A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I



Yüklə 5.84 Mb.
Pdf просмотр
səhifə4/39
tarix05.03.2017
ölçüsü5.84 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   39
§ 5. KƏND TƏSƏRRÜFATI 

 

XX  əsrin  əvvəllərində  ə kinç ilik  A zərbaycan  əhalisinin  başlıca  



məşğuliyyəti  olub,  kənd  əhalisin in  həyatında  mühüm  əhəmiyyətə  malik  idi. 

Əkinçiliyin başlıca  məhsulları olan buğda, arpa və düyü həm istehsalçı əhalinin öz 

istehlakı və həm də satış üçün becərilird i. 

Azərbaycanda  ən  iri  ta xılçılıq  rayonları  Bakı  quberniyasının  Lənkə ran 

qəzası,  Yelizavetpol quberniyasınm  Yelizavetpol, Ərəş, Nu xa və Şuşa qəzaları  idi. 

1910-cu  ildə  Bakı quberniyasında 12,3  mln puda qədər ta xıl  istehsal edilmişdi ki, 

bunun  da  2,2  mln  puddan  çoxu  Lənkəran  qəzasının,  qalanı  isə  digər  qəzaların 

payına  düşürdü.  Ye lizavetpol  quberniyasına gəldikdə,  1902-ci  ildə  burada  istehsal 

edilmiş  28,3  mln  pud  taxıldan  3,7  mln  pudu  Yelizavetpol  qəzasının,  3  mln  pudu 

Ərəş,  6,8  mln  pudu  Nu xa,  5,9  mln.  pudu  Şuşa  qəzasının,  qalanları  isə  Cəbrayıl, 

Cavanşir,  Zəngəzur  və  Qazax  qəzalarının  payına  düşürdü.  Əvv əlki  və  sonrakı 


 

 

37 



illərdə  də  qəzalar  ü zrə  taxıl  istehsalının  həcmi  qeyd  edilmiş  n isbətdə  olmuşdur. 

Bütün  Azərbaycan  üzrə  isə  ildə  38  mln  puddan  50 -52  mln  puda  qədər  taxıl 

məhsulu götürülürdü. 

Toplanan  taxıl  məhsulunun  bir  hissəsi  olan  düyü  əsasən  Lənkəran 

qəzasında istehsal edilirdi. Quba, Göyçay, Nu xa və Cavad qəzalarında da çəltik əkini 

ilə məşğul olurdular. Lakin bu qəzalardakı əkin sahələri Lən kərandakına nisbətən xey li 

az idi. 

Çəltik  əkininə  aid  1912-ci  ilin  hesabatına görə,  Cənubi  Qafqazda əldə  edilmiş 

düyüdən  düşən  paylar  aşağıdakı  kimi  idi:  Bakı  quberniyası  42  faiz,  Yelizavetpol 

quberniyası  33  faiz,  İrəvan  quberniyası  13  faiz,  Zaqatala  dairəsi  11  faiz,  Tiflis 

quberniyası  1  faiz.  Beləliklə,  Cənubi  Qafqazda  istehsal olunan düyü  məhsulunun  99 

faizi Azə rbaycanın payına düşürdü. 

Azərbaycanda taxıl məhsulları içərisində əsas yeri buğda və arpa tuturdu. 1909-

cu ildə Bakı quberniyasında 10 mln pud buğda, 5 mln pud arpa əldə edilmişdi. Sonrakı 

illərdə  bəzən  daha  çox  buğda  və  arpa  yığılırdı.  Məsələn,  1912-ci  ildə  Bakı 

quberniyasında  12,7  mln  pud  buğda,  7,8  mln  pud  arpa  yığılmışdı.  Yelizavetpol 

quberniyasında isə hər il buğda 10-12 mln pud, arpa 5-9 mln. pud və daha çox olurdu. 

1904-cü  ildə  Yelizavetpol  quberniyasında  20  mln  pud  buğda,  10  mln   pud  arpa 

toplanmışdı. 

Düyüyə  gəldikdə  isə  orta  illik  məhsul  Bakı  quberniyasında  0,5-2,5  mln  pud, 

Yelizavetpol quberiyasında isə 0,4-2,1 mln. pud olurdu. 

Gətirilən  rəqəmlərdən  göründüyü  kimi,  torpaq  sahələrinin  geniş liyini  nəzərə 

alsaq,  məhsuldarlıq  o  qədər  də  yüksək  deyildi.  Bu,  quraqlıq,  havaların qışda soyuq, 

yayda isti küləkli olması, aran yerlərdə qar yağmaması, habelə çəyirtkə, çöl siçanlarının 

yayılması  və  digər  təbii  amillər  üzündən  törəyirdi.  Məsələn,  əgər  1904-cü  ildə 

Yelizavetpol  quberniyasında  5,4  mln  pud  toxum  səpilmiş  və  38  mln  pud  taxıl 

toplanmışdısa, 1905-ci ildə 5,2 mln pud taxıl səpilmiş və cəmi 15 mln pud, yəni 1904-

cü ildəkindən 2,5 dəfə az taxıl toplanmışdı. Məhsuldarlığın kəskin fərqlə aşağı düşməsi 

çəyirtkə basqını və başqa kortəbii hadisələrlə əlaqədar id i. 

1901-ci  ilə  dair  məlu matlarda  göstərilir  ki,  Yelizavetpol  quberniyasının 

Cəbrayıl qəzasında 61400 desyatin torpaq sahəsi çəyirtkə sürfəsi ilə örtülmüşdü. 1904-

cü ildə Şuşa qəzasında çəyirtkənin məhv etdiyi sahə 75 min desyatinə çatırdı. 

Şahidlərdən  biri  yazırdı:  "Çəyirtkələr  üç  gün  uçdular.  Gündüz  axşama 

çevrilmişdi. Çəyirtkə böyük qara bulud kimi günəş işığının qarşısını kəsmişdi. Çəyirtkə 

İrandan  Mil  düzünə  keçərkən  bir  həftə  ərzində  Xonaşından  Hindarxa  qədər  olan 

sahədə yerləşmişdi". 

Ta xıl  məhsulu  miqdarının  tərəddüd  etməsi  və  azalmas ı  kəndli  kütləsin in 

pay  torpağının  azlığ ı,  eyni  sahədə  hər  il  eyni  bitkin in  əkilməsi,  torpağın  dincə 

qoyulmaması,  torpağın  köhnə  üsulla  becərilməsi,  aqrotexn ikan ın,  demək  olar  ki, 

tətbiq olunmaması ilə də əlaqədar idi. 

Torpağın  şumlan ması  və  əkinlərin  becərilməsi  əsasən  ibtidai  üsulla 


 

 

38 



aparılırdı. Ağır kotanla yer şu mlamaq üçün 6-8, dağ rayonlarında 10 cüt ökü z tələb 

olunurdu.  Bu  qədər  öküzü  olmayan  kəndlilərin  əksər  kütləsi  bir  növ  şirkət  təşkil 

edir və sahələrin i növbə ilə becərirdilər. 

Bununla  belə  elə  təsərrüfatlar  var  idi  ki,  onlarda  torpaq  intensiv  surətdə 

becərilir, yəni müasir texn ika, dəmir kotan, taxıldöyən maşın tətbiq o lunurdu. Belə 

təsərrüfatlar  qolço maqlara,  varlı  kəndlilərə  və  öz  təsərrüfatı  ilə  məşğul  olan 

mü lkədarlara  məxsus  id i.  Çünki  təkmilləşdirilmiş  alət  və  maşınla r  baha  idi  və 

onları  yalnız  varlı  adamlar  satın  ala  bilirdi.  Bir  mənbədə  deyilirdi  ki,  "Şərqi 

Zaqafqaziyanın dörd quberniyasında son 2-3  ildə neft və ya bu xar  mühərriki olan, 

6-8 kotanı hərəkətə  gətirən b ir neçə tra ktor meydana çıxmışdır". Cənubi Qa fqazda, 

o  cümlədən  Azərbaycanda  təkmilləşdirilmiş  kənd  təsərrüfatı  maşınları  və 

alətlərinin   yayılmasında  "Qafqaz  kənd  təsərrüfatı  cəmiyyəti"  müəyyən  rol 

oynamışdı.  Cəmiyyət  kənd  təsərrüfatı  alət  və  maşınlarını  nümay iş  etdirir, 

kəndlilərin   iştirakı  ilə  onların   sınaqdan  keçirilməsin i  təşkil  edir,  h ətta  yerlərdə 

maşın  istehsal etmək  ideyasının təbliğatını aparır və  ideyanın bəzi yerlərdə həyata 

keçirilməsinə  nail  o lurdu.  Kənd  təsərrüfatı  maşın  və  alətlərin i  yay maq  üçün 

Azərbaycanda  anbarlar  açılırdı.  1910-cu  ildə  Azərbaycanın  kənd  təsərrüfatında 

76.270  xış,  kustar  üsulla  hazırlan mış  24230  kotan,  zavodlarda  hazırlan mış  30250 

kotan,  21230  mala,  840  səpin  maşın ı  tətbiq  olunurdu.  Əgər  191 0-cu  ildə 

Azərbaycanda 300  min-dən ço x kəndli təsərrüfatının olduğunu nəzərə alsaq, onda 

bu təsərrüfatların ço xunun hətta xışa belə malik o lmadığ ı aydın o lar.  

Xırda  kəndli  təsərrüfatlarının  taxılı  yalnız  on ların  istehlakına  gedird i, 

lakin A zərbaycanda əmtəəlik taxıl da istehsal olunurdu. 

Azərbaycan  kəndlərinə  gələn  ticarət  firmalarının   nü mayəndələri,  eyni 

zamanda yerli taxıl  möhtəkirləri bazarlarda aldıq ları taxılı  mü xtəlif yerlərə aparıb 

satırdılar. Məsələn, Lən kəran qəzasında 4 taxıl bazarı var id i. Azərbaycandan hər il 

ixrac olunan 1,5-2 mln. pud ta xıl məhsulları içərisində düyü mühüm yer tuturdu. 

Azərbaycana  başqa  yerlərdən  də  taxıl  gətirilirdi.  Taxılın  ixracında  olduğu 

kimi,  idxalında  da  Bakı  mühüm  rol oynayırdı. Məsələn, 1901-ci  ildə  Bakı  5,2  mln  pud 

taxıl  idxal,  2  mln  ton  isə  ixrac  etmişdi,  1911-ci  ildə  bu  rəqəmlərdə  əsaslı  dəyişiklik 

görürük: idxal  12,7  mln pud, ixrac isə 4,9 mln pud təşkil edirdi. İxrac içərisində un və 

düyü əsas yer tutur, 1912-ci ildə Bakıdan ixrac olunan 5 mln pud taxıl  məhsullarından 

2,5 mln. puddan çoxunu un, 2,2 mln pudunu isə düyü təşkil edirdi. 

Beləliklə, XX əsrin əvvəllərində Azərbaycan kəndində ticarət əkinçiliyi, yəni 

əmtəə  istehsalı  geniş  yayılır,  ölkədə  feodal  münasibətləri  qalıqlarının  olmasına 

baxmayaraq, əmtəə-kapitalist istehsalı, yəni kapitalist münasibətləri inkişaf edirdi.  

Azərbaycanın  iqtisadi  həyatında  mühüm  yerlərdən  birini  maldarlıq  tuturdu. 

Maldarlığın inkişafı üçün bərəkətli otlaqların, geniş düzənliklərin, yaylaq və qışlaqların, 

əlverişli iqlim şəraitinin, təmiz dağ bulaqlarının olmasının böyük əhəmiyyəti var idi. 

Azərbaycanın kənd əhalisini maldarlıqla məşğulluq səviyyəsinə görə üç qrupa 

bölmək  olardı  əkinçiliklə  məşğul  olub,  mal-qaranı  öz  ailə  və  təsərrüfat  ehtiyacını 


 

 

39 



ödəmək üçün saxlayanları birinci qrupa, qismən əkinçiliklə, əsasən maldarlıqla məşğul 

olan kəndliləri ikinci qrupa, əsasən məşğuliyyəti maldarlıq olanları - yarımköçəri həyat 

tərzi keçirənləri üçüncü qrupa aid etmək mü mkündür. Mal-qaranın böyük əksəriyyəti 

ikinci və üçüncü qrupa aid edilən kəndlilərin əlində cəmləşmişdi. Elə  mülkədarlar və 

varlı  kəndlilər  var  idi  ki,  onların  bir neçə  min,  bəzilərinin  isə on  minlərlə  qoyunu  və 

başqa mal-qarası var idi. Deməli, bu maldarlar əmtəə maldarlığı ilə məşğul olu rdular. 

Maldarlığın  əsas  sahələri  qoyunçuluq,  atçılıq  və  iribuynuzlu  mal-qara 

saxlanılması  idi.  Az  miqdarda  qatır,  dəvə,  keçi  və  donuz  da  saxlanırdı.  Qoyunlar 

qabayunlu  idi,  ancaq  Yelizavetpol qəzasında az  miqdarda  zərifyunlu qoyunlara  da  rast 

gəlinirdi. 

XX yüzilliyin əvvəllərində Azərbaycanda saxlanan 3-5 mln baş heyvanın çox 

hissəsini  qoyunlar  təşkil  edirdi.  Yelizavetpol  quberniyasında qoyunların sayı  1,5-2,5 

mln başa çatırdı. Məsələn, 1904-cü ildə bu quberniyada 2,3  mln baş qoyun, 766  min 

baş  qaramal,  100  minə  qədər  at,  Bakı  quberniyasında  isə  1910-cu  ildə  820  min  baş 

qoyun, 400 min başa yaxın qaramal və 87 minə yaxın at var idi. 

Mal-qara  və  onun  məhsulu geniş  ticarətə  malik  idi  -  yerli  bazarlarda  satılır, 

Cənubi  Qafqazın  şəhərlərinə  və  Dağıstana  aparılırdı.  Azərbaycanın  bir  çox  kənd 

yerlərində xüsusi mal-qara bazarı var idi. Onlara gətirilən mal-qara alınır, Bakı, Tiflis və 

başqa şəhərlərdə satışa çıxarılırdı. Təkcə Bakı şəhərinə hər il 250-270  min baş qaramal və 

qoyun gətirilirdi.  1910-cu  ilin  mayında  Vladiqafqaz  dəmir  yolunun  Xaçmaz stansiyasında 

xüsusi mal-qara yarmarkaları təşkil olunmuşdu. Heyvan dərisi, süd məhsulları da geniş satış 

malları idi. 

Maldarlıq məhsullarının ən vacib əmtəə növü yun idi. Azərbaycan hər il yarım 

milyon puda qədər yun verirdi. Bunun xeyli hissəsi Rusiya şəhərlərinə, hətta xarici ölkələrə 

ixrac olunurdu. 1900-cü ildə dəmir yol nəqliyyatı vasitəsilə 110 min, 1902-ci ildə 182 min, 

1904-cü ildə 213 min, 1906-cı ildə 337 min pud yun ixrac edilmişdi. Batuma hər il 280 min 

puda  qədər  yun  gətirilir  və  buradan  dəniz  nəqliyyatı  ilə  İngiltərəyə,  Fransaya,  hətta 

Amerikaya  göndərilirdi.  Amerika  müəssisələrində  qiymətli  xalçalar  toxumaq  üçün  yun 

əsasən  Cənubi  Qafqazdan  və  İrandan  gətirilirdi.  Qafqazın qoyunçuluqla  məşğul olan  iri 

maldarları,  əcnəbi  firmaları  daha  uğurlu  ticarət  etmək  üçün  xarici  ölkələrdə  ticarət 

kontorları da açırdılar. 

Beləliklə, XX yüzilliyin əvvəllərində maldarlıq təsərrüfatında hələ də yarımfeodal 

münasibətlərin, yarırnköçəri  həyat tərzinin  qalmasına baxmayaraq,  maldarlıq  Azərbaycan 

iqtisadiyyatında mühüm yer tutur və maldarlıqdan götürülən məhsul əsasən əmtəə xarakteri 

daşıyırdı.  Kapitalist  münasibətləri  bu  təsərrüfat sahəsində  zəif  də  olsa,  özünə  yer  tuta 

bilmişdi. 

Azərbaycanın  kənd  təsərrüfatı  həyatında  bağçılıq  və  üzümçülük  xüsusi 

əhəmiyyətə  malik  idi.  Təsərrüfatın  bu  sahələrinin  inkişafına  səbəb  bir  tərəfdən,  iqlim 

şəraiti, digər tərəfdən  isə Azərbaycanla  Rusiyanın daxili  quberniyaları arasında  dəniz  və 

quru yolları vasitəsilə müntəzəm əlaqənin yaranması və o yerlərdə bağ məhsullarına tələ-

batın yüksək olması  idi.  Bir sıra sənaye sahələri  - şərabçılıq,  araqçəkmə,  ipəkçilik  və s. 


 

 

40 



bağçılığın inkişafı ilə bağlı idi. Azərbaycanda Gəncə, Şəki, Şamaxı, Göyçay, Quba qəzaları, 

Qarabağ, Zaqatala dairəsi və Naxçıvanda bağçılıq və üzümçülük daha geniş inkişaf etmişdi. 

Bakı quberniyasında təkcə üzümlüklərin sahəsi 10-11 min desyatindən çox olub, 

ildə  orta  hesabla  1,5-1,8  mln  puda  qədər  üzüm  məhsulu  verirdi.  Yelizavetpol 

quberniyasında  isə üzümlüklərin  sahəsi  11-12  min  desyatin  olub,  illik  məhsul  1,7-3,3 

mln puda bərabər idi. Ümumiyyətlə, Azərbaycanda, Naxçıvan qəzası və Zaqatala dairəsi 

daxil olmaqla, ildə orta hesabla 4-6 mln pud üzüm məhsulu yığılırdı. 

Azərbaycanda  bağçılığın,  o  cümlədən  üzümçülüyün  inkişafına  elmi  və  təcrübi 

kömək  göstərmək  üçün  iki  bağçılıq  məktəbi  fəaliyyət  göstərirdi.  Bunlardan  birini  Bakı 

yaxınlığındakı  Mərdəkan  kəndində  H.Z.Tağıyev  açmışdı.  Digər  məktəb  isə  1898-ci 

ildən  Qubada  fəaliyyət  göstərirdi.  Qubadakı  məktəbin daha  çox  tələbəsi var  idi. Mək-

təbin nəzdində  10  desyatin sahəsi olan nümunəvi bağ  meyvə ağacları və üzümlükləri ən 

yaxşı üsulla becərməyi öyrənməyə imkan verirdi. 

Bağçılıq və üzümçülüyün inkişafına əməli kömək etmək məqsədilə təşkil olunan 

sərgilərə  gələnlərə  və  onların  iştirakçılarına  bağçılığın  ayrı-ayrı  sahələri  haqqında 

mühazirələr  oxuyur, bir  çoxlarını  medalla  təltif  edərək həvəsləndirirdilər.  Quba şəhərində, 

Nügədi,  Xaçmaz  və  başqa  yerlərdə  ağacların  müalicə  üsullarını  öyrətmək  üçün  də  nü-

munəvi bağ sahələri salın mışdı. 

Azərbaycanda böyük əksəriyyətini xırda bağ sahibləri təşkil edən üzümçülərin hər 

birinin sərəncamında  1/4,  1/2 desyatin bağ sahəsi var  idi.  Bununla belə öz təsərrüfatlarını 

kapitalistcəsinə qurmuş Ağayev qardaşları, Forer qardaşları, İretski və b. kimi sahibkarlar 

təsərrüfat  əməliyyatlarının  çox  hissəsini  əllərində  cəmləmiş  və  xırda  istehsalçıları 

özlərindən asılı etmişdilər. 

Bağçılıqla  məşğul  olan  kəndlilər  təkcə  üzümü  deyil,  yetişdirdikləri  külli 

miqdarda  müxtəlif  meyvələri  də  Azərbaycan  şəhərlərində  satırdılar.  Meyvə  və  meyvə 

qurusu  müxtəlif  ölkələrə  və  Rusiya  şəhərlərinə  aparılırdı.  Məsələn,  1913-cü  ildə 

Peterburqa 33,6  min pud, Odessaya 183 min pud, Rostova 78 min pud müxtəlif meyvə 

göndərilmişdi. Təkcə dəniz yolu ilə hər il 250-350  min pud meyvə qurusu daşınırdı. Bu 

yüklərin içərisində qoz və fındıq xüsusi yer tuturdu. 

Kənd təsərrüfatı istehsalı sahəsində üzümçülüklə bilavasitə bağlı olan şərabçılığı 

da  qeyd  etmək  lazımdır.  Azərbaycanda  hər  il  2-2,5  min  vedrə  olan  şərab  istehsalı  iri 

sahibkarların  (Forer  qardaşları,  Hummel  qardaşları,  Ağayev  qardaşları  və  b.)  əllərində 

cəmlənmişdi. Çaxırın böyük hissəsi Rusiya quberniyalarına göndərilirdi. 

Azərbaycanın  əksər  yerində baramaçılıqla  da  məşğul  olurdular.  Bu təsərrüfat 

sahəsinin inkişafı üçün əsas şərtlərdən biri tut ağacı  plantasiyalarının genişlənməsi idi. 

Bu  plantasiyalar  Azərbaycanda  əsas  etibarilə  Nuxa,  Ərəş,  Naxçıvan  (Ordubad) 

qəzalarında və Zaqatala dairəsində geniş sahələri əhatə edirdi. XX yüzilliyin əvvəllərinə 

yaxın Zaqatala dairəsində tut bağlarının sahəsi 1300 desyatin, Yelizavetpol quberniyasında 

isə 10 min desyatin - dən çox idi. İpəkqurdunun yemlənməsi və barama alınması üçün 

xüsusi məntəqələr var idi. Rusiya toxuculuq sənayesi üçün mühüm xammal olan barama-

çılığı  inkişaf etdirmək  üçün  Tiflisdə "Qafqaz  ipəkçiliyi stansiyası"  təşkil  edilmiş,  onun 


 

 

41 



Şuşa və  Şəki  kimi  şəhərlərdə  filialları  açılmışdı.  Stansiya və onun  filialları yerlərdə  ipək 

qurdu  bəslənməsi  qaydalarını  nümayiş  etdirir,  lazımi  izahatlar  verir  və  bəzi  hallarda 

kümçülərin  müşavirələrini  keçirirdi.  Hətta  1902-ci  ildə  kənd  sahibkarlarının  Tiflisdə 

qurultayı  açılmış  və  burada  baramaçılığın,  ümumiyyətlə,  ipəkçiliyin  inkişafı  məsələləri 

müzakirə  edilmişdi.  İpəkçilik  stansiyası  əhalinin  kənd  təsərrüfatı  biliyini  artırmaq  üçün 

məktəblər də açmışdı. Məsələn, belə məktəblər Göyçay və Kürdəmirdə fəaliyyət göstərir-

di.  1910-cu  ildə  Yelizavetpol  quberniyası  kənd  məktəbləri  müəllimlərini  baramaçılığın 

təkmilləşdirilmiş üsulları ilə tanış etmək və yerlərdə necə kömək göstərmək məsələlərini 

müzakirə etmək üçün onların qurultayı çağırılmışdı. 

Bütün bu tədbirlər ipəkçiliyin sonrakı inkişafına, istehsal səviyyəsinin yüksəlişinə 

kömək  göstərsə  də,  əsasən  iri  baramaçı  və  ipəkçi sahibkarları  əhatə  edirdi.  İpəkçilərin 

böyük əksəriyyəti bu tədbirlərdən kənarda qalır və barama istehsalında bəsit texnika yenə 

üstünlüyünü saxlayırdı. 

Azərbaycan baramaçıları  başqa ölkələrdən,  əsas  etibarilə  Kiçik  Asiyadan  (ağ 

cins), qismən də Fransa və İtaliyadan (sarı cins) gətirilən baramaqurdu toxumu ilə təmin 

olunurdular. Baramaqurdu toxumunun cüzi hissəsini yerli baramaçılar və Qafqaz ipəkçilik 

stansiyası  yetişdirirdi.  Azərbaycan  baramaçıları  hər  il  100  minlərlə  qutu  baramaqurdu 

toxumu  alırdılar.  Məsələn,  1910-cu  ildə  Yelizavetpol  quberniyasına  165  min  qutu 

ipəkqurdu toxumu gətirilmiş, onun  53  min  qutusu  Ərəş qəzasında,  Nu xa,  Şuşa,  Qaryagin 

qəzalarının hər birində 30 min qutu, qalanı isə başqa qəzalarda yerləşdirilmişdi. Hər il Yeli-

zavetpol quberniyasında 125-150 min pud barama istehsal olunurdu. 

Barama  istehsalı ilə əsasən kənd əhalisi - kişilər, qadınlar və uşaqlar  məşğul 

olurdular. Tut bağları olan iri mülkədarların çoxu öz bağlarını məhsulun 1/2, 2/5 və 1/5 

hissəsini  almaq  şərtilə  kəndlilərə  icarəyə  verirdilər.  Bəziləri  isə  qurdların  bəslənməsilə 

bilavasitə özləri məşğul olur, bu işdə qadın və uşaq əməyindən istifadə edirdilər. Baramaçı 

fəhlələrə "kümdar" deyirdilər.  Deməli,  baramaçılıqda  kapitalist  manufakturası  mövcud 

idi. 

Azərbaycanda  istehsal  olunan  baramanın  bir  hissəsi  yerli  ipəksarıma 



müəssisələrinə satılır, digər hissəsi isə Rusiyaya və xaricə göndərilirdi. 

Pambıqçılıq Rusiya toxuculuq sənayesinin xammala tələbatı ilə  bilavasitə bağlı 

olduğu  üçün  XX  əsrin  əvvəllərində  də  Azərbaycan  iqtisadiyyatında  mühü m  yer 

tuturdu. 

Rusiyanın  özündə  olan  pambıqçılıq  təsərrüfatı  sənayenin  tələbatını  ödəyə 

bilmədiyi  üçün  rus sahibkarları  XIX  əsrin  əvvəllərində  pambığın çox  hissəsini  xarici 

ölkələrdən  gətirməyə  məcbur  olurdular.  Ona  görə  də  çarizm  Orta  Asiya  və 

Azərbaycanda pambıqçılığın inkişafı üçün tədbirlər görməyə başladı. Bu tədbirlərdən ən 

vacibi  Azərbaycan  və  Orta  Asiya  pambığına  ucuz  qiymətilə  üstün  rəqib  olan  xarici 

pambığın  üzərinə  gömrük  vergisinin  qoyulması  oldu.  Bu,  yerli  pambığın  qiymətinin 

artmasına, pambıqçıların  həvəslənməsinə səbəb oldu və Azərbaycanda da pambıqçılığın 

inkişafına təkan verdi. Mətbuatda qeyd olunurdu ki, "Rusiya və  xüsusən Cənubi Qafqazda 

pambığın qiymətinin artması birdən-birə pambıq əkini sahələrinin xeyli genişlənməsinə 


 

 

42 



və beləliklə, ölkədə pambıq məhsulunun çoxalmasına təsir etmişdi". 

XX əsrin əvvəllərində rus firma nümayəndələrinin Azərbaycana axını başlandı. 

Çünki Azərbaycan pambıqçılığın digər  mərkəzi  olan  Orta  Asiyaya nisbətən daha yaxın, 

burada alınan pambıq daha ucuz idi. 

Azərbaycanın ənənəvi pambıqçılıq bölgələri Göyçay, Ərəş, İrəvan, Cavanşir və 

Naxçıvan qəzaları  idi.  Sonralar təsərrüfatın bu sahəsinin  əsas  bazasına  çevrilmiş  Cavad 

qəzasında  artıq  XX əsrin başlanğıcında  pambıqçılıq genişlənməyə başlamışdı.  Doğrudur, 

Şamaxı,  Lənkəran  və  Quba  qəzalarında  da  pambıq  əkilirdi,  lakin  1907-ci  ildə  bu  üç 

qəzada pambıq sahəsi cəmisi 300 desyatin idi. 

Pambıq  əkini  sahələri  böyük  sürətlə  artırdı.  Məsələn,  XX  əsrin  başlanğıc 

illərində ilk dəfə pambıq əkilən Dəllərdə əkin sahəsi cəmisi 53 desyatin. idi. 1906-cı 

ildə bu rəqəm 500 desyatinə, 1911-ci ildə isə 2000 desyatinə çatıb 40 dəfə artdı. Bu dövr 

ərzində Şəmkirdə pambıq əkini sahəsi 50 desyatindən 6-7 min desyatin-nə qədər- 120-

140 dəfə artdı. X.B.Hacınski 1915-ci ildə yazırdı ki, "pambıq məmurun, bəyin, fəhlənin, 

adi  kəndlinin,  kapitalist  icarədarların,  ticarət  kapitalı  sahibinin,  sadə  adamın  şüurunda 

sehrli bir iz buraxmışdı". Pambıq əkini ilə neft sənayeçiləri də məşğul olurdular.  Bakı neft 

sənayeçisi Tağıyev məşhur 26 min desyatinlik "Yevlax mü lkünü" satın almışdı. 1909-cu 

ilin  əvvəllərində  H.Z.Tağıyev "Qafqaz  kənd  təsərrüfatı  cəmiyyəti"ndən  pambıq  əkini 

sahəsini genişləndirmək məqsədilə onun mülkünün təsərrüfat planını tərtib etməyi  xahiş 

etmişdi.  Cəmiyyətin gördüyü  iş əsasında  Tağıyevin  mülkündə  pambıq  əkini  sahəsi  xeyli 

genişlənmişdi.  Azərbaycanda  pambıq  əkini  sahələrinin  genişləndirilməsinə  buraya 

köçürülmüş rus kəndliləri də maraq göstərirdilər. Onların pambıq əkini sahələri qısa müd-

dətdə (1904-1911) 8 desyatindən 6752 desyatinədək artırılmışdı. 

1911-ci  ildə  Göyçay  qəzasında  5  min desyatin örüş  pambıq əkini sahəsi edildi. 

Yelizavetpol quberniyasında,  xüsusilə onun  Yelizavetpol qəzasında pambıqçılıq  təsərrüfatın 

bütün başqa sahələrini sıxışdırır və əhali nəinki əkin yerlərini, hətta bostanlarını belə pambıq 

əkini  edirdilər.  Pambıq  əkini  sahəsinə  və  yığılan  pambığın  miqdarına  görə,  1911-ci  ildə 

Yelizavetpol  quberniyası  İrəvan  quberniyasını  (bu  quberniyanın  isə  əsas  pambıqçılıq 

mərkəzi Naxçıvan qəzası idi) ötüb keçmişdi. Əgər 1897-ci ildə Yelizavetpol quberniyasında 

pambıq  əkini  sahəsi  6944  desyatin  idisə,  1913-cü  ildə  61700  desyatin  olmuşdu.  Bakı 

quberniyasında  isə  həmin  illər  ərzində  pambıq  əkini  sahələri  4395  desyatindən  35300 

desyatinə  çatmışdı.  Demək,  Azərbaycanda  pambıq  əkini  sahəsi,  Naxçıvan  qəzası  nəzərə 

alınmadan, 1913-cü ildə 100000 des.-nə bərabər idi. 

Pambıq  əkini  sahələri  genişləndikcə  yığılan  məhsul  da  ildən-ilə  artırdı.  Əgər 

1900-cü ildə Azərbaycanda 148 min puddan bir qədər artıq pambıq toplanmışdısa, 1913-cü 

ildə bu rəqəm 1150370 puda çatmışdı. 

Pambıqçılığın  rastlaşdığı  çətinliklərdən  ən  böyüyü  hər  il  xeyli  pambıq  əkini 

sahəsini məhv edən çəyirtkə idi. 1902-ci ildən 1912-ci ilədək olan müddətdə təkcə 1910-

cu ildə Şuşa qəzasında pambıq əkini sahəsinə ziyan vurulmamışdı. 1910-cu ildə çəyirtkə 

Lənkəran, Cavad, Qaryagin və Naxçıvan qəzalarında pambıq əkinlərini məhv etmişdi. 

Pambıqçılığa  əngəl  törədən  amillərdən  biri  də  Azərbaycanda  geniş  yayılmış 


 

 

43 



möhtəkirlik  idi.  Pambıqçı  kəndlilər  hələ  məhsul  yığılma mışdan  qabaq  aldıqları  behin 

müqabilində öz pambıqlarını möhtəkirlərə bazar qiymətindən xeyli ucuz satmalı olurdu, bu 

da onları iflasa gətirib çıxarırd ı. 

Çaylar  quruyarkən  yaranan  su  çatışmazlığı  da  pambıqçılığın  inkişafına  böyük 

əngəl  törədirdi.  Azərbaycanın  ən  iri  pambıqçılıq  zonalarında,  xüsusən  Mil  və  Muğan 

düzlərində ancaq geniş suvarma şəbəkəsi sayəsində lazımi qədər pambıq məhsulu əldə etmək 

mümkün idi. 

Hələ XIX əsrin 90-cı illərində Qafqazda təşkil edilmiş su müfəttişliyi maliyyə 

çətinlikləri  üzündən yalnız  XX  əsrin  əvvəllərindən etibarən  fəaliyyətə başlaya  bilmişdi. 

Bu idarənin Mil, Muğan düzlərində arxlar çəkmək, suvuran nasoslar qoymaq və s. üçün 

göstərdiyi  səylər  nəticəsində  əkin  sahələrinin  müəyyən  hissəsini  suvarmaq  mümkün 

olurdu.  Su qurğularının  çox  hissəsi  rus  köçkünlərinin yaşadığı  kəndlərin əkin sahələrini 

suvarmağa  xidmət  edirdi.  Bu  tədbirlər  sayəsində  Muğanda  suvarılan  torpaqların  sahəsi 

ilbəil artırdı.  Belə  ki, əgər  1902-1908-ci  illərdə  belə torpaqların sahəsi  6  min  desyatin 

idisə, 1913-cü ildə 70 min desyatinə çatmışdı. Mil düzündə də bir  neçə arx çəkilmişdi. 

Bu  işlərin  həyata  keçirilməsində  "Qafqaz  kənd  təsərrüfatı  cəmiyyəti"  müəyyən  rol 

oynayır,  təkmil  üsulla  pambıq  yetişdirən  təcrübə  stansiyaları,  nümunəvi  təsərrüfat 

sahələri  yaradır,  burada  kənd  təsərrüfatı  alətləri,  onlardan  istifadə qaydalarını  nümayiş 

etdirmək,  kənd təsərrüfatı alətləri almağa  kömək etmək  kimi  tədbirlər həyata  keçirilirdi. 

Cəmiyyət təcrübə mübadiləsi aparmaq üçün 1904-cü ildə Ağdaş və İrəvanda pambıqçılıq 

qurultayını keçirmişdi. 

Pambıqçılığın  inkişafı  mülkədarların  patriarxal  məişətini  dağıdır,  onların  bir 

qismini muzdlu əmək tətbiq etməklə pambıqçılıqla məşğul olmağa sövq edirdi. 

Pambıqçılığın  inkişafı Azərbaycanda  kredit-bank sisteminin genişlənməsinə  də 

təkan  vermişdi.  Bakı  quberniyasının  Bakı,  Cavad,  Lənkəran,  Göyçay,  Şamaxı,  Quba 

qəzalarının bəzisində bir, digərində bir neçə, Yelizavetpol quberniyasının altı qəzasında 24 

borc-kredit müəssisəsi fəaliyyət göstərirdi.  

Toplanmış  pambıq  bu  dövrdə  Azərbaycanda  çoxalmış  və  geniş lənmiş 

pambıqtəmizləmə  zavodlarında  emal  olunaraq  Rusiyaya  göndərilirdi.  1911-ci  ildə 

Azərbaycandan Rusiyaya 1490  min, 1912-ci ildə 1992  min, 1913-cü ildə isə 1420  min 

pud  pambıq  aparılmışdı.  Pamb ıqtəmizləmə  zamanı  əldə  ed ilmiş  çiyid  də  ixrac 

olunurdu.  Bakı  quberniyasından  1910-1912-ci  illərdə  Rusiyaya  və  Batum  vasitəsilə 

xaricə 413 min pud çiy id ixrac edilmişdi. 

Beləliklə, əmtəə əkinçiliyi olub, əmtəə və əmtəə-kapitalist xarakteri daşıyan 

pambıqçılıq  XX  əsrin  əvvəllərində  Azərbaycanın  xalq  təsərrüfatında  görkəmli  yer 

tutmuş və yüksək sürətlə inkişaf etmişdi. 

XX  əsrin  əvvəllərində  Azərbaycanda  tütünçülük  də  ölkənin  kənd  təsərrüfatı 

istehsalında müəyyən yer tuturdu. XIX əsrin sonunda xaricdən gətirilən tütünə qoyulan 

gömrük  rüsumu  xaricdən  tütün gətirilməsinin qarşısını  xeyli  aldı  və Azərbaycanda  da 

tütünçülüyün inkişafına təkan verdi. 

Azərbaycanm  çox  yerlərində  tütün  becərilirdi,  lakin  o,  Yelizavetpol 


 

 

44 



quberniyasının Nuxa qəzası və Zaqatala dairəsindən başqa, hər  yerdə istehsalçıların öz 

istehlakı  üçün  idi.  Nuxa  qəzası  və  Zaqatala  dairəsi  isə  sənaye  tütünçülüyü,  ticarət 

əkinçiliyinin bu sahəsi ilə məşğul olan rayonlar idi. Nuxa, həmçinin Göyçay qəzasında 

əsasən  sadə  tütün  -  tənbəki,  Zaqatala  dairəsində  isə  yüksəknövlü  tütün  məhsulu 

yetişdirilirdi. 

Azərbaycanda iri kapitalist tütünçülük plantasiyaları mövcud olduğu və onlarda 

bütün  işlər  muzdlu  əməklə  aparıldığı  üçün  əsasən  kapitalist  istehsalı  xarakteri  daşıyırdı. 

Amma çoxlu  xırda  kəndli təsərrüfatları  da  var  idi  və onlarda  bütün  işləri  sahibkarların 

özləri  görürdü.  Bakı  quberniyasında  ildə  orta  hesabla  3-4  min,  Yelizavetpol 

quberniyasında  15-30  min,  Zaqatala  dairəsində  isə  5-15  (bəzi  illər-də  21,2)  min  pud 

tütün istehsal edilmişdi. 

Tütün  məhsulu  əsasən  Bakı,  Şəki  və  Şamaxı  fabriklərinə,  Rusiya 

quberniyalarına göndərilir, bir hissəsi isə xaricə, xüsusən İrana ixrac o lunurdu. 

Azərbaycanda  xırda tütün təsərrüfatlarının sayca  çoxluğuna baxmayaraq,  əsas 

təsərrüfat  əməliyyatları  iri  tütün  plantasiyası  sahiblərinin  əllərində  cəmləşmişdi.  Bu 

plantasiyalarda  isə  əmtəə  istehsalı  özünün  yüksək  pilləsində,  əmtəə-kapitalist  inkişafı 

yolunda idi. 

Rusiyada  kəndli  islahatı  keçirildikdən  sonra,  çar hökuməti,  nəhayət,  Cənubi 

Qafqaz dövlət kəndliləri barəsində islahat keçirmək hazırlığ ına başladı. 

Azərbaycan  çar  Rusiyası tərəfindən  işğal  edildikdən sonra, dövlət  kəndlilərinin 

icmalıqla istifadəsində olan torpaqlar kənd yığıncağında ayrı-ayrı ailələr arasında vaxtaşırı 

bölünməyə  başladı.  Bu  bölgüdə  ailə  üzvlərinin  sayı  nəzərə  alınırdı.  Lakin  bir  qədər 

sonra, xüsusən XIX yüzilliyin son rübündə, ölkədə sosial-iqtisadi inkişaf ilə əlaqədar 

torpaqların ayrı-ayrı ailələr arasında bölüşdürülməsi qaydası  dəyişdi. Dövlət kəndində 

baş verən təbəqələşmənin getdikcə sürətlənməsi nəticəsində yoxsullaşmış kəndlilərin 

torpaqları  varlı  kəndlilərin  əllərində  cəmləşməyə  başladı.  XIX  əsrin  sonlarında  isə 

bölünməyə əsaslanan kənd icması artıq tam  iflas qarşısında idi.  Təkcə bütün  icmanın 

deyil,  kənddə  hakimiyyəti  də  ələ  keçirmiş  kənd  varlılarının  təsiri  nəticəsində  icma 

qaydalarına əhəmiyyət verilməyə başladı. Torpaqlar ya çox gec-gec bolüşdürülür, yaxud 

da heç bölüşdürülmürdü. Bu, onsuz da ağır vəziyyətdə olan kəndli istehsalçıların böyük 

kütləsinin torpaqdan istifadəsi məsələsini daha da ağırlaşdırdı. Belə vəziyyətə dözməyən 

dövlət  kəndliləri  çar  idarələrinə  torpaq  çatışmazlığı,  torpağın  qeyri-bərabər 

bölüşdürülməsi,  yaxud  da  heç  bölüşdürülməməsi  barədə  ərizələr  yağdırırdılar.  Kənddə 

sosial  münasibətlərin  kəskinləşməsi  çar  hökumətini  dövlət  kəndlilərinin  torpaqdan 

istifadəsi məsələsi ilə məşğul olmağa məcbur etdi. 

Çar  hakimiyyət  orqanları  dövlət  kəndində  aqrar  is lahatın  layihəsini 

hazırlamamışdan  qabaq  dövlət  kəndlilərinin  iqtisadi  məişətini  öyrənmək  məqsədilə 

1884-cü  ilin   əvvəllərində  bir  qrup  mütəxəssisi  səfərbər  edib  ayrı-ayrı  qəzalar  üzrə 

bölüşdürdü və onlara tapşırdı ki, dövlət kəndlilərinin torpaqla necə təmin olunması, on-

ların  meşələrə  və  otlaqlara  münasibəti,  torpağın  ayrı-ayrı  şəxslərə  mənsub  olub-

olmaması, dövlət kəndlilərinin əkinçilikdən və heyvandarlıqdan başqa gəlir mənbələri, 


 

 

45 



azad xəzinə torpaqlarının olub-olmaması və s. barəsində məlumat toplasınlar. Toplanan 

məlumatlar  1885-1887-ci  illərdə  Tiflisdə  yeddi  cilddən  ibarət  "Zaqafqaziya  ölkəsi 

dövlət kəndlilərinin iqtisadi məişətini öyrənmək üçün materiallar" adı ilə nəşr olundu. 

Müvafiq materiallar toplandıqdan, hətta onların nəşr olunmasından sonra da çar 

hökumət  dairələri  islahatın  layihəsini  hazırlamağa  tələsmirdi.  Yalnız  1892-ci  ildə 

Tiflisdə  xüsusi  komissiya  yaradıldı.  Komissiya  "Zaqafqaziya  ölkəsinin  xəzinə 

torpaqlarında yaşayan dövlət kəndlilərinin torpaq məsələsi barədə" Qanunun layihəsini 

tərtib  etməli,  həmçinin sahibkar torpaqlarından  çıxarılmış  kəndlilərin torpaq  məsələsini 

qaydaya  salmaq  problemini  müzakirə  etməli  idi. Lakin  komissiya  islahat  layihəsinin 

hazırlanmasından qabaq Zaqafqaziyanın bütün beş quberniyası üzrə dövlət kəndlilərinin 

torpaqla təmin olunması məsələsinin qaydaya salınmasının əsasları barədə geniş qeydlər 

hazırlamağı  lazım  bildi  və  onun  tərtibini  komissiyanın  sədri,  müşavir 

Y.S.Medvedyevə həvalə etdi. 

Həmin  sənəddə qeyd olunurdu  ki,  bütün  qəzalarda tamamilə  torpaqla  təmin 

olunmamış  kəndli  icmaları  ilə  yanaşı,  torpaq  çatış mazlığından  korluq  çəkənlər,  hətta 

artıqlaması  ilə  torpaqları olanlar da var

116

. Medvedyev  torpaqsız və aztorpaqlı  kəndliləri 



boş olan xəzinə torpaqları hesabına təmin etmək təklifıni irəli sürür, eyni zamanda hesab 

edirdi  ki,  bu torpaqlar azdır və  pay torpaqlarını nizama salmaq  üçün  onun  artığı  kənddə 

birindən alınıb onun həmkəndlisinə verilməlidir. Lakin kəndin sosial-iqtisadi vəziyyəti elə 

idi ki, nəinki bu təklifı həyata keçirmək mümkün deyildi, artıq pay torpaqlarının bərabər 

surətdə bölünməsi barədə heç söhbət də gedə bilməzdi. 

"Qeydlər"də torpaqların hansı əsaslarla - istifadəyəmi, yoxsa xüsusi mülkiyyət 

kimi kəndlilərə verilməsi məsələləri geniş yer tuturdu. Medvedyev belə hesab edirdi ki, 

kəndli təsərrüfatı "olduqca aşağı mədəni səviyyədə" olduğuna və kəndlilər hökumətin 

qayğısına  ehtiyac  duyduqlarına görə torpaq onlara  xüsusi  mülkiyyət hüququnda deyil, 

daimi istifadə hüququnda verilməlidir

117



"Qeydlər"də  kəndlilərə,  vergi ödəmək  şərtilə,  meşə pay torpaqları  verilməsi 



məsələsinə də  toxunulurdu,  digər  məsələlərlə  yanaşı,  bu  və ya  digər  səbəb  üzündən 

sahibkar torpaqlarında olan dövlət kəndlilərinə də müəyyən yer ayrılır və bildirilmirdi 

ki,  "azad  torpaq  sahələri  çatışmadığı  üçün  onları  xəzinə  torpaqları  ilə  təmin  etməy in 

mü mkünlüyü olduqca şübhəlidir"

118



1896-cı  ilin başlanğıcında komissiya öz sədrinin "Qeydləri"ni müzakirə etdi. 



"Pay  torpaqlarının  qaydaya  salınması"  məsələsinin  müzakirəsi  zamanı  kəndlilərin 

vəziyyəti  ilə  daha  yaxından  tanış  olan  komissiyanın  bəzi  üzvləri  qeyd  etdilər  ki, 

çoxtorpaqlı  kəndlilərin  torpaqlarının  bir  qismini  onların  əllərindən  almaq  yolu  ilə  pay 

torpaq sahələrini qaydaya salmaq mü mkün deyil.  

Komissiya Medvedyevin "Qeydləri" əsasında qanun layihəsini hazırladı. Bütün 

materiallar Peterburq Əkinçilik və Dövlət Əmlakı Nazirliyinə təqdim olundu. Nazirlik isə, 

öz növbəsində, bu  materiallan  Tiflisə,  Qafqazın  baş  rəisinə,  o  isə  layihəni  mü zakirə 

etmək  üçün  1896-cı  ilin  sonunda  idarəsinin  nəzdindəki  Şuraya  göndərdi.  1897-ci 

ilin  may ında  qanun  layihəsini  müzakirə  edən  Şura  ü zvlərindən  çoxu  pay 


 

 

46 



torpaqlarının   bərabər  surətdə  bölünməsinin   və  aztorpaqlı  kəndlilərə  boş  xəzinə 

torpaqları  hesabına  pay  torpağı  verilməsinin  əleyhinə  çıxd ı.  On lar  belə  hesab 

edirdilər ki, azad  xəzinə torpaqları höku mət orqanlrın tərəfindən yalnız bu yerlərə 

köçürülən rus kəndlilərinə verilməlidir. 

Bununla  onlar  çarizmin  böyük  dövlətçilik,  millətçilik  siyasətinin 

müstəmləkəçi mahiyyətini b ir daha nümayiş etdird ilər.  

Əkinçilik  və  dövlət  əmlakı  naziri  Qafqazın  baş  rəisinin  rəyin i  aldıqdan 

sonra,  onu  öz  sədarəti  altında  yaratdığı  mərkəzi  ko missiyanın  1898-ci  ilin 

əvvəlində keçirilmiş yığıncağında mü zakirə etdi.  Bu ko missiya da pay torpaqlarını 

normaya salmaq təklifini  rədd etdi. Aztorpaqlı  kəndlilərin torpaqla t əmin olunması 

məsələsində  də  çarizmin  müstəmləkə  siyasətinə  üstünlük  verildi.  Əkinçilik  və 

dövlət  əmlakı  naziri  Yermolov  qeyd  etdi  ki,  Qafqazda  rusların   yerləşdirilməsi 

mühü m  dövlət  əhəmiyyətli  məsələdir  və  "bu  vəzifə  yerli  əhalinin  torpaqla  təmin 

olunması məsələsindən irəlidə olmalıdır"

120



Mərkəzi  ko missiya  Qafqaz  rəisin in  göndərdiyi  qanun  layihəsini  bəzi 



dəyişikliklər  etdikdən  sonra  təsdiqə  verdi.  1900-cü  il  mayın  1-də  imperator  II 

Nikolay  "Tiflis,  Yelizavetpol,  Bakı  və  İrəvan  quberniyaları  dövlət  kəndlilərin in 

torpaq təminatın ın mühüm əsasları"nı təsdiq etdi

121


. Bu qanuna görə, torpaq payları 

onlardan əvvəlki qaydada istifadə edilməklə kənd  icmalarına,  kəndlərə və yaşayış 

məntəqələrinə ayrılırdı.  Beləliklə, dövlət torpaq  mü lkiyyətçisi  kimi qalırdı, dövlət 

kəndliləri  bu  torpaqlardan  icmalıqla  istifadə  etməli,  bunun  müqabilində  dövlətə 

töycü  ödəməli,  mü kəlləfiyyət  daşımalı  id ilər.  Bu   töycü  1900-cü  il  iyunun  12-də 

müəyyənləşdirildi 

və 

"Qafqazda 



xəzinənin 

xey rinə 

toplanan 

evbaş ı 


mü kəlləfıyyətlərin  ləğvi  və  bunun  əvəzinə  dövlət  töycü  mükəlləfiyyəti  və  torpaq 

vergisi  haqqında"  qanun  verildi.  Bu  qanun  1901-c i  il  yanvarın  1-dən  qüvvəyə 

mindi. 

Bu  qanuna  əsasən  aşağıdakılar  müəyyən  edildi:  1)  dövlət  kəndlilərin in 



daimi  istifadəsində  olan  xəzinə  torpaqları  üçün  töycü  mü kəlləfiyyəti;  2)  bütün 

başqa  torpaqlar  üçün  torpaq  vergisi;  3)  həmişəlik  zemski  vergisi.  Töycü  vergisinə, 

torpaq vergisindən başqa, dövlət kəndlilərinin xalis gəlirlərinin 10-12 faizi də daxil idi

122


Bu  qanun  verildikdən  sonra  dövlət  kəndlilərinin  daşıdıqları  mükəlləfiyyətlər 

daha da ağırlaşdı. Əgər hər ailədən yığılan və hər ev üzrə toplanan vergi 1900-cü ilə 

qədər bütün Qafqaz üzrə 1,5 mln manat təşkil edirdisə, 1900-cü il qanunu ilə bu vergi 

iki  dəfədən  çox  artdı.  Sonrakı  üç  ildə  pay  torpaqları  olan  bütün  Qafqazın  dövlət 

kəndlilərindən  onların  xalis  gəlirlərindən  toplanmış  töycü  mü kəlləfiyyətinin  illik 

məbləği  3426  min  manata  çatdı.  Beləliklə,  dövlətlə  onun torpaqlarını becərən dövlət 

kəndliləri arasındakı münasibət feodal asılılığı olaraq qalırdı

123



Kəndlilərin  torpağa olan  münasibəti qanun  maddələrindən  birində öz  əksini 



tapmışdı.  Bu  maddəyə  görə,  dövlət  kəndlilərinin  yalnız  pay  torpaqlarının  istifadəçisi 

olması  nəzərdə  tutulurdu

124

,  deməli,  feodalasılı  münasibətlər  qalırdı.  Qanun  dövlət 



kəndlilərinin  yığıncaqda  iştirak  edən  və  səs  hüququna  malik  olanların  üçdə  ikisinin 

 

 

47 



razılığı  ilə  torpaqdan  həyətyanı  sahə  kimi  istifadə hüququna  və bunun nəsildən-nəslə 

keçməsinə  icazə  verirdi

125

.  Qanunun  bu  maddəsi  kənddə  ictimai  münasibətlərin 



inkişafının  gedişi,  təbəqələşməsinin  güclənməsi,  kənddə  kapitalist  istehsal 

münasibətlər  milli  inkişafı,  torpaq  sahələrinin  bir  qisminim  varlı  kəndlilərin  və 

qolçomaqların  əllərində  cəmləşməsi,  yoxsul  kəndlilərin  bir  qisminin torpaqsızlaşması, 

onların muzdura çevrilməsi ilə bağlı idi. Qanun bu prosesi daha da sürətləndirdi və dövlət 

kəndlilərinin  torpaqdan  istifadəsinin  qaydaya  salına  biləcəyi  barədə  xülyasına  son 

qoydu, torpaqların varlı kəndlilərin əllərində cəmləşməsi üçün hüquqi şərait yaratdı. 

1900-cü il qanununun qarşıya qoyduğu vəzifələri həyata keçirmək üçün, onun 

özündə  qeyd  edildiyi  kimi,  Zaqafqaziyanın  beş  quberniyasında  dövlət  torpaqlarında 

məskunlaşmış köçkünlərin torpaq məsələsini qaydaya salmaq barədə əsasnamə verildi. 

Bu  əsasnamə  qanunun  mahiyyətinə  heç  cür  uyğun  gəlmirdi.  Çünki  qanun  kənd 

icmalarının  faktik  istifadəsində olan torpaqları,  onların  planını  və  başqa  aktları  tərtib 

edərək, icmaların istifadəsində saxlamağı tələb edirdi, əsasnamədə isə torpaq paylarının 

verilməsi  məsələsi  mürəkkəbləşdirilmişdi.  Belə  ki,  əsasnaməyə görə, pay  torpaqları-

nın planları tərtib edilməli, bu planlar torpaq məsələsini qayday a salan komissiyalarda 

təsdiq  edilməli,  bundan  sonra  kənd  icmalarının  pay  torpaqlarının  sərhədləri  dəqiq 

müəyyənləşdirilməli,  torpaq  ayrılması  barəsində  mətn  hazırlanıb  kəndlərə  təqdim 

edilməli id i. 

Belə  mürəkkəb  üsul  kənd  icmalarına  torpaq  ayırmaq  işinin  xeyli  ləngidirdi. 

Əsasnamənin nəşrindən  keçən  5  il  müddətində  -  1903-cü  ildən  1908-ci  ilə  kimi,  torpaq 

quruluşu  işi  Qafqazın cəmi  361  kəndinə  toxunmuş,  həm  də  yalnız  135  kənddə  başa 

çatdırılmışdı. 

1914-cü  ilə  qədər  istifadələrində  1,3  mln  desyatin torpaq  olan  Yelizavetpol 

quberniyasının  1083  dövlət  kəndindən  yalnız  istifadələrində  160  min  desyatinə qədər 

torpaq  olan  103  kəndində,  Bakı  quberniyasında  isə  2530  min  desyatin  dövlət 

torpağından cəmisi 6537 desyatin torpaq mərzlən mişdi

126


Gətirilən rəqəmlər torpaq quruluşu işlərinin nə qədər ləng getdiyini göstərir. 

Bu,  çarizmin  müstəmləkə  siyasəti,  artıq  ömrünü  başa  vurmaqda  olan  feodal  istehsal 

münasibətləri qalıqlarını qoruyub saxlamaq cəhdi ilə izah olun malıdır. 



Torpaq və çarizmin vergi siyasəti. 1912-1913-cü illər aqrar qanunları. XX 

əsrin əvvəllərində çarizm vergi siyasətində ancaq dövlət kəndinə aid edilmiş 1900-cü 

ilin 1 may və 1903-cü ilin 21 aprel əsasnamələrindən sonra heç bir dəyişiklik və tədbir 

nəzərə çarpmır; verilən qanun və qaydalar isə vergi və mükəlləfiyyət sis temini  xəzinə 

kəndində ağırlaşdıraraq  mürəkkəbləşdirdi  və  əsarəti  daha da  qüvvətləndirdi.  Sahibkar 

kəndində  isə  çarizmin  vergi  siyasəti,  kəndlilərlə  mülkədarlar  arasında  mükəlləfiyyətli 

münasibətlərin  ləğv  edilməsi  məsələsinin  meydana  çıxması  ilə  əlaqədar olaraq,  torpaq 

siyasəti elə qarışmışdı ki, onları bir-birindən ayırmaq mümkün deyildi. Bu dövrdə bütün 

Cənubi  Qafqazda, o cümlədən  Quzey Azərbaycanda da  çarizmin  aqrar siyasətinin  əsas 

məqsədi kənddə icmaları dağıtmaq, kənd burjuaziyasının - qolçomaqların şəxsində özünə 

dayaq  yaratmaq  idi.  Qafqaz  ali  hakimiyyət  orqanları  və  yerli  burjuaziya  torpaq 


 

 

48 



məsələsində  yeganə  çıxış  yolunu  Stolıpin  aqrar  siyasətinin  tətbiqində  görürdülər. 

Qafqaz canişini Vorontsov-Daşkov və digər çar məmurları hesab edirdilər ki, Stolıpinin 

aqrar siyasəti kəndlilərin xüsusi torpaq mülkiyyətçilərinə çevrilməsi üçün zəmin yaradır 

və buna görə də o, təkcə Rusiya üçün deyil, Cənubi Qafqaz üçün də məqsədəuyğun və 

xeyirxah aktdır. 

1907-ci  il  mayın  10-da  Dövlət  Dumasında  Stolıpinin  torpaq  məsələsi 

haqqındakı  bəyanatı  Cənubi  Qafqazda  Stolıpin  aqrar siyasətinin  tərəfdarlarını  bir  daha 

ruhlandırdı, çünki bu bəyanat çar hökumətinin təkcə Rusiyanın daxili quberniyaları yox, 

milli ucqarları üçün də aqrar məsələ məramnaməsi idi. 

Stolıpin aqrar siyasətinin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda tətbiq 

edilməsinin tərəfdarlarının səylərinə baxmayaraq, onların arzusu həyata keçmədi. Çünki 

çar  hökuməti  bu  siyasətin  ancaq  bütün  kəndlilərin  20  faizini  təşkil  edən  sahibkar 

kəndinə  tətbiq  olunmasına  razılıq  vermişdi.  Buna görə  də  1908-1909-cu  illərdə  xəzinə 

kəndlilərini  xüsusi  mülkiyyətçilər qrupuna daxil  etmək  haqqında  III  Dövlət  Dumasının 

müzakirəsinə çıxarılan layihələr təsdiq edilməmiş, kağız ü zərində qalmışdı. 

1909-cu  ilin  əvvəlində  -  Stolıpin  aqrar  siyasətinin  həyata  keçirilməsinin 

qızğın  dövründə  Qafqaz  canişini  Vorontsov-Daşkov  tərəfindən  Cənubi  Qafqaz 

quberniyaları,  o  cü mlədən  Azərbaycan  üçün  tərtib  edilmiş  qanun  layihəsi  yalnız 

sahibkar  torpaqlarda  yaşayan  kəndlilərə  torpaqlarını  ödənclə  almaq  və  xüsusi 

mülkiyyətçilər qrupuna daxil olmaq hüququ verilməsini, kəndlilərin xüsusi mülkiyyətinə 

keçmiş pay torpağı üçün mülk sahiblərinə dövlət xəzinəsi tərəfindən ildə ümumi ödənc 

pulundan 5 faiz ödənməsi nəzərdə tutulurdu. Rusiyada olduğu kimi, bu, nəğd pulla deyil, 

beşfaizli  pul  təəhhüdü  ilə  verilməli  idi.  Kəndlilər  isə  dövlət  tərəfindən  torpaq 

sahiblərinə verilən pulu faizlə birlikdə 28, 41 və 56 il müddətində xəzinəyə qaytarmalı 

idilər. 

Qanun  layihəsinə  görə,  kəndlilər  çəmən,  otlaq,  meşə  yerlərindən  və  su 

arxlarından ancaq torpaq sahibinin razılığı ilə istifadə edə bilərdilər. Vorontsov-Daşkov 

tərəfindən  tərtib  olunan  qanun  layihəsi  1909-cu  il  aprelin  2-də  canişin  şurasının 

müzakirəsinə  verildi.  Müzakirələr  1910-cu  il  mayın  22-nə  qədər  davam  etdi.  Qanun 

layihəsinin məzmunu ilə tanış olan Azərbaycan torpaq sahiblərinin nümayəndələri canişin 

idarəsinə  öz  tənqidi  mülahizələrindən  ibarət  məktublarını  göndərmişdilər.  Onlar  həmin 

məktublarda  kəndlilər  tərəfindən  torpaqların  ödənclə  alınması  ilə  əlaqədar  bir  çox 

məsələlərə  qarşı  çıxırdılar.  Yelizavetpol  quberniyası  torpaq  sahiblərinin  nümayəndəsi 

Fərru x bəy Vəzirov məktubunda ödənc pulunun kənd təsərrüfatı məhsulunun keçən 

əsrin 60-70-ci illərindəki q iy mətilə müəyyənləşdirilməsinə etiraz edird i. Bu, yalnız 

Fərru x  bəy  Vəzirovun  deyil,  bütün  Azərbaycan  torpaq  sahiblərin in  tələbi  idi. 

Gündən-günə genişlənən kəndli hərəkatı və kəndlilərin narazılığ ından ehtiyat edən 

hökumət bu tələblə razılaş maqdan çəkin məyə məcbur o ldu. 

1910-cu  il  may  ayının   22-də   qanun  layihəsi  canişin  idarəsi  tərə findən 

qəbul  olunub,  yenidən  baxılmaq  üçün  Daxili  İşlər  Nazirliyi  yanında  idarələrarası 

müşavirəyə  təqdim  ed ild i.  Burada  qanun  layihəsinin  mü zakirəsi  ilə  əlaqədar 


 

 

49 



təkliflərini vermək üçün Azərbaycan torpaq sahibləri ö zlərinin iki nü mayəndəsini - 

Abbasqulu  xanı və  Cəfərqulu  xanı  1910-cu  il dekabrın  1-də Peterburqa göndərdi. 

Müşavirə torpaq sahiblərinin ehtirasla dolu tələblərindən ancaq l birini nəzərə aldı, 

yəni kəndlilərin  mülkiyyətinə veriləcək pay torpağının əvəzinə onlar sahibkarlara, 

Rusiyada  olduğu  kimi,  pul  verməli  idilər.  Müşavirə  1910-cu  il  dekabrın  20-da 

qanun layihəsinə əhəmiyyətsiz dü zəlişlər edib, onu Nazirlər Şurasının  sərəncamına 

verdi. 

1911-c i  il  mart ın  17-də   Na zirlər  Şu rası  layihəni  III  Dövlət  Du masına 



təqdim  etdi.  Du mada  Bakı  və  Yelizavetpol  qu berniyaları  torpaq  sahiblərin in 

nümayəndəsi  Xəlil  bəy  Xas məmmədov  iştirak  edirdi.  Bütün  Zaqafqaziya  torpaq 

sahiblərinin   nümayəndələri  və  millətçi-burjua  deputatlar  ödəncin  xüsus i 

sahibkarların  xeyrinə  aparılmasını  tələb  edir,  hətta  əkin  üçün  yararsız  y erlərin 

kəndlilərə pulsuz verilməsinə qarşı çıxırdılar. 

III  Du mada  qanun  layihəsinin  əleyhinə  ancaq  sosial-demo kratla r  səs 

verdilər.  Canişinin   lay ihəsi  ilə  əlaqədar  olaraq,  sonradan  bir  deputatın  da 

qoşulduğu  34  deputat  hələ  1908-ci  ilin  dekab rında  Zaqafqaziyada  kəndlilərin 

mü lkədarlara  olan  mükəlləfiyyətli  münasibətlərini  ləğv  etmək  haqqın da  özlərin in 

qanunverici  təkliflərini  Du manın  mü zakirəsinə  vermişdilər.  Bu  təkliflərdə 

göstərilird i  ki,  təhkimçiliy in  qalıq ları  iqtisadi  və  mədəni  inkişafa  mane  olur, 

"kəndli  istis marının  ən  vahid  formaların ın  mühafizə  olun masına  və  qüvv ət-

lən məsinə imkan yaradır, bütün xalqı səfalətdə, cəhalətdə və hüquqsuz vəziyyətdə 

saxlay ır".  Qeyd  edilirdi  ki,  Cənubi  Qafqazda,  o  cümlədən  Azərbaycanda  yerli 

kəndlilərin  Rusiyanın daxili quberniya  kəndlilərindən iki-üç dəfə az pay torpaqları 

olmasına  baxmayaraq,  onlar  3-4  dəfə  artıq  mükəlləfiyyət  daşıyırlar.  Kəndliləri  ödənc 

verməyə  məcbur  etmək onların onsuz da tükənmiş  büdcələrinə əlavə  və  gücçatmaz  yük 

olar,  təsərrüfat  vəziyyətlərini  sarsıdır,  bu  "görülən  iş  ədalətsizlik,  ümumxalq  və 

ümumdövlət  mənafeyinə açıqcasına zidd gedən bir  aktlardı".  Deputatların  tələbləri asılı 

və müvəqqəti mükəlləfiyyətli  münasibətlərin təxirəsalınmaz və danışıqsız surətdə ləğv 

edilməsinə,  müvəqqəti  mükəlləfiyyətli  və  asılı  kəndlilərdən,  həmçinin  Dağıstanda  və 

Zaqatala  dairəsində  olan  asılı  rəiyyətlərin  və  keşkəlçilərin  torpaq  sahibləri  üçün  icra 

etdikləri  hər  cür  mükəlləfiyyətlərin  aradan  qaldırılmasına,  bu  kəndlilərin  istifadəsində 

olan  pay  torpaqlarının,  torpaq  nizamnaməsində  göstərilmiş  sərhədlərə  uyğun  olaraq, 

onların mülkiyyətlərinə çevrilməsinə yönəldilmişdi. 

Mülkədarların  mənafeyini  müdafiə  edən  canişin bu  təkliflərin  əleyhinə çıxdı. 

1911-ci  ilin  mayında  Dövlət  Dumasının torpaq  komissiyası 35 deputatın təklifini  müzakirə 

edib,  kəndlilərin  mülkədarlara  müvəqqəti  mükəlləfiyyətli  münasibətləri  ləğv  etmək 

mülahizəsi  ilə  razılaşdı.  Lakin  komissiya  kəndliləri  mülkədarlar  qarşısında  daşımalı 

olduğu mükəlləfiyyətlərdən əvəzsiz azad etmək haqqında təklifləri rədd edərək, onların öz 

pay torpaqları müqabilində ödənc ödəmələ rini bunun üçün əsas şərt hesab etdi. 

III  Dövlət  Dumasında  qanun  layihəsinə  Stolıpin  aqrar  siyasətinin  əsas 

müddəaları əlavə edilmişdi, bu dəyişiklik və tamamlamalar qanun layihəsinin mətnində 


 

 

50 



deyil,  onun  əlavələrində öz  əksini  tapmışdı.  Bu əlavələrdən birinin  məzmunu belə  idi: 

"Ayrı-ayrı  kəndlilər tərəfindən əldə edilən pay torpağı bəxşiş, yaxud satmaq vasitəsilə 

başqasının  əlinə  keçə  bilər...".  Lakin  pay  torpağının  sərbəst  alınıb-satılmasını 

məhdudlaşdırmaq  üçün  əlavələrdə  müəyyən  şərtlər  də  qoyulmuşdu.  Həmin  şərtlərə 

görə,  kəndli  xüsusi  mülkiyyəti  sayılan  pay  torpağını  ancaq  kənd  icmasının  iclasında 

kəndlilərin 2/3-dən az olmayan hissəsinin razılığı ilə sata bilərdi. Bundan başqa, satılan 

torpağın  qiyməti  500  manatdan  baha  olduqda,  həmin  torpaq  ancaq  maliyyə  nazirinin 

icazəsinə  əsasən  Daxili  İşlər  Nazirliyinin  sərəncamı  ilə  alqı-satqı  obyekti  ola  bilərdi. 

Daha  sonrakı  müzakirə  mərhələlərində  qanun  layihəsi  torpağını  ödənclə  əldə  etmiş 

kəndliyə xüsusi mü lkiyyətçi hüquqi verirdi. 

Stolıpin aqrar siyasətini müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsi 

Dövlət  Dumasında  təsdiq  olunduqdan  sonra  Dövlət  Şurasına  təqdim  edild i,  1912-ci  il 

dekabrın 19-da Şuranın 36 ü zvünün razılığı  ilə, heç bir dəyişiklik edilmədən 1912-

ci il dekabrın 20-də çar tərəfindən təsdiq edilib qüvvəyə mindi. 

1912-c i  il  20 dekabr qanunu Azərbaycan ərazisində Bakı və  Yelizavetpol 

quberniyalarını,  İrəvan  quberniyasında  isə  Na xçıvan  qəzasını  da  əhatə  edirdi. 

Qanun  Zaqatala  dairəsinə  aid  edilmədi.  Müstəqil  inzibati  ərazi  sayılan  Zaqatala 

dairəsində  asılılıq  münasibətlərin in  ləğvi  haqqında  müddəalar  isə  1908-ci  ildə 

canişinin  tərtib   etdiyi  " Dağıstan  və  Zaqatala  dairəsində  kəndlilərin  bəylərdən  və 

keşkəl  sahiblərindən  asılılıq  münasibətlərin in  ləğv  edilməsi  haqqında"  qanun 

layihəsində  verilmişdi.  Bu  layihə  1910-1912-ci  illərdə  can işin  idarələrində 

dəfələrlə  mü zakirə  olunduqdan sonra  1912-ci  ildə  Daxili  İşlər  Nazirliyi  yanında 

idarələrarası  müşavirəyə  təqdim  ed ild i.  1912-ci  ildə  IV  Dövlət  Du masında  təsdiq 

edilən qanun layihəsi 1913-cü il iyulun 7-də çarın sərəncamı ilə qüvvəyə mindi. 

1912-c i  il  20  dekabr  qanunu  bütün  Cənubi  Qafqa zda  olduğu  ki mi, 

Azərbaycanda  da  1913-cü  il  yanvarın  1-dən  həyata  keçirilird i.  Bakı  və 

Yelizavetpol  quberniyaları  ü zrə  ödənc  1163  mülkə  aid  edilmişdi.  1913-cü  il 

yanvarın 1-dən etibarən 403,4 min  desyatin. pay torpağı sahibkar kəndlilərin xüsusi 

mü lkiyyəti elan edildi, kəndlilər  xüsusi  mülkiyyəti olan pay torp ağı üçün xəzinəyə 

faizlə b irlikdə 20755376 rubl pul ödəməli idilər. Zaqatala dairəsində isə ödəncə aid 

edilmiş 47 kənd 20 il müddətində dövlət xəzinəsinə 284969 rubl ödənc verməli idi.  

Ödənc  əməliyyatına  başlamaq  üçün  1913-cü  ildə  Azərbaycanda  münsif 

şöbələrin in  sayı  xeyli  artırıldı.  1912-ci  ildə,  islahat  ərəfəsində,  Bakı  və 

Yelizavetpol quberniyalarında  12  münsif şöbəsi yaradıldı və  1913-cü  ildə onların 

sayı 32-yə çatdırıld ı. 

Zaqatala  dairəsində  isə  ödənc  əməliyyatını  aparmaq   üçün  üç  münsif 

vəzifəsi təsis edildi, bununla əlaqədar o laraq  in zibati dairənin ərazisi 3 barışdırıcı 

şöbəyə bölündü. Hər barışdıncı şöbənin işinə bir münsif rəhbərlik ed ird i.  

Bakı və Yelizavetpol quberniyalarında 1913-cü il yanvarın 1-dən başlamış 

ödənc  əməliyyatının  ayrı-ayrı  mərhələlərindən  birincisində  kəndlilər  tərəfindən 

veriləcək  ödəncin  hər  kənd  üzrə  hesablanması  üçün  ilk  hesablama  siyahıların ın 


 

 

51 



tərtib edilməsinə 1913-cü ilin əvvəllə rində başlandı və 17  kənd istisna olunmaqla, 

həmin  ilin sonunda qurtardı. 1913-cü ildə hər kənd üzrə ödəncin hesablanıb qurtarması 

ilə əlaqədar olaraq kəndlilərə çoxlu pul ödəmə vərəqəsi göndərildi. Bakı quberniyasının 

kəndliləri 1913-cü ildən başlayaraq hər il həmin vərəqələr üzrə xəzinə palatasına 131678 

rubl ödənc verməli idilər. Lakin kəndlilər hər il bu qədər pulu verib qurtara bilmir və 

onların borcu sonrakı illərə keçirdi. 

İlk hesablama siyahılarının tərtib edilməsilə əlaqədar 1913-cü il yanvarın 1 -

dən  ləğv  olunmuş  mükəlləfiyyət  əvəzində  bəylər  ödənc  almağa  başladılar.  1915-ci  il 

yanvarın 1-nə qədər Zaqatala dairəsinin 47 kəndi üzrə 1583 torpaq sahibinə ödənc pulu 

almaq üçün  vəsiqə  verildi.  Torpaq sahibləri  həmin  vəsiqələr  üzrə  241811  rubl  ödənc 

pulu  almışdılar.  1915-ci  il  yanvarın  1-nə  qədər  Zaqatala  dairəsində  ikinci  və  üçüncü 

barışdırıcı şöbələrdə torpaq sahiblərinin ödənc pulunu  alması başa  çatdırılmışdı,  ancaq 

birinci barışdırıcı şöbədə  Zaqatala  xəzinəsinin  bəylərə və  keşkəl sahiblərinə  16962  rubl 

borcu qalmışdı. 

1912-ci  il  qanunu  üzrə  ödəncə  aid  edilmiş  mülklərdə  pay  torpaqlarının 

ölçülməsi ödənc  əməliyyatının başqa  bir  mərhələsi  idi.  Kəndlilər  üçün pay torpağının 

mərzlənməsi və ödənc pulunun dəqiq hesablanmasının böyük əhəmiyyəti var idi, çünki 

münsiflər  çox  vaxt  pay torpağının sahəsini  əslində olduğundan artıq  göstərir,  yararsız 

torpaq üçün də kəndliləri ödənc pulu verməyə məcbur edirdilər. Buna görə də onlar ödənc 

pulunun dəqiq hesablanması üçün pay torpağının mərzlənməsini və ölçülməsini inadla tələb 

edirdilər.  Lakin bu  proses  çox  ləng  gedirdi.  1913-cü  ildən  1916-cı  ilin  axırına  qədər 

keçən 4 ildə Bakı və Yelizavetpol quberniyalarında kəndlilərlə torpaq sahibləri arasında 

mübahisəyə səbəb olmuş 823 mülkün pay torpağını ölçmək barədə tələblərdən cəmi 298-i 

yerinə yetirilmişdi. 

Bakı  və  Yelizavetpol  qubemiyalarında  ilk  hesablama  siyahılarının  tərtib 

edilməsindən  sonra  münsiflər  pay  torpağı  üzrə  mübahisə  doğurmayan  mülklər  üçün 

ödənc  aktı tərtib  edirdilər,  pay torpağının sahəsi,  mərzi  ilə  əlaqədar  mübahisəyə səbəb 

olmuş  mülklər  üçün  isə  ödənc  aktının  tərtib  edilməsi  yerin  ölçülməsinə  qədər  təxirə 

salınırdı. 

Kəndlilərin xüsusi mülkiyyətçilər qrupuna daxil olması üçün  ödənc aktlarının 

tərtib  və  təsdiq  olunub-olunmamasının  əhəmiyyəti  yox  idi,  çünki,  yuxarıda  göstərildiyi 

kimi,  kəndlilər  ödənc  aktlarının  tərtib və  təsdiq  edilməsinə  qədər  artıq  ilk  hesablama 

siyahıları  üzrə  ödənc  pulunu  ödəməyə  başlamışdılar.  Ödənc  aktlarının  tərtib  və  təsdiq 

edilməsi  ilk  hesablama  siyahılarında  təxmini  hesablanmış  ödənc  pulunun  qədərini 

dəqiqləşdirmək və rəsmiləşdirmək  məqsədini daşıyırdı. Lakin qeyd etmək lazımdır ki, 

ödənc əməliyyatının bu mərhələsi də olduqca ləng getmiş, başa çatdırılmamışdı. 1917-ci 

ilə qədər Bakı və Yelizavetpol quberniyalarında ödəncə aid edilmiş 1163 mülkün 450-si üzrə 

tərtib edilmiş ödənc aktının ancaq 281-ni kəndli məsələsi üzrə quberniya idarələri təsdiq 

etmişdi. 

1912-ci il qanunu tətbiq edilən Bakı və Yelizavetpol quberniyalarından fərqli 

olaraq, Zaqatala dairəsində ödənc əməliyyatının özünəməxsus cəhətləri var idi. 1912-ci 


 

 

52 



il  qanunu  üzrə,  ödənc  əməliyyatı  bir  neçə  mərhələdən  ibarət  olduğu  halda,  Zaqatala 

dairəsində bu  mərhələlər yox  idi,  çünki  ödənc  əməliyyatının başlanmasına  qədər,  hələ 

1908-ci  ildə  ödənc  pulunun  məbləği  Zaqatala  dairəsinə  ezam  edilmiş  komissiya 

tərəfindən  müəyyən  olunmuşdu.  Odur  ki,  ödənc əməliyyatı  başlayan  zaman  münsifin 

vəzifəsi  ödənc  pulunu  hesablamaq  deyil,  onu  ancaq  hər  kənd  üzrə  həyətlər  arasında 

bölmək idi. Buna görə də Zaqatala dairəsində ödənc əməliyyatının sonrakı mərhələlərini 

həyata keçirməyə ehtiyac qalmamışdı. 

1912-1913-cü  illər  qanunları  aqrar  məsələni  həll  edə  bilmədi.  1870-ci  il 

islahatından 42 il keçdikdən sonra da mülkədarlar güclə, zorla öz torpaqlarını kəndlilərə 

satır, onları bu torpaq üçün külli miqdarda pul verməyə məcbur edirdilər. Həmin qanun 

aktları kəndliləri qarət edir, onları yenə də torpaq sahiblərinin əsarətində saxlayırdı. 

1912-1913-cü  illərin  aqrar  qanunları  təhkimçilər  tərəfindən  həyata 

keçirilməsinə və  təhkimçilik  aktı  olmasına  baxmayaraq,  öz  məzmununa  görə  burjua 

xara kteri daşıyırdı. Kəndlilər tərəfindən pay torpaqlarının ödənclə alınması özü də xalis 

burjua  xarakterli  hadisə  idi.  Məhsul  mülkiyyətinin  ləğv  edilməsi,  kəndlinin  ödənc 

ödəməyə  başlaması  sahibkar  kəndində  kapitalist  münasibətlərinin  inkişafını, 

təbəqələşməni  daha  da  sürətləndirirdi,  yoxsullaşmış  və  əmlakdan  məhrum  olmuş 

kəndlilərin  sayını  artırırdı,  tavanalı  və  tavanasız  kəndli  qrupları  özünü  daha  aydın 

göstərməyə  başlayırdı.  Bu  qanunlar  sahibkar  kəndinin  iqtisadi  həyatında  kapitalist 

münasibətlərin in kişafını daha da sürətləndirirdi. 

 

 

 



 

 

 






Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə