

77 



Bakı şəhərinin yeni əhalisi əsasən gəlmələrin hesabına formalaşırdı. Şəhər əhalisinin illik 

artımı  1897-1903-cü  illərdə  hər  il  orta  hesabla  6514  nəfər,  1903-1913-cü  illər  arası 

onillikdə isə hər il 7213 nəfər idi. 

Bakının  beynəlxalq  iri  miqyaslı  ticarət-sənaye  mərkəzinə  çevrilməsi  böyük 

sürətlə  inkişaf  edən  şəhərlərə  xas  olan  xüsusiyyətlə  müşayiət  olunurdu,  yəni  qadınlar 

əhalinin  ümumi  artımında  daha  üstün  mövqe  tutmalarına  baxmayaraq,  sayca  yenə  də 

kişilərdən az idilər. 

Azərbaycanın  əhali  artımı  Rusiyadakı  artımdan  yüksək  idi.  1913-cü  ildə 

Azərbaycanda  57  min  uşaq  doğulmuşdu

269


.  Əgər  Rusiyanın  Avropa  hissəsində 

doğulanların sayı hər 1000 nəfərə 439 idisə, onlardan 271-i ölür, cəmi 168—i qalırdısa

270



Azərbaycanda doğulanların sayı 442, onlardan ölənlər 255, qalanlar isə 187 idi



271

Azərbaycanda  əhali  etnik  cəhətdən  yekcins  deyildi.  Lakin  milli  azlıqların 



çoxluğuna  baxmayaraq,  əhalinin  böyük  əksəriyyəti  Azərbaycan  türkləri  idi.  1897-ci  il 

siyahıyaalmasının məlumatına görə, onların sayı 1400 mindən bir qədər ço x idisə

272

,1913-


cü ildə 15248 min

273


, 1917-ci il ərəfəsində isə 17535 nəfər idi

274


. Gəlmələr hesabına ikinci 

yerdə olan ermənilərin sayı 1913-cü ildə 546,8 min

275

, üçüncü yerdə gedən rusların sayı isə 



208,5 min nəfər idi

276


. Başqa millətlər və etnik qruplar isə azlığı təşkil edird i. 

Kapitalist sənayesinin və kənd təsərrüfatının inkişafı savadlı adamlara tələbatın 

artmasına  səbəb  olurdu.  Belə  ki,  istehsalatda  gedən  texniki  tərəqqi  fəhlələr  içərisində 

təhsillilərin artması olmadan mümkün deyildi. Ona görə də islahatdan sonrakı dövrdə 

əhalinin  təhsil  səviyyəsində  müəyyən  artım  nəzərə  çarpırdı.  Ümu miyyətlə    isə 

savadlılıq aşağı dərəcədə idi. Kişi və qadınların savadlılığı arasında böyük fərq var idi. 

1897-c i  ildə  kənd  əhalisinin  yaşı  9-49    arasında  olanların  cəmi  4,6  faizi,  şəhər 

əhalisinin isə 31,9 faizi savadlı idi. Ümumiyyətlə, Azərbaycan əhalisinin 9,2 faizi, yəni 

kişilərin  13,1,  qadınların  isə  4,2  faizi

277


  savadlı  idi.  Bu  rəqəmlərə  məktəb  və  mədrəsə 

bitirib yazıb və oxumağı bilənlər daxil deyildi. Belə ki, rəsmi statistika onları savadsızlar 

siyahısına  daxil  edirdi.  Şəhər  əhalisi  içərisində  yüksək savad səviyyəsinə  görə  Bakı 

fərqlənirdi.  Əgər  XX  əsrin  başlanğıcına yaxın  Bakı  əhalisinin  32,4  faizi    savadlı  idisə, 

1913-cü  ildə  artıq  bu,  38,3  faizi  təşkil  edirdi

278


.  Bakı  savadlı  əhalinin  nisbətinə  görə 

Peterburq, Moskva və Xarkovdan  geri qalırdı

279

. Ümumiyyətlə, XX əsrin əvvəllərində 



Azərbaycanın  müstəmləkə  halında  qalması  da  əhalinin  savad  dərəcəsinin  aşağı 

olmasına əsas səbəb idi. 

XX  əsrin  əvvəllərində  sənayenin  inkişafına  və  şəhərlərin  böyüməsinə 

baxmayaraq,  Azərbaycan  əsasən  aqrar  ölkə  olaraq  qalırdı.  1897-1913-cü  illərdə 

Azərbaycanın  kənd  əhalisi  artaraq  1502  mindən  1783  min  nəfərə  çatmışdı

280


.  Buna 

baxmayaraq, həmin dövrdə Azərbaycan əhalisinin ümumi sayı fonunda kənd əhalisinin nisbi 

çəkisi 83,1 faizdən 76,2 faizə enmişdi. Bunun başlıca səbəbi müflisləşən kənd əhalisinin 

bir qisminin şəhərlərə axını idi. Lakin bununla yanaşı, Azərbaycan əhalisinin 3/4-dən çoxu 

kənd əhalisi idi. 

Azərbaycan  əhalisinin sosial  tərkibində  də  əsaslı  dəyişikliklər    baş  vermişdi. 

Belə ki, əhalinin hakim təbəqələrini mülkədarlar və kapitalistlər təşkil edirdi. Onlar sayca 


 

 

78 



az  olsalar  da,  çox  böyük  maddi  dəyərlərin  sahibi  idilər.  Azərbaycan  əhalisinin  böyük 

kütləsini təşkil edən kəndlilər və fəhlələr milli sərvətlərin əsas istehsalçıları olmalarına 

baxmayaraq, hüquqsuz vəziyyətdə idilər. 

XX  əsrin  əvvəllərində  Azərbaycanda  kəndlilərin  təbəqələşməsi,  onların  bir 

qisminin  kənd  burjuaziyasına,  əsas  kütlənin  isə  yoxsul  kəndli  və  muzdura  çevrilməsi 

prosesi xeyli sürətləndi. Müstəqil təsərrüfat sahibləri, qolçomaqlar, ticarət, sələm və kapital 

nümayəndələri  kənd burjuaziyasını təşkil edirdi.  Kənd yoxsulları, torpaqsız və aztorpaqlı 

kəndlilər isə öz əməklərini satmağa məcbur olurdular. 

Burjua  cəmiyyəti  əhalisinin  əsas  hissəsini  təşkil  edən  təbəqənin  -  fəhlə 

təbəqəsinin yaranması Azərbaycan tarixində mühüm hadisə idi. Bu, kapitalist sənayesinin 

sürətlə inkişafı, istehsalın və fəhlələrin səmərəli təmərküzləşməsi ilə bağlı idi. 1897-ci ildə 

Azərbaycanda fəhlələrin sayı 150 mindən çox idi

281

. 1917-ci ildə onların sayı 240 minə çatdı 



(180  min sənaye

282


,  60  min  kənd təsərrüfatı  fəhləsi).  Kənd təsərrüfatında  çalışan  mövsümi 

fəhlələri də nəzərə alsaq, fəhlələrin ümumi sayı 400-500 min nəfərə çatırdı. 

Bakı fəhlələri Azərbaycan fəhlə kütləsinin böyük əksəriyyətini təşkil edirdi. Bakı 

quberniyasında fəhlələrin xüsusi çəkisi 12 faiz idisə, Bakı şəhərində 29 faizə çatırdı

283

. 1913-


cü ildə Bakı fəhlələrinin ümumi sayı 109 minə çatmışdı

284


. Bakı fəhlələri çoxmillətli tərkibə 

malik  idi.  Belə  ki,  1900-cü  ildə  Bakı  fəhlələrinin  33,8  faizini azərbaycanlılar,  25,3  faizini 

ermənilər, 19,5 faizini ruslar təşkil edirdi

285


. Bu rəqəmlər 1913-cü ildə müvafiq olaraq 41, 27,8 

və 17,2 faiz idi

286



1900-cü  ildə  Azərbaycan  qəzalarında  fəhlələrin  65,7  faizini  azərbaycanlılar, 



14,4  faizini ermənilər,  5,4  faizini  ruslar və  14,5  faizini  başqa  millətlərin nümayəndələri 

təşkil edirdi. 

Sənayenin  başqa  sahələrində  (mis  istehsalı,  bitki  və  heyvan  məhsulları  emalı, 

nəqliyyat,  balıq  sənayesi  və  s.)  azərbaycanlı  fəhlələr  sayca  üstünlük  təşkil  edirdi.  Neft 

emalında, mexaniki emalatxanalarda, dəmir yol nəqliyyatında və s. rus fəhlələr daha çox idi. 

Şəhərlərdə bu və ya digər təsərrüfat sahəsində çalışanlar heç bir  istehsal sahəsi 

ilə bağlı olmayan əhalidən sayca çox idi. Bakı şəhərində 1903-cü ildə birincilərin sayı 106,4 

min, ikincilərinki isə 100,2  min nəfər idi. 1913-cü ildə bu rəqəmlər müvafiq olaraq 171 və 

162,8 min nəfər təşkil edirdi

287


. Təsərrüfatın bu və ya digər sahəsində çalışan Bakı əhalisinin 

72  faizini  muzdlu  fəhlələr,  10,5  faizini  qulluqçular,  10,1  faizini  xırda  burjuaziya 

nümayəndələri, sənətkarlar, kiçik tacirlər, nəqliyyatda çalışanlar və b., 6,5 faizini isə böyük 

maddi nemət lərə malik olan burjuaziya təşkil ed irdi

288



Azərbaycanda  Bakı  ilə  yanaşı,  digər  şəhər  və  qəzalarda  da  ticarət-sənaye 



burjuaziyasının  mövqeləri  möhkəmlənirdi.  Azərbaycan  iqtisadiyyatının  özünəməxsus 

inkişaf  şəraiti  ilə  əlaqədar  olaraq,  qəzalarda  da  burjuaziyanın  tərkibi  çoxmillətli  idi. 

