A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I


§ 1. İNZİBATİ İDARƏÇİLİKDƏ DƏYİŞİKLİKLƏR



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə8/39
tarix05.03.2017
ölçüsü5,84 Mb.
#10118
1   ...   4   5   6   7   8   9   10   11   ...   39
§ 1. İNZİBATİ İDARƏÇİLİKDƏ DƏYİŞİKLİKLƏR 

 

XX  əsrin  əvvəlləri  in zibati-polis  aparatının  yenidən  qurulması  və  onun 



nəzarət-cəzalandırma  funksiyaların ın  genişləndirilməsi  çarizmin   ordu,  jandarm, 

polis,  məh kəmə  və  ümu miyyətlə,  bütün  dövlət  aparatını  Rusiyada,  o  cümlədən də 

Azərbaycanda  gündən-günə  artan  azadlıq  hərəkatın ı  boğmağa  yönəltməsi  ilə 

səciyyələnirdi. Hələ 1881-ci ildə qəbul olun muş və "müvəqqəti əsasnamə" adlanan, 

əslində  isə  "Rusiya  imperiyasının  ən  sabit,  əsas  qanunlarından  biri"  sayılan 

gücləndirilmiş  mühafizə  haqqında  əsasnamə  1902-1903-cü  illərdə  A zərbaycanın 

bir ço x şəhər və qəzalarına şamil edildi. 

Onun  Bakı  şəhəri  və  qəzasında  1902-ci  ilin  yanvarından,  Gəncə,  Şuşa, 

Nuxada 1903-cü ilin sentyabrından tətbiq edilməsi o demək idi ki, Ba kı və Yelizavetpol 

quberniyaları  "ictimai  qaydalara  və  asayişə  zidd  olan  yığıncaq  və  toplantıların 

iştirakçılarını, gücləndirilmiş mühafizə haqqında əsasnaməni "pozan" digər şəxsləri 

500 rubladək cə rimələyə və ya 3 aylıq müddətədək həbs etdirə bilə rdilər".  

1905-c i  il fevra lın 26-da  Qafqa zda canişinlik bərpa olundu. Canişin təyin 

edilmiş  qraf  Vo rontsov-Daşkovun  adına  verilmiş  çar  reskriptində  qeyd  olunduğu 

kimi, onun ən birinci vəzifəsi "Qafqazda təxirə salın madan dinclik yaratmaq" id i.  

Canişin bu məqsədin həyata keçirilməsinə təkcə repressiyalar yolu ilə deyil, 

həm  də  mü xtəlif  qüvvələri  zəiflədən  və  parçalayan  manevrlər  yolu  ilə  can  atırdı. 

Vo rontsov-Daşkov geniş təbliğ edilən ikiü zlü vədlər siyasəti yürüdür, məh kə mə  və 

zemstvo  islahatları  keçirəcəyinə,  torpaq,  silki  məsələləri  həll  edəcəyinə  və  s.  söz 

verird i. 

Liberal  burjuaziya  canişinə  inanaraq,  onu  canfəşanlıqla  tərifləyir,  "bütün 

Qafqazı xoşbəxt edəcək böyük islahatçı" adlandırırdı. Lakin vəd olunmuş islahatlardan 

heç biri həyata keçirilmədi. 

Zadəganlar təbəqəsi canişinliyə müvəqqəti bir təsisat kimi baxır,  mərkəzi hərbi-

bürokratik  aparatın  Qafqaz  işlərinə bilavasitə  qarış masını  canişinliyin hər hansı şəkildə 

məhdudlaşdırılmasını istəmirdi. Ona görə də mütləqiyyət Rusiyadakı dekabr silahlı üsyanını 

məğlubiyyətə uğradan kimi canişinliyin ləğv edilməsi məsələsi qaldırıldı. Lakin Nazirlər 

Şurası  bu orqanı saxlamaq  qərarına gələrək  göstərdi  ki,  onun  fəaliyyəti "ümumdö vlət 

siyasəti"  ilə  ən  sıx  şəkildə  əlaqədar  olmalı  və  mərkəzi  hökumət  tərəfindən 

istiqamətləndirilməlid ir. 

Çar  hökuməti  inqilabi çıxışlara və  milli-azadlıq hərəkatına  qarşı  repressiyaları 

kifayət  hesab  etməyərək,  fövqəladə  səlahiyyət  verilmiş  müvəqqəti  general-qubernator 

təsisatı yaratdı və bir çox quberniyalarda hərbi vəziyyət elan etməyə başladı. Artıq 1905-


 

 

81 



ci ilin fevralında Bakı şəhəri və quberniyasında, 1905-ci ilin sentyabrında isə Yelizavetpol 

quberniyasında hərbi vəziyyət rejimi tətbiq edildi. Yelizavetpol quberniyası ərazisində iki 

müvəqqəti general-qubernatorluq yaradıldı. Bunlardan biri Zəngəzur, Cavanşir, Cəbrayıl 

və Şuşa qəzalarını, o biri isə digər qəzaları əhatə edirdi. 

Azərbaycanda,  eləcə də  Rusiyanın bir sıra  digər  rayonlarında  hərbi  vəziyyət 

elan  edilməsi  hətta  çar  qanunvericiliyinə  belə  zidd  idi.  Bu  qanuna  əsasən,  ancaq 

müharibə  dövründə,  özü  də  ancaq  hərbi  əməliyyatlar  gedən  yerlərdə  hərbi  vəziyyət 

rejimi  tətbiq  etmək  olardı.  Hərbi  vəziyyət  mütləqiyyətə  fövqəladə orqanlar yaratmaq, 

qol-budaqlı  hərbi  bürokratik  və  hərbi-məhkəmə  orqanlarından  inqilabi  hadisələrin 

iştirakçılarına divan tutmaq üçün istifadə etmək imkanı verirdi. Hərbi vəziyyət rejimindən 

irəli gələn tədbirləri həyata keçirməli olan müvəqqəti general-qubernatorluq isə çox geniş 

səlahiyyətə  malik  idi.  O,  yığıncaqları  qadağan  edə,  sənaye  və  ticarət  müəssisələrini 

bağlaya, "etibarsız" şəxsləri  quberniya  hüdudlarından  kənara  sürgün  edə və  ya  onlar 

üzərində  polis  nəzarəti  qoya,  kütləvi  axtarışlar  keçirə  bilərdi.  Quberniyada  yerləşən 

qoşunlara  ümumi  komandanlığı  da  həyata  keçirən  müvəqqəti  general-qubernatorluq 

eyni  zamanda  cinayət  işlərinin  ümumi  qanunlarla  nəzərdə  tutulmuş  baxılma 

instansiyasını dəyişib, onları hərbi məhkəmənin  məh kəməsinə vermək, hərbi dövrün 

cəzaların ı  tətbiq  etmək,  onun  fikrincə,  "düşüncələrin  qızışdırılmasına  və  asayişin 

pozulmasına"  səbəb  ola  biləcə k  bütün  işlərin  bağlı  qap ı  a rxasında  mühakimə  

olunmasını tələb etmək hüququna malik id i.  

Müvəqqəti  general-qubernatorluq  institutunun  tətbiqi  ilə  yanaşı, 

qubernator  başda  olmaq la,  əvvəlki  quberniya  aparatı  da  fəaliyyət  göstərirdi.  O, 

"qayda-qanun və dinclik yarat maq" işində  müvəqqəti gcneral -qubernatorluğa tabe 

idi.  Qalan  hər  şeydə  isə  quberniya  və  qəza  idarələri  ancaq  qubernatora   tabe  idi. 

Müvəqqəti general-qubernatorluq yerli in zibati  idarələrin vəzifəli şəxslərin i nəin ki 

işdən  uzaqlaşdıra,  hətta  cəzalandıra  da  bilməzd i.  Qubernator  belə  tədbir lərin 

görülməsi təklifləri  ilə  müvəqqəti general-qubernatorluğa müraciət etməli və ald ığı 

cavabdan  razı  qalmasaydı,  bu  zaman  can işinə  təqdimat  verməli  id i.  Müvəqqəti 

general-qubernatorluq  və  qubernator  arasında  bütün  bu  və  ya  digər  ixtilafla rı 

canişin həll ed ird i. 

Bakı  şəhəri  və  quberniyasının  general-qubernatoru,  öz  amans ızlığ ı  ilə 

məşhur  olan  knyaz  A milaxvarinin  ilk  addımlarından  biri  repressiyaların 

gücləndirilməsi  və  mütləq iyyətə  qarşı  silahlı  çıxış larla  bağlı  baxılan  işlərin  hərbi 

məh kəmələrə verilməsi haqqında 1905-ci il 25 fevral tarixli əmri o ldu. 

Cəmiyyətlər və ittifaqla r haqqında müvəqqəti qaydalar adlandırılan sənəd 

müvəqqəti general-qubernatorluğun inzibati ö zbaşınalığ ı üçün geniş meydan açırdı. 

Bu qaydalar hakimiyyət orqanlarına "ictimai təhlü kəsizliyə və ya asayişə" təhlükə 

yaratması  bəhanəsi  ilə  cəmiyyət  və  ittifaqları  bağlamaq  hüququ  verir,  həmkarlar 

ittifaq larının  öz  ü zvlə rin in  ancaq  iqtisadi  mənafey ini  qoru maqla  məhdud laşdırır, 

hökumət  idarələri  işçilərinin  həmkarlar  ittifaqlarına  girməsini  qadağan  edir  və  bu 

"Qaydaların"  pozulması  halın ın  b ir  il  müddətinədək  həbslə  nəticələnə  biləcəyini 


 

 

82 



nəzərdə tuturdu. 

1905-c i  il  sentyabrın  22-də  Peterburqda  keçirilən  müşavirədə  Bakı 

qarnizonu  və  polisinin  gücləndirilməsi  məsələsini  qald ıran  neft  sənaycçiləri 

qradonaçalnikliyin  yarad ılması  tələbin i  irəli  sürərək,  onun  saxlan ması  xərclərin in 

xeyli hissəsini öz üzə rlə rinə götürməyə hazır olduqlarını nümay iş etdirird ilə r.  Ba kı 

şəhəri  və  qəzasında  inqilabi  hərəkatla  mübarizəni  gücləndirmək  üçün  canişinin 

1905-c i  il  2  dekabr  tarixli  sərənca mı  ilə   bu  bölgələ r  " ictima i  a sayiş  və  təhlü-

kəsizliyin  mühafizəsi" baxımından  Bakı quberniya  idarəsinin  ixtiyarından alındı və 

müvəqqəti  general-qubernatorluğun  birbaşa  idarəsinə  verildi.  Elə  oradaca  Vorontsov-

Daşkov  tərəfindən  təqdim  edilmiş  Bakı şəhəri və qəzasının  idarəsi qaydalarında nəzərdə 

tutulurdu  ki,  Bakı şəhəri  qəzasına  münasibətdə quberniya  idarələrinin  funksiyaları  ancaq 

inzibati idarəçilik üzrə cari yazışma ilə (özü də göstərilən yerlərdə ictimai asayiş və qayda-

qanunların  mühafizəsinə  aid  olan  bütün  tədbirlər  istisna  edilməklə)  məhdudlaşmalıdır. 

Quberniya  idarəsi  müvəqqəti general-qubernatorluğun  icazəsi  olmadan  Bakı  şəhərində 

pristavları belə dəyişdirə bilməzdi. 

1906-cı il 28 oktyabr tarixli fərmanla Bakı şəhəri, ona bitişik neft-mədən və fabrik-

zavod  rayonlarının  idarəsi üçün  Bakı qradonaçalnikliyi yaradıldı.  Bu addım, şübhəsiz  ki, 

həmin ilin yayında Bakıda qalxan fəhlə tətil və nümayişlərinin yeni dalğası, fəhlələrin öz 

əksini avqustun sonu-sentyabrın əvvəllərində Bakıda keçən siyasi tətillərdə tapan ictimai 

fəallığının yeni yüksəlişi ilə əlaqədar idi. 

Bakı qradonaçalnikliyinə canişinin təqdimatı ilə imperator tərəfindən təyin edilən 

və qubernator səlahiyyətləri olan qradonaçalnik başçılıq edirdi. 

Qradonaçalniklik,  qradonaçalnikliyin  idarəsi  Bakı  və  Balaxanı-Sabunçu 

polismeysterliklərindən  ibarət  idi.  Qradonaçalnikin  yanında  inzibati  və  neft  işləri  üzrə 

idarələr  fəaliyyət  göstərirdi.  Bu  idarələrdən birincisi qradonaçalnikin sədrliyi altında onun 

köməkçisindən,  Bakı  və  Balaxanı-Sabunçu  polismeysterlərindən  və  qradonaçalnikliyin 

dəftərxana  müdirindən  ibarət  idi.  O,  kəndlər  və  kənd  cəmiyyətlərinin  idarəsi,  polisin 

fəaliyyəti və s. ilə bağlı məsələlərə baxırdı. 

Neft  işləri  üzrə  idarəetmənin tərkibinə yuxarıda sadalanan şəxslərlə yanaşı, bir 

sıra hökumət məmurları (II Qafqaz dağ dairəsinin dairə mühəndisi, baş fabrik müfəttişi, Bakı 

birja  komitəsinin  sədri  və  b.),  şəhər  duması  və  neft  sənayeçiləri  qurultayı  şurasının 

nümayəndələri daxil id ilər. 

Neft  işləri üzrə  idarə  ildə  600  min  rubl ayırmaqla bu orqanın  saxlanılmasında 

iştirak  edən  neft  sənaye  burjuaziyasının  təkidi  ilə  yaradılmışdı.  Bu  idarə  Bakı  neft 

sənayeçilərinin  mənafeyini  ifadə  edərək  tətillərin  dağıdılması,  şəhərin,  mədən  və 

zavodların mühafizəsi və buralarda "asayişin qorunub saxlanması"na aid tədbirlər işləyib 

hazırlayır, qradonaçalniklik  idarəsinin və  polismeysterlərin ştatlarını nəzərdən  keçirirdi. 

İdarənin qərarları ancaq qradonaçalnikin razılığından sonra qüvvəyə minirdi. 

Qradonaçalniklik  çar  höku mət  orqanları  tərəfindən  ko mplekt-

ləşdirilməsinə  böyük  əhəmiyyət  verilən  ço xsaylı  məmur  aparatı  idi.  Burada 

vəzifələrin əksəriyyətini tutmaq üçün Tiflisdəki höku mət idarələrindən qulluqçular 


 

 

83 



göndərilmiş,  bəzi  rəhbər  vəzifələrə  isə  Peterburqdan  məmurlar  təyin  ed ilmişdi. 

Canişinin  xüsusi  sərəncamına  müvafiq  olaraq,  azərbaycanlılar  qradonaçalnikliy in 

aparatına buraxılmırdı. Bu, mütləqiyyətin bu o rqanının da müstəmləkəçilik vasitəsi 

olduğuna dəlalət edən əlamətlərdən biri id i.  

1906-c ı  ilin  dekabrında  Ba kı  şəhəri  quberniyasında  hərbi  vəziyyət 

fövqəladə mühafizə vəziyyəti ilə əvəz olundu, müvəqqəti general-qubernatorluq isə 

ləğv edild i. 

Mütləqiyyət azadlıq hərəkatı  ilə  mübarizədə  jandarma  xüsusi yer  verirdi. 

O,  milli  və  inqilabi  təşkilatla r,  tətil  ko mitələrinin  ü zvləri  haq qında  mə lu mat 

toplayır,  fəaliyyəti  şübhəli  görünən  şəxslərin  "siyasi  etibarlılığını  öyrən məklə" 

məşğul olur, tətilçi fəhlələri həbs və sürgün edirdi. 

Cənubi  Qafqazda  quberniya  jandarm  idarələri  ilə  yanaşı,  axtarış 

müəssisələri  adlanan  orqanlar  da  (1902-ci  ildə  Tiflisdə  mühafizə  şöbəsi,  1904-cü 

ilin   dekabrında  Bakıda  mühafizə  məntəqəsi-qayda-qanun  və  ictimai  asayişin 

mühafizəsi  üzrə  məntəqə)  yaradılmış,  onların  ştatları  1905-1907-ci  illərin  inqilabi 

hadisələri dövründə xeyli genişləndirilmişdi. 

Qubernatorlara  torpaq  sahiblərinin  vəsatətləri  üzrə  və  onların   hesabına 

kənd  yerlərində  polis  vəzifələri  təsis  etmək  və  keşikçi  ko mandaları  yaratmaq 

hüququ verilməsi barədə 1905-ci il 8 dekabr tarixli əmr Cənubi Qafqaz ərazisinə də 

şamil ed ilmişdi. 

Çar  höku məti  milli-azad lıq  və  inqilab  hərəkatı  ilə  mübarizədə  məhkəmə 

orqanlarına,  xüsusən də hərbi ədliyyəyə  mühüm yer verird i.  1905-ci ilin  martında 

Bakıda  müvəqqəti  hərbi  məh kəmə  yaradılması  barəsində  sərəncam  verildi,  bu, 

Cənubi Qafqazda ilk hərbi məhkəmələrdən biri oldu.  

Hərbi  məh kəmələrdə  siyasi  cinayətlərə  baxılması  özünün  başgi-

cəlləndirici sürətinə görə "ədliyyənin tələsik atəşi" ləqəbini almışdı.  

Hərbi  məhkəmələrin  gücləndirilmiş  və  ya  fövqəladə  mühafizə  qaydaları 

üzrə qald ırılmış işlərə aid hökmləri hərb i qubernator tərəfindən, ona tabe olmayan 

yerlərdə isə qoşun komandanı tərə findən təsdiq olunma lı idi. Genera l-qubernatorlar 

və  ya  qoşun  komandanları  edam  cəzaları  haqqında hökmləri  təsdiq  etmək  hüququna 

malik olsalar da, onları digər cəza ilə müstəqil olaraq əvəz edə bilməzdilər. Bunun üçün 

imperatorun xüsusi əmri tələb olunurdu. 

Baş  hərbi  məhkəməyə  hərbi-dairə  məhkəmələrinin  hökmlərindən  şikayət 

etmək  olardı.  Lakin  general-qubernator  və  ya  qoşun  komandanı  hərbi  mənafe  və  ya 

ictimai intizamın mühafizəsi məqsədilə hökmün dərhal icrasını zəruri sayırdısa, kassasiya 

şikayətini rədd edə bilərd i. 

Çar hökuməti 1906-cı ilin yaz və yayında kəndli, əsgər və matrosların siyasi tətil 

və  inqilabi  çıxışlarının  yeni  yüksəlişi  ilə  əlaqədar  olaraq,  narazılığın  yeni  dalğasını 

qabaqlamaq məqsədilə məhkəmənin daha sərt cəza tədbirlərini həyata keçirməsinə qərar 

verdi. Bu məhkəmələr yaddaşlarda hökumətin mütləqiyyət hakimiyyətini qoruyub saxlamaq 

uğrunda apardığı vəhşi mübarizəsinin ən qatı təzahürü kimi iz qoydu. 


 

 

84 



Hərbi-səhra  məhkəməsi  müstəsna  surətdə  ancaq  nizami  ordu  zabitlərindən, 

yəni hüquqi bilikləri və mühakimə etmək səriştələri olmayan şəxslərdən təşkil edilirdi. 

Burada işlərə prokuror və müdafiəçinin iştirakı olmadan baxılır,  çıxarılan yeganə 

qərar, demək olar ki, ölüm hökmü olur, onun icrası təsdiqi tələb edilmədən ən geci 24 saat 

müddətində həyata keçirilirdi. Bu isə əfv o lmanı qeyri-mü mkün edirdi. 

Yalnız  fəhlələrin,  əsgər  və  matrosların çar  əleyhinə  çıxışlarının  güclü təzyiqi 

hərbi-səhra məhkəmələrini nisbətən yumşaq cəza tədbirləri tətbiq etmək məcburiyyəti 

qarşısında qoyurdu. 

Əgər hərbi ədliyyə özünün bütün imkanları ilə ancaq hərbi qulluqçuların siyasi 

cinayətləri  və  fəhlə-kəndli  çıxışlarının  rəhbərləri  ilə  mübarizə  aparmağa  qadir  idisə, 

inqilab  iştirakçılarının  kütləvi  cəzalandırılmasının  başlıca  vasitəsi  məhkəmədənkənar 

inzibati  özbaşınalıq  idi.  Çar  hökuməti  məhkəməsiz  divan  tutmaq  üçün  yerli  hakimiyyət 

orqanlarına  verdiyi  səlahiyyətləri  genişləndirmişdi.  Polis  departamentinin  1905-ci  il  30 

noyabr  tarixli  əmri  onları qubernatorlara  məhkəmə  orqanları  tərəfindən  həbs olunmamış 

bütün qızışdırıcıları, təşəbbüskarları və inqilabın təşviqatçılarını həbs etmək, nəzarət al-

tında onları sürgün etmək barəsində təqdimatla müraciət etmək hüququ verməklə daha 

da artırd ı. 

İnqilabi  və  milli-azadlıq  hərəkatın ın  yüksəlişi  dövründə  Azərbaycan 

cəmiyyətənin  yüksək  dairələrinin  nü mayəndələri  çar  höku mətindən  bəzi  siyasi 

güzəştlər  almağa,  o  cü mlədən  ö zünüidarə  orqanlarında  milli  burjuaziyanın 

iştirakına  qoyulan  məhdudiyyətləri  ləğv  etməyə  ciddi  səy  göstərdi.  Məsələn, 

azərbaycanlı  qlasnıların  təkidi  ilə  1906-cı  ilin  yanvarında  Bakı  şəhər  duması 

Cənubi Qafqaz şəhər özünüidarə orqanlarında  müsəlmanların hüquqların ı  xristian-

ların  hüquqları  ilə  bərabərləşdirmək  barəsində  vəsatət  qaldırdı.  1907 -ci  ilin 

martında  Bakı du ması təkrarən  belə bir addım atdı.  La kin du manın bu vəsatətləri 

çar  höku mət   orqanları  tərəfindən  rədd  edildi.  Azərbaycanlı  q lasnıların   seçilməsi 

üzrə məhdudiyyətlər ancaq sadələşdirilmiş ictimai idarələrin bəzi orqanlarında ləğv 

edildi.  Məsələn,  1906-cı  ildə  Lənkəran  şəhər  sadələşdirilmiş  ictimai  idarəsinə 

müvəkkillər  seçilməsində  qeyri-xristian  müvəkkillərin  sayını  məhdudlaşdırmağa 

icazə verild i. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

85 



§ 2. SİYASİ TƏŞKİLATLAR VƏ PARTİYALARIN 

YARANMASI 

 

XX əsrin  əvvəlində baş verən iqtisadi böhran həm Rusiyanı, həm də onun 



müstəmləkələrin i  əhatə  etdi.  Bütün  imperiyanı  sarsıdan  tətillər  dalğası  sənaye 

potensialı gündən-günə artan Azərbaycanı da bürüdü. Daha tez-tez baş verən fəhlə 

və  kəndli  çıxışları,  müstəmləkəçi  siyasətini  yeridən  hakimiyyət  orqanların ın 

özbaşınalıqları bütövlükdə cəmiyyətin bütün təbəqələrində narazılığın artmasına və 

onun siyasiləşməsinə səbəb olmaya bilməzdi.  

XX  əsrin  əvvəllərində  A zərbaycanda  formalaş mağa  başlayan  ilk  siyasi 

təşkilatlar, bütün Rusiyada olduğu kimi, əsasən sosialist yönlü idi.  

Rusiyadan  gəlmiş  bir  neçə  nəfər  inqilabçı  1900-cü  ildə  Bakıda  sosial-

demokrat  təşkilatının  əsasına  çevriləcək  rəhbər  mərkəz  yaratmağa  nail  oldular. 

Rəhbər qrupa A.S.Yenukidze, V.Z.Ketsxoveli və A.Q.Ey zenbet daxil idilər

1



1901-c i  ildə  RSDFP  Bakı  Ko mitəsi yaradıld ı və  RSDFP Ba kı təşkilatın ın 



formalaşması  başlandı.  Yu xarıda  adları  çəkilən  şəxslərdən  əlavə,  1902-1903-cü 

illərdə  BK-nın  tərkibinə  N.V.Vişnevski,  Y.V.Qolikova,  M.V.Kobetski, 

L.M .Knunyants, İ.F.Sturua, V.A.Şalqunov və b. daxil oldu lar. 

1902-ci il sentyabrın sonlarında RSDFP Bakı təşkilatında yenidənqurma həyata 

keçirildi. Bütün şəhər təşkilatı 5 rayona (Balaxanı, Bibiheybət, Qara şəhər, Ağ şəhər və 

şəhər  rayonlarına)  bölündü.    Fəhlə  kütlələri  ilə daha sıx  təmasda olmaq  və onlara təsir 

göstərmək  üçün rayon komitələri yaradıldı. Bu komitələrdən hər biri öz işini   BK-nın 

bir üzvünün bilavasitə müşahidəsi altında aparırdı. Rayonlarda təbliğat və təşviqat işinin 

nizama  salınması,  konspirativ  hissə  yaradılması,  mənzillərin  əldə  edilməsi,  kütləvi 

toplantılar üçün yerlərin seçilməsi, ədəbiyyatın yayılması, partiya qiraətxanalarının təşkili 

və s. rayon komitələrinin funksiyalarına daxil idi

3



1901-ci  ildə  Bakıda  iskraçı  qrup  da  təşəkkül  tapdı.  Buraya  "İskra"  qəzetinin 

agentləri  L.Y.Qalperin,  A.S.Yenukidze,  V.Z.Ketsxoveli,  L.Y.Krasin  və  b.  daxil  idilər

4



Bunlardan bəziləri  eyni  zamanda  RSDFP  BK-nın da üzvləri  idi.  Qrup  müntəzəm  olaraq 



"İskra"nın  redaksiyası  ilə  yazışır,  onun  üçün  pul  vəsaiti  toplayır,  qəzetin  yayılmasına 

kömək  göstərirdi.  1901-ci  ilin  yazında  qrup  xaricdən  (İrana  keçməklə)  "İskra"nın 

gətirilməsini  qaydaya  saldı.  "İskra"  və  digər  qeyri-leqal  ədəbiyyat  Berlindən  Vyana 

vasitəsilə Təbrizə gətirilir, oradan da atlarla Bakıya daşınırdı. Görünür ki, buna görə Bakı 

qrupu o za man gizli " Loşad" (at) adını daşıyırdı

5



1901-ci  ilin  yayında  RSDFP-nin  Bakıdakı  qrupunun  üzvləri  Tiflis   sosial-

demokratlarının  köməyi  ilə  gizli  adı  "Nina"  olan  qeyri-leqal  mətbəə  təşkil  etdikdən 

sonra  (əvvəlcə  indiki  Əzizbəyov  və  Füzuli  küçələrinin  tinində,  sonra  isə  "İskra" 

küçəsində  102  saylı  evdə  yerləşirdi)  "İskra"nın  nəşri  və  yayılma  miqyası  daha  da 

genişləndi. 

Burada 1901-ci ilin iyulundan 1902-ci ilin  martınadək keçən 7-81 ayda 40-dan 

çox adda mü xtəlif nəşrlər - qəzet, kitabça və vərəqə çap olunmuşdu. 


 

 

86 



Lakin gizli işin dəqiq təşkilinə baxmayaraq, RSDFP Bakı təşkilatı kütləvi fəhlə 

təşkilatına çevrilmədi. 

Təşkilatın  iyerarxiyaçı  strukturu  komitələri  kütlələrdən  ayırır,  fəhlələrin 

təşkilatda  bilavasitə  iştirakını  çətinləşdirird i.  Bu   cəhət  RSDFP  qurultaylarında  da 

onun opponentləri tərəfindən qeyd olunurdu. 

RSDFP-nin II qurultayından sonra 1903-cü ildə Bakı təşkiları da bolşeviklərə 

və  menşeviklərə  parçalandı.  Bakı  Komitəs inin  rəhbərliyində  əvvəlcə  bolşeviklər 

çoxluq  təşkil  edirdi.  1904-cü  ilin  yanvarında  isə  BK-nın  rəhbərliy i  menşeviklərin 

əlinə  keçd i.  On lar  o  zaman   gedən  rus -yapon  müharibəsinə  qarşı  çıxır, 

bolşeviklərdən fərqli olaraq, onun başa çatdırılmasını  mövcud quru luşa qarşı inqi-

labi  mübarizə  ilə  bağlamırd ılar.  Buna  görə  də  menşevikçi  Bakı  Ko mitəsi  Qafqaz 

İttifaq  Ko mitəsinin   müşavirəsinə  öz  nü mayəndələrini  göndərməkdən  imtina  etdi, 

aprelin  23-də  isə  Leninin  III  partiya  qurultayını  çağ ırmaq  barəsində  təklifin in 

əleyhinə  yönəlmiş  qərar  qəbul  etdi.  Bir  may  nümay işləri  və  tətilləri  də  BK 

tərəfindən faktiki olaraq qadağan olundu

6



RSDFP-n in  bolşevikç i  Qafqa z  İtt ifaq  Ko mitəsi  be lə  və ziyyətlə  barışa 

bilməyərək, iyunun 4-də  Bakı Ko mitəsinin buraxılması haqqında qərar qəbul etdi. 

Qafqaz İttifaq  Ko mitəsinin göndərdiyi böyük bolşevik qrupu BK-nın yeni tərkib ini 

təşkil  etdi.  A.M.Stopami  BK-nın  katib i  oldu.  Bo lşeviklər  I906-cı  ilədək  Bakı 

Ko mitəsinə rəhbərlik etdilər. 

Bakı  bolşevikləri  ö z  fəaliyyətlərin in  ilkin  dövründə  yerli  millətdən  olan 

fəhlələr  arasında  siyasi  işə  xüsusi  əhəmiyyət  vermir,  Lenin in  bəyan  etdiyi 

prinsiplərə  uyğun  olaraq,  RSDFP-nin  müstəqil  milli  təşkilatının  yaradılması 

barəsində  düşünmürdülər.  Lakin  d igər  millətlərdən  olan  fəh lələrlə  müqayisədə 

azərbaycanlı fəh lələrin həddən ço x alçaldıcı vəziyyəti onları gündən-günə artan eti-

raz çıxış larına şövq edirdi.  Bu da ö zünü 1903 və 1904 -cü illərin,  müvafiq  olaraq, 

iyul  və  dekabr  tətillərində  azərbaycanlı  fəh lələrin  fəal  iştirakında  göstərdi.  Neft 

hasilatı  sənayesində  xüsusən  geniş  təmsil  olun muş  azərbaycanlı  fəhlələr  özü  ilə 

hesablaşmağı tələb edən real qüvvəyə çevrild ilər.  

XX  əsrin  əvvəllərindən  etibarən  azərbaycanlı  ziyalılar  içərisində  yerli 

fəhlələrin acınacaqlı vəziyyətinə dərindən acıyan və özlərini büsbütün zəh mətkeşlər 

içərisində  inqilabi  iş  aparmağa  həsr  edən  adamlar  meydana  çıxmağa  başlamışdı. 

Onlardan bəziləri - S.M.Əfəndiyev, A.Axundov, M.Q.Mövsümov, M.Ə.Əzizbəyov 

RSDFP-n in  üzvü  id ilə r.  Lakin  ço xları  marksizmin  bəzi  müddəalarına  rəğbət 

bəsləsələr  də,  bu  partiyanın  sıralarına  keçmirdilər.  Onlardan  M.Ə.Rəsulzadə, 

M.A.Mirqasımov, M.Hacıyev, A.Kazımzadə, M.Hacınski və başqalarının

7

 birgə səyi 



nəticəsində  1904-cü  ilin  oktyabrından  Bakıda  müsəlman  aləmində  ilk  sosial-

demokrat  "Hü mmət"  təşkilatı  fəaliyyətə  başladı

8

.  1905-ci  ilin  fevra lına  kimi 



Azərbaycan  dilində  "Hü mmət"qəzeti  nəşr  edilmişdir.  Həmin  ildən  N.Nərimanov 

"Hümmət"ə  daxil  olmuşdur.  Bu  təşkilatın  1903-cü  ildə  M.  Ə.  Rəsulzadə  tərəfindən  ya-

radılması barədə də  fikirlər var.  Hər halda  jandarm  idarəsinin  1910-cu  ilə aid  məlumatında 


 

 

87 



M.Ə.Rəsulzadə "Hümmət"in başçısı adlandırılır. 

Mütləqiyyətin yeritdiyi böyük dövlətçilik siyasəti, zorla ruslaşdırma və azlıqda qalmış 

millətlərin hüquqlarının hər  cür  pozulması  milli  məsələni cəmiyyətin siyasi həyatının ən 

başlıca  məsələlərindən birinə  çevirmişdi.  Belə bir şəraitdə bolşeviklərin partiya proqramının 

milli  məsələ  üzrə  bölmələri  inqilabi  əhvali-ruhiyyədə  olan  yerli  Azərbaycan  ziyalıları  və 

fəhlələrinin  bir  hissəsi  üçün  çox  cəlbedici  idi.  Bu,  qis mən  də,  proqramın  millətlərin  öz 

müqəddəratını təyin etmək və  muxtar inzibati qurum (vilayət) yaratmaq hüquqlarını nəzərdə 

tutan 9-cu paraqrafı ilə bağlı idi. Bu müddəaların cazibəsi öz xalqını, ilk növbədə, milli əsarətdən 

xilas etmək ümidi ilə yaşayan mütərəqqi ziyalıların müəyyən hissəsini sosial-demokratiyaya 

çəkirdi. Radikal əhvali-ruhiyyəli Azərbaycan ziyalılarının sosial-demokratiya hərəkatında işti-

rakını  M.Ə.Rəsulzadə  daha  dəqiq  səciyyələndirmişdir:  "Bu  gənc  nəsil  birinci  rus  inqilabı 

dövründə  rus  cəmiyyətinin  müxalifətçi  qanadına  rəğbət  bəsləyirdi.  Onlar  müxalifətçi 

sosializmdə  çarizmə  qarşı  mübarizədə,  ən  sadiq  olmasa  da,  ən  əlverişli  müttəfiqi 

görürdülər". 

"Hümmət"in 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə -bir tərəfdən, bir çox 

siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət 

dumasına  seçkilər  və  s.)  RSDFP  BK  ilə  birgə  fəaliyyətə,  digər  tərəfdən  isə 

"Hümmət‖in  görkəmli  xadimlərinin  yerli  mətbuat  səhifələrində  müsəlmanların  milli 

ləyaqət  və  hüquqlarının  tapdalanması  barədə  məqalə  və  çıxış lara  görə  nəzərdən 

keçirmək olar. 

"Hümmət‖in  RSDFP  BK  ilə  birlikdə  keçirdiyi  ilk  siyasi  tədbirlərdən  biri 

Rıısiyada fəhlələr və sahibkarlar arasında ilk kollektiv (müştərək) müqavilənin bağlanması 

ilə başa çatmış dekabr (1904-cü il) ümu mi tətili idi. Tətilin elə ilk günündə - dekabrın 13-də 

"Hümmət"in buraxdığı vərəqədə asan anlaşılan şəkildə sosialistlərin kim  olduqları və nə 

uğrunda  mübarizə  apardıqları  azərbaycanlı  fəhlələrə  belə  izah  olunurdu:  "...qiyamçılar 

adlandırılan bu şəxslər özlərini xalqa qurban verən əziz adamlardılar. Onların tələbləri... 

çarın qəzəbi ilə qarşılanıb... Xalq işi üçün özünü qurban verənlər "sosialist" adlanırlar"

9



1905-ci  ilin  fevral  və  avqust  hadisələri  zamanı  "Hümmət"  əhalinin 

sakitləşdirilməsində və talanların dayandırılmasında böyük rol oynadı. Hökumət orqanları 

tərəfindən təşkil edilmiş millətlərarası qırğını dayandırmağa çağıran vərəqələr buraxılırdı. 

S.M.Əfəndiyevin  qeyd  etdiyi  kimi,  "...o  dövrdə  milli  antaqonizmlə  mübarizə, 

ümumiyyətlə,  bütün  partiya  işi  üçün  zəruri  zəmin  idi,  çünki  bu  dövrün  dəhşətli  milli 

toqquşmaları şəraitində hər cür partiya işi və proletar həmrəy liy i iflic hala düşürdü"

10



1905-ci  il  fevralın  ortalarında  "Hümmət"  qəzeti  "zərərli  istiqamətinə  görə" 



bəhanəsi  ilə  polis  tərəfindən  bağlandı.  1906-cı  ilin  may  ayından  avqustunadək 

Azərbaycan və erməni dillərində çıxan "Dəvət-Qoç" qəzetinin nəşri təşkil olundu. 1906-cı 

ilin dekabrında hümmətçilər "İrşad" mətbəəsində Mehdi bəy Hacınskinin adına  1907-ci 

ilin martına qədər çıxmış "Təkamül" qəzetinin buraxılmasına icazə ala bildilər

1

. Elə həmin 



il avqustdan sentyabradək "Hümmət" əslində "Təkamül‖ün davamı olan "Yoldaş" qəzetini 

nəşr  etdirmişdi

12

.  Qəzet  və  intibahnamələrin  rayonlara  göndərilməsinə  M.Ə.Rəsulzadə, 



Ə.A.Axundov  rəhbərlik  edirdilər.  Bu  qəzetin  s əhifələrində  müntəzəm  çıxış  edən  əsas 

 

 

88 



publisistlər  S.M.Əfəndiyev,  M.Ə.Rəsulzadə,  M.Q.Mövsümov,  M.A.Mirbağırov, 

M.Hacınski, M.Ə.Əzizbəyov cəmiyyətdə gedən proseslərə heç də eyni gözlə baxmırdılar. 

Əgər  S.M.Əfəndiyev  bütün  millətlərin  zəhmətkeşlərini  mütləqiyyət  və  kapitalistlərlə 

mübarizədə  birləşməyə  çağırırdısa,  M.Ə.Rəsulzadə  və  M.Hacınskinin  məqalələrində 

milli vəhdət, öz milli müqəddəratını təyin etmək hüququ uğrunda mübarizədə müsəlman 

xalqlarının birliyi ideyaları üstünlük təşkil edirdi. 

M.Ə.Rəsulzadə  islam  tarixinə  həsr  olunmuş  məqalələrində  yazırdı  ki, 

demokratiya və sosializm ideyaları islama zidd deyildir,  əksinə, onun əsas müddəalarına 

müvafiq gəlir

13

.  Lakin sosial-demokratiyadan,  xüsusən də bolşeviklərin  milli  məsələyə 



münasibətlərindən  tədricən  məyus  olan  M.Ə.Rəsulzadə  sonrakı  məqalələrində  türk 

xalqlarının  milli  özünüdərk  məsələlərini  diqqət  mərkəzinə  çəkməyə  başlayır.  O, 

"Hümmət"lə  əməkdaşlıq  münasibətini  təqribən  1909-1910-cu  illərdə  -  hakimiyyət 

orqanlarının təqibləri üzündən İrana mühacirət edənədək davam etdirmişdi. Bu təşkilat 

1907-ci  ilin  iyulunda  gizli  fəaliyyətinin  üstü  açılandan  sonra  bir  çox  üzvləri  həbs 

edildiyinə  görə  xeyli  zəifləmiş  və  1917-ci  ilədək,  demək  olar  ki,  tam  təşkilati 

fəaliyyətini davam etdirə bilməmişdir. 

"Hümmət" təşkilatının Gəncə, Şuşa, Naxçıvan və Culfada şöbələri var idi, lakin 

Tiflis şöbəsi həm üzvlərin sayı, həm də siyasi fəallığına görə onlardan seçilir və mühüm 

fəaliyyət göstərirdi. Onun fəalları təşkilatın Naxçıvan və Gəncə filiallarının yaradılmasına 

böyük kö mək  göstərmişdilər.  Tiflis  "Hümmət‖i  Gürcüstan sosial-demokratiyası  üçün 

səciyyəvi olan menşevik istiqamətini rəhbər tuturdu.  Onun ən fəal üzvləri D.Yüzbaşov, 

A.Bayramov, 

M.B.Mirheydərzadə, 

K.Camalbəyov, 

İ.Vəzirov, 

Q.A.Hacınski,  

A.K.Xanəhmədov və b.  idi

14

.  Tiflis  təşkilat  bürosunun qərarı  ilə  1905-ci  ilin  sonunda 



A.Yüzbaşov,  A.Bayramov  və  M.B.Mirheydərzadə  Naxçıvana  göndərilmiş  və  orada 

partiyanın  bürosunu  yaratmışdılar.  Büroya  onlardan  əlavə  A.Sultanov,  A.Nəcəfov, 

M.A.Bektaşev daxil olmuş, Heydər Məmmədov büronun katibi seçilmişdi

15



1906-cı  ilin  noyabrında  Culfada  "Hümmət‖in  şöbəsi  təşkil  edildi.  Onun 

bürosuna  Nəcəfqulu  və  Rzaqulu  Nəcəfov  qardaşları,  habelə  N.Şeyxov  daxil  idilər. 

Tiflis 

menşevikləri 



Boquslavski  və  Kutateladze  "Hümmət‖in  filiallarının 

yaradılmasında iştirak edirdilər

16



Tiflis hümmətçilərinin fəaliyyəti dövri mətbuat orqanlarında da  əks  olunurdu. 



Onlar  mitinqlərdə  "sosializm  ideyalarını  müsəlmanlara  izah  edir",  millətlərarası 

toqquşmalara  qarşı  çıxışlar  təşkil  edir,  Azərbaycan  dilində  kitabça  və  vərəqələr 

buraxırdılar.  Kitabça  və  vərəqələr  çap  edərkən.  C.Məmmədquluzadə  başda  olmaqla, 

ziyalılar dərnəyinə məxsus "Qeyrət" mətbəəsindən istifadə olunurdu

17



Azərbaycan sosial-demokratları,  hümmətçilər  ilə  İran  milli-azadlıq  hərəkatı 



mücahidləri arasında sıx əlaqələr var idi. Onların  çoxu dəfələrlə İranda olmuş və 1906 

1911-ci illərin inqilabi hadisələrində iştirak et mişdi. 

Tiflis  "Hümmət‖inin  məramnaməsində  insanların  sinfi  və  milli 

mənsubiyyətindən  asılı  olmayaraq,  demokratik  azadlıqları  və  hüquqları  bəyan  edilirdi. 

"Ədalət,  bərabərlik,  azadlıq"  sözləri  təşkilatın  devizi  seçilmişdi

18

.  Azərbaycan 



 

 

89 



Demokratik  Cümhuriyyət  Parlamentinin  üzvləri  olmuş  İ.Əbilov,  M.Şeyxülislamov, 

S.Ağamalı oğlu Tiflis "Hümmət‖inə daxil idilər. 

"Hümmət‖in  fəaliyyət  prinsipləri  sosial-demokratiyanın  sərt  kanonları  ilə 

ziddiyyət  təşkil  edirdi.  Belə  ki,  1917-ci  ildən  etibarən  öz  fəaliyyətini  bərpa  edən  və 

1920-ci  ilin  fevralınadək  mövcud  olan  "Hümmət"in  həyatiliyini  məhz  bu  xüsusiyyət 

təmin edirdi. 

Kapitalizmin  inkişafı  sürətləndikcə  cəmiyyətin  sosial  təbəqələşməsi  də 

dərinləşirdi.  İnkişaf  etməkdə  olan Azərbaycan burjuaziyası və  ziyalıları yerli özünüidarə 

orqanlarının fəaliyyətində, çar hökumət orqanlarının çağırdıqları qurultay və müşavirələrdə, 

Rusiyanın dövlət dumasında və s.  fəallıq göstərir, eyni  zamanda  zəhmətkeş  təbəqələrə üz 

tutaraq, bütün millətin adından çıxış edirdilər. Ən mütərəqqi siyasi xadimlər çarizmin 

Azərbaycan  cəmiyyətinin  bütün  təbəqələrinin  mənafeyini  tapdalayan  müstəmləkəçi 

siyasətinə qarşı qətiyyətlə  çıxırdılar.  Bu siyasət  özünü  milli  sahibkarların  fəaliyyətin in 

sıxışdırılmasında,  azərbaycanlıların  şəhər  özünüidarə  orqanlarında  təmsilçiliyinin 

məhdudlaşdırılmasında,  dini  etiqad  və  milli  mədəniyyət  sahələrinə  göstərilən 

təzyiqlərdə  təzahür  edirdi

19

.Birinci  rus  inqilabınadək  Azərbaycanın  yuxarı  sosial 



təbəqələri  nə siyasi partiyalar yaratmış, nə də siyasi proqram  tərtib etmişdi.  Onların öz 

nümayəndələri  ilə  mövqelərini  möhkəmləndirdikləri  yeganə  sahə  şəhər  özünüidarə 

orqanları  idi.  1902-1905-ci  illərdə  Bakı  şəhər  dumasının  48  qlasnısının  23  nəfəri 

azərbaycanlı idi. Bunlar həm iri kapitalın nümayəndələri (H.Z.Tağıyev, Ş.Əsədullayev, 

M.Nağıyev,  N.Mehdiyev,  N.K.Sadiqov,  A.Dadaşov),  həm  də  liberal  hərəkatın  görkəmli 

xadimləri  (Ə.Topçubaşov,  Ə.Ağayev,  F.  Vəzirov  b.)

20

  idilər.  Şama xıda  12  nəfər  şəhər 



müvəkkilindən 6-sı azərbaycanlı idi. Quba və Lənkəran şəhər özünüidarə orqanlarında da 

eyni vəziyyət mövcud idi

21

. Bu cür nisbətən geniş təmsil olunma Azərbaycan cəmiyyətində 



yuxarı təbəqələrin öz sənaye və ticarət fəaliyyəti məsələlərinin həllinə marağı ilə bağlı idi. 

Bundan başqa, sabit gəlir gətirən  çoxmərtəbəli şəhər evlərinin çox  hissəsi  milli  kapitalın 

nümayəndələrinə məxsus idi ki, bu da onların şəhər idarəçiliyi məsələlərində də fəallığ ını 

artırırd ı. 

Azərbaycan  milli  burjuaziyası  neft  sənayeçiləri  qurultayının  şurası  və  Bakı  birja 

komitəsində  zəif  təmsil  olunmuşdu.  Bu,  həm  də  digər  milli  burjuaziya  nümayəndələrinin 

texniki  təhsil  alması  yolunda  çar  hakimiyyəti  orqanları  tərəfindən  yaradılan  maneələrin 

nəticəsi idi. 

Azərbaycanda milli ideologiyanın əsaslarını proqram və tələblər şəklində işləyib 

hazırlamaqda  görkəmli  ictimai  xadimlər  Ə.Topçubaşov,  Ə.Ağayev,  Ə.Hüseynzadə  və  b. 

bilavasitə  iştirak  edirdilər.  Onlar  "Kaspi"  və  "Şərqi-Rus"  qəzetlərində  müsəlmanların 

siyasi  hüquqsuzluğundan, 

ictimai-siyasi  və  mədəni-maarifçilik  fəaliyyətlərinin 

məhdudlaşdırılmasından  söz  açır,  millətin  oyanmasına  maarifin  yayılmasına, 

xeyriyyəçilik cəmiyyətlərin in yaradılmasına və çalışırdılar. Bununla yanaşı, onların 

məqalələrində,  milli  mənsubiyətindən  asılı  o lmayaraq,  bütün  müsəlman  və  türk 

xalq larının   mənafe  birliyi  ideyası  nəzərə  çarpırdı

22

.  Onların  fikrincə,  islam  "...mü- 



səlmanların həyatında ən keçilməz, ən fəal element rolunu oynayır Müsəlman lar ya 

 

 

90 



məhv olub yer ü zündən silin məli, ya da d in vastəsilə sağlamlaş malıdırlar"

23



XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif istiqamətli erməni  partiyaları 

geniş  fəaliyyət  göstərirdi.  Onlardan  ən  böyüyü  və  qatı  burjua-millətçi 

"Daşnaksutyun"  partiyası  idi.  Daşnaklar  erməni  cəmiyyətindəki  mü xtəlif  sosial 

qüvvələrin  mənafe  birliyi  və  ahəngdar  ideyasını  təbliğ  edirdilər.  1890-cı  ildə 

yaradılan  və  Türkiyə  ərazisində  Ermənistanın  müstəqilliyi  uğrunda  mübarizəni 

özünün  əsas  vəzifəsi  elan  edən  Daşnaksutyun  tədricən  bu  mübarizənin  meydanını 

Türkiyənin  hüdudlarından  kənara  da  keçirərək  genişləndirir  və  kütlələrin  beyninə 

dənizdən-dənizə  uzanan,  demək  olar  ki,  bütün  Zaqafqaziya  ərazisini  əhatə  edən 

"Böyük  Ermənistan"  yaratmaq  ideyasını  yeridirdi.  Azərbaycanda  onun  təşkilatları 

Bakı, Gəncə, Şuşa və b. şəhərlərdə fəaliyyət göstərirdi. 

Millətçi  erməni  xırda  burjua  partiyası  olan  "Qnçak"  da  erməni  fəhlələr 

içərisində müəyyən nüfuza malik idi

24

. Daşnaklar kimi qnçakçılar da erməni fəhlələrin 



başqa fəhlələrlə birlikdə tətil və siyasi nümayişlərdə iştirak etməsinə qarşı çıxırdılarsa 

da, 1904-cü il dekabr tətili za manı sol bloka girdilər

25

. Onlar da daşnaklar kimi, "Qərbi 



Ermənistan" problemlərinin həlli uğrunda mübarizəyə çağırışla çıxış edirdilər. 

1903-cü  ilin  payızında  Bakıda daha bir sosialist təmayüllü erməni  təşkilatı  - 

"Erməni  sosial-demokrat  fəhlə  təşkilatı"  meydana  çıxdı.  "Spesifiklər"  adlandırılan 

bu  təşkilat  partiyanın  federativ  quruluşda  olması,  yəni  fəhlələrin   milli  əlamətlərə 

görə bölünməsi tələbini irəli sürürdü. 1903-cü ilin dekabrında bu təşkilat "Manifest" 

dərc  etdi.  Burada  RSDFP  Qafqaz  İttifaqını  milli  təşkilatların  federativ  birliyinə  çe-

virmək  vəzifəsi  bəyan  edilirdi

26

.  "Spesifiklər"  vərəqələr  buraxmağa,  "Sosialist" 



jurnalını nəşr etməyə (sonralar onun nəşri  xaricə köçürüldü) başladılar. 1903-cü  ilin 

dekabrında "Spesifiklər"  Bakı fəhlələrini ümu mi tətilə çağırdılar,  lakin bu çağırışlar 

müvəffəqiyyət qazanmadı. ―Spesifiklər"in erməni fəhlələri içərisində elə bir xüsusi nüfuzu yox 

idi. Bu. 1904-cü ilin mayında RSDFP Qafqaz İttifaqının qurultayında da qeyd olunmuşdu

27



Sosialist  inqilabçıları  (eserlər)  partiyası  Bakıda  1903-cü  ilin  yayında  meydana 



çıxdı. Bunun üçün Azərbaycanda torpaq və kənd təsərrüfatı sahələri ilə sıx bağlı olan müəyyən 

fəhlə təbəqələrinin mövcudluğu obyektiv zəmin idi. 

Bakıda  fəaliyyətinə  1903-cü  ilin  iyulunda  hektoqrafik  vərəqə  buraxmaqla 

başlayan  eser dərnəyi  elə həmin  ilin  sonunda çap  maşını  olan gizli  mətbəə təşkil etdi. 

Burada onların öz nəşrləri ilə yanaşı, mərkəzi eser qəzetlərindən materiallar və digər şəhər 

komitələrinin nəşrləri çap olunurdu

28



Eserlər  partiyasının  xaricdəki  Mərkəzi  Komitəsi  eser  təşkilatların ın 



Zaqafqaziyadakı  işinə  böyük  əhəmiyyət  verirdi.  Buna  görə  1904-cü  ildə  SİP  (Sosial-

İnqilabçılar  Partiyası)  MK  öz  nümayəndəsi  (müvəkkili)  V.Volskini  Bakıya 

göndərmişdi

29

. O, burada eser təbliğatını canlandırmalı və birgə terror əməliyyatları keçirmək 



üçün Daşnaksutyun partiyasının nümayəndələri ilə əlaqə yaratmağa çalışmalı idi. Bununla 

belə eserlərin bilavasitə mədən fəhlələri ilə əlaqələri ço x zəif id i. 

Eserlər  Azərbaycanın  digər  şəhərlərində  də  fəhlə  və  təhsil  alan  gənclər 

içərisində öz  təsirlərini  yaymağa  can  atırdılar.  1904-cü  ilin  fevralında  Şuşa  real  təhsil 



 

 

91 



məktəbində eser dərnəyi yaradılmışdı

30

. O za man Gəncədə də eser təşkilatı yaradılmasına 



cəhdlər göstərilmişdi

31



1903-cü  ilin  sentyabrında  Bakı  sosialist  inqilabçılar  dərnəyi  daşnakların 

terrorçuluq  hərəkətlərini  müdafiə  edən  vərəqə  buraxdı

32

.  RSDFP  Bakı  Komitəsi  "Erməni 



cəmiyyətinə" adlı vərəqəsində eserlər  tərəfindən təbliğ olunan fərdi terror taktikasını kəskin 

surətdə  tənqid  etdi.  Vərəqədə  qeyd  olunurdu:  "Terror  mütləqiyyətin  bu  və  ya  digər 

nümayəndəsini aradan götürə bilər, lakin dövlət sistemini aradan qaldırmaqda acizdir"

33



Bakı  eser  təşkilatının  nümayəndələri  və  SİP  MK  eser  partiyasının  Azərbaycan 

filiallarını da yaratmağa cəhd göstərdilər. Lakin 1906-cı il ərəfəsində SİP MK-nın göndərdiyi 

nümayəndələr Azərbaycanda Rizel və Rayetskinin köməyi ilə "İttifaq" adlı eser təşkilatını, 

sonra ―Əş-Şəms" ("Günəş") şagird təşkilatını yaratmağa nail oldular

34



R.Məlikov,  M .Cuvarlinski,  R.Şə rifzadə  "İttifaq"ın  ən   fəal  ü zvləri  id ilər. 



Əsas proqram və taktika məsələlərində ittifaqçılar Bakı eserlərinin görüşlərinə şərik 

çıxır, onlarla birlikdə çıxış edir və birgə vərəqələr imzalayırd ılar. Lakin azərbaycanlı 

eserlər  üçün  milli  məsələ  ön  planda  dururdu,  onlar  geridə  qalmış  küt lələri 

maarifləndirməy i  və  xalqın  azad lığ ını  ö zlərinin  başlıca  vəzifəsi  elan  etmişdilər. 

1905-c i  ildə  siyasi  vəziyyətin  kəskinləşdiyi  millətlə rarası  toqquş mala r  dövründə 

ittifaqçılar  sol  blok  taktikası  mövqeyində  duraraq,  qüvvələri  qaragüruhçulara  və 

talançıla ra qarşı b irləşdirmə k üçün eserlər partiyasının  Ba kı  Ko mitəsi və  "Qnçak" 

erməni partiyası ilə inqilabi koalisiyaya girmişdilər.  

"İttifaq"  və  "Əş-Şəms"  uzun  müddət  yaşamadı,  kütlələr  içərisində 

əhəmiyyətli sosial bazası və müdafiəsi olmadığı üçün 1907-ci ildə dağıldı və ancaq 

fevral inqilabından sonra yenidən dirçəlib siyasi meydana qədəm qoydu. 

 

 

 

 

 

 


Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin