A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I


§ 4. ƏDƏBİYYAT, ELM VƏ İNCƏSƏNƏT



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix05.03.2017
ölçüsü5,84 Mb.
#10118
1   ...   13   14   15   16   17   18   19   20   ...   39
§ 4. ƏDƏBİYYAT, ELM VƏ İNCƏSƏNƏT 

 

XX  əsrin  əvvəllərində  Azərbaycan  ədəbiyyatı  da  olduqca  çoxcəhətli  id i. 



Bu dövrün ədəbiyyatında ço x mühü m hadisə o id i ki, ədəbiyyatda xalq  kütlələrin in 

azadlıq  istəyi,  inqilabi  hərəkatın   güclən məsi,  milli  şüurun  güclü  oyanışı  ilə 

əlaqədar olaraq tənqidi realizm aparıcı istiqamətə çevrilmişdi.  Bu  istiqamətin əsas 

mey li  mütləqiyyətin  mövcud  dövlət  quruluşunu  ifşa  etməkdən,  qabaqcıl  ictimai 

ideyaları yay maqdan ibarət id i. 

Realist  Azərbaycan  ədəbiyyatında  xalq  möv zusu  mərkəzi  yer  tuturdu. 

Realistlər  zəh mətkeşlərin  həyatını  olduğu  kimi  işıqlandırmağa  çalışır,  xalq ın  ən 

yaxşı  oğullannın   obrazını  yaradır,  onların  vətənpərvərlik  və  qəhrəmanlıq 

ənənələrini  əks  etdirir,  xalq ı  azad lıq   mübarizəsinə  çağ ırırd ılar.  Realist  ədəbiyyat 

ailə  probleminə,  qadınların  hüquqsuzluğu,  maarifin  təbliği,  cahilliy in,  fanatizmin  

tənqidinə və s. məsələlərə böyük diqqət yetirir, onları mühü m ictimai -siyasi cəhətlə 

sıx əlaqədə nəzərdən keçirird i. 

XX əsrin əvvəlinin realizmi A zərbaycanın klassik ədəbiyyatının qabaqcıl 

ənənələrinə  və  şifah i  xalq   yaradıcılığına  əsaslanırd ı.  XX  əsrin   realist  yazıçıları 

Xaqani və Nizamin in, Fü zuli, Vaq if və A xundovun irsinə yaradıcı surətdə müraciət 

edir,  bu  klassiklərin  ədəbiyyata  gətirdikləri  müsbət  və  qabaqcıl  ideyaları  qəbul 

edirdilər. Onlar eyni zamanda Şərq, rus və Qərb i Avropa ədəbiyyatını öyrənir, Ho-

me rin,  Firdovsinin,  Xəyya mın,  Sədin in,  Ha fizin,  Şekspirin,  Puşkinin  və  Qoqolun 

yaradıcılığ ına  müraciət  edirdilər.  A mma  ədəbiyyatda  rus  ədəbiyyatının  təsiri  ilə 

yaranan meyillər ö zünü daha qabarıq şəkildə büru zə verirdi. 

Azərbaycan  tənqidi  realizminin  korifeylərindən  biri,  M.F.A xundo vun 

realist  ənənələrini  davam  etdirən  Cəlil  Məmmədquluzadə  publisist  fəaliyyəti  ilə 

yanaşı, bir sıra parlaq bədii əsərlər yaratmışdı. 

C.Məmmədquluzadə  Azərbaycan  ədəbiyyatında  realist  hekayəçiliy in 

əsasını qoyanlardan biridir. Onun "Usta Zeynal", "Poçt qutusu", "Qurbanəli bəy", 

"İranda  hürriyyət"  və başqa  psixo loji  hekayə  və  novellaları  ədəbiyyatımızın  qızıl 

fonduna  daxil  o lmuşdur.  Yazıçının  ən  yaxş ı  əsərləri  xalqda  özbaşınalığa  və 

hüquqsuzluğa  qarşı  etiraz  hissləri  oyadır,  ədalətli  gələcəyə  ü midi 

möhkəmləndirirdi.  C.Məmmədquluzadənin  köhnə  dünyaya,  çar  hakimiyyətinə, 

Qərb  imperializminə və  Şərq  despotizminə qarşı ən  kəskin silahı satira  idi. Onun 

felyetonları  nəin ki  Azərbaycanda,  həmçin in  çar  Rusiyasında  və  onun 

hüdudlarından  kənarda  da  böyük  müvəffəq iyyət  qazanaraq,  özünün  siyasi 

kəskin liy i,  möv zu  aktuallığı  və  ko mpozisiyasındakı  ustalığı  ilə  həmişə 

fərqlən mişdi. 

C.Məmmədquluzadə  1917-ci  ildə  yazdığ ı  "Cü mhuriyyət"  əsərində  xalq 

hakimiyyətinin   -  demokratik  respublikanın   tələb lərini  irə li  sürmüş,  "Anamın 

kitabı"   (1919)  pyesində  isə  öz  həmvətənlərində  milli  qürur  hissi  tərbiyə  etməyə 

çalış mışdı.  Mütəfəkkir  ya zıçı,  gözəl  söz  ustası,  istedadlı  publisist  və  redaktor 



 

 

195 



C.Məmmədquluzadə Şərqin ən görkəmli şəxslərindən biri idi.  

XX əsr Azərbaycan ədəbiyyatında realist istiqamətin inkişafında dahi xalq 

şairi  Mirzə  Ələkbər  Sabirin  müstəsna  rolu  olmuşdur.  Onun  şeirləri  zəh mə tkeş 

kütlələrin  istək və arzularını, azadlıq  ideyalarını tərənnüm edən  xalq poeziyasıdır. 

1905-1907-c i  illərin  ictima i-siyasi  hadisələri  Sabirin  dünyagörüşünə  böyük  təsir 

göstərmişdi.  "Molla  Nəsrəddin"  jurnalının  ilk  saylarından  Sabir  onun  ən  fəal 

müəlliflərindən biri olmuşdu. 1906-1911-ci illər - şairin yaradıcılığının ən yetkin və 

ən məhsuldar dövrü "Molla Nəsrəddin"lə bağlıdır. 

Novator  şair  o lan  Sabir  realizminin  can ı  hu manizm  və  azadlıq 

ideyalarında idi.  Bakıxanov, Zakir və Şirvanin in ənənələrini davam etdirən böyük 

sənətkar  Azərbaycanda  satirik  poeziyanı  yeni  zirvələrə  qald ırmışdı.  Tədqiqatçılar 

Sabir  satirasının   Saltıkov-Şedrin,  Nekrasov,  Beranje,  Heyne  satirası  ilə  ideya 

birliy ini qeyd edirlər. 

Sabir  ən  yaxşı  əsərlərin i  xalqa  həsr  etmişdi.  Odur  ki,  onun  şeirlərin in 

kəskin  sosial  xarakter  daşıması  təsadüfi  deyil.  Şair  kəndlilərin  və  fəh lələrin  ağ ır 

həyatını təsvir edərək, ictimai ədalətsizliyə qarşı etiraz səsini ucaldırdı.  

Rusiyada  və  Şərqdə  baş  verən  mühü m  ictimai-siyasi  hadisələr  şairin 

diqqətindən  yayınmırdı.  O,  fəhlələri  mübarizəyə  çağırır.  Dövlət  Du masının 

fəaliyyətini satira atəşinə tutur, çar məmurlarının özbaşınalığını və rüşvətxorluğunu 

ifşa edird i. 

Sabir  ö z  əsərlərində  İranda  və  Türkiyədə  mütləq iyyət  quruluşunu  kəskin 

tənqid edir,  Şərq ölkələrində şah və sultan rejimlərinə qarşı, Şərq  xalqların ı əsarət  

altına  almağa  çalışan  imperialistlərə  qarşı  yönəldilmiş  xalq-azad lıq  hərəkatını 

alqışlayırdı. 

1911-c i  ildə  ağ ır  xəstəlikdən  sonra  Şa ma xıda   vəfat  et miş  böyük  satirik 

şairin ilk kitabı 1912-ci ildə "Hophopnamə" adı ilə nəşr olun muşdur. 

Sovet  Azərbaycanında  dəfələrlə  çap  ed ilən  " Hophopnamə"  İranda, 

Türkiyədə və İraqda da nəşr olun muşdur. Bu, bir daha sübut edir ki, indi də şair öz 

ruhlandırıcı sözləri ilə  xalq lara azadlıq və istiqlaliyyət uğrunda mübarizədə  kö mək 

edir. 


XX əsrin  əvvəllərində N. Nərima movun ədəbi yaradıcılığ ı əsasən publisist 

istiqamət  almışdı.  O,  ö zünün  məqalə  və  felyetonlarında  Rusiya  zəh mətkeşlərin in 

ən rəzil düşməni hesab etdiyi mütləq iyyətə qarşı çıxırdı. 

N.Nərimanovun  qələminin   məhsulu  olan  və  bədii  ədəbiyyatda 

özünəməxsus yer tutan əsərlərindən biri də onun "Pir" povesti id i  (1913).  1915-ci 

ildə  isə  o,  ad i  insanların   ağır  həyatından  bəhs  edən  "Bir  kəndin  sərgüzəşti" 

hekayəsini nəşr etdirmişdir. 

XX  əsr  Azərbaycan  ədəbiyyatında  realizmin  inkişafında  Ə.Haq-



verdiyevin  əsərlərin in  də  böyük  rolu  o lmuşdur.  1901-c i  ildə  "Pəri  cadu"  pyesini 

başa  çatdıran  Ə.  Haqverdiyev  1907-ci  ildə  ən  böyük  əsərlərindən  biri  -  "Ağa 

Məhəmməd  şah  Qacar"  faciəsini  tamamlamışdı.  Bu  əsərində  o,  böyük  ustalıqla 


 

 

196 



zülmkar şah obrazı yaratmış, İrandakı despotik quruluşu tənqid atəşinə tutmuşdur. 

Bu  əsər  uzun  müddət  A zərbaycan  teatr  səhnəsindən  düşməmiş  və  böyük  şöhrət 

qazanmışdı. 

Ə.Haqverdiyevin  digər  pyesi  -  "Xəyalat"  M.F.A xundovun  həyat  və 

yaradıcılığ ına həsr olun muşdur. 1905-ci, 1905-1911-ci illərdə yazıçı b ir neçə başqa 

dram  əsəri  də   yazmışdı.  Ə.Haqverdiyevin  nəsr  əsərlə ri  içəris ində  "Molla  

Nəsrəddin" jurnalın ın səhifələrində çap olunan "Cəhənnəm  məkrubları", "Mozalan 

bəyin  səyahətnaməsi",  "Marallarım",  "Bo mba",  "Şey x  Şaban"  əsərləri  möv zu 

aktuallığı, yüksək bədii dəyərlə ri  ilə  fə rqlənir və  klassik A zərbaycan nəsrinin ço x 

qiymətli incilərindən sayılır. 

Ə.Haqverdiyevin  hekayələrində  mövcud  quruluş un  çirkinlikləri,  çar 

məmu rlarının  və  başqa  zülmkarların  bəd  əməlləri,  ikiüzlü  və  tən bəl  simalar 

məharətlə açılıb tənqid edilir, xalqlar dostluğu ideyaları və s. böyük yer tuturdu. 

Realist yazıçılar sırasına 1904-1907-ci illərdə qəzet və ju rnal səhifələrində 

xeyli şer, felyeton və məqalələri çap olun muş Məmməd Səid Ordubadi də daxil idi. O, 

"Molla  Nəsrəddin"  jurnalında  xüsusilə  fəal  iştirak  edird i.  1907-ci  ildə  Ordubadinin 

şeirlər  külliyyatı  nəşr olunmuşdu.  Həmin  ildə  o, "Bədbəxt  milyonçu"  əsərini  çap  et-

dirmiş, milli roman yaratmaq yolunda qələmini sınamışdı. 