Burjuaziyanın tərkibində əsas yeri azərbaycanlılar, rus və erməni kapitalı nümayəndələri 

tuturdu. 

Azərbaycan burjuaziyası  içərisində ticarət burjuaziyası  çoxsaylı  idi.  XX  əsrin 

əvvəllərində  Bakı  və  Yelizavetpol  quberniyalarında  22  mindən  çox  tacir  var  idi.  Bakı 

quberniyasında  15,2  min,  Yelizavetpol quberniyasında  7,1  min.  Onların  16  mini  (72,7 


 

 

79 



faizi) şəhərlərdə, 61 mini isə (27,3 faizi) qəzalarda fəaliyyət göstərirdi. 

Bakı  tacirlərinin tərkibi daha  müxtəlif  idi.  1903-cü  ildə burada  olan  14,7  min 

tacirdən  7  mini  azərbaycanlı,  3,5  mini  erməni,  2,41  mini  rus,  1,8  mini  isə  başqa 

millətlərin  nümayəndəsi  idi.  Digər  tərəfdən,  bütün  ticarət  müəssisələrinin  52  faizi 

azərbaycanlı, 27,2 faizi ermən i, 9,4 faizi rus tacirlərinə məxsus idi. 

Azərbaycan milli burjuaziyasının ən nüfuzlu nümayəndələri   H.Z. Tağıyev, 

M. Nağıyev, Ş. Əsədullayev, A. Quliyev və başqaları idilər. Onların kapitalları  10  mln. 

rubl  idi.  1914-cü  ildə  Bakıda    H.Z.  Tağıyevin başçılığı  altında  M.  Nağıyevin səhmdar 

tacir bankı yarandı. Onun əsas kapitalı 3 mln. rubl idi

290


Azərbaycan  burjuaziyası  nümayəndələri  arasında  gəmi  sahibləri  Ş. 

Əsədullayev, Dadaşov, Useynov, ipək müəssisələri sahibləri Mehdi Hacı Abdul oğlu, 

Hacı  Süleyman  Hüseyn oğlu, un  və düyü dəyirmanları sahibləri Ağabala  Quliyev, M. 

İbrahimov, M. S. Kərimov, tütün fabriki sahibi Şirinbəyov, mexaniki istehsal sahibləri  

M. Muxtarov, S. Abdullayev və başqaları fərqlənirdilər.  

Əgər  əvvəllər  ticarət  kapitalı  sahibləri  öz  sərmayələrini  əsasən  ticarət-sələm 

əməliyyatlarına  yönəldirdilərsə,  artıq  XX  əsrin  əvvəllərindən  etibarən  ticarət  və 

sələmçiliklə  yanaşı,  sənayeyə,  nəqliyyata,    tikinti  işlərinə  də  kapital  qoyur,  bununla  da 

sənaye burjuaziyasının  təmsilçiləri olurdular. Çarizmin  müstəmləkə siyasəti nəticəsində  

məhdudiyyətlərə  məruz  qalmasına,  digər  qrup  sərmayə  sahiblərinin  ciddi  rəqabətinə 

baxmayaraq,  Azərbaycan  burjuaziyasının  ipək,  pambıq  emalı,  unüyütmə  və  düyü-çəltik 

təmizləmədə,  balıq  sənayesi  və  ticarətdə  mövqeləri  güclü  idi.  Pambıq-parça  istehsalı 

Azərbaycan  kapitalına  məxsus  idi.  Onun  xüsusi çəkisi  Xəzər  ticarət donanmasında  da 

yüksək idi. Məsələn, 1904-cü ildə gəmi sahiblərinin  əldə etdikləri gəlirin 75 faizi yerli-

milli burjuaziya nümayəndələrinə məxsus idi

291

. Onlar bank-kredit, sənaye, ticarət və s. 



sahibkarları olaraq Rusiyadakı iri burjuaziyanın tərkib hissəsi idilər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

 

80 



II FƏSİL 

 

AZƏRBAYCANIN İCTİMAİ-SİYASİ HƏYATI (1900-

1914-cü illər) 

 


Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin