§ 2. SƏHİYYƏ
Azərbaycanda əhaliyə tibbi xid mət aşağı səviyyədə qalmaqda idi, dövlət
səhiyyə işlərinə hədsiz dərəcədə cüzi vəsait ayırırd ı. 1903-cü ildə Qafqazın hər
bölgəsində bir-iki qəza və bir neçə kənd həkimi, bir o qədər də orta tibb işçisi
fəaliyyət göstərirdi. Mətbuatda qeyd olunurdu ki, Zaqafqaziyanın qəzalarında
həkimlərin xid mətindən istifadə edənlər əhalin in 10 faizindən azdır.
XX əsrin əvvəllərində, Yelizavetpol qubernatorunun məlu matına görə,
27517 nəfərə bir həkim, 20815 nəfərə bir feldşer, 66902 nəfərə bir mama -həkim
düşürdü. 1903-cü ildə bütün Azərbaycanda 911 nəfər tibb işçisi var idi. Onlardan
266 nəfəri - 29,2 faiz həkim, əsas hissə - 70,8 faiz isə orta təhsilli tibb işçiləri idi.
Həkimlərin və orta təhsilli tibb işçilərinin 20 faizi dövlət tibb müəssisələrində, bir
çoxu isə hərbi hissələrdə, sərhəd məntəqələrində, dəmir yolunda, ticarət
donanmasında və digər yerlərdə ça lışırdı.
Təsadüfi deyild i ki, bütün həkimlərin 63 faizi və ü mu miyyətlə, bütün tibb
işçilərin in 63,5 faizi Bakıda fəaliyyət göstərirdi. Burada səhiyyə sahəsində baş
verən irəliləyişlər neft-sənaye strukturlarının, şəhər özünüidarəsinin, eləcə də
sahibkarların şə xsi vəsaiti hesabına əldə edilmişdi.
XX əsrin əvvəllərində Bakı ictimai idarəsinin nəzd ində olan Mixay lov
xəstəxanası, doğu m evi, gö z müalicəsi şöbəsinə malik xəs təxana, uşaq xəstəxanası,
əhalinin yo xsul hissəsinə xid mət göstərən pulsuz ambulatoriyalar (ilk dəfə 1901-ci
ildə açılmışdı), bir neçə əcza xana Bakı şəhər büdcəsi hesabına maliyyələşdirilirdi.
1902-c i ildə şəhər idarəsi nə zdində tibb idarə lərinə rəhbərlik edən xüsusi
tibb-sanitar bürosu yaradılmışdı. Gəncə və Şuşa şəhər xəstə xanaları, Quba və
Şamaxıda isə ambulatoriya fəaliyyət göstərirdi. Mədən-zavod fəh lələrinə Neft
sənayeçiləri qurultayı Şurası müəyyən tibbi yardım göstərirdi. Şuran ın Sabunçuda
və Qaraşəhərdə xəstəxanaları, b ir neçə ambulatoriyası var idi. Qaraşəhər
xəstəxanasının uşaq şöbəsi 1905-ci ildə uşaq xəstəxanasına çevrilmişdi.
Bir sıra iri neft -sənaye firmalarında fəhlələr ambulatoriya xid mətindən
istifadə edird ilər.
Hüquqi şəxslər (həkimlər, sahibkarlar və s.) Bakıda qadın və göz
xəstəxanaları, doğum ev i və s. açılmasına xeyli səy göstərmişdilər.
184
Görkəmli Azərbaycan kapitalisti M.Nağıyevin vəsaiti hesabına şəhərin kənarında
xəstəxana tikilmişdi (1914-1918-ci illər). Hazırda bu xəstəxana onun adını daşıyır.
Azərbaycan şəhərlərində, xüsusən Bakıda əczaxanaların açılması əsasən fiziki
şəxslərin adı ilə bağlı idi. Bakıda keçirilmiş 1903-cü il siyahıyaalma materiallarının
məlumatına görə, şəhərdə tibb xidməti sahəsində 446 nəfər çalışırdı. Onlardan 167 nəfəri
həkim (o cümlədən 56 diş həkimi), 299 nəfəri isə orta tibb xidmət işçiləri (feldşer, mama,
tibb bacıları) idi.
Tibb işçilərinin 85 faizi şəhərin özündə, 15 faizi isə neft-mədən rayonlarında
fəaliyyət göstərirdi.
Diş həkimlərinin yarıdan çoxu qadınlar idi. Orta tibb işçiləri sırasında da onların
xüsusi çəkisi yüksək idi. Əczaxanalarda çalışanların sayı isə 113 nəfər idi ki, onların da
böyük əksəriyyəti şəhərdə işləyirdi.
Bakı həkimlərindən 21 nəfəri tibb doktoru idi. Demək olar ki, həkimlərin çox
hissəsi eyni zamanda xüsusi qəbulla da məşğul olurdu. Orta tibb işçilərindən də xüsusi
qəbulla məşğul olanlar az deyildi.
Sonrakı illərdə hökumətin səhiyyə sahəsindəki siyasəti, demək olar ki, dəyişməz
qaldı. 1904-cü ildə Dövlət Şurasının "Zaqafqaziyada kənd həkimliyi sahəsindəki
dəyişikliklər haqqındakı qərarı" da elə bir yenilik gətirmədi. Bu qərara görə, 1904-cü ildə
tibb müəssisələri şəbəkəsi hökumət hesabına deyil, fiziki şəxslərin hesabına nisbətən ge-
nişlənməli idi.
1905-ci ilin sonunda Rusiyanın maliyyə orqanları Azərbaycanın iki
quberniyasında hər qəzada qəza hakimləri və iki feldşer olması barəsində vəsatət qaldırdı.
Belə bir şəraitdə tibb işçilərinin sayının əsaslı surətdə artırılması, bu sahədə milli kadrların
hazırlanması barəsində heç söhbət də gedə bilməzdi. Buna baxmayaraq, yeni yüzillikdə
azərbaycanlılardan da tibb işçilərinin formalaşdığını görürük. Köhnə kadrlarla yanaşı, yeni
kadrlar nəslinin yetişməsi prosesi gedirdi. Tibb sahəsində 1877-ci ildə Peterburq Tibb
Cərrahlıq Akademiyasını bitirmiş, böyük həkimlik təcrübəsinə malik doktor Əbdülkərim
Mehmandarov çalışırdı. 1883-cü ildən başlayaraq Qarabağda işləmiş Ə.Mehmandarov eyni
zamanda Şuşa şəhər və qəza həkimi vəzifəsində fəaliyyət göstərmişdi. Artıq 1917-ci ildə
onun bu sahədəki əmək stajı 35 il idi.
1904-cü ildə Xarkov Universitetini bitirmiş Xudadat bəy Rəfibəyli görkəmli
tibb xadimi idi. O, 1907-ci ilin payızına qədər həmin universitetin cərrahlıq klinikas ında
çalışdıqdan sonra Gəncəyə gəlmiş və 1918-ci ilə qədər Gəncə şəhər xəstəxanasına
başçılıq etmiş, daha sonra isə ADR hökumətində xalq səhiyyə naziri vəzifəsini
tutmuşdu.
Azərbaycanlı həkimlərin böyük əksəriyyətinin fəaliyyəti Bakı şəhəri ilə bağlı
olmuşdu. Onlardan Məmməd Rza Vəkilov ictimai təbabət sahəsindəki xidmətlərinə
görə geniş şöhrət qazanmışdı. Şəhər zəhmətkeşləri üçün pulsuz müalicə otaqları
yaradılmasının təşəbbüskarı olan M.R.Vəkilov 1901-ci ildən başlayaraq onların ikisinə
başçılıq etmişdi. O, dəfələrlə şəhərin tibb-sanitariya işini yenidən qurmaq, zəhmətkeş
kütlələrə pulsuz səhiyyə xidməti göstərmək barəsində təkliflərlə çıxış etmişdi. Doktor
185
Vəkilovun səyi nəticəsində 1903-cü ilin əvvəllərində Bakıda fəaliyyət göstərən iki ambu-
latoriyadan başqa, daha dörd belə tibb müəssisəsi açılmışdı. 1907-ci ildə yenə də onun
təklifi ilə Bakı duması Mixaylovski xəstəxanasını genişləndirmək üçün şəhər ətrafında
torpaq sahəsi almaq barəsində qərar çıxarmışdı. M.R.Vəkilovun irəli sürdüyü təklifləri
Bakı duması deputatları H.B.Məlikov (Zərdabi), Ə.M.Topçubaşov və başqaları fəal
müdafiə edirdilər.
1901-ci ildə Moskva Universitetinin tibb fakültəsini bitirmiş Həsən bəy
Ağayev 1902-ci ildən Bakıda həkimlik fəaliyyətinə baş lamış, 1903-1907-ci illərdə
kasıblara xid mət edən dördüncü xəstəxanaya başçılıq etmişdi. H.Ağayev təbabəti xalqa
yaxınlaşdırmaq, zəhmətkeş kütlələr arasında yoluxucu xəstəliklərin qarşısını almaq, əhali
arasında tibbi bilikləri yaymaq və s. üçün var qüvvəsi ilə çalışırdı. Sonrakı illərdə
H.Ağayev Gəncədə şəhər həkimi vəzifəsində çalışmışdı. O,1913-cü ildə Qafqaz şəhərləri
nümayəndələrinin qurultayında "Gəncə şəhərində həkim-sanitariya işinin təşkili haq-
qında" məru zə ilə çıxış et mişdi.
XX əsrin əvvəllərində Bakı tibb müəssisələrində Əbdülxalıq Axundov və
Bəhram bəy Axundov işləmiş, eyni zamanda xüsusi qəbulla məşğul olmuşdular.
Əbdülxalıq Axundov Bavariyada və Derpt (indiki Tartu) Universitetində, Bəhram bəy
Axundov isə Paris Universitetində təhsil almışdı. B.Axundov 1916-cı ildə Bakıda hərbi
xəstəxanaya başçılıq etmişdi. 1900-cü ildən Bakıda həkim diplomunu almış Qarabəy
Qarabəyov fəaliyyətə başlamışdı. O, əsasən rus-Azərbaycan (türk-müsəlman)
məktəblərində işləmiş, yoxsullara xidmət göstərmiş, eyni zamanda xüsusi qəbulla məşğul
olmuşdu. Tehran Universitetinin məzunu (1900-cü il) A.Səhhət də Şamaxıda həkimlik
etmişdi. Məlum olduğu kimi, görkəmli ictimai xadim Əli bəy Hüseynzadə də ixtisasca
həkim id i.
Odessa Universitetində təhsil almış N.Nərimanov, 1915-ci ildə Kazan
Universitetinin tibb fakültəsinin bitirmiş S.M.Əfəndiyev də səmərəli təbib fəaliyyəti
göstərmişdilər.
İlk azərbaycanlı diş həkimləri də meydana çıxmağa başladı. Onlardan biri əvvəllər
müəllim olmuş, sonra Kazan şəhərində diş həkimliy i kursunu bitirmiş, Bakı
müalicəxanalarında pulsuz xidmət göstərən Məmməd bəy Səlimbəyov idi.
Həmin dövrdə və sonrakı illərdə Bakının tibb müəssisələrində üçüncü şəhər
xəstəxanasının müdiri Məmməd bəy Qayıbov, həmin xəstəxananın həkimi Əli Heydər
Cavadov, Bəybala bəy Sultanov (birinci şəhər xəstəxanası), sanitar həkimlər Bahadur bəy
Əliverdibəyov və Mustafa ağa Şərifov, Mixaylovski xəstəxanasının həkimləri Bahadur bəy
Qayıbov və İlyas Cəfərov (göz xəstəlikləri şöbəsi), xəstəxana direktoru Məlik bəy Sultanov,
Xosrov bəy Sultanov işləmişlər. Musa bəy Rəfiyev və Kərim bəy Sultanov 1916-cı ildə
Bakıda hərbi xəstəxanaların rəhbərləri olmuşdular. 1915-ci ildə Sultan Məcid Əfəndiyev
Kazan Universitetini bitirmiş və həkim diplo mu almışdı.
Birinci dünya müharibəsi ərəfəsində və müharibə illərində Lənkəran, Cavanşir,
Naxçıvan qəzalarında Əli Cəmil Ləmbəranski, Əsədulla bəy Şahtaxtinski və başqaları
həkimlik etmişdilər.
186
Azərbaycanlı həkimlərin bəziləri ictimai işlərdə fəallıq göstərmiş, Bakı şəhər
Dumasının deputatları olmuşdular. Onların bəziləri Azərbaycan Demokratik Cümhuriyyəti
parlamentinin üzvü seçilmiş, höku mətdə mühüm vəzifələr tutmuşdular.
Başqa millətlərin bəzi nümayəndələri də Azərbaycanda səhiyyə işinin
inkişafında, əhaliyə tibbi xidmətin yaxşılaşdırılmasında müəyyən rol oynamışdılar. Onların
çoxu uzun müddət öz taleyini Azərbaycanla bağlamış, tibb kadrlarının hazırlanmasında və
yetişməsində fəal iştirak etmiş, xüsusən Bakıda tibbi müəssisələrin təşkilində və onlara
rəhbərlik edilməsində mühüm xidmət göstərmişlər.
Onlar cərrahiyyə işinin təşkili, göz, qadın, uşaq və digər xəstəliklərin
müalicəsində gərgin əmək sərf etmişlər. Onların bəziləri kənd yerlərində də işləmiş, bir
çoxları ADR hakimiyyəti dövründə və sonrakı illərdə də Bakıda fəaliyyət göstərməkdə
davam etmişdilər. Onlardan Y.K.Varşavskini, A.Y.Qalkini, Y.Y.Gindesi,
S.Q.Caparidzeni, A.N.Zaytsevi, L.B.Faynberqi, L.R.Kobılyanskini, A.L.Koqanı,
D.T.Salikovu və başqalarını göstərmək olar.
Uzun illər boyu Azərbaycan səhiyyəsində fəaliyyət göstərmiş qadın həkimlər
içərisində azərbaycanlı qadınlar, demək olar ki, olmamışdı. İlk azərbaycanlı həkim qadın -
Sona Rəhimova 1908-ci ildə Peterburqda Tibb İnstitutunu bitirmişdi, ondan sonra
həkimlik pilləsinə qalxan Sona xanım Axundova isə 1914-cü ildə Kiyev Uni-
versitetində təhsil alırdı.
Kurslarda həkimlik təhsili almış və həkim köməkçisi rütbəsini daşıyan ilk
müsəlman qadın Bibi Raziyə Kutluyarova-Süleymanova 1900-cü ildə Bakıya gəldi.
1905-ci ildə Bakı şəhər idarəsi Əminə xanım Batırşinanı Bakıya dəvət etdi. O, 1904-cü
ildə Peterburq Qadın Tibb İnstitutunu bitirərək, müsəlman qadınlar arasında birinci ola-
raq həkim diplomunu almışdı. Əvvəlcə o, sanitar həkimi vəzifəsində çalışmış, sonra isə
üçüncü şəhər pulsuz xəstəxanasında xidmət etmişdi. Bakıda qadın həkimlərdən
V.M.Korona, Y.P.Krutikova, K.İ.Levenson, M.B.Feynberq və başqaları məşhur idilər.
Bəzi qadın həkimləri Gəncə, Şəki, Şamaxı, Salyan və başqa yerlərdə də işləmişdilər.
Əczaçılıq sahəsində milli kadrlar yox idi. Bakı xüsusi əczaxanalarında
çalışanların 64 faizindən çoxu avropalılar idi.
Orta təhsilli tibb kadrlarından hazırlanan mütəxəssislər əsasən kənd yerlərində
işləyirdilər. Aslan bəy Məmmədbəyov, Pənah bəy Quluxanov, Məcid bəy və
Əbdürrəhman bəy Vəkilovlar, Əli Əliyev, Aslan Mahmudov, Məsim Şıxıyev və
başqaları orta təhsilli tibb işçiləri idilər. Orta təhsilli tibb işçiləri arasında azərbaycanlı
qadınlar da olmuşdu.
Ümumiyyətlə, bu mühüm sahənin kadrlarla təminatı mütləqiy yətin sosial
siyasətini parlaq surətdə əks etdirir, daha dəqiq desək, milli kadrlar hazırlanmasını
nəzərdə tutan siyasət aparılmamasını bir daha təsdiq edir.
Azərbaycanda səhiyyə işinin az-çox inkişafında ictimaiyyətin göstərdiyi səy
və yardımın böyük rolu olmuşdu. Əsrin əvvəllərində bir qrup həkim və ictimai
xadimin səyi nəticəsində "Uşaq ölümünə qarşı mübarizə ittifaqı" adlı xeyriyyə
cəmiyyəti yaradılmışdı. Bu ittifaqa doktor Y.Y.Gindes başçılıq ed ird i. 1914-cü ildə
187
bu cəmiyyətin sanatoriyası açılmış, uşaq xəstəxanası binas ının tikintisinə başlan-
mışdı. İlk uşaq xeyriyyəçilik təşkilatı "Körpələr evi" (" Yasli") idi. "Uşaqları
himayə cəmiyyəti" kimsəsiz uşaqları h imayə ed ird i. Hər iki cəmiyyətin işində
H.Z.Tağıyev, Ə.M.Topçubaşov, Bakı sənayeçiləri və ziyalıların ın nü mayəndələri
iştirak edirdilər. Hələ 1898-ci ildə yaradılmış Bakı həkimləri cəmiyyəti səhiyyə
sahəsində mühüm elmi və təbliğati iş aparır, tibb müəssisələri həkimlərinin ixti-
sasını artırmaq üçün məktəb rolu oynayırdı. 1914-cü ildə X. Rəfibəyovun başçılığı
altında Gəncədə Tibb cəmiyyəti yaradıldı. Onun banilərindən biri və katibi
H.Ağayev idi.
Beləliklə, ictimai və xüsusi təbabət sahəsində həyata keçirilmiş tədbirlər,
onun inkişafı üçün göstərilmiş xeyriyyəçi və elmi-praktik yardımlar, sözsüz ki,
ümidverici amillər idi. Ancaq səhiyyənin vəziyyəti, bütövlüklə götürüldükdə, hələ
xalq ın ehtiyacını ödəmə kdən. çox uzaq id i. Bu sosial sahənin inkişafı üçün bütün
işləri yenidən qurmaq, xüsusi inkişaf proqramın ı həyata keçirmək lazım idi.
§ 3. MƏTBUAT
XX əsr Azərbaycan mətbuatı tarixində mühü m mərhələn i təşkil edir.
1898-c i ildə Qafqa zda nəşr olunan 41 adda dövri nəşrdən 5-i, yəni 12 fa izi Bakın ın
payına düşürdü ki, bu da Zaqafqaziyada rus dilində nəşr olunan qəzet və jurnalların
(cəmisi 28 idi) 20 faizini təşkil ed ird i.
Əgər gürcü və erməni dillərində 13 mətbuat orqanı çıxırdısa, Azərbaycan
dilində, milli ziyalıların bu istiqamətdə çalışmalarına baxmayaraq, heç bir mətbuat
orqanı yo x idi. Beş il ərzində (1899-1903) dövri mətbuata Bakıda cəmisi üç ad
əlavə olun muşdu. 1903-cü ildə Tiflisdə Qafqazda Azərbaycan dilində yeganə qəzet
- "Şərqi-Rus" çıxmağa başladı.
1905-1907-c i illə r inqilab ı mətbuatın in kişafı sahəsində çarizmi müəyyən
güzəştlərə getməyə məcbur etdi. Həmin illərdə Bakıda Azərbaycan dilində 11 yeni
mətbuat orqanı meydana çıxdı. "Molla Nəsrəddin" dərgisi ilə birlikdə onların
ümu mi sayı 12-yə çatmışdı. Büro kratik maneələrə, 1917-ci ilin fevralına qədər
davam etmiş təqiblərə baxmayaraq, Azərbaycanda 227 dövri mətbuat orqanı nəşr
edilmişdi. Onlardan 30 faizi (66 adda) milli mətbuat orqanları, 50 faizi (119 adda)
rusdilli qəzet və jurnallar idi. Onların əksəriyyəti Bakıda, beşi Gəncədə, ikisi isə
Şuşada nəşr edilird i. Bakıda başqa dillərdə bir sıra qəzet və jurnallar çıxırd ı (gürcü,
erməni, polyak. alman və s.)
1917-c i ilin fevralına qədər çıxan qəzet və jurnalla rın 60 fa izi 1905-1907-
188
ci illərin payına düşür və həmin illərdə işıq üzü görməyə başlamış mətbuat
orqanların ın bir ço xu sonrakı illərdə də çıxmışdı. Bu da ictimai-siyasi həyatın
oyanışı, mətbuata artan maraq la bağlı idi. M illi mətbuatın inkişafı Azərbaycan
publisistika məktəbin in sonrakı yüksəlişin i şərtləndirən amil oldu, bu isə
Azərbaycan mədəniyyəti tarixində olduqca böyük əhəmiyyətə malik id i. Bu
məktəb Azərbaycan ziyalılarının ço x h issəsini - alimləri, yazıçıları, şairləri,
tənqidçiləri, müəllimləri və b. öz ətrafına toplamışdı. Publisistika ictimai-siyasi,
fəlsəfi və ədəbi fikrin fo rmalaşmasında, Azərbaycan xalqının milli şüurunun
tərbiyəsi yolunda mühüm işlər görmüşdü. Bir ço x ziy alıların elmi və ədəbi
yaradıcılığ ı qəzet və jurnallar vasitəsilə ictimaiyyətin malı o lur, onlar milli
mədəniyyət xad imlərinin yeni nəslinin yetiş məsində böyük rol oynayırdı.
Azərbaycan jurnalistikasının banisi H.Zərdabinin "Əkinçi" qəzeti ilə
başladığı estafet sonralar uğurla davam etdirild i. Publisistika H.Zərdabinin vəfatına
qədərki (1907-ci il) ço xcəhətli fəaliyyətinin mühü m istiqaməti olmuşdu.
Vaxtilə "Əkinçi" və "Ziya" qəzetləri ilə əməkdaşlıq etmiş N.Vəzirov,
A.Adıgözəlov (Go rani), M irzə Həsən Əlqədəri, M ir Möhsün Nəvvab, Mirzə
Rzaxan Daneş və S.M.Qənizadənin ədəbi və publisist fəaliyyəti milli mətbuatla
bağlı idi.
XX əsrin əvvəllərində jurnalistika öz başlanğıcını 1903-cü ildən 1905-ci
ilin yanvarına qədər Tiflisdə nəşr olunan "Şərqi-Rus" qəzetindən götürür. Qəzet
Rusiyanın türkdilli xalq ları tərəfindən və həmçin in Cənubi Azə rbaycanda
oxunurdu. Orta Asiyada, Ka zanda, Krımda, Ya xın Şərq in bə zi ölkə lərində onun
mü xb irləri var idi.
"Şərqi-Rus" qəzetilə jurnalistlərin, publisistlərin və ədəbiyyatşünasların
yeni nəslinin formalaş ması başlandı. M.A.Şahtaxtinski, C.Məmmədquluzadə,
M.Ə.Sabir, Ə.Ağayev, F.Köçərli, A.Səhhət, Ə.Nəzmi
(Məmməd zadə),
M.S.Ordubadi, Ö.F.Neman zadə, Ə.Q.Nəcəfov (Qəmküsar), M.Ə.Rəsulzadə,
Ə.Məmməd zadə (Səd r), R.Əfəndiyev, H.Cav id (Rəsizadə), M.M. A xundov,
M.L.İs mayılov (Şirvanski), M .C.Yusifzadə ana dilində nəşr olunurdular.
Milli mətbuatın inkişafında 1905-ci il iyunun 7-dən 1906-cı il sentyabrın
3-nə kimi Ba kı şəhərində nəşr edilən "Həyat" qəzet i mühü m rol oynamışdı. Bu
qəzet nəşr olunduğu za man Qafqazın müsəlman əhalisi içərisində birinc i, Krımda
çap olunan "Tərcüman"dan sonra ikinci mətbuat orqanı o lmuşdu. "Həyat‖ın fəaliy-
yətində iştirak etmək üçün Qafqazdan, Krımdan, Kazandan, Ufadan mətbuat
işçiləri dəvət olunurdu. Qəzet xalq ın intellektual ziyalıla rını mətbuat vasitəsilə
birləşdirməyə çalışırd ı.
1905-1907-c i illərdə "Füyuzat" jurna lı və "İrşad" qəzetinin çapdan
çıxması əhəmiyyətli hadisə oldu. Bu orqanlar A zərbaycan ədəbiyyatında qüdrətli
istiqamət olan ro mantizmi formalaşdırd ı və onun görkəmli nü mayəndələrin in
yetkinləş məsində mühüm rol oynadı. O dövrün ən mühüm hadisələrindən biri də
Tiflisdə satirik "Molla Nəsrəddin" jurnalının 1906-cı il aprelin 1-dən nəşrə başla-
189
ması oldu. Jurnal Azərbaycanda, Rusiyanın türkdilli xalq ları arasında, həmçin in
Yaxın Şərqdə satirik mətbuatın əsasını qoydu, həmçinin demo kratik fikrin
inkişafında mühü m rol oynadı. "Molla Nəsrəddin‖in Rusiyada çoxlu o xucusu
olduğu kimi, müsəlman Şərqində də geniş yayılmışdı, onun hətta Avropada,
Amerikada da abunəçiləri var id i. Molla nəsrəddinçilər ədəbi-publisist məktəbin in
təşəkkül tapması bu jurnalla bağlı idi.
Mətbuat orqanlarında publisistlərin sıraları xey li genişləndi. On lardan
Ə.Hüseynzadə, N.Nərimanov, S.Nərimanov, Ə.Haqverdiyev, S.S. A xundov,
Ü.Hacıbəyov, H.Vəzirov, M.Hadi, A.Şaiq, Ə.Mü znib, S.M.Əskərov, Əli Rza
(Şamçızadə), S.Mü mtaz kimi şairlər, yazıçı və publisistləri gös tərmək o lar.
"Həyat"ın səhifələrində H.Zərdabinin, Ə.Hüseynzadənin, N.Nərimanovun
publisistikası, "İrşad"da isə Ə.Ağayev və Ü.Hacıbəyovun dərin mə zmunlu, kəsərli
yazıları xüsusilə seçilirdi.
Həmin illər Azərbaycanda sosial-demokrat istiqamətli mətbuat orqanlarının
meydana çıxması ilə də əlamətdar idi. Sosial-demokrat təşkilatı "Hümmət"in 1904-cü
ilin oktyabrından 1905-ci ilin fevralına qədər çıxmış "Hümmət" qəzetində
M.Q.Mövsümov (Seyid Musəvi), M.Ə.Rəsulzadə, S.M.Əfəndiyev ədəbi və publisist
fəaliyyətə başladılar. 1905-1907-ci illərdə nəşr olunmuş "Təkamül", "Dəvət-Qoç‖,
"Yoldaş" qəzetləri ilə M.Əzizbəyov, T.Şahbazi (Simurq), C.Məmmədzadə (Əl-
Dağıstani), "Bakı həyatı" ilə (1912) D.Bünyadzadə, Ə.Q.Rəsulzadə, H.Sultanov
əməkdaşlıq edirdilər. Onların bir çoxu qeyri-partiyalı mətbuatın səhifələrində də çıxış
edirdi.
1907-1918-ci illərdə nəşr olunan əsas və aparıcı mətbuat orqanları "Tazə
həyat", "Tərəqqi", "İttifaq", "Həqiqət", "İqbal", "Yeni İqbal" və başqa qəzetlər idi.
Müsavat partiyasının orqanı "Açıq söz" (1915-1918-ci illər) qəzetinin mətbuat
tariximizdə xüsusi yeri var. B.Abbaszadə, D.Ağamirzadə, M.Əliyev, Əhməd Cavad,
N.Bəsir, C.Bünyadzadə, Ə.Vahid, C.Cabbarlı, İ.Məlikov, H.Mirzəcamalov, O.Orucov,
B.A.Talıblı, Q.Səmədov, S.Hüseyn, M.M.Seyidzadə, Y.V.Çəmənzəminli, İ.Qabulov,
A.İbrahimov, S.Mənsur, Ə.Fəhmi (Cəfərzadə) bu dövrün görkəmli ədəbiyyatçı və
publisistləri kimi ad qazan mışdılar.
"Molla Nəsrəddin"in ardınca onun təsiri altında "Arı", "Bəhlul", "Tuti",
"Zənbur", "Məzəli", "Babayi-Əmir" (1907-1917-ci illər) satirik jurnalları nəşrə
başladı. Uşaqlar və onların valideynləri üçün "Dəbistan" (1906-1908), "Rəhbər"
(1906-1907), "Məktəb" (1911-1917) jurnalları işıq üzü gördü. Bu mətbuat orqanları ilə
yeni əsrin başlanğıcında ədəbi-publisist məktəbin bir çox nümayəndələri ə məkdaşlıq
etmişdi.
XX əsrin əvvəllərində Azərbaycan qadınları da jurnalistika fəaliyyətinə
başladılar. Mətbuatda çıxış edən ilk azərbaycanlı qız Nabat Nərimanova olmuş, onun
birinci məqaləsi 1906-cı ildə "Dəbistan" jurnalında çap edilmişdi. İlk Azərbaycan qadın
jurnalisti Şəfiqə Əfəndizadə bu məcmuədə (1906-1908-ci illər) fəal iştirak etmişdi.
1911-1918-ci illərdə o, "Məktəb" jurnalında və "Açıq söz" qəzetində bir çox publisist
190
məqalə və hekayələr nəşr etdirmişdi. Azərbaycan qadınının jurnalistika mühitinə cəlb
edilməsində 1911-1912-ci illərdə ana dilində Bakıda nəşr olunan ilk qadın qəzeti "İşıq"ın
mühüm rolu oldu. Onun işində Xədicə Əlibəyova, Sürəyya və Həcər Ananovlar, Asya
Axundzadə, Sona Axundova, Şövqiyyə Gövhər Şeyxzadə, Maral Nəbizadə, Nabat
Nərimanzadə, Xavər Tahirova iştirak edirdilər. 1914-1916-cı illərdə Səltənət Axundzadə
onun səhifələrində məqalələrini çap etdirmişdi.
Azərbaycan ziyalılarının səyi ilə Rusiyanın başqa şəhərlərində ana dilində
qəzetlərin çıxması da təqdirə layiq hesab edilməlidir. Məsələn, Həştərxanda çıxan
"Bürhani-Tərəqqi", "Hakimiyyət", "Mizan", "Haqq" qəzetlərində 1906-1911-ci illərdə
N.Nərimanov, Ə.Qəmküsar, M.L.İsmayılov-Şirvanski, R.K.Nəcəfov, M.Hadi,
AAbdulla, Ə.Cövdət, C.Abdulcabbarov, H.Axundzadə, M.S.Axundov, C.Cabbarov,
A.İsmayılov, Q.Mahmudov (Naxçıvani), M.Mərcani, X.Musa, S.Saleh və başqaları
çıxış etmişdilər.
Azərbaycan yazıçı və publisistləri Zaqafqaziya və Mərkəzi Rusiya mətbuat
orqanlarında rus dilində də çıxış edirdilər. Bu, bütün leqal imkanlardan istifadə edərək, öz
demokratik ideyalarını, maarifçi dünyagörüşlərini təbliğ etmək, ictimaiyyəti milli
ədəbiyyatla tanış etmək üçün yaranan imkanı əldən verməmək arzusundan irəli gəlirdi.
Bu istiqamətdə Qafqazda ən kütləvi və təsirli mətbuat orqanı olan "Kaspi"
qəzetinin böyük rolu var idi. O, Azərbaycanda ictimai fikrin inkişafına əhəmiyyətli təsir
göstərir, onun formalaşması prosesində milli ziyalıların iştirakına şərait yaradırdı.
Əsrin əvvəllərində M.A.Şahtaxtinski, Ə.Ağayev, H.Zərdabi "Kaspi"
qəzetində də məqalələrini nəşr etdirirdilər. 1898-1905-ci illərdə Ə.Ağayev onun daimi
əməkdaşı idi. Qəzetdə nəşr olunan beynəlxalq icmalların və tənqidi-biblioqrafik
materialların çoxu ona məxsus idi. Ə.M.Topçubaşovun böyük publisist istedadı da
özünü bu orqanda göstərirdi. Qəzetdə yuxarıda adları çəkilən ictimai xadimlərin və başqa
ziyalıların silsilə məqalələri çıxmaqda davam edirdi. Qəzetin ən nüfuzlu
əməkdaşlarından bnri olan C.Hacıbəyov M.Hacınski ilə birlikdə "Müsəlmanların
həyatı və mətbuatı" bölməsinin işini aparır, milli problemlərin daha dolğun
işıqlandırılmasına səy göstərirdi.
Azərbaycan mətbuat işçiləri Bakıda başqa dillərdə çıxan mətbuat orqanlarında
da fəal iştirak edirdilər. M. A. Şahtaxtinski "Baku" qəzetinin ilk redaksiya heyətinin
tərkibinə daxil idi. Bu qəzetlə M.S.A xundov da əməkdaşlıq edirdi. C.Şahtaxtinski
"Bakinskiye izvestiya" qəzetinin əməkdaşı idi. "Kavkazskoe slovo" qəzetində Rza
Nağıyev, leqal fəhlə qəzeti "Qudok"da S.M.Əfəndiyev çıxış edirdi. 1906-cı ilin mayından
"Bakinskiy raboçiy" qəzeti nəşr olunub.
Azərbaycan maarifçiləri və mətbuat işçiləri Zaqafqaziyanın rusdilli
mətbuatında - "Qafqaz", "Zakavkazye", "Novoye obozreniye" və başqa qəzetlərin işində
iştirak etməyə böyük əhəmiyyət verirdilər. Bu, XX əsrin əvvəllərində geniş miqyas
alaraq, yeni məzmunla zənginləşdi, hətta milli mətbuatın meydana çıxıb genişləndiyi
şəraitdə də onların sayı azalmadı. Ço x vaxt dövrün mühüm problemləri barəsində
mübahisələr mətbuat orqanlarına paralel surətdə çıxarılırdı. Mətbuat səhifələrində bu
191
formadan istifadə edənlərin sırasına hər iki dildə qələm sahibi olan H.Zərdabi,
M.Şahtaxtinski, F.Köçərli, R.Əfəndiyev, S.Vəlibəyov, M.Qarayev və başqaları daxil idi.
Öz ana dillərini çox yaxşı bilməsinə baxmayaraq, bəzi qələm sahibləri əksər hallarda rus
dilində çıxış edirdilər (E.Sultanov, C.Minasazov, R.Məlikov, Həmzət bəy Qabulov-
Şirvanski, M.H.Vəzirov, S.Ağamalıoğlu, Əsədulla bəy Şahtaxtinski və b.). Azərbaycanlı
ziyalıların təşəbbüsü ilə bəzi mətbuat orqanlarında müsəlman şöbələri yaradılmışdı. Bu
şöbələrə C.Məmmədquluzadə ("Vozrojdeniye"), Q.Qabulov-Şirvanski ("Zakavkazye"),
E.Sultanov ("Zakavkazskaya reç") rəhbərlik edirdi.
Qafqazdakı rusdilli mətbuatda sosial-mədəni məsələlər qaldırılır, onun geridə
qalması tənqid edilir, Azərbaycan xalqının zəngin mənəvi ənənələri təbliğ olunurdu.
Milli mətbuat xadimlərinin fəaliyyəti Peterburqun və Moskvanın iri mətbuat
orqanları ilə bağlı idi. Onun səhifələrində H.Zərdabi, Ə.Ağayev, Ə.Hüseynzadə,
E.Sultanov, xüsusilə də M.Şahtaxtinski çıxış edirdilər. M.Şahtaxtinski eyni zamanda
"Moskovskiye vedomosti" və "Novoye vremya" qəzetlərinin İstanbulda Yaxın Şərq
ölkələri ü zrə mü xbiri idi.
Kazanda təhsil alan R.Məlikov "Voljskiy listok" və "Kamsko-Voljskaya reç"
qəzetlərində müxbir sifəti ilə işləyir, E.Sultanov Krımda çıxan "Tərcüman"la
əməkdaşlıq edir, N.B.Usubbəyov isə bu qəzetin səhifələrində çıxış edirdi.
Ə.Əliyev "Ülfət", "Türkistan" (Daşkənd), "Vaqt" (Kazan), "Qarjiye" qəzetlərilə
əməkdaşlıq edirdi.
Azərbaycan ziyalılarının mütərəqqi xarici mətbuatda da çap olunmaq
arzu ları təbii idi. Tələbəlik illərində Fransa mətbuat orqanlarında Ə.Ağayev çıxış
etmişdi. 1906- 1908-ci illərdə İstanbul mətbuatında A.Sur çap edilirdi. 1910-cu
ildə İstanbul qəzeti "Tanin"in "Əks -səda" redaksiyasında M.Hadi tərcü məçi
vəzifəsində çalış mışdı. O, eyni zamanda bir sıra Türkiyə qəzet və jurnallarında
özünün bir neçə əsərini dərc etdirmişdi. Ə.Ağayev Tehran qəzeti "Xurşud"da çıxış
etmişdi.
XX əsrin əvvəllərində milli ziyalılar içərisində mətbuat təşkilatçıları və
redaktorların ın bütöv bir nəsli yetişmişdi. H.Zərdabi bir ço x ju rnalistlərin,
həmçinin başqa millətlərdən olan mətbuat işçilərin in bir qrupunun müəllimi
şöhrətini qazanmışdı.
Azərbaycanın qabaqcıl ziyalıları içərisində onlarla qəzet və jurnal
redaktoru yetişmişdi. On lardan M.A.Şahtaxtinskini ("Şərqi-Rus"), Ə.Ağayevi
("Həyat" - 1905-1909; "İrşad", "Tərəqqi"), Ə.Hüseynzadəni ("Həyat", "Tərəqqi" -
1905-1907), C. Mə mmədquluzadəni (1906-cı ildən, müəyyən fasilə ilə 1932-c i ilə
qədər "Molla Nəsrəddin"), Q.Vəzirovu ("İrşad", "Tazə həyat", "İttifaq", "Səda",
"Sədayi-Vətən", "Sədayi-haqq", "Sədayi-Qafqaz", satirik ju rnal "Məzəli" - 1907-
1916), M.Ə.Rəsulzadəni ("İrşad", "İqbal", "Yen i İqbal", "Açıq söz" - 1908-1918),
Üzeyir Hacıbəyovu ("Tərəqqi", "Həqiqət", "Yeni İqbal", "Azərbaycan" - 1909-
1919) göstərmək olar. "Azərbaycan" qəzetinin redaktəsində C.Hacıbəyov da iştirak
etmişdi. 1910-1917-ci illərdə Q.İ.Qasımov, Sey id Hüseyn (Sadıqzadə),
192
Ə.Ə.Müzn ib (Mütəllib zadə),
C.Məmmədquluzadə (Fan i), Qafu r
Rəşad
(Mirzəzadə), A.Əfəndizadə də bu sahədə işlər görmüşlər. Bu sahədə Mustafa Lütfi
İsmayılov-Şirvanskin in sanballı xid məti olmuş, o, Həştərxanda çıxan
Azərbaycandilli qəzetlərin redaktoru vəzifəsində çalış mışdı.
Redaktorluq fəaliyyəti ilə Ə.Əliyev ("Arı" və "Bəhlul" yumoristik
jurnalları), A.İ.Cəfərov, M.Q.Əfəndiyev (Rusiya müsəlman uşaqlarının ilk mətbuat
orqanı olan "Dəbistan"a rəhbərlik edirdilər - 1906-1908-ci illər), C.Əsgərzadə
("İrəvan"), Ə.P.Hüseynzadə, İ.Aşurbəyov, C.Bünyadzadə,
M.B.Hacınski,
H.Heydərov, İ.Mahmudbəyov (pedaqoji jurnal "Rəhbər", 1906-1907-ci illər),
İ.Mirfətullayev ("İrəvan"), R.Səlimxanov, M.A.Sidqi, O.Orucov və başqaları da
məşğul olurdular.
Bakıda milli mətbuatın inkişafı Cənubi Azərbaycanda mədəniyyətin bu
istiqamətinin inkişafına əhəmiyyətli təsir göstərdi. 1906-1907-ci illərdə Təbrizdə 23
adda qəzet və jurnal nəşr edilirdi. Onlardan 20-si Azərbaycan türkcəsində, 3-ü isə
Azərbaycan, türk və fars dillərində çıxırdı. Mirzə Ələkbərxan, S.M.Şəbüstəri görkəmli
azərbaycanlı redaktorlar idilər. Şimali Azərbaycanın məşhur mətbuat xadimləri öz
cənublu qardaşlarına həmişə kömək əli uzadırdılar. Ə.Səfərov (Qəmküsar)
"Azərbaycan" satirik jurnalını, Seyid Hüseyn isə "Ədalət" və "Ana dili" qəzetlərini
redaktə edirdi. 1910-cu ildə M.Ə.Rəsulzadə İran Sosial-Demokrat Partiyasının orqanı
olan "İrane-nov" ("Yeni İran") qəzetinin redaktoru olmuş, bu qəzetdə publisist kimi də
çıxış etmişdi.
Bakı peşəkar publisist və jurnalist kadrlar məktəbi ilə yanaşı, Azərbaycanın
şəhərlərində, kənd yerlərində də mətbuatda milli kadrların formalaşması prosesi gedirdi.
Məsələn, "Kaspi" qəzetinə, Azərbaycanın hər yerindən - Lənkərandan ("Bİ - T.
Bayraməlibəyov - "Lənkəranlı" "A.B." və b.), Qubadan (Mehdi bəy Ağakişibəyov -
"Azyazan" Qudyallı), Şa ma xıdan ("Z", "Ayrılmış"), Salyandan (Ağa Əli Qasımov -
"Rahab", D.B.Sadıxbəyov, A.B.Səfərbəyov), Göyçaydan ("Rafiq") məktublar gəlirdi.
Qəzetin Hacıqabulda (İsmayıl Qulam oğlu), Kürdəmirdə ("B.İ."), Biləsuvarda
(Axvayev) müxbirləri var idi. Qəzetin Yelizavetpol quberniyasında da nümayəndələri var
idi. "Kaspi" qəzetində Şuşanın iqtisadi, ictimai-siyasi və mədəni həyatına dair xeyli geniş
məqalələr çıxmışdı. Həşim bəy Vəzirov (Şuşa realnı məktəbinin müəllimi) XIX əsrin
sonlarından başlayaraq şəhər ictimaiyyətini qəzetlə tanış edir, 1904-cü ildən isə qəzetə
"Müslim" imzası ilə materiallar göndərirdi. Ağdamda (V. Səbirli, "Kəndli"), Karyagində
("Allahverdi") və Qarabağın başqa yerlərində də müxbirlər var idi. Gəncədən A.Ziyad -
xanovdan, "Cəfər", "Xəbir" adlı müəlliflərdən materiallar göndərilirdi. Qəzetin
Şəkidəki mü xb irləri K.Abdullayev, Məhəmməd bəy İsmayılov, İsmayıl Calutski idi.
Şəki kəndlərindən "Vartaşenlı" və s. imzalar ilə "Kaspi"də nəşr olunan mü xbir var idi.
Qazax qəzasından M.Vəkilov, Ordubaddan Mir Hidayət Seyidov material
göndərirdilər. "Kaspi"nin nümayəndələri Dərbənddə və Cənubi Azərbaycanda da (Rəşt,
Ənzəli) var idi. Azərbaycandilli mətbuatın yerlərdə çoxlu mü xbirləri fəaliyyət
göstərirdi. Qəzalarda qəzet və jurnalların o lmadığ ı b ir şəraitdə bu yerlərdən
193
yazanların xid mətləri ço x əhəmiyyətli idi. Nəşriyyatçılar qrupu xüsusən fərq-
lənird i. O, milli mətbuatın inkişafında mühü m rol oynamışdı. Nəşriyyatçılar
arasında Oruc, Qəmbər və Abuzər Orucov qardaşları, H.B.Vəzirov, İ.Aşurbəyov,
Ə.Müzn ib, M.Mikayılov, M.Mirbağırov xüsusilə fərqlənirdilər. Onlardan başqa
M.Abdullazadə, Z.Abdullabəyzadə, M .Əlibəyov, A.M.Ələkbərov, U.Əh mədov,
M.Hacınski, K.Heydərov, Q.Qarabəyov, Q.R.Mirzəzadə, A.Q.Mirzəzadə,
M.Tahirov, Q.R.Şərifov kimi nəşriyyat mütəxəssisləri də fəaliyyət göstərirdilər.
İri mətbuat orqanlarını azərbaycanlı sahibkarlar maliyyələşdirird ilər. Bu
istiqamətdə H.Z.Tağıyevin xid məti xüsusi qeyd edilməlidir. "Kaspi", "Həyat",
"Açıq söz" qəzetləri və "Füyuzat" jurnalı onun verdiyi vəsait hesabına çıxırdı.
M.Muxtarov "Tərəqqi" qəzetinin nəşrini maliyyələşdirird i və s.
1905-1906-c ı illərdə Ba kıda Orucov qardaşların ın (1905-1917-ci illər),
İ.Aşurbəyovun, Q.Vəzirovun mətbəələri fəaliyyət göstərirdi. Artıq 1907 -ci ildə
Bakıda 24 mətbəə və litoqrafiya var idi. 1914-cü ildə onların sayı 35-ə çatdı. O
dövrdə buraxılan mətbuatın böyük hissəsi Orucov qardaşlarının mətbəəsində çap
olunurdu.
Gəncə, Şuşa, Lənkəran və Naxçıvanda kiçik mətbəələr var id i.
C.Məmmədquluzadə və Ömər Faiq Neman zadə Tiflisdə "Qeyrət" mətbəəsini təsis
etmişdilər. Bu mətbəədə 1906-cı ildən "Molla Nəsrəddin" jurnalı və başqa
ədəbiyyat çap olunurdu. Bu mətbəəyə tacir M .Bağ ırzadə böyük maddi yard ım
göstərmişdi.
Ana dilində mətbuatın inkişafına mətbuat işləri ü zrə Qafqaz Ko mitəs ində
işləmiş, sonralar onun aparıcı əməkdaşlarından biri olmuş Mirzə Şəfi M irzəyev
yaxından kö mək edirdi.
Beləliklə, iyirminci yüzilliyin ilk onilliklərində fəaliyyət göstərən mətbuat
bir neçə nəsil istedadlı milli publisistlərin, nəşr işi təş kilatçılarının, ictimai
xadimlərin yetiş məsində mühü m rol oynayan amillərdən olmuşdu.
|