"Molla Nəsrəddin" jurnalı ilə realist yazıçılardan Əliqulu Nəcəfov Qəmküsar da 

fəal  əməkdaşlıq edirdi.  Onun  Sabir yaradıcılığının  təsiri  altında yazdığı satirik  əsərləri 

özünün həyatiliyi və mübarizliyi ilə fərqlənirdi. Şairin bir çox şerləri İran və Türkiyədə 

baş vermiş inqilabi hadisələrə həsr olun muşdu. 

Bu məktəbin nümayəndələrindən biri də Əli Nəzmi olmuşdur. Dövrünün bir 

çox  sosial  və  ictimai-siyasi  problemlərinə  toxunan şair "Molla  Nəsrəddin"  jurnalında 

satirik  şeir  və  felyetonlarla  çıxış  etmişdi.  Uzun  illər  boyu  jurnalın  ətrafına  cəmləşmiş 

yazıçı və şairlər arasında realist maarifçi və məşhur yazıçı Süleyman Sani Axundov da var 

idi. S.S.Axundov 1905-ci il hadisələrinin təsiri altında yazılmış əsərlərində, o cümlədən 

"Yuxu" və "Qonaqlıq" hekayələrində xalq hakimiyyəti ideyasını təbliğ edirdi. "Dibdat 

bəy"  pyesində  o,  Peterburq  tələbələrinin  çarizmə  qarşı  inqilabi  çıxışlarını  rəğbətlə 

təsvir edir, Dövlət Dumasının fəaliyyətini tənqid atəşinə tuturdu. 1912-1913-cü illərdə 

yazılmış  "Qorxulu  nağıllar" silsilə  hekayələrində  mövcud quruluşun  çatışmazlıqlarını, 

sosial ədalətsizliyi, dini fanatizmi ifşa edirdi. 

Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndəsi  kimi  tanınmış  yazıçı-

dramaturq Nəcəfbəy Vəzirov 1909-1912-ci illərdə də bir sıra əsərlər yazmış, onlarda ailə 

və  mənəviyyat  məsələlərinə  toxunmuş,  "Keçmişdə  qaçaqlar"  pyesində  isə  çar  üsuli-

idarəsinə, yerli əsarətçilərə öz nifrətini bildirmişdir. O, özünün publisist məqalə və felye-

tonlarında  (1905-1918-ci  illər)  xalqlar  dostluğunu  təbliğ  edir,  fəhlələrin  ağır  həyat 

şəraitinin mənzərəsini yaradır, İran despotizmini lənətləyib, Səttarxanın başçılıq etdiyi 

milli-a zadlıq hərəkatını alqışlayırd ı. 

1915-ci  ildə  ədəbi  fəaliyyətə  başlayan,  Birinci  dünya  müharibəsi  illərində 

Sabirin təsiri altında satirik şeirlər yazan C. Cabbarlı bir neçə dram əsəri, o cümlədən 


 

 

197 



"Solğun  çiçəklər"  pyesini  yazmışdı.İlk  pyeslərində  dramaturq  ictimai  ədalətsizlik 

şəraitində qadınların acı həyatını təsvir edirdi. Onun "Nəsrəddin şah" (1916-1918-ci illər) 

pyesi  İrandakı  qəddarlığa  və  zülmə  qarşı  etirazın  bədii  ifadəsi  idi.  Bundan başqa, bu 

illərdə  yazdığı  b ir  sıra  hekayələr  içərisində  "Mənsur  və  Sitarə"  xüsusilə  qeyd 

edilməlidir. 

Öz  yaradıcılığ ının  ilk  illərində  Sultan  Məcid  Qənizadə  realist  ədəbiyyat 

mövqeyində  dayanmış,  XX  əsrin  əvvəllərində  yazdığ ı  "Allah  xofu"  (1906), 

"Qurban  bayramı"  (1907)  əsərlərində  fəhlələrin  acı  həyatını,  xalqın  azadlıq 

uğrunda mübarizəsini əks etdirmişdir. 

Bu  ədəbi  cərəyanın   görkəmli  nümayəndələrindən  biri  də  Yusif  Vəzir 



Çəmənzəminli  idi.  Onun  əsrin  əvvəllərində  yaratdığı  hekayələr  Azərbaycan  ədəbi 

nəsrinin  parlaq  nümunələri  idi.  Bu  hekayələrdə  müəllif  zəh mətkeşlərin  ağır 

vəziyyətini,  qadınların  acı  taleyini,  tələbə  həyatının  mən zərəsini  veri r,  çar 

məmu rlarının rüşvətxorluğunu ifşa edirdi. 



C.Hacıbəyovun  ədəbi  yaradıcılığında,  o  cü mlədən  1909-1911-ci  illərdə 

"Kaspi" qəzetində çap etdirdiyi " Hacı  Kərimin səhəri" povestində ədəbiyyatımızın 

realist  ənənələri  davam  etdirilmişdir.  1911-ci  ildə  bu  povest  Bakıda  kitabça 

şəklində, b ir qədər sonra isə  Vahab Ağaməlibəyovun tərcüməsində fransız d ilində 

nəşr  olunmuşdu.  Dahi  bəstəkar  Üzey ir  Hacıbəyov  "Məşədi  İbad"  librettosunu 

yazmaq üçün bu povestdən istifadə etmişdir.  

Molla nəsrəddinçilərin  mövqeyinə yaxın olan  mövqedən çıxış edənlərdən 

biri  də  Seyid  Hüseyn  idi.  O,  öz  hekayə  və  məqalələrində  mürtəce  qüvvələrin 

əleyhinə  çıxır,  qadın  azadlığı,  d ilin   təmizliyi  uğrunda  mübarizə  aparır,  ictimai 

bərabərsizliy i  ifşa  edir,  in kişafa  və  maariflən məyə  çağırırdı.  O,  bədii  yarad ıcılığa 

1907-c i ildə "Ata və oğul" hekayəsi ilə başla mışdır. Ya zıç ı " Həyat üçün incəsənət" 

nəzəriyyəsini müdafiə və təbliğ edirdi. 

Bu  dövrün  digər  ədəbi  cərəyanı  ro mantizm  və  onun  ən  görkəmli 

nümayəndəsi  Əli  bəy  Hüseynzadə  idi.  Şairlərdən  A.Müniri,  Ə.Müzn ib,  S.Mənsur 

və başqaları ona yaxın  mövqedə olmuşlar.  Ro mantiklərin  nümayəndələrinin ədəbi 

yaradıcılığ ında tarixi keç miş, din, xalqın azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi 

mövzu ları əsas yer tuturdu. 

Ə.Hüseynzadə özünün ədəbi-estetik baxışları ilə Azərbaycan ədəbiyyatına 

yeniliklər  gətirməyə  çalışırdı.  O,  lirik  şeriyyətin  yeni  formaları,  dastan  janrın ın 

dirçəlməsi  məsələləri  barəsində  danışırdı.  Ə.Hüseynzadə  tənqiddə  və  satirik 

əsərlərdə subyektivizmə  mən fi  münasibət bəsləyirdi.  O, belə hesab edirdi ki, şəxsi 

mü lahizələrə  görə  bu  və  ya  digər  müəllifi  gülünc  yerə  qoymaq  ciddi  ədəbiyyat 

üçün  nöqsandır.  Onun  fikrincə,  həqiqi  satira  ictimai  ideya  daşımalı,  şəxsi 

münasibətlərdən  doğan hisslərdən,  düşmənçilikdən  uzaq  olmalıdır.  Tənqid  hədəfi 

ayrı-ayrı  şəxslər  deyil,  xalqın  və  cəmiyyətin  nöqsanları  olmalıdır.  Ə.Hüseynzadə 

"Molla Nəsrəddin"i belə satirik  istiqamətin nü munəsi hesab edərək qeyd edirdi ki, 

jurnal gülüş, ironiya və satira qələmi vasitəsilə cəmiyyətin çatış mazlıqların ı, nöq-


 

 

198 



sanlarını  qeyd  etməlidir.  Müəllif  "Molla  Nəsrəddin"  gülüşünü  Qoqolun,  Sviftin, 

Dikkensin  kəskin  gülüşü  ilə  yanaşı  qoyurdu.  Ə.Hüseynzadə  məqalələrində  realist 

şair və yazıçıların əsərlərin i  müsbət qiymətləndirird i.  Onun publisistikasında Cəlil 

Məmmədqulu zadənin  realizmi  rəğbətlə  şərh  edilir,  Sabir  poeziyasının  ictimai 

məzmunu  təqdim  olunur,  həyatın  acı  həqiqətlərin i  açan  N.B.Vəzirovun  felye-

tonlarının əhə miyyəti dönə-dönə qeyd edilirdi. 

Bunlara  bənzər  notlar  Ə.Hüseynzadənin  "Əbdi-Qlaf‖  (A.P.Çexovun 

"Qılaflı  adam"  hekayəsinə  həsr  etdiyi)  povestdə  və  "Siyasəti-fürusət"  traktatında 

özünü göstərirdi. 

Ə.Hüseynzadə realizmin təqlidçi poeziyaya qarşı  mübarizədə rolunu dərk 

etməsinə  baxmayaraq,  yenə  də  ədəbiyyat  və  incəsənətdə  romantik  hərəkatın 

ideoloqu idi.  Başqa cərəyanlara da ögey  münasibət bəsləyən ədib mövcud ictimai 

şəraitdə qiyamçı etirazını əks etdirən, gələcəyə böyük ü mid lərlə dolu Qərb i Avropa 

romantizmin i  (Bayron,  Şiller  və   b.)  qiy mət ləndirmə klə   yanaşı,  bədbin  mücər rəd 

romantizmi də bəyənib müdafiə ed ir, onları dövrün məhsulu hesab edirdi. 

Ə.Hüseynzadənin  bədii  əsərlərinə  və  publisistikasına  azadlıq,  bərabərlik, 

sülh,  qardaşlıq  ideyaları  hop muşdur.  O,  çarizmi  və  Şərq  despotizmini,  feodal 

geriliy ini, d ini  fanatizmi tənqid atəşinə tuturdu. Bununla yanaşı, onun dilçilik ü zrə 

mövqeləri  mübahisə  və  polemika  səciyyəsi  daşıyırdı.  1909-cu  ildə  "Tərəqqi" 

qəzetində  dərc  olun muş  irihəcmli  " Yazımız,  d ilimiz,  ikinci  ilimiz"  adlı  məqaləsi 

böyük  mübahisələrə  səbəb  olmuşdu.  Bir  qədər  sonra  isə  Ə.Hüseynzadə  öz 

görüşlərinin səhv olduğunu etiraf edirdi. 

Ro mantiklərin   başqa  bir  qrupu  M.Hadi,  H.Cavid,  A.Səhhət,  A.Şaiq, 

A.Divanbəyoğlu  və  başqalarının  şəxsində  təmsil  olunmuşdu.  Onların 

yaradıcılığ ında realist ənənələr öz əksin i tapırd ı. 

Mütəfəkkir  şair  Məhəmməd   Hadinin  bədii  irsi  orijinal  yaradıcılıq 

xüsusiyyətlərinə  malik id i. O, Şərq, o cü mlədən Azərbaycan klas siklərin in bilicisi 

olub, Qərbi Avropa klassiklərinə böyük rəğbət bəsləyirdi.  O, Türkiyə ədəbiyyatına 

dərindən  bələd  idi,  mütərəqqi  şairlərdən  Tofiq  Fikrətin  və  Namiq  Kamalın 

şeirlərini ço x sevirdi. Onun poeziyasında azad lıq,  insanpərvərlik arzu ları, əsarətə, 

zora kılığa  və  ədalətsizliyə  qarşı  üsyankar  etira z  d iqqəti  cəlb  edir.  M.Had i  belə  

hesab edirdi  ki,  fikir və  ideya azad lığ ı sənətkar üçün ən müqəddəs işdir. O, əsarət 

altında  olan  xalq ların  ədalətsizlik  əleyhinə  apardığı  mübarizəyə  və  milli -azadlıq 

hərəkatına hüsn-rəğbət bəsləyən xeyli əsər yazmışdı. 

1905-1907-c i illərdə qüvvətli siyasi və  mədəni yüksəliş şəraitində Hadi öz 

şeirlərini  mü xtəlif  mətbuat  orqanlarında  çap  etdirirdi.  Şairin  bu  dövrdəki  əsərləri 

onu  realist  ədəbiyyata  yaxın laşdırırdı.  1908-ci  ildə  onun  şeirlərin in  ilk  külliyyatı 

"Firdovsi-ilha mat" adı altında çapdan çıxdı. Sonrakı  illərdə  Hadi poeziyası özünün 

döyüşkənlik ruhunu itird i, pessimizmə  meyilləndi. Türkiyədə  mütləqiyyət əleyhinə 

hərəkatdan ilham alan Hadi 1910-cu ildə İstanbula getmiş, bir sıra Türkiyə qəzet və 

jurnallarında  şeirlərini  çap  etdirmişdi.  Şa ir  Türkiyə  Sultanın ın  despotizminə  qarşı 


 

 

199 



çıxışlarına  görə  Solonikiyə  sürgün  edilmiş  və  1914-cü  ildə  Bakıya  qayıtmışdı. 

Uzun müddət sərgərdan həyat sürmək  Hadinin yaradıcılığ ında öz əksini tap mışdır. 

Şairin taleyinə düşmüş  Birinci dünya  müharibəsində üçillik cəbhə həyatı  xüsusilə 

faciəli  olmuşdu.  Hadinin   poeziyası  həddindən  artıq   fərd iliy i,  dilinin  qəlizliyi  ilə 

fərqlənirdi. O, ö mrünün sonunadək daima həqiqət axtaran şair olaraq qaldı.  

XX  əsrin   əvvəllərində  ro mantizmin  görkə mli  nü mayəndəsi  şair  və 

dramaturq Hüseyn Cavid Rəsizadə idi. 

H.Cavid in  ilk  şeirləri  əsasən  məhəbbət  lirikası  üstündə  köklən mişdi. 

1909-1912-c i  illərdə  yaratdığı  şeir  nümunələ rində  vətəndaş lıq  mövzusu  üstünlük 

təşkil edird i: çarizmin  milli zü lmü, mövcud quruluşun çatışmazlıqları, xalq içindən 

çıxmış  insanların  faciəsi  və  s.  Bunlarda  şairin  ö z  xalqının  tarixi  keçmişinə 

münasibəti də öz əksin i tap mışdır. 

Cavid in  ilk  şeirlər  kü lliyyatı  1913-cü  ildə  çapdan  çıxmışdı.  Bu  dövrdə 

Cavid in  yaradıcılığında  dramaturg iya  mühüm  yer  tuturdu.  O,  Azərbaycan 

ədəbiyyatında şeirlə yazılmış ilk dram əsərinin müəllifidir. 

Müəllif  "Ana"  (1913),  "Maral"  (1912)  və  "Şeyda"  (1917)  pyeslərində 

şəxsiyyətin  azadlığı  problemini  qaldırmış,  düzgünlük,  alicənablıq,  mərdlik  kimi  insani 

keyfiyyətləri  tərənnüm  etmiş,  ailə  münasibətlərində  köhnəlmiş  görüşləri  tənqid  atəşinə 

tutmuş, yeniliklə köhnəliyin arasında gedən kəskin mübarizəni göstərmişdi. Cəmiyyətdə 

olan ictimai əkslikləri nəzərdən keçirən Cavid belə bir  nəticəyə gəlmişdi ki, həqiqət yalnız 

mübarizə yolu ilə qalib gələ bilər, ona görə də mübariz olmaq gərəkd ir. 

Böyük ustalıqla yazılmış  "Şeyx  Sənan"  (1914)  kimi  əsəri  fanatizmə,  insanda 

olan ən ülvi hissin - məhəbbətin boğulmasına qarşı etiraz ifadə edən dərin fəlsəfi məzmunlu 

sənət incisidir. 

Cavid  yaradıcılığında  "İblis"  faciəsi  mühüm  yer  tutur.  Burada  dövrünün  bütün 

qəsbkar qüvvələrinin ümumiləşdirilmiş surətini yaratmış dramaturq hiyləgərliyə, zorakılığa, 

qəsbkar müharibələrə özünün n ifrətini izhar etmişdir. 

Cavid Azərbaycan dramaturgiyasında yeni mərhələnin əsasını qoydu, milli teatr 

mədəniyyətinin  inkişafına  güclü  təkan  verdi.  Onun  dramaturgiyasında  ümumbəşəri 

əhəmiyyətə malik olan vacib problemlər öz əksin i tapdı. 

Azərbaycan  poeziyasının  istedadlı  nümayəndələrindən biri  də  Abbas Səhhət 

idi.  Onun  lirik  əsərləri  vətənə  hədsiz  məhəbbətlə  yoğrulmuşdur.  Səhhət  Azərbaycan 

ədəbiyyatında vətən təbiətinin parlaq tərənnümçüsü, eyni zamanda ictimai çatışmazlıqların 

bacarıqlı tənqidçisi idi. Səhhət öz əsərlərini mü xtəlif qəzet və jurnallarda çap  etdirirdi. 

1912-ci  ildə onun şerlər külliyyatı çapdan çıxdı. 1908-1912-ci illərdə şair özünün ədəbi 

yaradıcılığında  mühüm  yer tutan  realist əsərlər yaratdı. "Əhmədin qeyrəti" poemasında 

şair  Bakı  fəhlələrinin  ağır  əmək  və  həyat  şəraitini,  Cənubi  Azərbaycan  əhalisinin  İran 

despotizminə qarşı  mübarizəsini əks etdirməyə  çalışmışdı.  Onun yaradıcılığında  xurafatın 

və dini  fanatizmin tənqidinə geniş yer  verilmişdi. A.Səhhət  eyni  zamanda uşaqlar üçün 

əsərlər (lirik şeirlər, pyeslər, təmsillər) yazmış görkəmli pedaqoq kimi də məş hur idi. 

Realist  və  romantik  meyillərin  çulğalaşması  Abdıılla  Şaiq  yaradıcılığı  üçün 


 

 

200 



səciyyəvidir. Onun bir sıra lirik şeirlərində köhnə dünya ilə barışmazlıq hiss olunur. Bunu 

"Məktub yetişmədi" hekayəsində daha parlaq şəkildə görürük. 

Uşaq ədəbiyyatının inkişafında A.Şaiqin böyük rolu olmuş, o, bu yaradıcılıqla 

1910-1911-ci illərdə daha çox fəallıq göstərmişdi. 

Uşaq  ədəbiyyatı  A.Səhhət,  A.Şaiq,  M.Ə.Sabir,  Cəlil  Məmmədquluzadə  və 

S.S.Axundovun  qələmindən  çıxmış  bir  sıra  əsərlər  sayəsində  XX  əsrin  əvvəllərində 

ədəbi fəaliyyətin müstəqil istiqaməti kimi meydana çıxdı. Sənətin bu çətin sahəsi gənc 

nəsildə vətən məhəbbəti, elmə, təbiətə sevgi, sosial ədalətsizliyə qarşı etiraz  hissləri 

aşılayıb, onları işıqlı gənclik kimi tərbiyə etmək istəyirdi. 

Öz  yaradıcı  fəaliyyətinə  1902-ci  ildə  başlamış  Abdulla  bəy  Divanbəyoğlu 

(Sübhanverdiyev)  romantik  yazıçı  idi.  O,  özünün  "Duman",  "Dan  ulduzu",  "Can 

yanğısı", "Cəng" və s. kimi povest və hekayələrində özbaşınalığı, zorakılığı ifşa hədəfi 

seçir, yoxsul Azərbaycan kəndlilərinin və ziyalılarının ağır həyatını təsvir edirdi. 

Haşım  bəy  Vəzirov  məişət  mövzusunda  bir  neçə  məzhəkə  yazmış,  çoxsaylı 

felyetonlarında  feodal-patriarxal  münasibətlərə,  şahidi  olduğu  müstəmləkə  üsuli-

idarəsinə qarşı tənqidi münasibət ifadə etmişdi. 

1913-cü  ildən  başlayaraq  şeirlərini  çap  etdirməyə  başlayan  istedadlı  şair 



Əhməd Cavadın ilk kitabı 1916-cı ildə nəşr olundu. Onun yaradıcılığı üçün romantik 

lirika səciyyəvi idi. 

Beləliklə,  XX  əsrin   əvvəllərində  mətbuat  və  ədəbiyyat  Azərbaycanın 

ictimai-siyasi və mədəni həyatını əks etdirir, 1905-1907-ci illər inqilabi hərəkatının təsiri 

altında mütləqiyyəti, polis sistemini, çarizmin milli-müstəmləkə zülmünü tənqid atəşinə 

tutur, zəhmətkeş kütlənin ağır iş şəraiti və güzəranına biganə qalmırdı. Bununla  yanaşı, 

mətbuat  və  ədəbiyyat  nümayəndələri  ölkənin  ictimai-siyasi  həyatında  baş  verən 

mühüm  hadisələrə  (17  Oktyabr  Manifesti,  Dövlət  duması  və  s.),  Rusiya  fəhlə 

hərəkatının  məqsəd  və  vəzifələrinə,  Rusiyanın  gələcək  dövlət  quruluşu  və  s. 

məsələlərə  mü xtəlif  mövqelərdən  yanaşırdılar.  Mətbuatda  və  ədəbiyyatda  rus  çariz-

minin, Qərb dövlətlərinin qəsbkar planlarının, həmçinin İran və Türkiyədə mütləqiyyət 

quruluşunun tənqidinə də geniş yer verilirdi. 

Bu dövrdə realist ədəbiyyat sürətlə inkişaf edir, romantik sənətkarlar yetişir, 

hətta simvolizm, futurizm kimi cərəyanlara qoşulanlar da olurdu. 

Qəzet  və  jurnalların  demək  olar  ki,  hər  sayında  mü xtəlif  ədəbiyyat 

məsələlərinə  dair  məqalələr  verilir,  onların  b ir  ço xunda  ədəbiyyat  və  incəsənət 

tənqidi  şöbələri  fəaliyyət  göstərirdi.  Bu  şöbələrdə  mü xtəlif  əsərlər  haqqında  ayrı-

ayrı  məqalələr,  tənqidi  xü lasələr  dərc  olunur,  ədəbiyyat  tarixi  və  nəzəriyyəsi 

məsələləri nəzərdən keçirilir, keçmiş irsə, ədəbi ənənələrə münasibətdə bədii sözün 

və sənətin tərbiyəvi ro lu qeyd olunurdu. 

Azərbaycanda  ədəbi  dil  problemləri  də  d iqqət  mərkəzində  id i.  Bu 

istiqamət in in kişafında  mütərəqqi ədəbiyyat, incəsənət və mətbuat xad imlərinin, o 

cümlədən  Ə.Haqverdiyev,  S.S.A xundov,  N.Vəzirov,  Ü.Hacıbəyov,  F.Köçərli, 

C.Məmmədquluzadə,  N.Nərimanov,  M.Ə.Sabirin  və  A.Səhhətin  böyük  xid məti 



 

 

201 



olmuşdu. 

"Molla  Nəsrəddin"  jurnalının  sadə,  asan  başa  düşülən  və  lakonik  dil 

üslubunun 

bu 


istiqamətdə 

böyük 


rolu  

olmuşdu. 

Onun 

redaktoru 



C.Məmmədquluzadənin  əsərlərinin  dili  də  əsil  xalq  dili  olub,  ədəbiyyata  milli 

dilimizin   zənginliyin i  gətirmişdi.  Bu  sahədə  Ü.Hacıbəyovun  da  ədəbi  və  musiqi 

əsərlərin in  mətn  (libretto)  dili,  jurnalistlik  fəaliyyəti  nümunə  ola  bilər.  O,  qəzet 

redaktoru kimi sadə, hamının başa düşə biləcəyi bir d ildə yazmağ ı tələb ed ir, ö zü 

də  bu  işdə  nümunə  göstərirdi.  Ü.Hacıbəyov  bu  istiqamətdə  gördüyü  işi  inkişaf 

etdirmək məqsədilə Ba kıda " Vətən dili" adlı qəzet nəşr et mək istəyird i.  

Azərbaycan dili elmi əsərlərin  də dilinə çevrilird i. Azərbaycan xalq  təhsili 

xadimlərinin  hazırlad ığı  dərs  vəsaitləri  də  doğma  dilin  ədəbi  normaların ın 

inkişafına xid mət ed irdi. 

Milli  mətbuat  orqanlarının  səhifələrində  Azərbaycan  ədəbi  dili  məsələsi 

üzrə  kəskin  mübahisələrə  yol  verilirdi.  Bu  istiqamətdə  H.Zərdabinin, 

S.M.Qənizadənin, 

Ü.Hacıbəyovun, 

F.Köçərlin in, 

C.Məmmədquluzadənin, 

N.Nərimanovun məqalələrinin böyük əhəmiyyəti var idi. Bu  məqalələrdə  milli d ili 

inkişaf  etdirmədən  milli  mədəniyyəti  inkişaf  etdirməyin  mü mkün  olmadığ ı  qeyd 

olunurdu. 

Xalq   dilin in  ö zünəməxsusluğunu  rusdilli  mətbuatın  səhifələrində 

S.Ağamalıoğlu, H.Qabulov, H.Minasazov, M.Qarayev, R.Məlikov,  E.Sultanov və b. 

müdafiə edirdilər. 

XX əsrin  əvvəllərində A zərbaycan elmi fikri də  inkişaf edirdi.  Gö rkəmli 

darvinşünas  alim,  Azərbaycanda  müasir  elmi  b iologiya,  təbabətin  və 

təbiətşünaslığın  əsasını  qoy muş  H.Zərdabi  təbii  elmlər  sahəsində  əldə  olunmuş 

nailiyyətləri təbliğ etməkdə böyük iş görürdü. 

Biologiya, kənd təsərrüfatı, tibbi biliklərin yayılmasında alimlərdən Məmməd 

Tağı Əliyev, Abdulxalıq və Bəhram Axundovlar fəal iştirak edirdilər. N.Nərimanov tibb 

sahəsində elmi-kütləvi əsərlər nəşr etdirmişdi. Dəmir yol və tərsanə tikintisi üzrə ixtiraçı 

alimlər  Xudadat  bəy  Məlikaslanov  və  Fətəli  bəy  Sultanov  bir  sıra  maraqlı  layihələr 

işləyib hazırlamış, paytaxt jurnallarında elmi məqalələr nəşr etdirmişdilər. 

1905-ci  ildə  Mustafa bəy  Əlibəyovun Azərbaycan dilində  Bakı  neftinə  həsr 

olunmuş ilk kitabı çıxd ı. 

1912-ci  ildə  Moskva  Universitetinin  məzunu  M.Y.Cəfərov  hüquq  elmləri 

üzrə elmi dərəcə almışdı. 

Ə.Ağayev və Ə.Hüseynzadə elmi ictimaiyyət arasında da böyük nüfuz sahibləri 

kimi hələ XIX əsrin sonlarından geniş şöhrət qazanmışdılar. 

Paris Sorbonna Universitetinin məzunu olan Ə.Ağayev bir neçə xarici dil bilirdi. 

Şərqşünas, ədəbiyyatşünas, tənqidçi alim kimi onu təkcə Rusiyada deyil, Yaxın və Orta 

Şərqdə, Qərbi Avropada da yaxşı tanıyırdılar. Onun tədqiqat dairəsi olduqca geniş idi: 

antik  fəlsəfə  və  ədəbiyyat,  zərdüştilik  və  "Avesta",  Şərq,  rus  və  Qərbi  Avropa 

klassikası,  Yaxın  və  Orta  Şərqin  sosial  və  mədəni  problemləri,  Rusiyada  və  Şərq 


 

 

202 



ölkələrində ictimai-siyasi hərəkatlar və s. 

Ə.Ağayev görkəmli publisist və islamşünas alim idi. O, ibn Rüşd, Təbəri, Dante, 

Lüter, Konfutsi, Höte, Tolstoy, Spenser, eləcə də digər alim və mütəfəkkirlərin zəngin 

irsindən bəhrələnərək,  islamşünaslıq  elminin  siyasi,  ideoloji,  etnik,  iqtisadi,  hüquqi-

fəlsəfı  cəhətlərinə  toxunaraq,  mənəvi  və  ictimai  mahiyyətini  açır  və  təsdiq  edirdi  ki, 

İslam hər hansı bir millətin inkişafına tamamilə uyğun gəlir. 

Öz dövrünün çox tanınmış mütəfəkkirlərindən biri Əli bəy Hüseynzadə Şərq 

və  Qərb  ölkələrində  şöhrət  qazanmışdı.  Ə.Hüseynzadə  Peterburq  Universitetinin 

fizika-təbiət  fakültəsində  oxumuş,  Şərq  fakültəsində  mühazirələr  dinlə mişdi.  Daha 

sonra  o,  İstanbul  Universitetinin  tibb  fakültəsini  bitirmiş,  onun  professoru  olmuşdu. 

Ərəb,  fars,  ingilis  və  alman  dillərini  bilirdi.  Ə.Hüseynzadə  dünya  ədəbiyyatının, 

fəlsəfəsinin, dinlərinin (Homer, Dante, Vergili, Xəyyam, Sədi, Füzuli, Şekspir, Höte, Şiller, 

Bayron, Budda, Kant, Şopenhauer, Hartman, Fihte, Spenser, Tolstoy) bilicisi olmuşdur. 

Onun  elmi  yaradıcılığında  sosiologiya  və  tarix,  fizika  və  təbiətşünaslıq, 

ədəbiyyatşünaslıq  və  fəlsəfə,  ps ixo logiya  və  dilçilik,  etnoqrafiya  və  arxeo logiya 

məsələləri ö z əksini tap mışdır. 

C.Məmmədquluzadə hərtərəfli və dərin biliyə malik şəxsiyyət  idi. O, Sokrat, 

Kant,  Spinoza,  Holbax,  Leybnits,  Şekspir,  Şiller,  Qlinka,  Bethoven,  Derjavin,  Puşkin, 

Zərdüşt,  Mani  haqqında,  müxtəlif  fəlsəfi-dini,  ictimai-siyasi  cərəyanlar  barəsində 

məqalələr  yazmış,  ümumbəşəri  elmi  təfəkkürün  nailiyyətlərini  təbliğ  etməyə  ça-

lış mışdı. 

XX  əsrin  əvvəlinin  tarixşünaslığı  Rəşid  bəy  İsmayılovun  "Qafqazın  qısa 

tarixi"  (Tiflis,  1904),  Hacı  Şeyx  Həsən  Mollazadə  Gəncəvinin  1905-1913-cü  illərdə 

nəşr  olunmuş  dördcildlik  "Zübdət  ül-təvarix"  ("Tarixlərin  qaymağı"),  Mirzə  Rəhim 

Fənanın "Qarabağın yeni tarixi" (1912-ci ildə yazılmışdı) əsərlərilə zənginləşdi. 

N.Nərimanovun  da  əsərlərində  tarixi  mövzulara  müəyyən  dərəcədə  yer 

verilmişdir. 

XIX  əsrin sonu  -  XX  əsrin  əvvəllərində Azərbaycan  elmi  fikrinin  görkəmli 

nümayəndələri  sırasında  M.Şahtaxtinski  fərqlənirdi.  Tarixçi,  şərqşünas,  etnoqraf  olan 

M.Ə.Şahtaxtinski Sorbonna Universitetinin fəlsəfə, tarix və hüquq fakültəsini bitirmiş, 

ərəb, fars, rus, fransız, alman dillərini kamil öyrənmişdi. Onun ilk elmi əsərlərini  xarici 

alimlər  rəğbətlə  qarşılamış  və  yüksək  qiymətləndirmişdilər.  1898-ci  ildən başlayaraq 

beş  il  ərzində  dünya  elminin  aparıcı  mərkəzlərindən  biri  olan  Parisdə  Şərq  dilləri 

problemi  üzərində  çalışan  M.Ə.Şahtaxtinskinin  əsərləri  Fransanın  elmi  ictimaiyyəti 

tərəfindən  yüksək  qiymətləndirilmişdi.  O,  Şərq  dillərini  tədris  etmək  üçün  Sorbonna 

Universitetinə dəvət olunmuşdu. 

İbrahim  ağa  Vəkilov  görkəmli  alim,  hərbi-topoqrafiya  elmi  üzrə  görkəmli 

mütəxəssis idi. Peterburq hərbi-topoqrafiya məktəbində çalışan Məmməd Qasım Əliyev 

Şimali  Mancuriyanın  və  Finlandiyanın  topoqrafik  coğrafiyasını  tədqiq  etməyə  dəvət 

olunmuşdu. 

1910-cu ildə Qafur Rəşad Mirzəzadənin Qafqazın coğrafiyasına dair kitabı nəşr 


 

 

203 



olunmuşdu.  1914-1915-ci  illərdə  Yusif  Əliyevin  və  Fərhad  Ağazadənin  Avropa 

ölkələrinə həsr olunmuş coğrafiya əsərləri çap edilmişdi. 

XX  əsrin  əvvəlləri  Azərbaycan  ədəbiyyatı  tarixi  elminin  təşəkkülü  ilə 

əlamətdardır.  Onun  əsasını  F.Köçərli  qoymuşdu.  1903-cü  ildə  Tiflisdə  bu  barədə  ilk 

kitabını  rus  dilində  buraxdıran  görkəmli  ədəbiyyatşünas  1908-ci  ildə  "Azərbaycan 

türklərinin ədəbiyyatı" adlı üçcildlik əsəri üzərində işi başa çatdırdı. F.Köçərli doğma ədə-

biyyatın təbliğinə böyük  əhəmiyyət verir,  hesab edirdi  ki,  hər bir  xalqın  ədəbiyyatı  ilə 

tanış olub, onun həyatı, inkişaf səviyyəsi, yetkinlik dərəcəsi, mənəvi qüdrəti və zənginliyi 

barədə fikir yürütmək mü mkündür. 

Azərbaycan ədəbiyyatı tarixi ilə Abdulla Sur da məşğul olmuş, tədqiqatını 1908-

ci  ildə  yekunlaşdıraraq  üçcildlik  "Türk  ədəbiyyatı  tarixi"  əsərini  nəşr  etdirmişdi.  Bu 

istiqamətdə  M.M.Nəvvab  da  xeyli  iş  görmüşdü.  Onun  XIX  əsr  Qarabağ  şairlərinə  həsr 

olunmuş təzkirəsi böyük maraq doğurur. Bu təzkirəyə yüzdən artıq şairin tərcümeyi-halı 

və onların ən yaxşı əsərlərindən parçalar daxil edilmişdi. 

Ədəbiyyat tarixinin tədqiqi Ceyhun Hacıbəyovun yaradıcılığında əhəmiyyətli yer 

tuturdu.  O,  ilk dəfə Azərbaycanın qadın şairlərinin  irsini  toplayıb  öyrənmiş,  onları  rus 

dilinə  tərcümə  etmiş  və  1911-ci  ildə  "Kaspi"  qəzetində  "Azərbaycan  gülləri"  adlı 

məqaləsilə  birlikdə  dərc  etdirmiş,  sonralar  isə  fransız  dilində  Parisdə  ayrıca  kitab  kimi 

buraxdırmışdı. C.Hacıbəyov Azərbaycan klassikləri haqqında yazmış, ədəbiyyatın nəzəri 

məsələləri  ilə  məşğul  olmuş,  dünya  ədəbiyyatı  məsələlərinə  toxunmuş,  ədəbiyyatın 

ictimai vəzifələrini, onun mühüm tərbiyəvi əhəmiyyətini vurğulamışdı. 

C.Hacıbəyov  ilk  dəfə  Azərbaycanda  yeni  türk  ədəbiyyatının  geniş  təfsilatını 

qələmə  almış,  burada  Tofiq  Fikrətin  poeziyası,  azadlıq  ideyalarını  yaymaqda  onun  roluna 

xüsusi  diqqət  vermişdi.  Parisdə  təhsil  aldığı  müddətdə  C.Hacıbəyov  Fransa  ədəbiyyatı, 

mədəniyyəti və fəlsəfəsini dərindən öyrənmişdi. 

Ədəbi  tənqid  və  ədəbiyyatşünaslıq  məsələlərinə  N.Nərimanov,  Seyid  Hüseyn, 

C.Məmmədquluzadə,  M.T.Sidqi,  M.Hadi  də  bir  sıra  əsərlər  həsr  etmiş,  H.Zərdabi, 

Ə.Haqverdiyev, N.Vəzirov və A.Şaiq öz yaradıcılığında onlara müəyyən yer vermişdilər. 

Azərbaycan  xalqının  qədim  və  zəngin  folkloru  da  diqqətdən  kənarda  qalmır, 

yazılı  ədəbi  nümunələrlə  birlikdə  tədqiq  olunurdu.  Şifahi  xalq  yaradıcılığına  dair 

materialların  toplanmasında  və  tədqiqində  T.Bayraməlibəyov,  M.V.Qəmərli,  F.Köçərli, 

M.F.Musəvi,  A.Şaiq  və  başqaları  böyük  əmək  sərf  edirdilər.  1913-cü  ildə  "İqbal" 

qəzetində  çap  o lunmuş  "Dilimiz  və  ədəbiyyatımız"  məqaləsində  A.Şaiq  milli 

folklor  nü munələrini  toplamağın,  onları  tədqiq  və  nəşr  etdirməy in  böyük 

əhəmiyyətini qeyd etmişdi. 

XIX 


əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  dilçilik  elmi  xeyli  in kişaf 

etmişdi.  Böyük dilçi alim S.M.Qən izadə Azərbaycan, rus, fars və ərəb dilləri ü zrə 

bir ço x vəsaitin  müəllifidir.  O,  1890-1904-cü  illərdə A zərbaycan-rus dili lüğətləri 

tərtib etmiş, elmi-pedaqoji əsərlər yaratmışdır. 

Yeni 

əsrin 


əvvəllərində 

A.Səhhət, 

S.S.A xundov, 

A.Şaiq, 


M.Mahmudbəyov  ana  dili  və  ədəbiyyatı  dərslikləri  hazırlamışdılar.  Azərbaycan 

 

 

204 



dilinin tarixi, qrammatik quru luşu, lüğət fondu və s. məsələləri özündə əks etdirən 

bu dərsliklərin dilçilik elminin inkişafinda böyük rolu olmuşdur. 

Şair,  maarif  xadimi, Naxçıvanda yeni tipli məktəbin yaradıcısı olan  M.Sidqi 

pedaqogika  elminin  nəzəriyyəçisi  kimi  də  məşhur  idi.  O,  həmçinin  əxlaq   və 

mənəviyyat barəsində bir ço x elmi-fəlsəfi əsərlərin də müəllifidir. 

XX  əsrin  əvvəllərində  görkə mli  mətbuat  xadimlə ri,  publisistlər,  şairlə r, 

yazıçılar,  alimlər,  ədəbiyyatşünaslar  Azərbaycan  xa lqın ın  ictimai-siyasi  və  fəlsəfi 

fikrinin   tə msilç iləri  idilər.  Onla r  ö z  sələ flə rin in  irsini  yeni  ideyala rla  

zənginləşdirird ilər. Bu işdə dahi satirik şair M.Ə.Sab irin xüsusi əməyi o lmuşdur. 

XX əsrin əvvəllərində rus tarixçi-qafqazşünasları  V.İ.İvanenko, S.Esadze, 

V.Potto,  P.İ.Kovalevski  və  başqaların ın  Zaqafqaziya  ilə   bağlı  əsərləri  nəşr 

olunmuşdu.  Bu  əsərlərdə  A zərbaycan  xalq ının  ta rixinin  bəzi  məsələlərinə  də 

toxunulmuşdu.  İ.L.Seqalın,  S.M.Avalianinin,  O.Syo minin,  Q.E.Startsevin, 

V.Simonoviçin  əsərləri  isə  bilavasitə  Azərbaycan  neft  sənayesinin  inkişafına  və 

aqrar məsələlərə həsr edilmişdi. 

Neft  haqqında  elmin  inkişafında  qabaqcıl  rus  alimləri  mühü m  rol 

oynamışdılar.  Görkəmli  geoloq  alimlərdən  V.Qo lubyatnikov  və  İ.M.Qubkin in 

Azərbaycanda neft yataqlarının geoloji cəhətdən öyrənilməsində böyük  xid mətləri 

olmuşdur. 

XX  əsrin  əvvəlləri  Azərbaycan  memarlıq  sənətinin  inkişafında  da 

əhəmiyyətli irəliləy işlər mərhələsi id i. 

Azərbaycanda,  xüsusilə  Bakıda  kap italizm  dövründə  şəhərsalma 

mədəniyyəti  yeni  in kişaf  mərhələsinə  qədəm  qoy muş,  yeni  me marlıq  məktəbinin 

formalaşmasında  görkəmli  memarlar  nəslinin  uzun  illər  boyu  apardığı  axtarışların  önəmli 

əhəmiyyəti olmuşdu.  Bu  məktəbin nümayəndələri köklərilə tarixin dərinliklərindən gələn 

Azərbaycan  xalq  memarlığı  ənənələrini  Avropa  memarlıq  ənənələri  ilə 

zənginləşdirird ilər. 

XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş istedadlı memarlar - 1902-ci ildə 

Peterburq  Mülki  Mühəndislər  İnstitutunu  bitirmiş  ilk  azərbaycanlı  mühəndis-memar 

Zivər bəy Əhmədbəyov, İ.Q.Hacınski, N.Q.Babayev, K.A.Borisoqlebski, D.D.Buynov, 

İ.V.Qoslavski,  K.B.Skureviç,  İ.K.Ploşko və  Q.M.Qermikelov  xeyli  iş görmüşdülər.  Onların 

yaradıcılığındakı  milli-romantik  istiqamət  Azərbaycan  memarlığında  yeni  inkişaf 

mərhələsinə  çevrildi.  XX  əsrin  əvvəlində  M.Nağıyevin  "İsmailiyyə"  binasının, 

H.Z.Tağıyev  və  M.Muxtarova  məxsus  sarayların  -  memarlıq  incilərinin  tikilməsi  yeni 

mərhələni xarakterizə edirdi. Şəhər Dumasının, ictimai məclisin, Opera və Balet Teatrının 

gözəl tərtibatlı binaları istifadəyə verildi. Din ocaqları - "Təzə pir" məscidi, polyak kilsəsi və 

yəhudi sinaqoqu,  Tağıyevin qız  məktəbi,  realnı  məktəb,  kişi  gimnaziyası.  Kommersiya 

məktəbi, "Səadət" məktəbinin binaları Bakının yaraşığı oldu. Bir sıra tibb müəssisələri, o 

cümlədən uşaq xəstəxanası və Musa Nağıyevin xəstəxanası tikild i. 

Ticarət, maliyyə və xidmət dairələri binaları sırasına (Tiflis kommersiya bankı 

və Şimal bankı) "Yeni Avropa" mehmanxanası (M.Nağıyev), Olginsk ticarət sıraları, bazar-


 

 

205 



passaj binaları daxil oldu. 1903-cü ildə şəhərin dənizkənarı hissəsinin (bulvar) abadlaşdı-

rılmasına  başlandı.  Şəhərdə  yanaşı  binaların  tikintisi  sürətləndi.  Bunların  bir  çoxu 

memarlıq cəhətdən ço x qiymətlidir (M.Nağıyev, K.A.Hacıyev, Sadıxovlar, Hacınski və b. 

məxsus binalar). 

Bu  nöqteyi-nəzərdən  Bakı  ətrafında  kapitalistlərin  (Ş.Əsədullayev, 

T.Aşurbəyov, İ.Hacınski və b.) tikdirdikləri istirahət ocaqları (villalar), Axund Əbu Turabın 

Mərdəkandakı  mavzoleyi diqqətəlayiqdir. Milli  memarlıq  məktəbinin nümayəndəsi Məşədi 

Qafar  İsmayılovun  tikdirdiyi  binalar  milli  memarlıq  abidələridir.  Bakıdakı  möhtəşəm 

binaların çoxu İmran Hacı Qasımov tərəfindən inşa edilmişdi. 

Şəhərin  memarlıq  tikintilərində  aparıcı  rol  mülki  şəxslərə  məxsus  idi. 

H.Z.Tağıyevin sifarişi  ilə  onun sarayı,  müsəlman qız  məktəbi,  teatr  (yanğından sonra), 

texniki məktəb, həmçinin toxuculuq fabriki və onun ətrafındakı fəhlə yaşayış məntəqəsi 

İ.V.Qoslavskinin  layihələri  əsasında  tikilmişdi.  Bu  memar  Bakı  Şəhər  Duması 

binasının da müəllifi olmuşdur. 

Məşhur  Bakı sahibkarları  M.Nağıyev və  M.Muxtarovun sarayları  İ.K.Ploşko, 

Mayılov  teatrı  M.Q.Bayev,  əsrarəngiz  dini  tikililər  ("Təzə  pir"  və  Əjdər  bəy 

Aşurbəyovun məscidləri) Əh mədbəyov Zivər bəy Gəray oğlu tərəfindən tikilmişdir. 

Bu  memarlıq  sənəti  abidələrinin  fenomenallığı  onların  çox  qısa  müddətdə 

tikilməsində  idi.  Memarların  layihələri  ilə  Gəncədə,  Şəkidə  və  başqa  şəhərlərdə  də 

binalar  inşa  edilmişdi.  Z.G.Əhmədbəyovun  layihələrilə  Göyçayda  (1906),  Şamaxıda 

(1909)  məscidlər  tikilmişdi.  Onun  Ploşko  ilə  birlikdə  Şamaxıda  tikdiyi  (1909-1918) 

"Cümə məscidi" gözəl memarlıq abidəsi id i. 

Əsrin başlanğıcında milli teatr sənəti özünün yüksək inkişaf mərhələsinə qədəm 

qoydu. Daimi teatr truppalarının yaradılması  mühüm əhəmiyyət kəsb edirdi. Onlardan 

biri  Müsəlman  Dram  Artistlərinin  Cəmiyyəti  adlanırdı.  Ə.Haqverdiyev  ona  həm 

başçılıq,  həm  də  rejissorluq  edirdi.  Bu  truppaların  fəaliyyətində  N.Vəzirov  və 

N.Nərimanov da iştirak edirdilər. 

1906-cı  ildə "Təkamül" qəzeti nəzdində həvəskarların "Həmiyyət" qrupu  və 

İ.Əbilovun  Bakı  müsəlman  dram  dərnəyi  yaradıldı.  Fəhlə  rayonlarında  çıxış  edən 

"Həmiyyət"  qrupunun  tərkibinə  M.Əliyev,  A.Rzayev,  C.Hacınski,  H.Ərəblinski  və  b. 

daxil idilər. "Balaxanı dərnəyi" də xeyli iş görürdü. Onun rejissoru H.Ərəblinski idi. 

Milli  teatr  sənətinin  inkişafında  maarif  cəmiyyətinin  Nicatın  mühüm  rolu 

olmuşdu.  Onun  nəzdində  aktyor  və  jurnalist  Mehdi  bəy  Hacınskinin başçılıq  etdiyi 

teatr bölməsi var idi. 

Maarif  cəmiyyəti  "Səfa"nın  nəzdində  1912-ci  ildən  teatr  qrupu  fəaliyyət 

göstərirdi ki, ona da 1914-cü ildən C.Zeynalov rəhbərlik edirdi. 

Yeni  əsrin  əvvəllərində  ilk  peşəkar  aktyor  birlikləri  yaranmağa  başladı. 

Onlardan  biri  Müsəlman  Dram  Cəmiyyəti  (1916)  aktyorların  peşəkarlığının 

yüksəldilməsi,  onların  ustalığının  təkmilləşdirilməsi  məsələlərinə  daim  diqqət  verirdi. 

Azərbaycan  teatrının  repertuarı  getdikcə  zənginləşirdi.  Milli  müəlliflərin  əsərləri  ilə 

yanaşı,  rus,  Qərbi  Avropa,  Şərq  dramaturgiyası  əsərlərinə  də  diqqət verilirdi.  Lakin 


 

 

206 



milli səhnə əsərləri üstünlük təşkil edirdi. Əgər 1907-ci ildə Tiflis Nəşriyyat Komitəsi 

qarşısında altı əsərin tamaşaya qoyulması barəsində vəsatət qaldırılmışdısa, 1912-1913-

cü illərdə on beş, 1916-cı ildə isə on yeddi əsərin tamaşaya qoyulması barəsində məsələ 

qaldırılmışdı. 

Bütün  bu  tədbirlər  Hacı  Ağa  Abbasov,  Mirzəağa  Əliyev,  Hüseyn  Ərəblinski, 

Cahangir  Zeynalov,  Əbülfət  Vəliyev  (Vəli),  Mir  Mahmud  Kazımovski,  Mehdi  bəy 

Hacınski,  Muxtar  Məlikov  (Əlvəndi),  Murad  Muradov,  Hüseynqulu  Rzayev,  Sidqi 

Ruhulla, Abbas Mirzə Şərifzadə və başqa bu kimi istedadlı aktyorların yetişməsinə kömək 

edirdi.  1910-cu  ildə  Azərbaycan  teatrının  yaranmasında  böyük  xidmətləri  olmuş 

C.Zeynalovun səhnə fəaliyyətinin 25 illiyi qeyd edildi. 

Teatr tariximizdə milli səhnənin ilk peşəkar aktyoru olan H.Ərəblinskinin xüsusi 

yeri  var.  Azərbaycan  dramaturgiyasının  qayğıkeş  təbliğatçısı  olan  dahi  aktyor  öz 

yaradıcılığında  rus  və  Qərbi  Avropa  klassiklərinə  geniş  yer  vermiş,  Azərbaycan 

tamaşaçısını  ilk  dəfə  Molyerin,  Şillerin,  Heynenin,  Volterin qəhrəmanları  ilə  tanış  et-

mişdir. H.Ərəblinski həm də istedadlı rejissor və teatr təşkilatçısı idi. Bütün bunlar ona 

geniş şöhrət  qazandırmışdı.  H.Ərəblinskinin  yaradıcılığı  Orta Asiyada,  Şimali  Qafqazda, 

Volqaboyunun  türk  xalqlarında,  həmçinin  İranda  teatrın  dirçəlməsinə  güclü  təkan 

vermişdi. O, 1916-cı ildə nümayiş etdirilmiş "Neft və milyonlar səltənətində" adlı ilk 

Azərbaycan filminin yaradılmasında fəal iştirak etmişdi. 

Teatrın  inkişafında dramaturq,  rejissor,  aktyor, teatrşünas,  həm də bacarıqlı teatr 

təşkilatçısı kimi böyük rol oynayan N.Nərimanov həm də  milli səhnənin bütün görkəmli 

xadimlərini  özündə birləşdirən  Türk  Artistləri  İttifaqının yaradılmasının  təşəbbüskarı 

olmuşdu. 

Azərbaycanın  mədəniyyət  xadimləri  teatra  xalqın  maarifləndirilməsində 

qüdrətli  vasitə  kimi  baxırdılar.  Azərbaycanın  digər  şəhərlərində  -  Şuşa,  Gəncə,  Şəki, 

Şamaxı, Quba, Naxçıvan və Salyanda fəaliyyət göstərən teatr kollektivlərinin fəaliyyəti 

böyük  əhəmiyyət  kəsb  edirdi.  XX  əsrin  əvvəllərində  bu  şəhərlərdə  teatr həyatı  xeyli 

canlanmış, yaradıcı kollektivlərin səhnəyə qoyduqları pyeslərin sayı  da artmışdı. 1904-

cü ildə Şuşa səhnəsində ilk dəfə Şekspirin "Otello"su tamaşaya qoyuldu. 

Azərbaycan sənətkarları ilə yanaşı, rus və digər əcnəbi müəlliflərin əsərləri də 

Gəncə  şəhəri  səhnəsində  özünə  geniş  yer  tutmuşdu.  1906-cı  ilin  avqustunda  burada 

Ələsgər  bəy  Xasməmmədovun  başçılığı  ilə  Müsəlman  Dram  Cəmiyyəti  yaradılmışdı. 

Onun  idarə  heyətinə  Mirzə  Mahmud Axundzadə, Məmməd  Bağır  Şıxzamanov,  Rüstəm 

bəy Mirzəzadə, Talıb bəy Məmmədzadə daxil idilər. 

Əsrin  başlanğıcından  etibarən  yerli  həvəskar  aktyorlar  Salyanda  da  tamaşalar 

qoymağa  başladılar.  Teatr həvəskarlarının sayı başqa şəhərlərdə  də  artırdı.  1917-ci  ildə 

Naxçıvanda  "El  güzgüsü"  teatr  cəmiyyəti  təşkil  edildi.  Rza  Təhmasib,  Əliqulu 

Qəmküsar  yerli  teatrın  görkəmli  xadimləri  idilər.  XIX  əsrin  sonlarında  Tiflisdə  və 

İrəvanda yaradılmış milli dram qrupları öz fəaliyyətlərini genişləndirird ilər. 

Bakının mədəni həyatında V.İ.Vasilyev-Vyatski, və V.İ.Nikulinin teatr qrupları 

görkəmli  rol oynayırdı.  Bu  kollektivlərin səyi nəticəsində Azərbaycan dramaturqlarının  (o 


 

 

207 



cümlədən N.Nərimanovun "Nadir şah" pyesi) əsərləri ilk dəfə rus dilində tamaşaya qoyuldu. 

S.İ.Valentinov Azərbaycan aktyor qruplarına rejissor köməyi göstərirdi. Azərbaycan milli 

dram kollektivlərində Azərbaycan dilini bilən rus aktyorları da var idi. 

XIX  əsrin  90-c ı  illərinin  sonunda  azərbaycanlı  qızlar  səhnədə  görünməyə 

başladı.  1898-ci  ildə M.F.Axundovun  Gəncədə tamaşaya  qoyulmuş "Müsyö  Jordan  və 

dərviş  Məstəli  şah"  komediyasında  qadın  rollarını  Mina  xanım,  həmçinin  Rübaba  və 

Məryəm İsgəndər qızı Mirzəyeva bacıları ifa etmişdilər. Tiflisdə ilk dəfə teatr tamaşasında 

Gövhər xanım çıxış etmişdi. Tiflis Azərbaycan teatrının görkəmli  xadimi M.A.Abbasov 

qızı  Diləfruz  xanımı  səhnəyə  cəlb  etmişdi.  1914-cü  ildə  Bakıda  tamaşaya  qoyulmuş 

Şekspirin "Otello"sunda Dezdemona rolunu Gülsabah xanım ifa etmişdi. O, 1916-cı ildə 

Gülbahar  xanımla  başqa  bir  pyesdə  də  iştirak  etmişdi.  Bütün  bunlar,  azərbaycanlı 

qadınların ilk, lakin peşəkar sənət yolunda atdığı sınaq addımları id i. 

Azərbaycan teatrı nadanlığa, xurafata, xalqın inkişafına mane olan köhnə qalıqlara 

qarşı mübarizə kürsüsünə çevrilmişdi. 

Azərbaycanda  teatrşünaslıq da  inkişaf edirdi.  Onun  milli  və  rus  mətbuatında 

çıxış  edən  Ə.Ağayev,  M.S.Axundov,  H.Vəzirov,  M.Hacınski,  Q.İ.Qasımov,  F.Köçərli, 

R.Məlikov və H.Minasazov kimi nümayəndələri var idi, onlar Azərbaycan dramaturgiyası və 

teatr tənqidinin in kişafında mühü m rol oynayırdıla r.  

Azərbaycan teatrı ictimai-mədəni inkişafın mühüm göstəricilərindən biri idi. 

Zaman keçdikcə milli teatrın fəaliyyəti, onun köhnə dünyaya, həyatın eybəcərliklərinə 

qarşı  mübarizəsi,  xalqın  həyatını  yeniləşdirmək uğrunda çalışması  ictimai əhəmiyyət 

kəsb  edirdi.  Azərbaycan  teatrı  insanların  gözünü  açır,  onları  tərəqqi  yoluna  çağırır, 

onların təhkimçilikdən ruhən azad olmasına kömək edirdi. 

Teatr  sənəti  milli  özünüdərketmənin  əhəmiyyətli  vasitəsinə  çevrilirdi.  Teatr 

inkişaf etdikcə, dövrün aktyor və teatr xadimlərinin peşəkarlıq səviyyəsi də artırdı. 

Azərbaycan  teatrı  həm  mənəvi,  həm  də  maddi  cəhətdən  xeyriyyəçilik 

məqsədləri  ilə  bağlı  idi.  Müstəmləkəçilik  şəraitində  yaşayan  xalqın  güzəranı  ağır, 

maddi  imkanları  olduqca  məhdud  idi.  Ona  görə  də  teatr  tamaşalarından  əldə  olunan 

vəsaitdən daha çox məktəblər, kitabxanalar, klublar açmaq, kasıb şagirdlərə, tələbələrə 

kömək  etmək  üçün  istifadə  olunurdu.  Əslində  teatrın  özü  də  cəmiyyətin  qabaqcıl 

qüvvələrinin xeyriyyəçiliyi hesabına yaşayır, maddi  çətinliklər, kasıbçılıq içində olsa 

da,  özünün  mənəvi  qüdrəti  ilə  xa lqın  mənəvi  zənginləşməsi  və  mədəni  tərəqqisi 

mənbələrindən  biri  idi.  Məhz  buna  görə  də  teatrın  ən  görkəmli  təşkilatçı  və  hima-

yəçilərinin  maarif  xadimləri,  xalq  müəllimləri,  ədəbiyyatçılar  və  jurnalistlər  olması 

təsadüfi deyild i. 

XX  əsrin əvvəli  Azərbaycan  musiqi sənətinin də  inkişafında yeni bir  mərhələ 

oldu. Azərbaycan musiqisi iki istiqamətdə inkişaf edirdi. Onlardan biri xalq həyatı ilə sıx 

bağlı  olan  və  peşəkar  aşıqlar  tərəfindən  inkişaf  etdirilən  aşıq  yaradıcılığı,  digəri  isə 

xanəndə  və sazəndələrin  yaradıcılığı  idi.  XX  əsrin  əvvəllərində  xalq  yaradıcılığının 

ictimai mahiyyəti xeyli zənginləşdi. Məhəbbət, gözəllik və s. haqqında şeirlərlə yanaşı, 

aşıqlar istismarçılara və zülmkarlara qarşı nifrət doğuran əsərlər yaradır, azadlıq uğrunda 


 

 

208 



mübarizə aparan qəhrəmanları tərənnüm ed irdilər. 

Aşıq sənəti Qazax,  Gəncə, Tovuz, Şəmkir,  Kəlbəcər və Borçalı  bölgələrində 

geniş  yayılmışdı.  Göyçədə  Azərbaycan  aşıqlarının  bütöv  bir  nəsli  yetişmişdi.  Aşıq 

yaradıcılığının inkişafında məşhur el sənətkarları Əsəd Abbasqulu, Hüseyn Bozalqanlı, 

Qurban,  Miskin  Əli,  Nəcəfqulu,  Şair  Vəli,  Xəyyat  Mirzə  və  başqalarının  böyük  rolu 

olmuşdu. 

Azərbaycan  aşıqlarının  yaradıcılığı  qonşu  regionlarda  və  ölkəmizdən 

kənarlarda da ço x sevilird i. 

XX  əsrin  əvvəllə rində  Azə rbaycan  xa lq  musiqisinin  yarad ıcı  şəkildə 

inkişaf  və  təbliğ  etməkdə  xanəndələrin  böyük  rolu  olmuşdur.  Xanəndələrin 

içərisində  Cabbar  Qaryağdı  oğlu,  İslam  Abdullayev,  Əbdülbaqi  Zü lalov,  M irzə 

Muxtar,  Keçəçi  Məhəmməd,  Məşədi  Məmməd  Fərzəliyev,  Mahbəyli  Həmid, 

Mahbəyli Cü mşüd, Zabul  Qasım, Məcid  Behbudov, Məşəd i Cəmil Əmirov, Sey id 

Şuşinski, Zü lfü Adıgö zəlov, Xan  Şuşinski, bakılı Seyid  Mirbabayev, şəkili Ələsgər 

Abdullayev,  şamaxılı  Mirzə  Məmməd  Həsən  və  b.  çox  məşhur  idilər.  Xalq 

musiqisi  xəzinəsinə  H.Q.Sarabski  də  ö z  töhfəsini  vermişdi.  İranda  və 

Zaqafqaziyada  məşhur  olan  xanəndələrdən  biri  də  Cənubi  Azərbaycan  torpağının 

yetirməsi Əbul Həsən xan Azər idi. Məşədi Zeynal (Şuşa), Qurban Primov (Ağdam), 

Mirzə  Fərrac  və  M irzə  Mənsur  (Bakı),  Şirin  A xundov  (Salyan)  və  b.  tar  ustaları 

onun  milli  musiqi  a ləti  kimi  imkan larını  aç maq  istiqamətində  böyük  xid mət 

göstərmişdilər.  C.Qaryağdı oğlu, Q.Primov və S.Ohanezaşvili  musiqi üçlüyü təkcə 

Qafqazda deyil, onun sərhədlərindən uzaqlarda da şöhrət tapmışdı. 

XX  əsrin   əvvəllərində  xalq   musiqiçiləri  arasında  elmi  biliyə  və  təhsilə, 

muğam  sənətini  daha  da  geniş  miqyasda  təbliğ  etməyə  meyl  xeyli  artmışdı. 

İstedadlı tar ustası Məşədi Cəmil Əmirov 1911-ci  ildə İstanbula getmiş, burada not 

savadına  yiyələnərək,  Avropa  musiqisi  ilə  tanış olmuş,  eyni  zamanda  Azərbaycan 

xa lq musiqisinin təbliği ilə məşğul olmuşdu. O, burada muğamı ilk dəfə nota köçürüb 

nəşr edənlərdən biri idi. 

Xanəndə  sənəti  də  yeni  keyfiyyət  qazan mağa,  toy  və  başqa  şənlik 

tədbirlərindən kənara çıxaraq, teatr və konsert salonlarına yol açmağa başladı. 

Xalq  musiqiçilərini  ilk  dəfə  səhnəyə  çıxaran  mədəniyyət  xadimi-məşhur 

yazıçı Ə.Haqverdiyev 1897-ci ildə Şuşada yerli həvəskarların iştirakı ilə Fü zulin in 

"Leyli  və  Məcnun",  1902-ci  ildə  isə  Nizamin in  "Xosrov  və  Şirin"  poemalarını 

səhnələşdirmişdi. Hər iki tamaşada baş rolda C.Qaryağdıoğlu çıxış etmişdi. 

"Şərq konserti" adı  ilə yeni konsert növü meydana çıxd ı.  Belə  konsertlər 

ilk  dəfə  Şuşada  (1901),  daha  sonra  isə  Bakıda  (1902)  təş kil  olundu. 

Ə.Haqverdiyevin  hazırladığı  hər  iki  konsertdə  C.Qaryağdı  oğlu  başda  olmaqla, 

görkəmli  muğam  üçlüyü  muğam,  xalq  mahnıları,  rəqsləri,  aşıq  melodiyaları  ifa 

etmiş, səhnələşdirilmiş  musiq i əsərləri də göstərmişdi. "Şərq konserti"nin inkişafına 

maarif və  xeyriyyə cəmiyyətləri kömək edirdilər. Məsələn, 1907-ci  il yanvarın 20-də 

Müsəlman Xeyriyyə Cəmiyyəti Azərbaycan musiqisindən ibarət böyük konsert təşkil 


 

 

209 



etmişdi. "Nəşri-maarif" (1908-1914, 1915), "Nicat" (1914-1915), "Səfa" (1914) və s. 

cəmiyyətlər tərəfindən "Şərq konsert"ləri təşkil o lunurdu. 

"Şərq  konsert"ləri  (xüsusən  Şuşada  ilk  səhnələşdirilmiş  musiqi  tamaşası)  - 

milli operanın yaranmasında böyük rol oynadı. 1907-ci ildə Bakıda yeni konsert firması 

- "Şərq gecələri" meydana çıxdı.  Bu gecələrin tamaşaçıları Qafqaz xalqlarının musiqisi 

ilə  tanış  edən  müxtəlif  proqramları  var  idi.  Onlar  geniş  kütlələri  özünə  cəlb  edir, 

beynəlmiləl  səciyyə  daşıyırdı.  Şuşada,  Gəncədə,  Şəki  və  Tiflisdə  də "Şərq gecələri" 

keçirilir, Bakıda yerli musiqiçilərin şəhərin fəhlə rayonlarında çıxışları ço xalırdı. 

Əsrin  əvvəllərində  ənənəvi  musiqi  nəzəriyyəsinin  təşəkkülü  sahəsində  ilk 

addımlar atıldı. Bu sahədə M.M.Nəvvab səmərəli fəaliyyət göstərmiş, onun tədqiqatları 

muğama həsr olunan "Musiqi incəsənəti" kitabının əsasını təşkil etmişdi. 

Gənc  həvəskar  musiqiçi  Ə.Əliverdibəyov  Azərbaycan  musiqi  tarixinə, 

həmçinin  başqa  xalqların  musiqi  sənətinə  dair  materiallar  toplamağa  başlamışdı.  İlk 

peşəkar sənətşünaslardan biri olan  C.Hacıbəyov  Bakı  musiqi  məktəbini bitirdikdən sonra 

təhsilini  M.Muxtarovun  köməkliyi  ilə  1909-cu  ildə  Paris  konservatoriyasında  davam 

etdirmişdi. O, peşəkar musiqi təhsili almış ilk azərbaycanlı idi. 

Azərbaycan  xalqının  musiqi  mədəniyyəti  nümunələrini  toplamaq  və  nəşr 

etmək sahəsində əhəmiyyətli işlər görülürdü. 1901-ci  ildə H.Zərdabi "Türk mahnıları" 

külliyyatını nəşr etdi. Müəllim və jurnalist C.Bünyadzadə 1910-cu ildə "Kəşkül" adı ilə 

ona oxşar  ikinci  bir  külliyyatı  çap  etdirdi.  1917-ci  il  ərəfəsində  Azərbaycan  qadınları 

arasında ilk musiqişünas qadın - H.B.Ağayevin qızı X.Ağayeva fəaliyyətə başladı. 

Musiqi  təhsilini  inkişaf  etdirmək  üçün  də  ilk  addımlar  atılırdı.  Moskva 

konservatoriyasını  bitirmiş  A.N.Yermolayevanın  təşəbbüsü  ilə  Bakıda  mülki  şəxsə 

məxsus  xüsusi  musiqi  məktəbi  fəaliyyətə  başladı.  1910-cu  ildə  onun  təşəbbüsü  ilə 

nəzdində  musiqi  sinifləri  olan  Rusiya  imperator  musiqi  cəmiyyətinin  Bakı  şöbəsi 

yaradıldı.  Bu  bölməyə A.N.Yermolayeva  başçılıq  edirdi.  Belə bir  vəzifənin  Rusiyada 

qadına həvalə edilməsi ilk hadisə idi. 

Yermolayevadan  sonra  uzun  illər  boyu  musiqi  qruplarına  Peterburq 

Konservatoriyasından  dəvət  olunmuş  S.R.Kronqold  başçılıq  etmişdi.  1907-1908-ci 

illərdə  bu qruplarda  140  nəfər təhsil  alırdı.  1918-ci  ildə  təhsil  alanlardan  cəmi  yeddi 

nəfəri  azərbaycanlı  idi.  1916-1917-ci  illərdə  musiqi  sinifləri  Rusiya  Musiqi 

Cəmiyyətinin  Bakı  şöbəsi  nəzdində  musiqi  məktəbinə  çevrildi.  Bakıda  bu  məktəbə 

girmək üçün namizədlər hazırlayan kurslar və məktəblər mövcud idi. 

Simfonik  musiqi  konsertləri  Bakının  mədəni  həyatında  əhəmiyyətli  rol 

oynayırdı. Bu konsertləri özünün daimi orkestri olan Bakı ictimai yığıncağı təşkil edirdi. 

"Kaspi" qəzeti qeyd edirdi ki, paytaxtları və iri quberniya şəhərlərini (Varşava, Kiyev, 

Riqa)  nəzərə  almasaq,  Rusiyada, yəqin  ki,  belə  musiqi  kollektivi olan  ikinci  bir şəhər 

yoxdur.  Orkestr  dinləyiciləri  rus  və  Avropanın  musiqi  klassiklərilə  tanış  edirdi. 

Orkestrdə  işləmək  üçün  M.Q.Çernyaxovski  (1903-1906),  A.V.Pavlov-Arbenin  (1906-

1907,  1913)  kimi  böyük  dirijorlar dəvət  olunurdu.  Bu orkestr dağıldıqdan sonra  (1907) 

şəhərdəki Avropa yönümlü musiqiçilər iki simfonik kollektiv yaratdılar. 


 

 

210 



Milli  operanın  meydana  çıxması  yalnız  Azərbaycanda  yox,  bütün  müsəlman 

Şərqində  çox  böyük  tarixi  mədəni  hadisə  oldu.  Onun  yaradıcısı  dahi  Ü.Hacıbəyov 

Füzulinin  xalq  arasında  məşhur olan "Leyli və  Məcnun" poeması  mövzusunda  muğam 

operası  yaratmaq  arzusunu  həyata  keçirdi.  Operada  Azərbaycan  poeziyası  və  musiqi-

sinin qırılmaz vəhdəti öz əzəmətli əksini tapmışdır. 

Əsərin uğurlu səhnə təcəssümü onu klassik faciə nümunələrinə yaxınlaşdırır. 

Bu  opera  ənənəvi  milli  muğam  musiqisi  ilə  Avropa  sənətinin  xüsusiyyətlərini  (xor, 

orkestr  və  s.  istifadə  olunması)  özündə  əks  etdirən  sənət  əsəri  kimi  dünya  musiqi 

tarixində də əlamətdar hadisə sayılmışdır. 

"Leyli  və  Məcnun"  operasının  ilk  tamaşası  1908-ci  il  yanvarın  12-də 

göstərildi.  Orkestrə  Ə.Haqverdiyev dirijorluq  edirdi.  Tarda  Q.Primov  və  Ş.Salyanski 

müşayiət  edirdilər.  Operanın  ilk  tamaşasının  böyük  müvəffəqiyyət  qazanması  Məcnun 

rolunu böyük ustalıqla oynayan H.Sarabskinin adı ilə bağlı idi. Amma operada Sarabski əsl 

mənada şöhrət qazandı. Həmin vaxtdan H.Sarabski öz fəaliyyətini  bütövlükdə operaya 

həsr etdi. Ü.Hacıbəyovla H.Sarabskinin əməkdaşlığı milli  musiqi teatrının yaranması və 

inkişafı  üçün çox  faydalı  oldu. "Leyli  və  Məcnun" operasının yaranmasında, onun  ilk 

tamaşasında aparıcı rollardan birini ifa etmiş Ceyhun Hacıbəyovun da əməyi böyük idi. 

O,  1910-cu  ildə  Fransa  mətbuatı  vasitəsilə  Qərbi  Avropa  ictimaiyyətini  bu  opera  ilə 

tanış etməyə çalışmışdı. 

Tamaşanın hazırlanmasında Ü.Hacıbəyovun yaxın köməkçilərindən biri - xalq 

xanəndəsi Mirzə Muxtar Məcnunun atası rolunu ifa etmiş və o vaxtdan taleyini opera 

sənətinə  bağlamış,  Üzeyir  və  Zülfüqar  Hacıbəyovların,  Müslüm  Maqomayevin 

əsərlərinin səhnəyə qoyulmasında iştirak etmişdi. 

"Leyli və Məcnun"dan sonra Ü.Hacıbəyov 1909-1916-cı illərdə beş opera və üç 

musiqili  komediya  yaratdı.  Onun "Əsli  və  Kərəm"  operası, "O olmasın,  bu olsun"  və 

"Arşın  mal  alan"  operettalarının  tamaşaları  da  məşhurlaşmışdı.  Bu  tamaşalara 

rejissorluğu  H.Ərəblinski  etmişdi.  Ü.Hacıbəyovun  musiqi yaradıcılığında  yüksək  mə-

həbbət,  qadınları  ictimai  əsarət  və  qapalı  vəziyyətdən  azad  həyat  və sərbəst  məişət 

səhnəsinə çıxarmaq ideyası özünün parlaq əksini tapmışdır. 

Azərbaycan opera sənətinin inciləri Qafqaz ictimaiyyətinin diqqətini cəlb etmiş, 

1914-cü ildə "Leyli və Məcnun" və "Əsli və Kərəm" operalarının Tiflisdə tamaşaları 

göstərilmişdir. 

İlk  azərbaycanlı  qadın  aktrisalarından  -  Göyərçin  (Gövhər)  xanım  Əliyeva 

Ü.Hacıbəyovun qadın qəhrəmanlarının (Leyli, Əsli, Gülnaz) ifaçısı olmuşdu. 

Zülfüqar  Hacıbəyov  da  1917-ci  ilə qədər  bir neçə opera və  musiqili  komediya 

yaratmışdı.  1916-cı  ildə  Müslüm  Maqomayevin  Bakıda  göstərilmiş  "Şah  İsmayıl" 

operası Azərbaycan opera sənətinin qızıl fonduna daxil olmuş, Ü.Hacıbəyov ənənələrini 

davam etdirmişdir. 

Musiqi  əsərləri  yaratmaq  sahəsində  Azərbaycan  incəsənətinin  digər 

nümayəndələri də öz qüvvələrini sınaqdan keçirmişdilər. Məşədi Cəmil Əmirov 1915-

ci ildə "Seyfül-Mülük" operasını bəstələmiş, onun tamaşası həmin il Gəncədə, 1916-cı 


 

 

211 



ildə  isə  Tiflisdə  göstərilmişdi.  Tamaşaya  müəllifin  özü  dirijorluq etmişdi.  Bu operada 

iştirak etməklə Bülbül görkəmli opera sənətkarı kimi böyük uğur qazanmışdı. 1916-

cı  ildə  H.Şərifov  "Mehr  və  Mah"  operasını  yazmışdı.  Həmin  illərdə  böyük  aktyor 

Mirzəağa  Əliyev  Üzeyir  və  Zülfüqar  Hacıbəyovların  musiqili  ko mediyalarındakı  

surətlərilə unudulmaz obrazlarını yaradaraq səhnə tariximizdə silinməz iz qoymuşdur. 

Milanda  təhsil  alan  Şövkət  xanım  Məmmədovanın  1910-cu  ildə  Bakıda  ilk 

çıxışı  oldu.  O,  İtaliyada  musiqi  təhsili  almış  ilk  azərbaycanlı  qadın  idi.  O  vaxt  artıq 

Rusiyada şöhrət qazanmış Fatma xanım Muradova 1913-cü ilin iyununda Bakıda konsert 

verirdi. 

XX  əsrin  əvvəllərində  ilk  azərbaycanlı  pianoçu  qadınlar  X.Qayıbova, 

N.Şahmirzə  və  K.Əliyeva  konsert  verməyə  başladılar.  X.  Qayıbova  konsertlərdə  çıxış 

etmiş  ilk  azərbaycanlı  qadın  pianoçu  idi.  O,  muğamat  mövzusunda  musiqi  əsərlərini 

fortepianoda böyük məharətlə ifa edirdi. 1909-cu ildə Tağıyevin qız  məktəbində musi-

qini tədris edən Kişvər Əliyeva 1914-cü ildə Moskva Konservatoriyasına daxil olmuşdu. 

Lakin maddi çətinliklər ona konservatoriyada təhsilini başa çatdırmağa imkan verməmiş 

və o, təhsilini Tiflis musiqi məktəbində başa çatdırmışdı. 

Musiqili  teatrın  inkişafındakı  nailiyyətlər  librettoların  nəşrinə  şərait yaratdı. 

1912-ci  ildə  Orucov  qardaşları  mətbəəsində  Ü.Hacıbəyovun  opera  və  musiqili 

komediyalarının mətnləri nəşr olundu. 1913-1917-ci illərdə "Arşın mal alan"ın librettosu 

üç dəfə çap edildi. 

İncəsənətə həsr olunmuş ilk dövri nəşrlər - "Teatrların icmalı" (1910) və "Bakı 

teatr kuryeri" qəzetləri (1913-1914) notlar və pyeslər əlavə edilməklə meydana çıxd ı. 

Mətbuat  səhifələrində  aşıqların  yaradıcılığı,  Azərbaycan  musiqisinin  nəzəri 

əsasları və estetikası,  musiqidə Şərqlə Qərbin qarşılıqlı əlaqələri,  ifaçılıq  sənətkarlığı 

və s. haqqında məqalələr çap olunurdu. 

XX  əsrin əvvəli  Azərbaycan  kino sənətinin təşəkkülü  ilə  də  əlamətdar oldu. 

İbrahim  Musabəyovun  "Neft  və  milyonlar  səltənətində"  romanı  üzrə  A.D.Panova-

Potyomkinanın ssenarisi əsasında ilk kinolenti yaradıldı. Onun rejissoru B.N.Svetlov idi. 

Filmdə  rus aktyorları  ilə yanaşı,  H.Ərəblinski də  iştirak etmiş,  ona  Lütfəli bəy  kimi əsas 

rolun  ifası  tapşırılmışdı.  Filmin  hər  iki  seriyası  1916-cı  ilin  may  və  iyun  aylarında 

ekranlara çıxd ı. 

Ü.Hacıbəyovun "Arşın  mal  alan"  musiqili  komediyası da ekranlaşdırılmışdı. 

Yalnız 1917-ci ilin noyabrında işıq üzü görən həmin ekran əsəri uğursuz alındığı üçün 

tezliklə ekrandan çıxarıldı. 

Əsrin əvvəllərində təsviri sənət ədəbiyyat və teatrdan xeyli geri qalırdı. Hətta 

Bakıda belə peşəkar rəssam yox idi. Bakıda yaşayan rus rəssamları isə yaradıcılıqdan 

çox,  müəllimlik  fəaliyyətilə  məşğul  olu rdular.  Buna  baxmayaraq,  bu  istiqamətdə 

müəyyən  irəliləyişlər  özünü  göstərirdi.  1902-ci  ildə  M.M.Nəvvab  "Teymurun 

portreti" kimi rəngkarlıq əsərin i yaratdı. 

Əli  bəy  Hüseynzadə  XX  əsr  Azərbaycan  rəssamlığın ı  təmsil  edənlərdən 

biri  o ldu.  Onun  peşəkar  rəssam  olma masına  ba xmayaraq,  yaratdığı  rəssamlıq 


 

 

212 



əsərləri  ("Şey xülislamın  portreti",  " Bib iheybət  məscidi"  və  s.)  bədii  dəyərə 

ma likd ir.  1906-c ı  ildə  Ba kı  mətbuatı  Peterburq  impe rator  rəs m  mə ktəbin in 

yetirməsi İs mayıl Nəbi oğlu haqqında məlu mat dərc etdi.  

Yeni  əsrin  əvvəllərində  Azərbaycanın  birinci  peşəkar  rəssamı  Bəhruz 

Kəngərli  idi.  O,  1910-cu  ildə  C.Məmmədquluzadənin  yardımı  ilə  Zaqafqaziyada 

yeganə  olan  Tiflis  rəssamlıq  məktəbinə  da xil  olmuş  və  1915-ci  ildə  oranı 

bitirmişdi.  B.Kəngərlinin  yaradıc ılığ ı  ço xcəhətli  idi.  Rəssam  yağlı  və  sulu 

boyalarla şəkillər çəkir, Naxçıvan teatr tamaşaların ın bədii tərtibatını verird i. Onun 

çoxsaylı əsərləri arasında aparıcı yeri mənzərələr tuturdu. Kəngərli teatr-dekorasiya 

sənəti sahəsinin də pioneri id i. 

Təsviri 

sənətin 


inkişafında 

Abbas 


Hüseyni, 

Nəcəf 


Rasim, 

Y.V.Çəmən zəminli  müəyyən  rol  oynamış,  sulu  boya  ilə  çəkilmiş  bir  sıra  əsərlər 

(portretlər, mən zərələr və s.) yaratmışlar. 

Yeni  realist  təsviri  sənətin  -  satira  qra fikası  kimi  yeni  janrın  meydana 

çıxması  və  in kişafı  "Molla  Nəsrəddin"  jurnalı  ilə  bilavasitə  bağlı  idi.  Onun  ən 

parlaq  nü mayəndəsi  Əzim  Əzimzadə  id i.  Ə.Əzimzadə  rəssam  kimi  b ir  sıra 

Azərbaycan  dilli  qəzet  və  jurnallarla  ə məkdaşlıq  ed ird i.  O,  M.Ə.Sabirin 

"Hophopnamə"sinə (1914) və A.Divanbəyoğlunun "Can yanğ ısı" romanına (1913) 

illüstrasiyalar  çəkmişdi.  Ə.Əzimzadənin  yarad ıcılığı  gündəlik  hadisələrə  fəal 

münasibət,  ifşaedici  ahəng  və  mübarizə  ruhu  ilə  fərqlən ird i.  Onun  zəngin  irsində 

aparıcı  yeri  sosial-məişət  mövzuları,  həyatın  mənfi  cəhətlərinin  tənqidi  tuturdu. 

Rəssam  ö z  əsərlərində  çarizmin   müstəmləkə  siyasətini,  çar  məmurlar ı  və  yerli 

istismarçıların  özbaşınalıq  və  amansızlığın ı,  qarətçi  Qərb  planları  və  Şərq 

despotizmini ifşa et mişdi. 

Satirik  qrafikanın  inkişafına  bu  jan rın  təcrübəli  ustaları  və  "Molla 

Nəsrəddin"  jurnalının  əməkdaşları  Oskar  İvanoviç  Şmerlinq  və  İosif  Rotter, 

həmçinin  Bakı  jurnalları "Zənbur" və "Mirat‖ın  işində fəal  iştirak etmiş  Benedikt 

Rafae loviç Te linqater böyük təsir göstərmişdilə r. 

Bu  işdə  "Molla  Nəsrəddin"  jurnalı  və  Əzim  Əzimzadədən  təsirlənən 

rəssamlar  B.Səid,  T.Məmmədov,  X.Musayev  və  M.Əliyevin  də  müəyyən  rolu 

olmuşdu. 

Təsviri  sənət  sahəsində  azərbaycanlı  qadınların  fəaliyyətə  baş laması 

diqqətəlayiq hadisə idi. On lar arasında birinci olan Qeysər Kaşiyeva 1907-1908-ci 

illərdə  Qafqaz  incəsənətini  yayan  cəmiyyət  nəzdindəki  bədii  sin iflərdə  peşəkar 

təhsil  almışdı.  Qeysər  xanım  yarad ıcılığının  ilk  illərində  Tiflis  qadın  xeyriyyə 

cəmiyyətinin  mədəni tədbirləri üçün afişalar və elan lar hazırlamış, sonrakı  illərdə 

isə rəsm əsərləri (portretlər, mən zərələr) yaratmışdı. 

1913-cü  ilin  apre lində  Ba kıda  aç ılan  rəsm  əsərlərinin  ilk  sərgisi  şəhərin 

mədəni həyatında böyük hadisə oldu. Bu sərgidə onlarla Qafqaz rəssamının əsərləri 

nümayiş etdirilirdi. 

 


 

 

213 




Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin