A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I


§ 3. İCTİMAİ-SİYASİ VƏZİYYƏTİN KƏSKİNLƏŞMƏSİ



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə9/39
tarix05.03.2017
ölçüsü5,84 Mb.
#10118
1   ...   5   6   7   8   9   10   11   12   ...   39
§ 3. İCTİMAİ-SİYASİ VƏZİYYƏTİN KƏSKİNLƏŞMƏSİ. 

SOSİAL VƏ MİLLİ ƏSARƏTƏ QARŞI MÜBARİZƏ 

 

Ölkədə  baş  verən  ümumi  böhranla  əlaqədar  meydana  çıxan  ağır  iqtisadi 



vəziyyət,  digər  tərəfdən  isə  1901-ci  ildə  yaradılmış  Bakı  sosial-demokrat  təşkilatı 

tərəfindən  siyasi  təbliğatın  gücləndirilməsi  həmin  ildə  bir  sıra  fəhlə  çıxış larına 

gətirib  çıxardı.  Əmə k  haqqı  gecikdirild iyinə  görə,  1901-ci  ilin  martında 

Sabunçudakı  "Təmir"  emalatxanasının  fəh lələri  tətilə  başladılar.  Ancaq  polis  işə 

qarışdıqdan və yeddi fəhlə istintaqa cəlb edildikdən sonra tətil dayandırıldı

35



1901-c i  ilin  ən  böyük  tətilləri  sentyabr  və  noyabr  aylarında  Xatisovun 

zavodunda 200 nəfərdən artıq  fəh lənin  iştirakı  ilə baş verdi.  Zavodun müdiriyyəti 

tətilçilərə  güzəştə  getməyə  məcbur  olub,  götürə  iş  üzrə  qiy mət  cədvəllərini 


 

 

92 



hazırlamağı və işdən qovulmuş fəhlələri geri qaytarmağı öhdəsinə götürdü

36



Tətillər təkcə  Bakıda deyil, həm də qəzalarda da baş verirdi.  1901-ci  ilin 

avqustunda Gəncədə dəmir yol deposunun, elə həmin  ilin dekabrında isə Tovuzda 

dəmir yol stansiyasının fəhlələri tətil etmişdilər. 

Bu çıxışlar hökumət idarələri tərəfindən fəhlələrə qarşı görülən bir sıra cəza 

tədbirləri  ilə  nəticələndi.  1902-ci  ilin  yanvarında  Bakıda  gücləndirilmiş  mühafizə 

rejimi  elan olundu, yəni polisə asayiş pozulan  zaman amansız  rəftar etmək üçün fövqəladə 

səlahiyyətlər verildi.  Kütləvi  axtarışlar  keçirib  ən  fəal  fəhlələr  həbs edilsə də,  fəhlə  çı-

xışların ın qarşısını almaq mü mkün olmadı. 

1902-ci ilin 1 May nümayişinə (nümayişin təşkilində RSDFP  Bakı Komitəsi də 

iştirak etmişdi) müxtəlif millətlərdən olan 5 mindən artıq adam çıxmışd ı. 

Nümayişçilər  "Rədd  olsun  mütləqiyyət!,  "Yaşasın  sosializm!"  şüarları  ilə 

şəhərin  küçələri  ilə  addımlayırdılar

37

.  1902-ci  ilin  iyunundan  oktyabrınadək  "Nobel 



qardaşları"  mədənlərində  emalatxanaların  azərbaycanlı  fəhlələri,  Bakı  fənərçiləri,  Bakı 

gəmi təmiri zavodu işçilə ri və b. b ir sıra tətil çıxışları etdilər. 

1903-cü ildə inqilabi çıxışlar geniş miqyas aldı. Martın 2-də Bakıda iri siyasi 

nümayiş keçirildi. Nümayiş zamanı polis və kazaklarla baş verən toqquşmada yaralananlar 

oldu. Elə həmin gün Balaxanıda, müxtəlif millətlərdən olan 2 min nəfərədək fəhlə etiraz 

nümayişinə  çıxdı.  Hökumət  orqanları nümayişi dağıtmaq  üçün  kütləvi  həbslərə  əl  atdı, 

iştirakçıların 60 nəfərdən çoxunu həbs etdi. 

Aprelin  27-də  Bakıda  1  May  şərəfinə  eyni  zamanda  şəhərin  müxtəlif 

hissələrində 10 min nəfərədək adamın iştirak etdiyi böyük siyasi nümayiş baş verdi, lakin 

polis tərəfindən dağıdıldı. Hakimiyyət orqanlarının cəza tədbirlərinə baxmayaraq, bütün may-

iyun ayları ərzində şəhərin mü xtəlif  müəssisələrində bəzən tətilçilərin qələbəsilə bitən 

kiçik tətillər davam edirdi. 

Rusiyanın cənubunda 1903-cü ildə kütləvi siyasi çıxışların başlanğıcı olan ən iri 

tətil  Bakıda  iyulun  1-də  (14-də)  Xatisovun  zavodunda başladı,  iyulun  4-də  Qara və Ağ 

şəhərləri,  habelə  Bibiheybəti,  növbəti  gün  isə  Balaxanı-Sabunçu  neft  sənayesi  rayonunu 

əhatə edərək ümumi  xarakter aldı. Tətillərdə iri sənaye müəssisələri fəhlələri ilə birlikdə, 

kiçik  sənaye  müəssisələri,  mətbəə,  şəhər  konkası  işçiləri,  sənətkarlıq  emalatxanaları, 

dülgərlər,  çəlləkçilər,  çörəkçilər  və b.  iştirak  edirdilər.  Elektrik  stansiyaları,  dəmir  yol 

nəqliyyatı dayandı, Bakı limanındakı gəmilərin heyətləri də tətil etməyə baş ladılar.  Tətil 

iştirakçılarının ümumi sayı ən azı 40 min nəfər olardı

38

. Bəzi yerlərdə azərbaycanlı fəhlələrin 



qatı tətilçi fəallığı xüsusən əlamətdar hal idi. 

RSDFP  Bakı  Ko mitəsi tətilin əvvəlindən onun ümu mi tətilə çevrilməsini 

məqsədəuyğun  saymayaraq,  qətiyyətsiz  mövqe  tutdu.  Lakin  hadisələrin  gedişi 

sosial-de mokratları tətildə bilavasitə  iştirak et məyə, tətil  ko mitəsinə da xil olmağa 

və  onun  tələblərini  tərtib  etməyə  məcbur  etdi.  On ların  içərisində  əmək  haqqının 

artırılması,  iş  gününün  8  saatadək  q ısaldılması,  2  mart  və  27  aprel  küçə  nü ma-

yişləri  zamanı  həbs  olunmuş  fəhlələrin   azad  ed ilməsi,  tətil,  mətbuat  və  yığıncaq 

azadlığı kimi tələblər var id i

39

. İyul tətili əvvəlki, əsasən iqtisadi  xarakter daşımış 



 

 

93 



tətillərdən  məhz  bununla  fərq lənird i.  Tətilçilər  müstəsna  mütəşəkkillik  göstərir, 

fəhlələr  ö zləri  mədənləri  mühafizə  edirdilər.  Tətil  yeni-yeni  müəssisələri  əhatə 

edirdi.  İyulun  5-dən  8-dək  "Nobel"  firmasının  bütün  müəssisələri,  Bay ılda kı 

sənətkarlıq emalatxanaları, Tağıyevin to xuculuq fabriki, tərsanələr, tənbəki fabriki 

və  b.  tətilə  başladı.  İyulun  6-da  şəhərin  küçələrini  və  ətrafın ı  fəhlə  nü mayişləri 

bürümüşdü. 

Daxili  işlər  naziri  Plevinin   göstərişi  ilə  təcili  surətdə  Bakıya  b ir  neçə 

batalyonluq  hərbi  qüvvə  göndərilməsi  əmri  verildi.  Həmin  qüvvə  iyulun  8-dən 

başlayaraq şəhərə  gəldi  və  müəssisə,  dəmir  yo lu  və  mədənlərdə  hərbi  qarovullar 

qoyuldu.  İyulun  12-də  sənayeçilər  fəhlə lərin,  işə  çıxmayacaqları  təqdirdə,  işdən 

azad ediləcəkləri haqqında elan asdılar

40



Güclü  təzy iqlərə  və  ayrı-ayrı  müəssisələrdə  fəhlələrin  işə  çıxmalarına 

baxmayaraq,  tətil  bir  ço x  yerlərdə  davam  edird i.  Balaxanı  mədən  rayon unun 

fəhlələri  xüsusən  möhkəm  dayanmışdılar.  Po lis  fitnəkarlığa  əl  atdı  və  mədənlərə 

yanğın  salınması  cinayətini  təşkil  etdi.  İyulun  14-dən  17-dək  100-ə  yaxın  buruq 

yandırıld ı

41

. Fəhlələr arasında kütləvi həbslər başlandı, tətil edənlər isə ağır itkilərə 



mə ruz  qald ıla r.  İyulun  19-da  tətil  zəiflə məyə  başladı  və  iyunun  22-də  ta m 

dayandırıldı.  Fəh lələrin  xırda  tələb ləri  ödənilsə  də,  onların  əsas  tələbləri  yerinə 

yetirilməmiş  qaldı.  Lakin  Bakıda  1903-cü  ilin   iyul  tətili  Rusiyanın  cənubunda 

inqilab i  çıxışlara  mühü m  təsir  göstərdi.  Bakın ın  ardınca  Tiflis,  Batu m,  Odessa, 

Kiyev,  Yekaterinoslav,  Novorossiysk  və  b.  şəhərlərdə  tətillər  baş  verdi.  A.Bebel  

iyul tətilinin əhəmiyyəti haqqında yazırdı  ki,  1903-cü  ildə fəh lə hərəkatının  iki ən 

böyük uğuru olmuşdur: Bakı tətili və Alman iya sosial-demo kratiyasının  rey xstaqa 

seçkilərdə qələbəsi. 

Azərbaycan  kəndində  də  sosial  ziddiyyətlər  kəskinləşird i.  Kənd lilərin 

vergi  verməkdən  imtina  etməsi,  mü lkədar  və  xəzinə  torpaqların ın  tutulması,  bəy 

malikanələrinə  hücum  halları  artmağa  başlamışdı

42

.  Verg ilərin  ödənilməsi  barədə 



çoxsaylı  şikayətlər  də  təkcə  mülkədarlara  qarşı  deyil,  həm  də  doğulmaqda  olan 

kənd  burjuaziasına-varlı  qolçomaq  kəndlilərə,  binəkdarlara,  külli  miqdarda  tay  ilə 

satan tacir sələmçilərə və b. qarşı çevrilmişdi. 

Kəndli çıxışları tez-tez polislə silah lı toqquşmalara çevrilirdi.  1900-1903-

cü  illərdə  Şamaxı  qəzasın ın  Navahi  kəndində,  Bakı  qəzasının  Buzovna,  Zığ, 

Əhmədli  və  Maştağa  kəndlərində,  Naxçıvan  və  Yelizavetpol  qəzalarında  belə 

çıxışlar  baş  vermişdi.  1903-cü  ilin  yayında  Lənkəran  qəzası  Cangəmirən  kənd 

sakinlərin in çıxışını kazaklar və bəylərin silahlı dəstələri yatırmışdı. 

O  dövrdə  də   Azərbaycanda  kəndli  etira zı  və  mübarizəsi  əsaslı  formada 

qaçaqçılıq hərəkatı idi. Qaçaqlar mülkədar və varlı kəndlilə rin  malikanələrinə hücum 

edirdilər.  Yelizavetpol quberniyasının Alabaşlı kəndindən məlu mat verilirdi  ki, "hər 

gün  quldurların  kazarmaya  hücumları  baş  verird i...  Kazarmadan  bayıra  çıxmaq 

qeyri-mü mkündür, mühafizə etmək və müdafiə olunmaq üçün heç nə yoxdur"

43



Qaçaq  hərəkatı  Yelizavetpol  qəzasında  geniş  miqyas  almışdı.  Qaçaqları 

 

 

94 



təqib etmək üçün qəza rəisi Reutt silahlı dəstə ilə buraya göndərilmişdi

44



1904-cü  ildə  Yelizavetpol qəzasının qaçaq dəstəsi öz fəa liyyə tinı daha da 

genişləndirmişdi.  1904-cü il  fevralın 27-də dəstə Aver-Əhməd li  kənd cəmiyyətin in 

starşinasına  hücum  etdi,  may ın  27-də  Bitd ili  kəndi  yaxınlığında  kazaklarla 

toqquşdu


45

.  


Ağır  vergi  zülmü  ifrat  tədbirlərə  əl  atmağa  məcbur  edirdi.  1904 -cü  ildə 

Qarabulaq adlı  xəzinə  kəndinin  20 ailəsi yerli höku mət idarələrinin ö zbaşınalığ ına 

dözməyərək,  öz  yurdlarını  tərk  etmiş  və  Bürcələr  dərəsi  ad lı  əlçatmaz  yerə 

köçmüşdü.  Onlar  burada,  meşədə,  Bürcələr  kəndinin  əsasını  qoy muş,  qonşu 

kəndlilərin  sakinləri  də  bu  kəndə  köçüb  gəlmişdilər.  Bürcələr  camaatı  yerli 

hakimiyyət  orqanların ı  tanımayaraq,  verg ilə ri  ödə mə kdən  imtina  edir  və  tez-tez 

ma likanə lərinə, varlı kəndlilərin evlərinə hücum edird ilə r. On lara Dəli Aslan Həsən 

oğlu  başçılıq  edirdi

46

.  Çoxsaylı  cəza  ekspedisiyalarına  baxmayaraq,  bürcələrlilər 



təslim olmamış və silahlı mübarizəni b ir neçə il davam etdirmişdilər. 

Kəndli  çıxışları  Azərbaycanın  digər  qəzalarında  da  baş  verirdi  lakin  onların 

hamısı pərakəndə və qeyri-mütəşəkkil  xarakter daşıyırdı.  

Azərbaycanda milli-azadlıq hərəkatı və inqilabi  mübarizənin   yüksəlişi orta 

şəhər  təbəqələri  və  milli  ziyalılara  da  təsir  göstərirdi,    Liberal  islahatların  keçirilməsi 

zərurəti  getdikcə  özünü  daha  aydın  göstərirdi.  Təhsil  alan  gənclər  də,  mövcud 

qaydaların dəyişdirilməsi uğrunda mübarizəyə qoşulurdular. 1902-ci ildə Bakı şagird  

komitəsi təşkil olundu. Komitə fəaliyyətinin başlanğıcında müstəqil  təhsil məsələləri ilə 

məşğul olurdu. Lakin tezliklə şagird komitəsi  siyasi işə cəlb olunaraq, siyasi referatların 

oxunuşunu keçirir, məktəb  həyatı ilə yanaşı, siyasi hadisələri də əks etdirən vərəqələr 

dərc edirdi. Məsələn, şagird komitəsi 1903-cü ildə buraxılmış vərəqələrində şagirdləri 

mayın  1-də  məşğələlərə  gəlməməyə  çağırdı,  eyni  zamanda  onlar  mart  və  may 

nümayişlərində,  iyul  tətili  günlərində  keçirilən  ço xsaylı  mitinq lərdə  iştirak 

etmişdilər. 

1903-cü  ilin  ikinci  yarısında  Bakı  və  Gəncənin  me xaniki  zavodları  və 

mədənlərində  baş  verən  ayrı-ayrı  pərakəndə  tətillər  Rusiya-Yaponiya  müharibəsinin 

başlanması ilə əlaqədar tezliklə dayandırıldı. 

1904-cü  il  yanvarın  26-dan  27-nə  keçən  gecə  Yaponiyanın  minadaşıyan 

gəmilər  dəstəsi  Port-Arturun  xarici  reydində  dayanmış  rus  Sakit okean  donanmasına 

qəflətən hücum etdi. 1905-ci ilin avqustunadək davam edən və hər iki döyüşən tərəfdən, 

demək olar  ki,  200  min  nəfərin ölümünə səbəb  olan  Rusiya-Yaponiya  müharibəsi  belə 

başlandı. 

Bütün  ölkədə  olduğu  kimi,  Azərbaycanda  da  müharibə  fonduna  ianə 

toplanması  başlandı.  Digər  şəhərlərin  ardınca  Bakının  da  hakimiyyət  orqanları 

vətənpərvərlik  manifestasiyaları  keçirirdilər

47

.  Pravoslav,  müsəlman  və  digər  dini 



ruhanilər  1904-cü  ilin  fevralında  Bakı,  Şuşa,  Gəncə,  Salyan  və  b.  yerlərdə  dua 

mərasimləri  təşkil  etdilər.  Zaqafqaziya  müsəlmanlarının  başçısı  Şeyxülislam  Əbdülsa-

lam A xundzadə xüsusi müraciətində müsəlmanların Mancuriya çöllərindəki müharibədə 


 

 

95 



iştirak etməyə hazır olduqlarını bildirdi

48



Bakı burjuaziyası müharibə üçün böyük məbləğdə vəsait ayırırdı. Məsələn, neft 

sənayeçiləri qurultayı Şurası hərbi fonda 150  min  rubl.,  H.Z.Tağıyev,  Ş.Əsədullayev, 

M.Nağıyev  və b. sahibkarlar  10  min  rubl.,  Bakı  erməni  insansevərlər  cəmiyyəti  1000 

man. pul vermişdi

49



 



Müharibə başlanandan zəhmətkeş kütlələrin və ümumiyyətlə, cəmiyyət arasında 

böyük narahatlıq yaratmışdı, xalqın onsuz da dilənçilik vəziyyətində olan həyat səviyyəsi 

bir xeyli aşağı düşmüş, un. yağ, şəkər və digər ərzaq məhsullarının qiymətləri qalxmışdı. 

Bakın ın zavod və mədənlərində növbədənkənar və gecə  işləri tətbiq olunur, sahibkarlar 

əmək haqqını vaxtaşırı azaldır, onun ödənilməsini ləngidir və cərimələr qoyurdular. 

Fəhlə  həyəcanlarının  qarşısını  almaq  üçün  Bakıda  mühafizə  tədbirləri 

gücləndirildi.  Balaxanı,  Sabunçu,  Ramana  və  Zabratda  yeni  polis  sahələri  yaradıldı

50



Bunlara  baxmayaraq,  ayrı-ayrı  məhdud  çərçivəli  tətillər  baş  verirdi.  Bibiheybətdə 

"Elektrosila"nın  fəhlələri  tətil  etmiş,  Eyzenşmidt  zavodunun  işi  dayandırılmış,  şəhər 

konkası, "Votan" firmasının emalatxanaları tətilə başlamışdı

51



Polis  departamenti  üçün  hazırlanmış  məlumatda  Bakı  fəhlə  hərəkatının 

yüksəlişinə  səbəb  olan  amil  belə  izah  olunurdu:  "Proletariatın  yaşadığı  və  indi  də 

yaşamaqda davam etdiyi dəhşətli şərait fəhlə kütlələrini inqilabi yola itələyən özünüdərkin 

inkişafına təkan verən başlıca qüvvədədir"

52



Müharibəyə qarşı ən kəskin təbliğat aparan bolşeviklər fəhlə kütləsini müharibəni 



mütləqiyyətə və kapitalistlərə qarşı çevirməyə çağırırdılar. 1904-cü ilin martında RSDFP 

Qafqaz İttifaqı Komitəsi tərəfindən Zaqafqaziyada müharibə əleyhinə təşviqat aparılması 

haqqında təlimat işlənib hazırlandı, bolşeviklər "Rədd olsun müharibə" adlı vərəqə buraxıb

53



onu Tiflis, Bakı, Kutaisi və b. şəhərlərdə yaydılar. 

Lakin  1904-cü  ilin  əvvəllərində  RSDFP  Bakı  Ko mitəsi bolşeviklərin  əlindən 

çıxdı və ona rəhbərlik V.Mitrov başda olmaqla menşeviklərin əlinə keçdi. 

Menşeviklərin Bakı Komitəsinə rəhbərliyi 1904-cü ilin iyununadək çəkdi. Onlar 

bu, həddindən artıq qeyri-populyar  müharibənin  əleyhinə  çıxış etsələr də, bolşeviklərdən 

fərqli  olaraq,  müharibədəki  məğlubiyyəti  mövcud  rejimə  qarşı yönəltmək  fikrindən uzaq 

idilər.  Məhz  bu  səbəbdən  menşevik  BK-sı  Qafqaz  İttifaq  Komitəsinin  qurultayına  öz 

nümayəndəsini göndərmədi.  İyunun  4-də  RSDFP  -  Qafqaz  İttituqının  qurultayından sonra 

Qafqaz  İttifaq  Komitəsi  Bakı  Komitəsinin  buraxılması  haqqında  qərar  qəbul  etdi. 

Bolşeviklərin Bakıya göndərilən böyük bir qrupu, A.M.Stopani katib olmaqla, BK-nın yeni 

tərkibini  təşkil  etdi

54

.  Orduya  səfərbərliyin  hazırlanması  ilə  əlaqədar  olaraq,  bolşeviklər 



1904-cü ilin sentyabrında müharibə əleyhinə 1 b ir neçə nü mayiş təşkil edə bildilər.  

Eyni  zamanda  Azərbaycan  qəzalarında  da  tətillər  başlandı.  Gəncə  ipəkçiləri, 

dəmiryolçular və mətbəə işçiləri ciddi siyasi və iqtisadi   tələblər irəli sürdülər, tələblərin 

xeyli hissəsi yerinə yetirildi. Gədəbəy filiz  mədəni və  misəritmə  zavodunda baş verən 

tətil  15  gün  çəkdi.  Tətili  Gəncədən  çağırılmış  kazak  dəstələrinin  köməyi  ilə  yatırmaq 

mümkün oldu. Şamxor və Zəyəm stansiyalarının dəmiryolçuları, Tovuz sement  zavodunun 

tikintisində çalışan fəhlələr və Şəkidə ipəksarıyıcılar içərisində də həyəcanlar baş verirdi

55



 

 

96 



Hərbi  əməliyyatların  Rusiyanın  xeyrinə  olmayan  istiqamətdə;  gedişi,  güclənən 

iqtisadi və siyasi böhran da Azərbaycandakı siyasi vəziyyətə müəyyən təsir göstərirdi. 

Rus  ordusu  məğlubiyyətə  uğrayırdı.  Port-Arturun  bir  neçə  ay    davam  edən 

mühasirəsi müharibənin başa çatdığı mərhələyə çevrildi. Gərgin dəniz vuruşmalarından sonra 

Port-Artur təslim oldu və Rusiya müharibəni uduzdu. 

Port-Artur 

müdafiəçiləri 

sırasında 

sonradan 

Azərbaycan 

Demokratik 

Respublikasının  mövcud  olduğu  dövrdə  milli  orduda  xidmət  edəcək  igid  azərbaycanlı 

zabitlər də vuruşurdular.  7-ci  Şərqi  Sibir  artilleriya divizionuna  komandirlik etmiş  Səməd 

ağa  Mehmandarov  onlardan  biri  idi.  Cəbhənin  müdafiə  rəisi  general-mayor  Kondra-

tenkonun ən yaxın köməkçilərindən biri olan S.Mehmandarov tezliklə Port-Arturun Şərq 

cəbhəsinin  artilleriya  rəisi  təyin  edildi.  Bu  hadisələrin  şahidləri  polkovnikin  qeyri-adi 

cəsurluğu və şəxsi  igidliyini qeyd  edirlər.  S. Mehmandarov  Port-Arturun  müdafiəsində 

hərbi  xidmətlərinə görə  döyüş ordenləri  və qızıl  silahla  təltif olunmuş,  general-mayor 

rütbəsi almışdı. 

Port-Arturun müdafiəçiləri sırasında qala qarnizonu batareyasına komandirlik edən 

topçu zabit, kapitan Əlağa Şıxlinski də var idi. Döyüş nailiyyətləri və hərbi məharəti ona 

"artilleriyanın  allahı" şöhrətini  qazandırmışdı.  Rusiya-Yaponiya  müharibəsinin  iştirakçı-

ları  içərisində  həmçinin  2-ci  Dağıstan süvari  alayının  komandiri  polkovnik  Hüseyn  xan 

Naxçıvanski, polkovnik İlyas bəy Ağalarov və b. məşhur idilər

56



Alçaldıcı  Portsmut  sülhünün  imzalanması  Rusiyanın  bu  müharibədə 



məğlubiyyətinə  yekun  vurdu.  Bu  müqaviləyə  görə,  Port-Artur,  Cənubi  Saxalin  və 

Koreya Yaponiyanın ixtiyarına keçirdi. 

Yaponiya  ilə  müharibədə  məğlubiyyət  Rusiyada  ümumi  siyasi  böhranın 

kəskinləşməsinə səbəb oldu. Sənaye şəhərlərində siyasi tətil və nümayişlər baş verir, kənd 

yerlərində  kəndlilər  mülkədar və  xəzinə  torpaqlarını,  meşələri, su  mənbələrini özbaşına 

tutur, malikanələri yandırır, mülkədarların taxılını aclıq çəkənlərə paylayırdılar. Orduda, 

tələbə-gənclər  arasında  həyəcanlar  başlayırdı.  Neft  sənayesinin  geniş  fəhlə  kütlələri 

içərisində - cəmiyyətin ən intensiv şəkildə istismar olunan bu hissəsində narazılıq günü-

gündən  artırdı.  1904-cü  ilin  avqust  ayında  Bakıda  Şendrikov  qardaşları  tərəfindən 

"Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" adında menşevik mövqeli təşkilat yaradıldı. 

Fəhlələrlə  sıx  ünsiyyətə  girən  Şendrikovlar  onları  əsasən  iqtisadi  mübarizəyə  çağırır, 

bolşeviklərə qarşı  çıxış edirdilər. 

Şendrikovlar  özlərini  sözdə  sosial-demokrat  adlandırır  və  daha  çox 

menşeviklərə  meyl edirdilər.  1904-cü  ilin  iyun ayında, yəni  RSDFP  Bakı  Komitəsinin 

bolşeviklərin əlinə keçməsindən sonra onlar ilə şendrikovçular arasında fəhlə kütlələrinə 

təsir  uğrunda  mübarizə  başlandı.  Şendrikov  qardaşları  başda  İlya  Şendrikov  olmaqla 

bolşevikləri  qeyri-demokratizmdə  ittiham  edirdilər.  Onların  dediyinə  görə,  bolşevik 

təşkilatının rəhbərliyini bir qrup ziyalı təşkil edir ki, onların da fəhlələrlə ünsiyyəti yox 

dərəcəsindədir  və  Bakı  Ko mitəsinə  fəhlələr  tərəfindən  heç  bir  nəzarət  olun mur. 

Məhz buna görə də BK-nın bütün qərarları fəhlələrə əmr formasında çatdırılır, bu isə, 

şendrikovçuların fikrincə, inqilabi hərəkatda yolverilməzdir

57



 

 

97 



Şendrikovçuların  bolşeviklərə  ikinci  ittihamı  onların  fəhlələrin  iqtisadi 

ehtiyaclarına əhəmiyyət verməməkləri və bütün gücü siyasi məsələlərə yönəltmələrindən 

ibarət  idi.  Öz  növbəsində  bolşeviklər  şendrikovçuları  anarxo-sindikalist  və  avantüraçı 

adlandırırdılar. Onların əsas ittihamı ondan ibarət idi ki, şendrikovçular siyasi şüarlardan 

vaz keçərək, fəhlələri yalnız iqtisadi mübarizəyə çağırırlar,  bu isə, bolşeviklərin fikrincə, 

menşevizmin ibtidai dövrü, kobud "ekonomizm" demək idi. 

1904-cü  ilin  avqustunda  Şendrikovlar  Bakı  Komitəsi tərəfindən    intizamsızlıq 

törətməkdə  günahlandırılaraq  partiyadan  çıxarıldılar.    Lakin  onlar  özlərini  hələ  də 

RSDFP-nin  üzvləri  saymaqda  davam    edirdilər,  çünki  menşeviklər  1906-cı  ilədək 

şendrikovçuların tərəfini saxladıqlarına görə onların partiyadan kənar edilməsində yalnız 

bolşeviklər iştirak ed irdilər. 

1904-cü  ilin  noyabr  ayından  şendrikovçular  ümumi  tətilə  hazırlıq    görməyə 

başladılar. 

Dekabrın  12-də "Balaxanı  və  Bibiheybət  fəhlələrinin  təşkilatı"  çörəkçilər  və 

şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, 

qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və 

sahibkarların  fəhlələri qorxutmağa  yönəlmiş bütün cəhdləri "təşkilatın  cavab addımla rını 

gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir". 

Xəzər-Qara  dəniz  cəmiyyətinin  fəhlələri  tətilə  birinci  başladılar.  Onların 

ardınca  Nobel,  Rotşild,  Mantaşev  və  Mirzoyevin  mədənlərinin,  günortaya  qədər 

Bibiheybət,  habelə  Qara  və  Ağ  şəhərlərin  fəhlələri  işi  dayandırdılar.  Bu  möhtəşəm 

çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular. 

Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın  "Kaspi", "Baku", 

"Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17-

də  "Şərq  cəmiyyəti",  "Qafqaz  və  Merkuri‖nin  emalatxanaları,  habelə  "Nadejda" 

kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət 

donanmasının dənizçiləri,  şəhər  konkasının,  mağazaların,  emalat xanaların  işçiləri  də 

tətilə başladılar. Beləliklə, tətil ü mumi xarakter alaraq 50 minədək adamı əhatə etdi

58



RSDFP  Bakı  Komitəsi  əvvəldən,  qış  mövsümü  olmasını  və  dənizdə 



naviqasiyanın  dayandırılmasını  nəzərə  alaraq,  bu  tətilin  əleyhinə  çıxmışdı.  Lakin 

hadisələrin geniş miqyas aldığını görüb tətilə qoşuldu və bu barədə buraxdığı vərəqədə 

elan  etdi:  "Tətil  başlamışdır.  Hazırkı  məqamda  kapitalistlərə  müharibə  elan 

edilməsinə  bizim  münasibətimiz  necə  olursa  olsun,  biz  bütün  qüvvələrimizi  sərf 

etməliyik ki, qələbə bizim, fəhlələrin olsun. Lakin, yoldaşlar, unutmayın ki, nə qədər ki, 

bizim  başlıca  düşmənimiz  (çar  hökuməti),  bizim  kapitalistlərin  dostu  devrilməyibdir, 

kapitalistlər üzərində bizim heç bir qələbəmiz möhkəm olmayacaq"

59



Tətilə  rəhbərliy i  ələ  almaq   uğrunda  iki  təşkilat  arasında  müba rizə 

başlandı.  Bu   zaman  BK  şəhər  rayonunda,  şendrikovçular  isə  neft  mədənləri  və 

neftayırma  zavodlarında  üstün  mövqeyə  malik  idilər.  BK  tətilə  rəhbərlik  etmək 

üçün A.M.Stopani, P.A.Caparidze və İ.Fio letov başda olmaqla, tətil ko mitəsi təşkil 

etdi.  Tətil  ko mitəsinə  sosial-demokrat  "Hü mmət",  ermən i  "Qnçak"  təşkilatların ın 


 

 

98 



da nümayəndələri daxil oldu və sol blok yaratdılar. Şendrikovçular tətil ko mitəsinə 

daxil olmaqdan imtina etdilər.  

Bu zaman tətil genişlən məkdə davam edirdi. Neft sənayeçiləri danışıqlara 

getməyə  məcbur oldula r. İki həftə  əvvəl şendrikovçuların  hazırlad ıqları tələblə rin 

bütöv  təkrarı  olan   bir  sıra  iqtisadi  tələblər  ətrafında  danışıq lara  RSDFP  BK-n ın 

nəzarəti altında olan Tətil ko mitəsi fəhlələrin nümayəndəsi kimi rəhbərlik edird i.  

Danışıqlar  bir  neçə  dəfə  pozuldu  və  nəhayət,  dekabrın  21-də  tətilin 

dekabrın  23-də  dayandırılacağı  barədə  razılıq   əldə  edildi.  Lakin   tətilin  rəhbəri 

şöhrətini  əldən  vermək  istəməyən  şendrikovçular  fəhlələri  açıqdan-açığa  işə 

çıxmamağa  çağırırd ılar.  Dekabrın  23-də  iş  başlanmadı,  mü xtəlif  fəhlə  qrupları 

arasındakı  toqquşmalar  və  jandarmların   işə  müdaxiləsi  qan  tökülməsinə  gətirib 

çıxardı.  Sahibkarlar dekabrın 27-n i işə qayıdış günü elan etdilər.  Lakin bolş eviklər 

vəziyyətdən istifadə edərək, 25 yeni tələb hazırladılar və onları sahibkarlara təqdim 

etdilər.  Bu  tələb lərin  əsasında  dekabrın  27-də  yeni  saziş  əldə  olundu.  Bu  saziş  9 

saatlıq iş gününə (birinci sazişdə 9,5 saatlıq) əməl olun ması,  xəstəliyə görə 2 aylıq 

məzuniyyət  verilməsin i  (b irinci  sazişdə  1,5  ay),  3  növbəli  işin  tətbiqini,  İran 

təbəələri  və  digər  millətlərdən  olan  fəhlələr  arasında  qey ri-bərabərliyin  aradan 

qaldırılmasını və i.a. nəzərdə tuturdu

60



Tətilin  başa  çatdırılmasında  bolşeviklərin  qələbəsinə  yol  vermək 



istəməyən  şendrikovçular  "iqtis adi  terrora",  yəni  neft  buruqlarının  yandırılmasına 

əl  atdılar.  İ.Şendrikov  mədənlərdə  çıxış  edərək,  fəh lələri  tətili  davam  etdirməyə 

çağırır, yeni tələblər hazırladığın ı bildirirdi.  Bu tələblər hazırlandı və dekabrın 30-

da "Elektriçeskaya sila" zavodunda, böyük fəhlə kütləsinin əhatəsində Rusiya fəhlə 

hərəkatı tarixində  ilk  kollektiv  müqavilə  imzalandı. "Mazut konstitusiya"sı adı  ilə 

məşhur  olan  bu  müqavilə  bolşeviklərin  dekabrın  27-də  imzaladıqları  sazişin 

şərtlərinə  əlavə  olan  aşağıdakı  maddələri  nəzərdə  tuturdu:  tətil  günləri  üçün 

fəhlələrə  əmək  haqqı  ödənilməsi;  fəhlələrə  mənzil,  kerosin, neft və su  verilməsi; əmək 

qabiliyyətini itirənlər üçün 3 ay müddətində əmək haqqının yarısının saxlanması; tətilçilərin 

cəzalandırılmayacağına təminat verilməsi

61



1904-cü ilin kollektiv müqaviləsi Bakı fəhlələrinin çox böyük nailiyyəti olub, onun 



maddi vəziyyətini xeyli yaxşılaşdırdı. Neft sənayeçilərindən qoparılmış güzəştlər pulla hər 

ay 150 min manata və ya fəhlələrin ümumi əmək haqqının 20 faizinə bərabər idi

62



RSDFP-nin  bolşevik  Bakı  Komitəsi  və  "Balaxanı  və  Bibiheybət  fəhlələrinin 



təşkilatı" arasındakı  qarşıdurmada bu dəfə şendrikovçular qalib gəldilər.  Halbuki sonralar 

sovet  tarixşünaslığında  dekabr  tətilinin  təşkili  və  keçirilməsindəki  bütün  xidmətlər  yalnız 

bolşeviklərə  aid  edilirdi.  Lakin  şendrikovçuların  uğuru  da  çox  çəkmədi.  1905-ci  ilin 

yanvarında  onlar  tərəfindən  yaradılmış  "Bakı  fəhlələr  ittifaqı"  (Bakı  Sovetində  çoxluq 

toplayaraq) keçirilən tətillərdə təxribatçılıq la məşğul olmağa başladı. 

1906-cı  ildə isə şendrikovçuların neft sənayeçiləri və polislə  ünsiyyətdə olması 

və bir çox  korrupsiya  faktları aşkar  edildi.  Həmin  ilin  iyun  ayında onlar  RSDFP birləşmiş 

təşkilatının  (bolşeviklər  və  menşeviklər)  iclasında  partiyadan  kənar  edildilər. 



 

 

99 



Şendrikovçular  haqqında  tərtib  olunmuş  cinayət  işi  RSDFP  Mərkəzi  Komitəsinə 

göndərildi. 

Beləliklə,  XX  əsrin  əvvəlindən  bəri  Azərbaycanda  yetişən  inqilabi  böhran 

1904-cü  ilin  dekabrında  güclü  ümumi  tətillə  başa  çatdı.  Bu  tətil  Rusiya  imperiyasının  

ucqarlarında idarəçiliyin köhnə forma və metodlarının qeyri-mümkünlüyünü üzə çıxarıb bir daha 

təsdiq etdi. 

1905-ci  il  Rusiyada  ictimai-siyasi  hərəkatlar  tarixində  zirvə  mərhələsi,  xalq 

kütlələrinin mütləqiyyətlə, sosial və milli əsarətə qarşı mübarizəsində ço x  mühüm pillə 

oldu. 

Bütün ölkəni  lərzəyə salmış  9  Yanvar hadisələri ümumi  partlayışa səbəb oldu. 



Eyni  zamanda yanvar çıxışları  Bakıdakı  ümumi dekabr tətilinin davamı  idi.  Hərəkat digər 

şəhərlərdə  də  genişlənirdi.  Elə  həmin  ay  Tiflis,  Gəncə,  Batum,  Kutaisi  və  Zaqafqaziya 

dəmir  yolunun  fəhlələri  tətilə  başlamış,  Gədəbəyin  mis  mədənlərində,  Ləki 

stansiyasındakı yağ zavodunda çalışanlar işi dayandırmışdılar. 

Çarizm  tətil hərəkatına qarşı polis tədbirini gücləndirdi.  1905-ci  il fevralın  15-də 

müvəqqəti  Bakı  general-qubernatoru  vəzifəsi  təsis  edildi,  fevralın  18-dən  isə  II 

Nikolayın fərmanı ilə Bakı şəhəri və quberniyasında hərbi vəziyyət tətbiq olundu və 

digər tədbirlər görüldü. 

1905-c i  ilin  ma rtında  çar  höku məti  senator  Kuzminskiyə  Ba kı  şəhəri  və 

quberniyasını  təftiş  etməyi  tapşırdı.  Çar  hakimiyyət  orqanları  fəhlə  kütlələrini 

sakitləşdirmək  üçün  sahibkarlar  və  neftçi  fəhlələrin  nü mayəndələrin in  birgə 

müşavirəsini çağ ırmağ ı qərara aldı; apreldə Peterburqda  maliyyə nazirinin sədrliyi 

altında "fəhlələ rin məişətinin qaydaya salın mas ı və sığortası üzrə" ko missiya  təşkil 

olundu.  Bu  zaman  cəza  qüvvələri  tətil  hərəkatını  boğ maq  üçün  Azərbaycanda 

cəmləşdirilird i. 

1905-c i  ilin  yaz  və  yayında  ölkədə  fəhlə  hərə katı  daha  geniş  vüsət  aldı, 

Azərbaycandakı  çıxışla r  da  kəskin  xarakter  almağa  başladı.  Mart-aprelin 

əvvəllərində  Gəncə,  Bakı,  Ağstafa,  Yevlax,  Hacıqabul  dəmiryo lçuları  tətilə 

başladılar, Tiflis və Aleksandropolun yol fəhlələri də onlara qoşuldular. Tətil 1905-

ci  il  apre lin  12-də k  davam  etdi.  Bu  çıxış lara  RSDFP  Qafqa z  İttifaq  Ko mitəsi  və 

yerli partiya orqanları rəhbərlik edirdi. 

Bakıdakı  Bir  may  tətilləri  mayın  10-da  ü mu mi  tətilə  çevrild i. 

Azərbaycanlı  fəhlələrin kütləvi şəkildə iş tirak etdiyi bu tətillərdə  26 hüquqi, siyasi 

və iqtisadi tələb irəli sürüldü. Onların tələbləri ilə tanış olmaq üçün tərkibinə  Bakı 

dumasının üzv ləri  H.A.Aşurov, İ.  Hacıyev, İ.Hacınski, K.Səfərəliyev və quberniya 

qazısı daxil o lan  xüsusi komissiya Balaxanıya gəldi. Mayın 14-də  ko missiya azər-

baycanlı  sahibkarlara  məxsus  mədənlərin  müdiriyyəti  ilə  birlikdə  müsəlman 

fəhlələrin  mitinqin i keçird i. Burada irəli sürülən tələblər neft sənayeçiləri qurultayı 

Şurası  tərkibin in  azərbaycanlılar  hesabına  genişləndirilməsi,  azərbaycanlı 

fəhlələrdən  usta  vəzifəsinə  qəbulun  artırılması,  müsəlman  fəhlələrə  d ini 

ehtiyacların ı  ödəmək  üçün  şərait  yaradılması  və  onlara  tibbi  xid mətin 


 

 

100 



yaxşılaşdırılmasından ibarət idi

63



1905-c i  ilin  yayında  Azərbaycanda  tətil  hərəkatının  artması  müşahidə 

olunur.  İyun-iyul  aylarında  bu  hərəkat  Bakının  bütün  sənaye  müəssisələrinin 

dörddə  üçünü  əhatə  etmişdi

64

.  Təkcə  neftçilər  deyil,  həm  də  dəmiryolçular,  gəmi 



təmiri  emalatxanalarının  fəhlələri,  Xəzər  ticarət  donanması  gəmilərinin  ço xunun 

ko mandaları,  Bakı  apteklərinin  işçiləri  və  b.  tətil  edird ilər.  Hərəkat  qəzalara  da 

keçərək,  ağ   neft  kəməri  fəhlələrini,  Nu xa  və  Şuşanın  ipəksarıyıcılarını  və 

Gədəbəyin misəridənlərin i əhatə etdi

65



İyul-avqustun əvvəllərində RSDFP Bakı Komitəsi tətilə hazırlıq gördü, lakin digər 



siyasi qüvvələrin  əks-fəaliyyəti  ilə  əlaqədar bu niyyətin həyata  keçirilməsi  mümkün olmadı. 

Bundan başqa, neft mədənlərində şendrikovçular tərəfindən yanğınlar təşkil olundu. Belə ki, 

Abşerondakı 3133 qazıma buruğundan 1795-i (57,2 faiz) yandı. 

Bu, hakimiyyət orqanlarının əlində çıxışları yatırmaq üçün bəhanə oldu. Avqustun 22-

də  mühasirə  vəziyyəti  elan  edildi.  Çar  hökumət  orqanları  tətilçilərə  qarşı  qoşun  yeritdi, 

repressiyalar və şəhərdə polis terroru artmağa başladı. Eyni zamanda hökumət neft sənayeçiləri 

və  fəhlələr  arasında  qarşılıqlı  münasibətləri  nizama  salmağa  cəhd  göstərirdi.  Yaranmış 

vəziyyətlə  əlaqədar  sentyabrın  30-da  Peterburqda  müşavirə  çağırıldı.  Burada  müsəlman 

fəhlələrinin  mənafeyini  Ə.Topçubaşov  müdafiə  etdi.  Ə.Ağayev  fəhlə  məsələsinin 

qanunvericilik yolu ilə niza ma salın ması zərurətindən danışdı. 

1905-ci  ilin  yazı  və  yayında  Azərbaycanda  kəndli  hərəkatı  geniş  miqyas  aldı. 

Kəndlilər çarizmin  köçürmə siyasətinə qarşı  çıxır,  vergiləri ödəməkdən,  mükəlləfiyyətləri 

yerinə  yetirməkdən  boyun  qaçırır,  xəzinə  meşələrini  qırır,  malikanələri  dağıdır,  hökumət 

sərəncamlarını  yerinə  yetirməkdən  imtina  edirdilər.  Lakin  bütün  bunlar  əsasən  ko rtəbii 

xarakter daşıyırd ı. 

Bu  dövrdə  kəndlərdə  qaçaqçılıq  geniş yayılmışdı.  Yelizavetpol quberniyasındakı 

qaçaqlardan  Qandal  Nağı,  Əli  Məhərrəm  oğlu,  Kərbəlayı  Əsgər  və  b.  xüsusən  çox 

şöhrətlənmişdilər

66



Çar hökumət orqanları kəndlilərə qarşı amansız cəza tədbirləri tətbiq edir, sakinləri 



əldə silah sosial ədalətsizliyə qarşı çıxan və ya  xalq  qisasçılarına  kömək göstərən  kəndləri 

məhv etməkdən belə çəkinmird ilər. 

Cənubi  Qafqaz,  o  cümlədən  Bakı,  Ağstafa,  Hacıqabul,  Yevlax  və  Gəncə 

dəmiryolçularının tətili 1905-ci ilin payızında mühüm hadisə oldu. Diyarın dəmir yollarında 

qatarların hərəkəti dayandı, yollar tətil komitələrinin əlinə keçdi

67

. Oktyabr günlərində Bakının 



bir çox iri müəssisələrinin fəhlələri tətilə başladılar. Bu zaman və noyabrın sonunda Nu xa və 

Şuşanın  ipəksarıma  fabriklərində,  Ağdam  pambıqtəmizləmə  zavodunda,  Xəzər  ticarət 

donanmasında tətillər baş vermişdi. 

1905-ci ilin payızında azadlıq hərəkatının yüksəlişi, ümumi oktyabr tətili ölkədə 

inqilabi  şəraitin  kəskinləşməsinə  dəlalət  edirdi.Oktyabrın  17-də  II  Nikolay  rejimi 

iflasdan  xilas  etmək  məqsədilə,  eləcə  də  Rusiya  xalqlarına  mü lki  və  siyasi 

azadlıqla r  vermə k  niyyəti  ilə  Dövlət  du masının  çağırılması  haqqında  manifest 

verdi.  Lakin  ça rizm  ö zünün  geniş  təbliğ  edilən  vədlərini  yerinə  yetirməyə 



 

 

101 



tələsmirdi. 

Sol  siyasi  təşkilatların  təşəbbüsü  ilə  oktyabrın   sonlarında  Bakı  və 

Gəncədə  kütləvi  siyasi  mitinqlər  və  nü mayişlər  keçirildi.  Bu  tədbirlərdə 

zəh mətkeşləri beynəlmiləl  ittifaq ı  möhkəmləndirməyə və mütləqiyyətə qarşı silahlı 

mübarizəyə hazırlaşmağa çağırırdılar

68



Oktyabrın  25-də Qafqaz canişin i İ.İ.Vo rontsov-Daşkovun manifestin necə 

başa  düşülməsini  "izah  edən"  elanı  dərc  olundu

69

.  Bakı  şəhəri  və  quberniyasının 



müvəqqəti  general-qubernatoru  Fadeyevin  sərəncamı  ilə  hər  cür  " kütləvi  küçə 

çıxışları və xalq yığıncaqları" qadağan edilirdi. Çar hakimiyyət orqanları vəd edilmiş 

"azadlıqlar"ın əvəzinə əhalin i amansız cəza tədbirləri ilə hədələyird i

70



Bakı fəhlələrinin  mübarizəsi şəhər əhalisinin  digər təbəqələrinə güclü təsir 

göstərirdi.  Oktyabr-dekabr  ayları  ziyalılar  və  qulluqçuların  ictimai-siyasi 

fəallığ ının  inkişafında,  onların  (mühəndis  və  texniklərin,  vəkillərin,  həkimlərin, 

baytar  işçilərin,  zabit lərin,  müə llimlərin,  şagird lərin,  əc zaçıların,  feldşerlə rin, 

məmu rların,  poçt-teleqraf  və  kontor  işçilərin in  və  b.)  ö z  həmkarlar  təşkilatlarını 

yaratma larında  mühüm  mə rhələ  o ldu.  Ziyalıla r  ça rizmin  siyasətinə  öz  mü-

nasibətlərini  bildirir,  verilmiş  vədlərin   yerinə  yetirilməsini,  məclisi-müəssisanın 

çağırılmasın ı tələb edirdilər. Orta ziyalı təbəqələrin in tələblərində peşələri ilə bağlı 

məsələlər (maddi vəziyyətin yaxşılaşdırılması və i.a.) ö z əksini tapırdı. 

1905-c i  il hadisələri Azə rbaycan müə llimlərinə də böyük təsir  göstərirdi. 

Müəllimlərin bütün mütərəqqi hissəsini birləşdirən  ü mu mi platfo rması məktəblərin 

demokratikləşdirilməsi  uğrunda  mübarizə  idi.  Müəllimlər  azad lıq  hərəkatına, 

Rusiyanın siyasi cəhətdən yenidən qurulması ideyasına tərəfdar çıxırd ılar.  1905-ci 

ilin  dekabrında azərbaycanlı  müəllimlər  Nazirlər Şurasının  sədrinə və Qafqaz ca -

nişininə  mü raciətdə  ilk  dəfə  olaraq   kollektiv  surətdə  özlərinin   maddi  və  hüquqi 

vəziyyətləri,  Azərbaycan  əhalisi  içəris ində  xalq  təh s ili  sistemin in  kö kündən 

dəyişdirilməsi  zərurəti  haqqında  məsələ  qald ırırd ılar.  Məsələn,  N.Nərimanov, 

Ü.Hacıbəyov və b.  xalq  təhsili ə məkçilərinin  siyasi özünüdərk oyanışında azadlıq 

hərəkatının oynadığı rolu qeyd edird ilər. 

Ə.Topçubaşov  Bakı  müəllimlərinin  həmkarlar  ittifaqının  yaradılmasını 

alqışlayır və müdafiə edirdi. 

1905-ci ilin sonunda Bakı orta məktəb şagirdlərinin hələ fevral ayında başlamış 

hərəkatı  geniş  miqyas  aldı.  Gənclər  əsaslı  məktəb  islahatı  tələb  edir,  mühüm 

ümumdemokratik  şüarlar  irəli  sürürdülər.  Yeniyetmələrin  hərəkatı  ictimai-siyasi 

əhəmiyyətə malik idi və rejimə qarşı çıxışa çevrildi. Siyasi təşkilatların şagird gənclər 

arasında apardığı  işlər nəticəsində onların təşkilatları yaradıldı.  Görkəmli  hümmətçilər 

A.D.İsmayılov, 

H.Q.Terequlov, 

M.Əzizbəyov, 

texniki 


məktəbin  şagirdləri 

Z.D.Qulubəyov,  M.B.Axundov və  A.B.Yusifzadə  də  onların  içərisində  iş  aparırdılar. 

Dekabrda azərbaycanlı şagirdlərin "Üxüvvət" ("Qardaşlıq") təşkilatı yaradıldı. 

Bu dövrdə Gəncə gimnaziyaçılarının, Şuş a realnı və Zaqatala şəhər məktəbləri 

şagirdlərinin tətilləri baş verdi. 


 

 

102 



Noyabrın  ortalarında  Bakı,  Gəncə  və  Zaqatalanın  poçt-teleqraf  işçiləri 

rabitəçilərin Ümumrusiya tətilinə qoşuldular. 

Moskvada  dekabr  silahlı  üsyanı  Azərbaycanda  fəhlə  hərəkatına  yeni  təkan 

verdi.  Qafqaz  və  Orta Asiya  dəmiryolçularının  dekabrın  7-də  açılan  konfransı  Rusiya 

dəmiryolçularının ümumi siyasi tətilinə qoşulmağı qərara aldı. Dekabrın 10-da başlayan 

tətil  Bakı,  Biləcəri,  Gəncə, Ağstafa və b. stansiyaların fəhlə və qulluqçuların ı əhatə 

etdi.  Dəmir  yolda  hərəkətin  idarə  olunması  yenidən  tətilçilərin  əlinə  keçdi. 

Dəmiryolçuların tətili 1905-ci il dekabrın sonunadək davam etdi. 

1905-ci  ilin  noyabr-dekabrında  Xəzər  hərbi  donanmasının  əsgər  və 

matrosları  içərisində  təbliğat-təşviqat  işi  gücləndi.  Bu  işdə  həm  RSDFP  BK  yanında 

hərbi qrup, həm də eserlərin hərbi komissiyası böyük rol oynayırdı. Bakıda yerləşdirilmiş 

hərbi hissələrlə əlaqə yaradıldı. Noyabrın sonlarında bəzi alayların əsgərləri öz tələbləri-

ni komandanlığa təqdim etdilər. Bakı qarnizonunda bir sıra hissələrin əsgərləri dekabrın 

12-də keçirdikləri nümayişdə həbs edilmiş inqilabçı matrosların azadlığa buraxılmasını 

tələb etdilər. Həyəcanlar Gəncə və Zaqatala qarnizonlarının hissələrini də əhatə etdi. 

"Ən etibarlı" sayılan kazak hissələri belə tərəddüd etməyə baş ladı. Qazaxdakı 

və  Yevlaxdakı  kazak  dəstələri  polis  xidmətini  yerinə  yetirməkdən  boyun  qaçırdılar. 

Gəncədə 1-ci Labinsk alayının kazakları içərisində həyəcan başlandı. 

RSDFP  Bakı Ko mitəsi yaran mış vəziyyətdən ümumi siyasi tətil keçirmək 

üçün  istifadə  etmək  qərarına  gəldi.  1905-ci  il  dekabrın  13-də  Bakı  fəhlələrin in 

1904-cü  il tətilinin  ildönümü günü Ba kı Fəh lə  Deputatları Soveti  fəhlə lərin təkidi 

ilə ü mu mi siyasi tətil elan etdi. Sovetin şendrikovçu rəhbərliy i tətil başlayanda ona 

iqtisadi  xarakter verməyə cəhd göstərdi. Lakin tətil bütün Bakı rayonuna yayılaraq 

geniş  miqyas  aldı.  Bir  ço x  zavod  və  mədənlər,  konka,  yerli  qəzetlərin  buraxılışı 

dayandı, ziyalıların bir h issəsi tətilə başladı.  Lakin tətil silah lı üsyana çevrilmədi, 

siyasi  təşkilatların  hamısı  onu  müdafiə  etməd iyi  üçün  o,  heç  kütləvi  tətilə  də 

çevrilmədi.  Çünki əhalinin geniş təbəqələrini, əsgərləri,  matrosları və b. tətilə cəlb 

etmək mü mkün olmad ı

71



Burjuaziya və ziyalıların əsas hissəsi sol partiyaların zora kılıq ve ifratçılıq 



mey illərindən  çəkin mir,  quruluşun  islahatlar,  parla ment  demokratiyasını  tədricən 

həyata  keçirmək  yolu  ilə  dəyişdirilməsini  dəstəkləyir,  sinfi  sülh  ideyasmı,  əmək 

münaqişələrinin  danışıqlar  vasitəsilə  həllini  sinfi  mübarizədən  üstün  tuturdu.  Bu 

görüşlərin  tərəfdarları  Rusiyada  əmək  və  kapital  arasında  qarşılıq lı  münasibətləri 

nizamlaya,  fəhlələrin  mü lki  və  siyasi  hüquqlarını  müəyyənləşdirə  biləcək  fəhlə 

qanunvericiliy inin həyata keçirilməsi zərurətini də qeyd edird ilər. 

Moskvada  dekabr  silahlı  üsyanının  məğlubiyyətindən  sonra  çıxış lar 

zəifləməyə başladı. Lakin Bakıda fəhlə hərəkatı yeni mərhələyə qədəm qoydu. Ona 

RSDFP-n in  birləş miş  (bolşevik  və  menşeviklərin)  Ba kı  təşkilatının  icra iyyə 

ko mitəsi,  eserlər  partiyasının   Bakı  Ko mitəsi,  milli  sosial-demokrat  "Hü mmət" 

təşkilatı  rəhbərlik  edird i.  Mayın  1-i  ü mu mi  tətillə  qeyd  olundu.  Sonra  tətillər 

sənaye  müəssisələrini  əhatə  etməyə  başladı.  Mədənlərin  azərbaycanlı  fəh lələ ri 



 

 

103 



mübarizəyə getdikcə daha çox qoşulurdu. İyulun ortalarında mədənlərdə fəhlələrin 

artıq 65 faizi tətil edird i. 

Menşeviklər  Bakı  fəh lələrin in  tətil  hərəkatını  avropasayağı  mübarizə 

yollarına keçirməyi təbliğ edir, mülay im tələblərə çağırırd ı. 

1906-c ı ilin ya zında Ba kıda şagird lərin iri tətili baş verdi. Gəncə şagirdləri 

də tətil elan etdilər, burada sonralar yerli şagird təşkilatı yarandı.  

İyun-iyul ay larında Xəzər ticarət donanması dənizçilərinin  tətili baş verdi. 

Bu  tətil  onların  Qara  dənizdən  olan  həmfikirlərinin  çıxış ları  ilə  səsləşirdi.  Elə  bu 

dövrdə Tağıyevin toxuculuq fabriklərində də iri tətil o lmuşdu və i.a. 

Lakin  tətillər  dalğası  ümumi  tətilə  çevrilmədi.  Belə  ki,  siyasi  təşkilatların 

mövqeyi  bu  məsələdə  eyni  deyildi.  1906-cı  ilin  yayı  ərəfəsində  təkcə  RSDFP  BK 

İcraiyyə  Komitəsinə  deyil,  həm    bütün  komitələrə  rəhbərlik  edən  menşeviklər  onun 

keçirilməsini  əleyhinə çıxır,  kadetlər, şendrikovçular,  "spesifiklər" və b. onları  müdafiə 

edirdilər

72

. Milli ziyalılann da əsas hissəsi kütləvi çıxış lara mən fi münasibət bəsləyirdi. 



Tətillərin artması çar hakimiyyət orqanlarını təşvişə saldı. Fəhlələrin həbsi və sürgün 

edilməsi  başladı.  Tətil  hərəkatı  ilə  mübarizə  məqsədilə  II  Nikolayın  1906-cı  il  28 

sentyabrda  verdiyi  fərmana  görə,  Bakı  xüsusi qradonaçalnikliyə ayrıldı, şəhərin və onun 

mədən-zavod  rayonlarının birlikdə  idarə edilməsi  onun  qradonaçalnikinə  həvalə  edildi. 

Eyni zamanda hakimiyyət orqanları, neft sənayeçiləri və fəhlələrin nümayəndələri ilə birlikdə 

müşavirə keçirilməsini təklif etdilər. Bolşeviklərin ciddi əks-fəaliyyətinə baxmayaraq, bir 

sıra  müəssisələrdə müşavirəyə nümayəndələrin seçkisi keçirildi. Bu   müşavirə 1906-cı 

ilin  dekabrında  Peterburqda  keçirildi.  Burada  fəhlələrə  ancaq  onların  tələblərinin  neft 

sənayeçilərinin növbəti qurultayında nəzərdən keçirilməsi vəd olundu. 

Neft  Sənayesi  Fəhlələri  İttifaqının,  fəhlə  və  qulluqçuların  bir    sıra  digər 

həmkarlar təşkilatlarının yaradılması bu ilin mühüm had isəsi oldu. 

1906-cı il hərbi çıxışların fəallaşması ilə səciyyəvidir. Hərbi məhkəmə yanvar ayında 

1905-ci  ilin  oktyabrında  qaragüruhçuların  nümayişini  dağıtmaq  üstündə  həbs  olunmuş 

matrosları  cəzalandırmağa  cəhd  göstərdi.  Lakin  Bakı  fəhlələri  dənizçilərin  mühakimə 

edilməsinə  qarşı  öz  güclü  səsini  qaldırdı.  Məhkəmə  3  matrosa  bəraət,  qalanlarına  isə 

qısamüddətli həbs cəzası verməyə məcbur oldu. 

1906-cı  ilin  əvvəlində  Xəzər  hərbi  donanmasının  hissələri,  habelə  Samur 

alayının  əsgərləri  içərisində  həyəcanlar  baş  verdi.  Hakimiyyət  orqanları  dənizçilərə 

qarşı cəza tədbirləri gordü. 

Hissələrdə  ordunun  çarizmlə  mübarizə  üçün  xalqın  tərəfinə  keçməsi  zərurəti 

haqqında təbliğat aparılırdı. RSDFP BK, eserlər partiyasının Bakı Komitəsi və b. əsgər və 

zabitlər içərisində iş aparırdı. 

Qafqaz Hərbi Dairəsi qoşunlarının komandanı 1906-cı ilin oktyabrında Peterburqa 

məlumat verirdi ki, Bakı qarnizonu hissələri içərisində inqilab i təbliğat genişlənir. 

1906-cı  ildə  kəndli  hərəkatı  da  genişlənməkdə  davam  edirdi.  İlin  birinci 

yarısında bu hərəkat Azərbaycan qəzalarının çoxunu əhatə etmişdi. Kəndli həyəcanları 1905-ci 

ildəki şəkildə təzahür edirdi. 


 

 

104 



Nuxa,  Yelizavetpol,  Qazax,  Cavanşir,  Quba,  Göyçay  qəzalarında  və  Zaqatala 

dairəsində  qaçaqlar  fəallaşmışdı.  Nuxa  qəzasında  10  qaçaq  dəstəsi  fəaliyyət  göstərirdi. 

Zaqatala dairəsində  Qaçaq  Yusifin başçılıq  etdiyi  dəstə özünün  cəsarətli  hərəkətləri  ilə 

fərqlənirdi. Yelizavetpol qəzasında xəzinə kəndi Mingəçevirin sakinləri elliklə mübarizəyə 

qalxmışdılar.  Onlar  hər  hansı  hakimiyyəti  tanımadıqlarını  bildirib  hamılıqla  qaçaqlıq 

edirdilər.  Bu  qəzaya  qarşı  iri  cəza  dəstələri  göndərilmişdi,  əməliyyata  isə  general-

qubernator özü başçılıq edird i. 

Aqrar hərəkatın gedişində Cənubi Qafqaz kəndliləri arasında əlaqələr yaranırdı. 

Zaqatala  dairəsinin  kəndliləri  Tiflis  quberniyası  Sığnaq  və  Telav  qəzalarının,  habelə 

Dağıstan  vilayətinin  üsyan  qaldırmış  kəndlilərinə  kömək  göstərirdilər.  İrəvan 

quberniyasının  erməni  və  türk-müsəlman  kəndliləri  mülkədar  zülmünə  və  daşnakların 

törətdikləri özbaşınalıqlara qarşı birgə çıxış edirdilər. 

1907-ci  ildə bütövlükdə imperiyada inqilabi hərəkat kəskin surətdə zəiflədiyi 

bir vaxtda, Bakı fəhlələrinin tətil mübarizəsi kifayət qədər yüksək səviyyədə qalmaqda idi. 

Bu,  sahibkarlar  tərəfindən  dekabr  müqaviləsinin  pozulması  ilə  əlaqədar  fəhlələrin 

vəziyyətinin  xeyli pisləşməsi,  habelə neft sənayesində əlverişli  konyunktura və  Bakıda 

vəziyyətin  mürəkkəbləşməsindən  çəkinən  hakim  dairələrin  ehtiyatlı  siyasəti  ilə  izah 

olunurdu. 

Təkcə yanvarda Bakıda 7000 nəfərdən çox sənaye fəhləsinin iştirak etdiyi 32 

iqtisadi  tətil  baş  vermiş,  onların  tələblərində  həmkarlar  ittifaqları  və  mədən-zavod 

komissiyalarının hüquqlarının tanınması kimi məsələlər də ö z əksini tap mışdı. 

1907-ci  ilin  birinci  yarısında Azərbaycan  qəzalarında  fəhlələr  bir sıra güclü 

çıxışlar  keçirdilər.  Fevralın  6-da  Gədəbəy  misəritmə  zavodunun,  mayın  əvvəllərində 

Nuxada  14  ipəksarıyıcı  və  ipəkəyirici  fabrikində  1150  nəfər  fəhlənin,  Şuşada bir sıra 

sənətkarlıq emalatxanaları fəhlələrin in tətili baş verdi. 

1907-c i  ilin  birinci  yarısında  Azərbaycanda  tətil 

mübarizəsin in 

kulminasiya  nöqtəsi  Xəzər  ticarət  donanması  dənizçilərin in  martın    9-dan  aprelin 

25-dək  davam  edən  tətili  oldu.  Çıxışa  sosial-de mokratla rın   və  əsasən  eserlərin 

təmsil olunduqları tətil ko mitəsi rəhbərlik ed irdi.  Hü mmətçi M.Hacıqasımov onun 

tərkib inə  daxil  idi.  "Hü mmət"  tətil  edən  azərbaycanlı  fəhlələr  içərisində  böyük 

təşviqat işi aparırdı. 

Tətil  ko mitəsi  bütün  Xəzər  ticarət  donanmasının  gəmi  ko mandaların ın 

vəziyyətini  iqtisadi  və  hüquqi-siyasi  aspektlərdən  əks  etdirən   48  bənddən  ibarət 

tələblərini işləyib hazırladı. 

Xəzərin  digər  liman larında  dayanan  gəmilərin   ko mandaları  da  ona 

qoşulduğu  üçün  tətil  ü mu mi  xarakter  daşıyırdı  və  Ümu mrusiya  əhəmiyyəti  kəsb 

edərək,  ölkənin  iqtisadi  həyatına  güclü  təsir  gös tərdi.  General-mayor  baron  fon 

Taube  başda  olmaqla   Ba kıya,  Pet rovska,  Krasnovodska,  Həştərxana  cəza  

ekspedisiyaları göndərildi, kütləvi repressiyalar başlandı.  

Bu  məsələ  II  Dövlət  Du masında  mü zakirə  olundu.  Bakı  fəh lələri  cəza 

tədbirlərinə etiraz olaraq aprelin  18-də 25  min lik siyasi tətil  keçirdilər.  Qara dəniz, 



 

 

105 



Petrovsk, Krasnovodsk, Həştərxan dənizç ilə ri, ö lkənin  digər sənaye  mər kəzlərin in 

fəhlələri  Bakı  dənizçiləri  ilə  həmrəy  olduqlarını  b ild ird ilər.  Tətil  beynəlxalq  əks -

səda  da  doğurmuşdu.  Tətilçilər  öz  tələb lərinin   müəyyən  qədər  təmin  ed ilməsinə 

nail o ldular. 

1  May  günü  Bakıda  iri  tətil  və  nümay işlərlə  keçd i.  Bu  gün  Gəncədə  də 

qeyd edildi. 

Mütləqiyyətin Azərbaycanda müstəmləkəçilik siyasəti və xalq hərəkatı ilə 

mübarizə  formalarından  biri  milli  nifaq  salmaq,  millətlərarası  toqquşmalar  təşkil 

etmək id i.  Həmin toqquşmalardan ilk ən böyüyü 1905-ci  il fevralın 6-9-da Bakıda 

təşkil o lundu. Çar höku mət orqanları milli ehtirasları qızışdırmaq üçün Azərbaycan 

və ermən i burjuaziyası arasındakı  müəyyən ziddiyyətlərdən bacarıqla  istifadə etdi. 

Polis və qoşunlar yüzlə rlə ada mın qurban getdiklə ri qanlı toqquşmalara  qarışmırdı. 

Bu amansız təxribat cəmiyyətin mütərəqqi qüvvələrinin dərin h iddətinə səbəb oldu. 

Şəhərdə ruhanilərin,  ziyalıların  iştirakı  ilə kütləv i nümay işlər,  mitinqlər  keçirilirdi. 

De mokratik  mətbuat,  sosial-de mokrat  təşkilat ları,  o  cü mlədən  "Hü mmət"  bu  işdə 

mühü m fəaliyyət göstərirdi. "Hü mmət"in A zərbaycan dilində buraxdığı  intibahnamə 

"Rədd olsun  mütləqiyyət!", "Yaşasın bütün  xalqların qardaşlığı!" şüarları  ilə  bitirdi.  Bu 

hadisələri törədən səbəbləri  araşdırmaq üçün sonralar yaradılan  komissiyada  çox-millətli 

Bakı  ziyalılarının  nümayəndələri  yerli  hakimiyyət  orqanlarının  iç  üzünü  açır,  çirkin 

əməllərini aşkarlayır, iki  xalqın düşmənçiliyi üçün digər sanballı səbəblər olmasını rədd 

edirdilər. 

M.Ə.Sabirin 1905-ci  ildə "Həyat" qəzetində dərc olunmuş "Beynəlmiləl" şeri 

xalqlar dostluğunun və birliyinin əsil himni kimi səslənirdi. 

Erməni-azərbaycanlı toqquşmaları yenidən 1906-cı ildə (Bakı,  Yelizavetpol və 

İrəvan  quberniyalarında)  təşkil  olundu.  Azərbaycan  mədəniyyətinin  görkəmli 

nümayəndələri  H.Zərdabi,  F.Köçərli,  N.Vəzirov,  Ə.Ağayev,  Ü.Hacıbəyov,  H.Minasazov, 

Ə.Topçubaşov,  M.Şahtaxtinski,  Z.Sultanov  və  b.  bu  hadisələri  böyük  bir  bəla  kimi 

qiymətləndirir, mətbuatdakı çıxışları ilə onların təxribatçı xarakterini açıqlayır, hər vasitə 

ilə  bu  amansız  və  mənasız  ədavətə  son  qoymağa  çalışırdılar.  Hökumətin  milli  ədavəti 

qızışdırmaq  siyasətin in,  mürtəce  millətçi  təbliğatın  ifşası,  tərəqqi  və  azadlıq  uğrunda 

xalqlar  dostluğu, onların birliyi  ideyalarının  təbliği, "Molla  Nəsrəddin"  jurnalı  və onun 

redaktoru C. Məmmədquluzadənin fəaliyyətində ən aparıcı istiqamətlərdən biri idi. Xüsusi 

sosial-demokrat orqanı 

Dəvət-Qoç" qəzeti (1906) də bu məqsədlərə xidmət göstərirdi. 



Ə.Ağayev  Azərbaycan  xalqının  ünvanına  deyilən  hər  cür  böhtançı  fikirləri 

yerli və paytaxt mətbuatının səhifələrində hərarət və qızğınlıqla ifşa edirdi. 

Fevral hadisələrindən dərhal sonra Əhməd bəy Ağayev Bakı şəhər qlavası (meri) 

K.A.İretskiyə  müraciət  edərək,  baş  verən  faciəni  dayandırmaq  üçün  təcili  tədbirlər 

görülməsinin  vacibliyi  barədə  tələb  irəli  sürmüş,  qara  qüvvələrin  yeni  toqquşmalar 

törətmək  istəyinə  aid  xəbərdarlıq  edərək,  şəhər  administrasiyasını  biganəlik  və  fəaliy-

yətsizlikdə  günahlandırırdı.  Ə.Ağayev  hər  iki  tərəfin  iştirakı  ilə  fövqəladə  iclas 

keçirməyin,  görkəmli  ziyalı  nümayəndələri  və din  xadimlərinin  də  xalqa  müraciətinin 



 

 

106 



vacibliyini  İretskinin  diqqətinə  çatdırıb  vurğulamışdı.  Gərgin  fevral  günlərində 

Ə.Ağayev  qələm  əhlinin  bu  hadisələrdə  mühüm  rolu  haqqmda  "Kaspi"  qəzetində 

məqalələr  çap  etdirərək,  mətbuatı  ilk  növbədə  faciənin  əsil səbəblərini üzə çıxarmağa, 

emosiyalara  uymamağa  və  obyektivliyi  saxlamağa  borclu  saydığını  bildirirdi.  Onun 

fikrincə,  bu  faciəni  törədənlər  və  onun  bilavasitə  iştirakçıları  cəmiyyət  qarşısında 

günahlarını etiraf edib qanunla cəzalandırılmalıd ırlar

73



Millətlərarası  münasibətlərin  tənzimlənməsi  məqsədilə  ictimai  təşkilatların 



yaradılmasında  da  Ə.Ağayevin  rolu  böyük  idi.  1905-ci  ilin  iyun  ayında  şəhər  duması 

"əhalinin  barışdırılması  üçün  Bakı  ko mitəsi"  təşkil  etdi

74

.  Komitədə  duma  üzvləri  ilə 



yanaşı, həm də şəhər əhalisinin bir çox nümayəndəsi təmsil olunmuşdu. Toqquş malar 

nəticəsində zərərçəkənlərə maddi yardım göstərilməsi ilə yanaşı, yerli və Ümumrusiya 

mətbuatı  vasitəsilə  millətlərarası  sülh  çağırışları  yaymaq  və  baş  vermiş  insidentlərin 

mahiyyətini  araşdırmaq  komitənin  vəzifələrinə  daxil  idi  və  onun  sədri  şəhər  qlavası 

vəzifələrini icra edən K.Səfərəliyev təyin olunmuşdu. 

Azərbaycan  ictimaiyyətini  burada  Ə.Topçubaşov,  M.Hacınski,  M.Muxtarov, 

İ.Hacıyev təmsil edirdilər. Ə.Ağayev isə bu komitənin redaksiya komissiyasına "Həyat" 

qəzetinin baş redaktoru kimi daxil idi

75



Cənubi Qafqaz şeyxülislamı axund Əbdülsalam Axundzadə və  diyarın müftisi 



Hüseyn Əfəndi Qayıbov əhali arasında böyük barışdırıcılıq işi görürdülər. H.Z.Tağıyev 

bu  toqquşmaların  əleyhinə  idi.  Onun  təşəbbüsü  və  rəhbərliyi  ilə  yaradılmış  yardım 

komissiyası zərər çəkən lərə kö mək edirdi. 

1905-1907-ci  illərin  güclü  xalq  hərəkatı  bir  sıra  səbəblər  üzündən  mövcud 

quruluşun dəyişdirilməsinə gətirib çıxarmadı. Hətta demokratizmin ilk cücərtiləri Dövlət 

dumasının  simasında  bürokratiyanın  güclü  müqavimətinə  rast  gəldi.  Mütləqiyyət 

hakimiyyəti  1907-ci  il  iyunun  3-də  Dumanı  qovaraq, demokratik  qüvvələrə qarşı qəti 

hücuma keçdi və onlara gərgin mübarizələr gedişində verilmiş  kiçik nailiyyətləri belə 

geri almağa başladı. 

Lakin  bunlara baxmayaraq,  1905-1907-ci  illərin  hadisələri  ölkənin  tarixində 

möhtəşəm  rol  oynadı,  bütün  dünyada  inqilabi  mübarizə  və  milli-azadlıq  hərəkatının 

yüksəlişinə böyük təsir göstərdi. 

Rusiya  ilə  həmsərhəd  Şərq  ölkələrində  -  İran,  Türkiyə  və  Çində  burjua 

inqilabları baş verdi. Rusiya inqilabının, xüsusən da Bakıdakı fəhlə hərəkatı və ictimai-

siyasi hadisələrin təsiri İranda daha tez və daha güclü şəkildə özünü büruzə verd i. 

Azərbaycan 

ziyalıları 

M.Ə.Sabir, 

N.Nərimanov, 

Ü.Hacıbəyov, 

H.M inasazov,  M.Rəsulzadə,  İ.Əbilov,  N.Şey xov  və  b.  Cənubi  Azərbaycanda 

Səttarxanın  başçılığ ı  altında  gedən  xalq  hərəkatına  rəğbət  bəsləyir,  onu  müdafiə 

edirdilər.  On lardan  bir  ço xu   Bakıdan  olan  fəhlə  dru jinaları  ilə  b irlikdə  bilavasitə 

hadisələrdə iştirak etmişdilər. 

İrtica A zərbaycanda bütün ölkədə olduğundan bir qədər gec hücuma keçə 

bildi.  Bakıda  tətil  hərəkatı  yüksək  səviyyədə  qalmaqda  davam  ed ird i.  Belə  ki, 

Bakıda təkcə  avqustda 20-dən ço x, bütövlükdə 1907-c i  ilin  ikinci yarısında isə  91 


 

 

107 



dəfə tətil baş vermiş, bunlarda 15 min nəfərdən çox adam iştirak etmişdi.  

Sentyabrın  29-da  hakimiyyət  orqanların ın  terrorçu luq  əməlinin  qurbanı 

olmuş hümmətçi fəhlə X.Səfərəliyevin dəfni ilə əlaqədar güclü nü mayiş baş verdi. 

1907-c i  ildə  digər  iri  siyasi  çıxış  noyabrın  22-də  II  Dövlət  du masının 

sosial-demokrat fra ksiyası üzərində aparılan  məhkəmə  günündə  keçirilən b irgünlük 

ümu mi siyasi tətil oldu. Burada 50 min nəfər iştirak ed irdi. 

Müşavirə  kampaniyası,  sahibkarlar  və  fəh lələr  arasında  danışıqların 

keçirilməsi  dövrün  nəzərə  çarpan  hadisəsi  oldu.  Bu  məsələdə  siyasi  partiyaların 

mövqeləri  eyni  deyild i.  Bo lşeviklər  müşavirən in  müəyyən  şərtlərlə  keçirilməsinə 

tərəfdar  çıxırdılar.  Menşeviklər  sahibkarlar  tərəfindən  heç  bir  təminat  verilmədən 

müşavirədə iştirak etmək  mövqeyində dururdular. Eserlər və daşnaklar  müşavirəni 

boykot etməyi təklif ed ird ilər.  Buna görə, habelə hakimiyyət orqanlarının bolşevik 

tələblərinə müqaviməti üzündən müşavirə pozuldu. 

1908-c i  ilin yazında,  müşavirənin pozu lmasından sonra, Ba kıda və ziyyət 

dəyişsə  də,  fəhlələr  öz  niyyətlərini  dəyiş məmişdilər.  1  May  50  min  nəfərdən  çox 

adamın iştirak etdiy i möhtəşəm ü mu mi siyasi tətillə qeyd olundu. 

1909-1910-cu illə rdə Bakın ı çulğa mış qaragüruhçu irt ica fəh lə hərə katın ın 

tənəzzülünə  gətirib  çıxardı.  1910-191-ci  illərdə  ay rı-ayrı  kiçik  müəssisələrdə 

seyrək tətillər baş verirdi. 

Böyük təzyiqlərə məruz qalmış partiya və həmkarlar orqanları 1911-ci ilin 

əvvəllərində öz fəaliyyətlərini bərpa etməyə başladılar. 

1912-c i il apre lin 4-də Sibirdə ki Lena qızıl mədənləri fəhlə lərinin 3 min lik 

nümayişinin  gülləbaran  edilməsi Rusiyada fəh lə hərəkatının yüksəlişinə güclü təkan 

verdi. Bütün ölkədən Bakı fəhlələrinin də iştirak etdikləri etiraz nümayiş və tətilləri dalğası 

keçdi. Azərbaycan  qəzalarında  da  fəhlələr  hərəkətə  gəlirdi.  Aprelin  5-8-də  Xaçmaz 

rayonunda Şollar-Bakı su kəmərinin inşaatçıları tətil etdilər. Onlar İngiltərə "Qriffıs və K°" 

firmasından əmək haqqının artırılması və iş gününün qısaldılmasını tələb edirdilər. 

Mayın 7-də Nuxanın ipək emalı müəssisələri fəhlələrinin elan etdiyi, mayın 12-

də ümumi  xarakter alan tətildə 6 min nəfər iştirak edirdi. Mayın 15-dək davam edən və 

fəhlələrlə sahibkarlar arasında saziş imzalanması ilə başa çatan bu çıxış o dövrdə Rusiya 

ipəkçilik sənayesində ən iri tətil idi. 

1912-ci ilin yayı və qışında Bakının ayrı-ayrı müəssisələrində yeni etirazlar baş 

qaldırdı. Dekabrda mətbəə fəhlələrinin Zaqafqaziya fəhlə hərəkatında mühüm hadisə kimi 

tarixə düşmüş ümumi tətili keçirild i. 

Sentyabrda  Nuxa  ipəksarıyıcıları  yenidən  işi  dayandırdılar.  Burada  baş  verən 

həyəcanlar  heç  dekabrda  da  səngiməmişdi.  Elə  həmin  ildə  Gədəbəy  mis  mədəni  və 

misəritmə zavodunda fəhlə tətilləri baş verdi. 

1910-1912-ci  illərdə  istismarçılara  və  çar  hakimiyyətinə  qarşı  yeni  kəndli 

çıxışları  müşahidə  olunmuşdu.  Kəndli  həyəcanları  Yelizavetpol,  Nuxa,  Şuşa,  Qazax, 

Cavanşir, Şamaxı,  Cavad, Lənkəran, Bakı, Naxçıvan qəzalarında və Zaqatala dairəsində 

baş verirdi. Yelizavetpol qəzasında Qatır Məmməd, Kərbəlayı Ələsgər, Məşədi  Yolçu, 


 

 

108 



Qandal Nağının başçılıq etdikləri qaçaq hərəkatı geniş miqyas almışdı. 1914-cü ildə Qatır 

Məmməd həbs olundu və İrkutsk quberniyasına sürgün edildi. 

Azərbaycan  fəhlə  hərəkatında  yeni  mərhələ  olan,  1913-cü  ilin  yazından 

etibarən  Bakıda  artmaqda  olan  etiraz  hərəkatı,  yayda,  "Xəzər-Qara  dəniz  cəmiyyəti" 

fəhlələrinin iyulun 16-da başlayan tətili ilə ü mu mi xarakter almağa başladı. 

Nümayəndələri  tətil  komitəsinə  daxil  olmuş  Bakı  neftçilərinin  həmkarlar 

ittifaqı,  siyasi  partiyalar  və  təşkilatlar  (sosial-demokrat,  eser)  ümumi  çıxışa  hazırlıq 

görürdülər. Tətil komitəsinin çağırışı ilə iyulun 25-də ümumi tətil başladı. Hərəkatın ön 

sırasında mədən fəhlələri - Bakı fəhlələrinin ən məzlu m hissəsi gedirdi. 

İşlənib hazırlanmış tələblər (cəmisi 45 maddə) Bakının neftçi fəhlələrinin həm 

iqtisadi  ehtiyaclarını,  həm  də  onların  vəziyyətinin  siyasi-hüquqi  aspektlərin i  əks 

etdirirdi. 

Avqustun başlanğıcına yaxın tətildə  30  min nəfərədək  fəhlə  iştirak edirdi, sonra 

proletariatın digər dəstələri də ona qoşulmağa başladı. 

Ümumi  tətilin hazırlanmasında  Qazı  Məhəmməd  Ağasıyev,  M.Məmmədyarov, 

S.D.Yaqubov, P.A.Qraçov, A.Q.Dolidze, Y Y. Razmaçayev və b. fəal iştirak edirdilər. 

Tətil  günlərində  qabaqcıl  fəhlələrdən  Rzaqulu  bəy  Səməd  bəy  oğlu,  Pyotr 

Dyomin,  Qurban  Həsən  oğlu,  Novruzəli  Səfərəli  oğlu,  Sadıq  Mövlud  oğlu,  İsmayıl 

İbrahim oğlu, Pavel Piskunov, İbadulla Məmməd oğlu, Vasili Xarlamov və başqaları fəhlələr 

içərisində geniş təşviqat işi aparırd ılar. 

Tətil komitəsi Azərbaycan və rus dillərində bir sıra vərəqə və nıüraciətnamələr 

nəşr etdirdi. Bakı fəhlələrinin Rusiya sənayesi və nəqliyyatının yanacaq təchizatını təhlükə 

altında qoyan tətili yu xarı hökumət dairələrində böyük həyəcan doğurdu. Lap əvvəldən bu 

tətil hökumətin  cəza tədbirləri  ilə  müşayiət olunurdu.  Polis sahibkarlarla  tətilçilərin dinc 

danışıqlarına  qarışır,  onları  işdən  çıxarır,  kazarmalardan  bayıra  atır,  döyür  və  s.  cəza 

tədbirlərini  həyata  keçirirdi.  Hakimiyyət  orqanları  elektrik  stansiyaları,  su  və  neft 

kəmərləri,  nəqliyyat  və  rabitədə  işlərin  dayandırılmasına  yol  verməmək  üçün  tədbirlər 

görürdü. 

Tətilçilərin, demək olar ki, bütün siyasi tələbləri rədd olunurdu. Menşeviklər, o 

cümlədən Dövlət dumasının tətil günlərində Bakıya gəlmiş üzvləri Skobelov və Çxeidze 

də  fəhlələri  siyasi  tələblərdən  imtina  etməyə  çağırır,  fabrik  müfəttişliyi  barışdıncı  siyasət 

yürüdürdü. 

Hakimiyyət  orqanları  tətili  rəhbərsiz  qoydular.  Tətil  komitəsi  tərkibinin 

əksəriyyəti, neftçilərin həmkarlar irtifaqlarının bir sıra üzvü həbs olundu. Lakin ümumi tətil 

ancaq oktyabrın 17-də başa çatdı. Onun nəticəsində neft sənayesində və onunla bağlı olan 

istehsalat  sahələrində  490  min  735  iş  günü  itirildi  ki,  bunun  da  74  faizdən  çoxu  ne ft 

hasilatının payına düşürdü. 

Tətilçilər bir sıra iqtisadi tələblərin (əmək haqqının artırılması, mənzil haqqı və 

mükafatların  verilməsi)  ödənilməsinə  nail  oldular.  Bu,  əslində  bütün  irtica  illərində 

fəhlələrin əlindən alınmışların geri qaytarılması demək idi. Sosial xarakterli bir sıra digər 

tələblər rədd olundu. 


 

 

109 



1913-cü  ilin  yay  tətili  Bakı  fəhlələrinin  çıxışlarını  yenidən  Rusiya  fəhlə 

hərəkatının ön sıralarına çəkd i. 

Bakıda tətil dalğasının, demək olar  ki, yatdığı dövrdə  - sentyabrda belə,  Bakı  neft 

sənayesi  rayonu  tətil  hərəkatının  intensivliyinə  görə  Peterburq  və  Moskva 

quberniyalarından sonra üçüncü yeri tuturdu. 

1913-cü  ildə  Zaqafqaziyada  baş   vermiş  tətillərin  sayının  94-ü  və  onların 

iştirakçılarının təxminən 96 faizi  Bakının payına düşürdü. Bakıdakı vəziyyət Azərbaycan 

qəzaları  fəhlələrinə də təsir göstərirdi.  İyulun  23-də  Nuxanın  ipəksarıma  fabriklərindən 

birində 300 nəfərin iştirak etdiy i tətil baş verdi. 

Bakı tətili Qafqaz və Orta Asiyada fəhlə hərəkatının inkişafına şərait yaratdı. Bu, 

1914-cü ilin yazı və yayında Bakı fəhlələrinin yeni böyük çıxışını şərtləndirdi. Bu ilin 5 ayı 

ərzində  Bakıda  iştirakçılarının  sayı  19  min  nəfərdən  çox  olan  75  fəhlə  tətili  baş 

vermişdi. 

Ümumi  tətilə  geniş  hazırlıq  işləri  başlandı.  Mayın  ortalarında  sosial-

demokratlar və eserlərdən ibarət iki (əsas və ehtiyat) tətil ko mitəsi təşkil edildi. Bütün 

mədən  fəhlələrinin  95  faizi  ümumi  tətilə  tərəfdar  çıxırdı.  Hakimiyyət  orqanları 

hadisələrin inkişafının qarşısını almağa cəhd göstərdi. Mayın 23-ü və 26-da birinci tətil 

komitəsinin bir  çox  üzvü  həbs olundu,  rəhbərlik  ikinci  komitəyə  keçdi.  Neft sənayesi 

fəhlələri həmkarlar ittifaqı ümumi tətilə hazırlıq işində fəal iştirak edird i. 

Bakı  ətrafında  başlanan,  fəhlələr  içərisində  güclü  həyəcan  doğuran  vəba 

epidemiyası  tətilin  elan  edilməsi  üçün  bəhanə  oldu.  Neftçilərin  həmkarlar  ittifaqının 

fəhlə  qəsəbələrinin  tikilməsi  tələbinə  neft  sənayeçiləri  qurultayı  Şurası  rədd  cavabı 

verdi. Tətil komitəsi mayın 27-də tətilə çağıran vərəqə buraxd ı, may ın 28-də isə fəhlə 

müvəkkillərinin  iştirakı  ilə  Bakı  fəhlələrinin  60-dan  çox  maddəsi  olan  ümumi 

tələblərini işləyib hazırladı. Onlar bir çox hallarda bundan əvvəlki ü mumi tətil dövründə 

irəli sürülmüş tələblərlə səsləşir, eyni zamanda yeni məzmunu ilə fərqlənirdi.  

Nəinki  Bakı,  eləcə  də  bütün  Rusiya  fəhlə  hərəkatı  iqtisadi  və  hüquqi 

tələblərin belə geniş  dairəsini o  vaxtadək  hələ  görməmişdi.  Onlar  çıxışa  daha  geniş 

tutumlu xa rakte r verirdi. 

Tətilin  ən  qızğın  dövründə  1914-cü  il  iyunun  1-də  iştirakçıların  sayı 

təxminən  40  min  nəfərə  çatmışdı.  1913-cü  ildə  olduğu  kimi,  öndə  neft  mədənləri 

(xüsusən  də  iri  firmalara  məxsus  mədənlərin)  fəhlələri  gedirdi.  Hərəkat  bütün 

Rusiyada gur əks-səda oyatdı. 

Yerli  sahibkarlar,  həmçinin  mərkəzi  höku mət  təqdim  olunan  tələblərin 

şişirdild iyini  bildirir,  buna  görə  də  onların  yerinə  yetirilməsin i  qeyri-mü mkün 

sayırdı.  Cəza  aparatı  işə  salındı.  IV  Döv lət  Dumasının  Bakı  quberniyasından olan 

deputatı,  Bakıya  gəlmiş  sosial-demokrat  (menşevik)  Skobelev   tətilə  sırf  iqtisadi 

xara kter verməyə ça lışırdı. 

Tətilç ilərin yekd il  inadkarlığ ı hakimiyyət orqanlarının  daha qəti tədbirlər 

görməsinə  təkan  verdi.  İyunun  25-də  Bakıda  hərbi  vəziyyət  tətbiq  olundu. 

Tətilçilər  həbsxanalara  salınır,  mədən  kazarmalarındakı  mən zillərindən  bayıra 


 

 

110 



atılır, Bakıdan çıxarılır, yaxud  kənara (o cümlədən də Cənubi Azərbaycandan olan 

fəhlələri) göndərilird i.  

Məktəblərin,  ticarət  müəssisələrinin,  tərsanələrin,  elektrik  stansiyalarının 

və başqa sahələrin işçiləri tətilçi neftçilərlə həmrəy olduqların ı nü mayiş etdirird ilər. 

Bakı  tətili  Rusiya  fəhlə   hərəkat ının  yeni  mərhə ləsinin  başlanğıcı  oldu. 

Peterburq  müəssisələrində  bakılı  qardaşların  müdafiəsinə  yönəlmiş  həmrəylik 

çıxışları möhtəşəm miqyas aldı. Piter və Bakı hadisələri bütün Rusiya proletariatın ı 

hərəkətə gətirdi. 

İyulun  birinci  yarısında  Peterburq  və  Bakı  fəh lələri  ilə  həmrəylik 

hərəkatında  510  min  nəfərdən  çox  adam  iştirak  etmişdi.  Ölkən in  hər  tərəfindən 

Bakıda  tətil  edənlərə  yardım  fondu  üçün pul  vəsaiti  g əlird i.  Tətili  yatırmaq  üçün 

çarın  daxili  işlər  nazirin in  müavini,  fövqəladə  səlahiyyətlər  verilmiş 

V.F.Cunkovski Bakıya ezam o lundu, şəhərə xey li hərbi qüvv ə yeridildi. 

Ağır  maddi  məhru miyyətlər  və  Birinci  dünya  müharibəsinin  başlanması 

ilə  dərinləşən  amansız  repressiyalar  şəraitində  Bakı  fəhlələri  ü mu mi  tətili 

dayandırmalı  oldula r.  İki  ay  ərzində  tətildə  neft  hasilatı  fəhlələrinin  87,4  faizi, 

podrat qazıması fəhlələrinin  62,6 faizi, neftayırma sahəsində çalışanların  95  faizi, 

mexaniki istehsalat fəhlələrinin isə 84,1 faizi  iştirak etmişdi.  Bu dövr ərzində Bakı 

neft  sənayesində  1913-cü   il  tətili  dövründəkinə  nisbətən  3  dəfə  ço x  iş  günü 

itirilmişdi. 

1914-cü  ildə  önündə  Peterburq  və  Bakı  fəhlələ ri  gedən  tətil  hərəkatı, 

Rusiyada  baş  verən  digər  ictimai-siyasi  hadisələr  inqilabın  yaxınlaşdığını  xəbər 

verird i. 

 

 



 

 

 



 


Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin