A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I


§ 4. FƏHLƏ HƏRƏKATI. KƏNDLİ ÇIXIŞLARI



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə14/39
tarix05.03.2017
ölçüsü5,84 Mb.
#10118
1   ...   10   11   12   13   14   15   16   17   ...   39
§ 4. FƏHLƏ HƏRƏKATI. KƏNDLİ ÇIXIŞLARI 

Müharibənin başlanması Bakı proletariatının bir ay yarımdan çox çəkən möhtəşəm yay 

tətilinin, amansız cəza tədbirləri və təzyiqlərirı nəticəsində, zəifləməyə doğru getdiyi vaxta 

düşdü.  Şəhərdə səfərbərlik  iyulun  18-də başlandı, orduya çağırılan  minlərlə  fəhlə səfər-

bərlik  məntəqələrinin  qarşısına  yığılırdı.  Hakimiyyət  orqanlarının  tətili  dərhal 

dayandırmaq  üçün  bütün  tədbirləri  görməsinə  baxmayaraq,  neft  mədənlərinin  5159 

fəhləsi, 10 neftayırma zavodunun 2523 fəhləsi, podrat qazımasının 1836 fəhləsi, mexaniki 

emalatxanaların fəhlələri iyulun 20-dən sonra da tətili davam etdirirdilər.  Ümumiyyətlə, 

bu günlərdə 40 firmanın 10 minə yaxın fəhləsi tətili dayandırmamışdı. 

Hakimiyyət  orqanları  Bakıdakı  tətil  hərəkatını  ancaq  avqustun  ortalarında  yatırmağa nail 

oldu.  Bakı  fəhlələrinin  I914-cü  ilin  avqustunadək  çəkmiş  tətil  hərəkatı  onların  müharibə 

əleyhinə çevrilmiş əhvali-ruhiyyəsinin ifadəsi idi. 

Geniş  kütlələrin  iqtisadi  və  siyasi  vəziyyətinin  kəskin  surətdə  pisləşməsi  tətil 

mübarizəsinin yenidən yüksələcəyini  labüd  edirdi. Artıq 1915-ci  ilin  birinci  yarısında  500 

min nəfərdən çox adamın iştirak etdiyi 8 iqtisadi tətil baş vermiş və onların təşəbbüskarı neft 

sənayesi fəhlələri o lmuşdu. 

Bu  dövrdə  Nuxa  ipək sənayesi  fəhlələri  iri  çıxışlar  keçirirdi.  Aprelin  9-dan  20-dək 

Nuxanın  16  fabrikinin  1270  fəhləsi tətil edirdi.  Onların tələbi əmək haqqının artırılması,  iş 

gününün 1,5 saat qısaldılması idi

37

. İki aydan sonra, iyunun 9-da Nuxada tətillər yenidən baş-



ladı. Şəhərin əksər ipəksarıma  müəssisələri fəhlələrinin qatıldığı  bu tətil iyunun 21-dək 

davam etdi və dövrün ən iri aksiyası oldu

38



1915-ci  ilin  yayından  etibarən  Bakı  tətil  hərəkatında  dönüş  başlandı  və  indiyədək 



müstəsna olaraq neft sənayesi  fəhlələri, qismən də dənizçilərin  iştirak etdikləri bu aksiyaya 

1915-ci ilin ikinci yarısında şəhərin digər müəssisələrinin də fəhlələri qoşuldular. 1915-ci 

ilin payızında "Kaspi", "Trud" və Birinci mətbəə şirkəti mətbəə fəhlələrin in tətili uğurla  

keçdi. 


Tovuz sement zavodunun 180 nəfər fəhləsi sentyabrın 3 gününü işə çıxmayıb, 9 saatlıq 

iş günü  tətbiq olunmasını  tələb etdilər.  İqtisadi  xarakterli tətillər  Gədəbəy  mis  mədəni və 

misəritmə zavodunda da baş vermişdi. 

Bakıda tətil hərəkatının  artması höku mət orqanların ı fəhlələrlə sahibkarlar 

arasındakı konfliktlərə daha fəal şəkildə qarış mağa məcbur etdi. 

Sentyabrın 17-si və 19-da Bakı qradonaçalnikinin dəftərxanasında prokuror, 

baş fabrik müfəttişi, gəmiç ilik firmalarının sahibləri, sənayeçilərin nümayəndələri və 

b. iştirakı ilə  müşavirə çağırıldı. Müşavirədə qərara alındı ki, fəhlələrin əmək haqqı 

müəyyən qədər artırılsın və eyni zamanda bütün fəhlələrə tətillərin  təkrar olunacağı 

halda  hərbi  mükə lləfiyyətlilərin  cəbhəyə  göndəriləcəyi,  İran  təbəələrinin   isə  Bakı 

qradonaçalnikliyinin hüdudlarından kənara çıxarılacağı elan olunsun. 


 

 

154 



Bu  hədələrə  baxmayaraq,  Bakıda  tətil  hərəkatı  getdikcə  güclənir,  daha 

geniş əhali kütlələrini əhatə edirdi.  1916-cı  il  fevralın 14-16-da şəhərdə həyəcanlar 

baş  verdi.  Əksəriyyəti  qadınlardan  ibarət  olan,  aclıq  və  yo xsulluğun  çıxılmaz 

vəziyyətə  gətirib  çıxardığı  ço xsaylı  kütlə  alverçilərin  üzərinə  hücum  edərək 

bazarları,  mağazaları,  ərzaq  anbarları  və  dəyirmanları  dağıtmağa  başladı.  Bu 

həyəcanlarda şagirdlər, yerli qarnizonun əsgər və matroslarının bir hissəsi də iştirak 

edirdi.  Həyəcanları  yatırmaq  üçün  Gəncə,  Petrovsk  və  Temirxanşuradan  Bakıya  iri 

hərbi qüvvələr gətirildi. 

1915-c i  ilin  payızından  Ba kı  fəhlə lərinin  ü mu mi  kütləv i  çıxış larına 

hazırlıq  gedirdi.  Bu  işdə  mədən-zavod  komissiyalarının  mühüm  rol  oynamasını 

planlaşdıran  BK  müharibəni başlayandan sonra  amansız  təqiblərə  məru z  qalmış  bu 

ko missiyaların bərpasına böyük əmək sərf edird i. 

1916-c ı ilin yanvarında mədən və zavodlarda keç irilən y ığıncaqlarda  fəhlə  

təşkilatları  seçildi,  onların  nümayəndələrindən  Mərkəzi  ko missiya  yaradıld ı  və  o, 

Bakı fəh lələrin in tələblərini hazırlamaq və  ü mu mi tətili təşkil etmək işini ö z əlində 

cəmləşdirdi. 

1916-c ı ildə Bakıda tətillə rin  sayı xey li art ıb 94 aksiyaya çat mış, nata ma m 

məlu matlara  görə,  onlarda  13  min   nəfərdən  ço x  adam-Bakı  proletariatın ın 

təxminən  1/4 hissəsi iştirak etmişdi. 1916-cı  ilin əvvəllərində Nu xa  fəhlələri yenə 

də tətilə çıxd ılar. 

Xəzər  ticarət  donanmasının  dənizçiləri,  bənnalar,  konka  işçiləri  və  b. 

iqtisadi  tələblərlə  çıxış  edir,  neftçilərlə  yanaşı,  digər  sənaye  sahələrin in  fəhlələri, 

Azərbaycan qəzaları əhalisin in zəh mətkeş təbəqələri də mübarizəyə qoşulurdular. 

1916-cı  ildən  işdən  çıxarılmış  fəhlələrin  müəssisələrdə  işinə  qaytarılması,  həbs 

olunanların azad edilməsi, bəzi idarə qulluqçulannın işdən çıxarılması və i.a. tələblərin irəli 

sürüldüyü  tətillərin sayı  artdı.  Bunlarda bütün tətilçilərin təxminən  11  faizi  iştirak etmişdi. 

HSK-nın  mərmi  zavodunda (burada  400 fəhlə yoldaşlarının  işdən çıxarılmasına etiraz olaraq 

tətilə çıxmışdılar),  Benkendorfun  mexaniki  zavodunda və b.  müəssisələrdə siyasi tətillər 

baş verdi. 

Bakı fəhlələrinin 1916-cı il tətilləri 1915-ci il tətillərinə nisbətən daha çox kütləvi 

xarakterdə idi. Qafqaz-Qara dəniz cəmiyyəti, Moskva-Qafqaz şirkəti (may ayında burada 850 

nəfər  tətil  edirdi),  Mirzəyev  qardaşları  və  Mantaşev  firmaları  və  başqa  iri  müəssisələrin 

fəhlələrin mübarizəyə qoşuldular. 

Sənayeçilər  kütlələrin  təzyiqi  altında  fəhlələrin  zəhmət  haqqının  bir  qədər 

artırılmasına (əsasən hərbi əlavələrin hesabına) razılıq versələr də, hökumət orqanları ilə əlbirlik 

edib  tətilçilərə  daha  amansız  divan  tutur,  həbslərə,  cismani  cəzalara,  hərbi  mükəlləfiyyətli 

fəhlələrin cəbhəyə göndərilməsinə və s. tədbirlərə əl atırdılar. 

1916-cı ilin payızında Bakı proletariatının tətil hərəkatında yeni yüksəliş müşahidə 

olunurdu.  Sentyabrda  9  firmanın  5,5  min  nəfər  fəhləsinin  nümayəndələri  tələblər  irəli 

sürməklə küçələrə çıxdı. 

Bütün  müharibə dövrü ərzində  Bakıda ən  çox  (19)  tətil  1916  ilin  oktyabrında 


 

 

155 



baş verdi. Həmin ayda Rusiyada baş vermiş tətillərin 10 faizini təşkil edən bu tətillərdə 2 

min  nəfərdən  çox  fəhlə  iştirak  etmişdi.  Noyabr  ayında  müəyyən  durğunluqdan  sonra 

dekabrda tətilçilərin sayı 3 min nəfərə yaxınlaşdı. Bundan əlavə, 7325 nəfər fəhlənin, o 

cümlədən  Nobel  qardaşları,  Qafqaz-Qara  dəniz  cəmiyyəti,  Xəzər  şirkəti  kimi  iri 

firmaların fəhlələri adından əmək haqqı və hərbi müavinət məbləğinin xeyli artırılması, 

əlilliyə görə tam əmək haqqı ödənilməsi və i.a. tələblər irəli sürüldü

39



Neftin müəyyənləşdirilmiş qiyməti 1917-ci il yanvarın 1-dən artırıldı. Bu, neft 



sənayeçilərinin daha çox gəlir götürməsi demək idi və Bakı fəhlələrinin qəzəbini daha da 

artıraraq, ümumi tətil ideyasını kütlələr arasında xeyli populyarlaşdırd ı

40



Yanvarın  16-da  partiya  xadimləri  və  fəhlə  nümayəndələrinin  yığıncağında 



Bakı proletariatının RSDFP Bakı Komitəsi və mədən-zavod komissiyaları nümayəndələri 

tərəfindən  işlənib  hazırlanmış  ümumi  tələblərin  layihəsi  müzakirə  olundu.  Layihədə 

fəhlə  təşkilatlarına  xüsusi  bölmə  həsr  olunmuşdu,  kollektiv  müqavilələrin  bağlanılması 

üçün fəhlə müvəkkilləri şurasının seçilməsi tələbi irəli  sürülürdü; fəhlə komissiyalarının 

razılığı  olmadan  sahibkarlar  fəhlələri  işdən  çıxara  bilməzdilər.  Elə  həmin  gün  ümumi 

tələblər  layihəsinin  müzakirə olunduğu yığıncağın  iştirakçıları həbs edildilər. Səhərisi  gün, 

həbslərə etiraz əlaməti olaraq, "Nobel qardaşları" şirkətinin mexaniki emalatxanalarında 

700  fəhlə  tətilə  başladı.  Elə  bu  dövrdə  də  şirkətin  kimya  və  toluol  zavodları,  çəllək 

müəssisəsinin fəhlələri, elektrik stansiyası şirkətinin işçiləri onlara qoşuldular.  Yanvarın 

18-də  tətil  Balaxanı-Sabunçu  rayonunun  mədən-zavodlarını  da  əhatə  etdi;  saat  12-yə 

yaxın  bu  rayonda  3523  nəfər  tətil  edirdi

41

.  Yanvarın  19-da  "Nobel  qardaşları"  şirkəti 



gəmilərinin  heyəti  hemrəylik  əlaməti  olaraq  gəmi  və  körpüləri  tərk  etdilər.  Sonrakı 

günlərdə tətil genişlənərək 57 müəssisəni əhatə etdi. 10606 nəfərin iştirak etdiyi tətilə su 

kəməri, yanğınsöndürən və neftvurma müəssisələrinin fəhlələri də qoşulmuşdular. Bütün 

tətilçilərin yekdil tələbi həbs olunanların azad edilməsi, eyni zamanda fəhlə komissiyaları və 

fəhlə  müvəkkilləri şurasının tanınması  idi.  Yanvarın  19 və 20-də  hər  birində  15-20  min 

nəfərin iştirak etdiyi fəhlə mitinqləri keçirild i. 

Heç  bir  hədə,  hətta  hərbi  mükəlləfiyyətlilərin  cəbhəyə  göndərilməsi  fəhlələri 

qorxutmurdu. Hakimiyyət orqanları yanvarın 21-dən mədənlərə qoşun gətirməyə başladı. 

Yanvarın  27-də  qradonaçalnikin  yanında  keçirilmiş  müşavirədə  fəhlələrin  qeyri-iqtisadi 

xarakterli heç bir tələbinə güzəşt edilməməsi və üç gün ərzində işə başlamasalar, onların 

hərbi hakimiyyət orqanlarının ixtiyarına verilməsi qərara alındı. Yanvarın 28-də canişin tətil 

edən  fəhlələrin  cəbhəyə  göndərilməsi  zərurəti  barədə  imperatora  teleqram  vurdu  və 

müsəlman fəhlələrin hərbi-işçi dəstələrinə göndərilməsinə aid vəsatət qaldırdı. Elə həmin 

gün  II  Nikolay  bu  xahişə  razılıq  verdi.  Yanvarın  sonunda  təkcə  "Nobel  qardaşları" 

şirkətinin tətil edən fəhlələrindən 200 nəfəri cəbhəyə göndərildi. Bakı fəhlələrinin tətili 

1917-ci il yanvarın 31-də başa çatdı. Həbs olunmuş fəhlələrin bir hissəsi azad edildi

42



1917-ci ilin yanvarında Bakıda fəhlə hərəkatı bütün müharibə dövrü ərzində ən 



yüksək  səviyyəyə  çatmış,  bütövlükdə  87  müəssisəni,  22293  nəfəri  (yəni  bütövlükdə 

1915-1916-cı illərdə olduğundan çox) əhatə etmişdi. 1917-ci ilin yanvarında tətil hərəkatı 

bürümüş  müəssisələrin  sayına  görə  Bakı  qradonaçalnikliyi  Rusiyada  birinci

 

yeri 



 

 

156 



tuturdu. 

1917-c i il fevralın 15-də Gəncədə fəhlə həyəcanları başlandı Mahlıc istehsalı 

ilə məşğul olan fəhlələrin, sonra isə dəmiryolçuların başladığı tətil fevralın sonunadək 

davam etdi. 

Müharibə  illərində  iqtisadi  böhranın  dərinləşməsi,  zəhmətkeş   kütlələrin 

vəziyyətinin  kəskin surətdə  ağırlaşması  və Azərbaycan  kəndində sosial  ziddiyyətlərin 

kəskinləşməsi kəndli hərəkatının yüksəlişinə səbəb oldu. Azərbaycanın Bakı və bir sıra 

qəza şəhərlərindəki fəhlə hərəkatı da buna ciddi təkan verd i. 

1914-1917-ci  illərdə  qəzaların  əksəriyyətini  kəndli hərəkatı  bürümüşdü.  Köhnə 

ənənəvi formalarla yanaşı, kəndlilərin bir sıra yeni mübarizə formaları meydana çıxd ı. 

Lakin  kəndli hərəkatının  xarakteri bütövlükdə dəyişməmişdi.  O, əvvəllərdə 

olduğu kimi, yenə də açıq təzahür edən aqrar xarakter daşıyırdı. Kəndlilər ilk növbədə 

kəskin  ehtiyac  duyduqları  torpaq  uğrunda  mübarizə  aparırdılar.  Dövlət  və  mülkədar 

torpaqlarının tutulması mübarizənin on geniş yayılmış formalarından biri idi.  

Müharibə  illərində ən  iri  kəndli  həyəcanları  Yelizavetpol quberniyasında və 

Bakı  quberniyasının  Lənkəran  və  Quba  qəzalarında  baş  verirdi.  Bu  həyəcanlar 

kəndlilər  və  hökumət  nümayəndələri,  mülkədar-qolçomaq  dəstələri  arasında  silahlı 

toqquşmalarla müşayiət olunurdu. 

Müharibə  illərində  əkin  sahələri  xeyli  ixtisar  olunsa  da,  kəndlilərin  suvarma 

suyu uğrunda mübarizəsi davam edirdi. 

Müharibə  illərində  meşələrin  özbaşına  qırılması  halları  artıb  ərazisində  meşə 

olan  bütün  qəzaları  əhatə  etdi.  Özbaşına  qırılan  meşələrin  sahəsi  və  buna  görə 

kəndlilərdən  alınan  cərimələr  1916-cı  ildə  1913-cü  ilə  nisbətən  təxminən  iki  dəfə 

artmış, mülkiyyətin yandırılması halları da ço xalmışdı. 

Müharibə  illərində  kəndlilərdə  narazılığı  gücləndirən  səbəblərdən  biri  də 

vergi  və  mükəlləfiyyətlərin  həddən  ziyadə  artırılması  idi.  Kəndlilər  kütləvi  surətdə 

vergiləri  ödəməkdən  və  mükəlləviyyətləri  yerinə  yetirməkdən  boyun  qaçırır,  çar 

məmurlarına  və  polisə  silahlı  müqavimət  göstərirdilər.  Ordu  və  arxa  işlərinə 

səfərbərliklər,  mal-qara və  arabaların, taxıl  və s.  məhsulların  fasiləsiz  müsadirə edilməsi 

kəndli  həyəcanlarını  gücləndirir,  hökumət  nümayəndələri  ilə  silah lı  toqquşmalara 

gətirib çıxarırdı. 

Müharibə  illərində  qaçaqların  -  silahlı  kəndli  dəstələrinin  çıxışları  xüsusilə 

kəskin xarakter alaraq, Azərbaycanın bütün qəzalarını əhatə etdi. Onlar amansız istismara, 

hər  cür  sosial  ədalətsizliyə  qarşı  mübarizə  aparır,  mütləqiyyətin  vergi  siyasətinə  qarşı 

çıxırdılar. Başqa sözlə, qaçaq hərəkatı torpaqdan istifadədə hökm sürən qarmaqarışıqlığa, 

torpaq,  suvarma  suyu  və  meşə  materialı  çatışmazlığına,   vergi  və  mükəlləfiyyətlərin 

ağırlığına, onların toplanması zamanı yol verilən özbaşınalıqlara, polis məmurlarının zorakı 

əməllərinə və s. qarşı yönəlmişdi. 

Qaçaqlara əhalinin kömək və dəstək verməsi hərəkatın xəlqi sosial xarakterinə 

dəlalət edir. Müharibə illərində Azərbaycanda xalq intiqamçılarının 40-dək dəstəsi fəaliyyət 

göstərirdi. Qaçaq hərəkatının ən görkəmli başçılarından biri Qaçaq Süleyman Ağa Hüseyn 


 

 

157 



idi. O, öz dəstəsi ilə birlikdə Zəngəzur və Qarabağ bölgələrində çar müstəmləkəçiləri və 

yerli  istismarçılara  qarşı  15  ildən  çox partizan  müharibəsi aparmışdı.  1916-cı  ildə  onun 

dəstəsində 200 nəfərdən çox kəndli var idi. 

Çar  hökumət  idarələri  ona qarşı bütöv hərbi hissələr göndərirdi.  1917-ci  ilin 

fevralında hökumət orqanları  muzdlu qatillərin əli  ilə Qaçaq  Süleymanın  dəstəsinə divan 

tutdular.  Qaçaqlara  rəğbət  bəsləyən  və  kömək  göstərən  kəndlilər  də  amansızlıqla 

cəzalandırıldılar. 

Müharibə dövrünün kəndli hərəkatında qadınların rolu  xeyli artmışdı. İlk növbədə 

ərləri və oğulları orduya və müdafiə işlərinə səfərbər edilmiş qadınlar bu hərəkatda daha fəal 

iştirak edirdilər.  Qadınların  çıxışları  Cavanşir, Şuşa,  Naxçıvan,  Yelizavetpol,  Zəngəzur və b. 

qəzalarda baş vermişdi. 

Cəbhədəki  ağır vəziyyətə baxmayaraq,  çar hökuməti  kəndli hərəkatına  qarşı  bir 

sıra tədbirlər görmək məcburiyyətində qalıb, onun daha geniş yayıldığı Bakı, Yelizavetpol 

və Kutaisi quberniyalarında hərbi vəziyyət rejimi tətbiq etdi. 

Müharibənin  doğurduğu  iqtisadi və siyasi böhran, günü-gündən  artan fəhlə və 

kəndli hərəkatı, Rusiyanın digər regionlarında olduğu kimi, Azərbaycanda da yeni inqilabi 

şərait yarandığını göstərirdi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

158 



IV FƏSİL 

 

MƏDƏNİYYƏT 

 

§ 1. MAARİF 

 

Azərbaycanda  xalq  təhsilinin  inkişafına  XX  əsrin  əvvəllərində  olan  sosial-



iqtisadi  yüksəliş  təkan  verdi.  Xalq  maarifinin  bütün  sahələri  ölkədə  inkişaf  edən  azadlıq 

hərəkatının təsiri altında idi. Hərəkatın vüsətindən asılı olaraq hökumət gah cəza tədbirlərinə əl 

atmağa, gah  da bəzi  liberal güzəştlərə getməyə  məcbur olurdu.  Lakin təhsil  sistemindəki 

ruslaşdırma siyasəti şagirdlərin dini-monarxist tərbiyə prinsiplərindən kənara çıxmasına yol 

vermirdi.  Çünki  çar  Rusiyasının  müstəmləkəçi  mənafeyi  təhsil-xalqın  maariflənməsi  kimi 

strateji bir  sahəni  özünə  əlverişli  bir  şəkildə  və  istiqamətdə  qurub dəyiş dirməyi  tə ləb 

edirdi. 

Hökumətin daxili siyasi kursunda nəzərə çarpan dəyişikliklər  ilk növbədə təhsil 

haqqında qanun və qərarlarda, Xalq Təhsili Nazirliyinin əmr, sərəncam və göstərişlərində, 

sonra isə Qafqaz təhsil dairəsinin fəaliyyətində öz əksini tapırdı. 

XX  əsrin  əvvəllərində  Azərbaycanda  təhsil  şəbəkəsinin  ibtidai  məktəblərində 

tədrisin  müəyyən  yüksəlişi,  ümumi  orta  və  texniki-peşə  təhsilinin,  məktəbdənkənar  və 

mədəni-maarif müəssisələrinin genişlənməsi davam edirdi. 

Xalq  maarifinin  inkişafı  çarizmin  bilərəkdən  yaratdığı  bir  sıra  maneələrdən 

keçməli olurdu. Onların ən mühümü hökumətin maarifə buraxdığı vəsaitin məhdudluğu idi. 

Belə  ki,  bu  vəsaitdən  hər  adama  düşən  pay  1902-ci  ildə  Bakı  quberniyasında  79,3, 

Yelizavetpol quberniyasında  97 qəpik  idi.  Zaqafqaziyada polisi saxla maq  üçün  ildə  orta 

hesabla 4,4 milyon rubl xərcləyən hökumət xalq maarifinin ehtiyacları üçün ən çoxu 1,7 

milyon rubl ayırırdı. 

1903-cü il siyahıyaalmasının məlumatlarına görə, Azərbaycanın ən inkişaf etmiş 

sənaye  mərkəzi  Bakıda  (mədən  ərazisi  istisna  olunmaqla)  öz  zəh məti  ilə  yaşayan 

əhalinin  53,3  faizi  tamamilə  savadsız  idi,  həm  də  bu  siyahıda  azərbaycanlılar 

axırıncı yeri tuturdular (19,3%).

1  


Əhalinin sayı artdıqca təhsilə o lan tələbat artır, məktəblərin sayı ço xalırd ı. 

Azərbaycan  əhalisi,  xüsusən  kəndlərdə  yaşayanlar  öz  uşaqların ı  ənənəyə  uyğun 

olaraq mo lla xanalara  verir, onların doğ ma dildə savadlanmasına və d ini tərbiyəsinə 

ümid  bəsləyirdilər.  Əvvəllə r  o lduğu  kimi,  rus  məktəblərinə  daxil  o lana  qədər 

mo llaxanalara getmək təcrübəsindən istifadə olunurdu. 

Rəsmi  məlu mata  görə,  XX  əsrin  əvvəlində  məktəblər  azərbay canlı 

uşaqların  xeyli hissəsini əhatə edird i. Təkcə  Yelizavetpol quberniyasında 1914-cü 

ilin sonunda 192  müəllimi və 5188 şagirdi olan  153  məktəb var idi. Şuşada (1901-

ci il), Gəncədə (1906-cı il), Bakıda (1907-ci il) yeni məd rəsələr açılmışdı. 1914-cü 

ildə  Gəncə  mədrəsəsində  beş  müəllimin   rəhbərliy i  altında  110  şagird  d ini 

fəaliyyətə,  habelə  arzularından  asılı  olaraq,  məktəblərdə  dərs  deməyə 


 

 

159 



hazırlan ırdılar

2



Köhnə  məktəblər,  sayca  nisbətən  çox  olmasına  baxmayaraq,  ö z 

mövqelərini  itirir, ü mu mtəhsil ibtidai  məktəbləri və yeni üsulla  işləyən  məktəblər 

tərəfindən sıxışdırılırd ı. 

Yeni  üsullu  məktəblər  1900-cü  ildə  Şamaxı  qəzasının  Mərəzə  kəndində, 

1905-c i  ildə  Salyanda,  1907-c i  ildə  Lən kəranda, 1908-ci ildə Şa ma xı və Ağdaşda, 

1909-cu  ildə Şə ki,  Gəncə,  Gədəbəy və  Bala kəndə,  1913-cü  ildə  Qa x, Zaqatala  və 

başqa yerlərdə açıld ı

3

. Bəzi hallarda, məsələn, yerli əhalinin xahişi ilə, onlara rus dili 



müəllimləri  də  dəvət  olunurdu  (1911-ci  ildə  Naxçıvanda,  1913-cü  ildə  Şəkidə  və 

Zaqatalada)

4



Uşaqları,  xüsusən  qızları  ü mu mtəhsil  ibtidai  məktəblərinə  cəlb   edənlərə 



qarşı  mübarizə aparan  mövhumatçı  müsəlman  ruhaniləri  eyni  zamanda yeni üsullu 

məktəblərə  qarşı  çıxır,  onları  "islam  ruhuna  zidd"  hesab  edir,  müəllimləri  ənənəvi 

təhsil  üsulundan  əl  çəkmə lərinə  görə  günahlandırıb  lənətləyirdilər.  Yeni  üsullu 

məktəblərdə  parta  qoyulması  da  onların  narazılığına  səbəb  olurdu.  Lakin  onların 

əksinə  olaraq  Cənubi  Qafqazın  ali  ruhanilərindən  şeyxülislam  A xund  Əbdülsalam 

Axundzadə, Molla Məhəmməd  Pişnamazzadə, Müfti  Hüseyn Əfəndi Qay ıbov, öz 

dövrlərində  yüksək  təhsilli  adamları  kimi,  xalqın  maariflən məsinə  hər  cür  şərait 

yaratmağa  çalışır,  Qurana,  Məhəmməd  peyğəmbərin  hər  bir  müsəlmanın  biliklərə 

yiyələnməyə çalışmalı olması barəsində vəsiyyətlərinə əsaslanırdılar. 

Mövcud  əsasnamələrə  görə,  xalq  məktəblərinin  direktorları  məktəblərə  ciddi 

nəzarət  etməli  idilər.  Hökumət  ruhani  məktəblərində tədris prosesinin  gedişinə qarışmır, 

xalq arasında böyük təsiri olan müsəlman ruhanilərini narazı salmaqdan çəkinirdi. 

Bütün  imperiyada  olduğu  kimi,  Azərbaycanda  da  məktəb  şəbəkələrinin 

genişlənməsi ibtidai məktəblər hesabına baş verirdi. Belə məktəblər həm şəhərlərdə, həm 

də kəndlərdə, bir çox hallarda isə paralel şöbələrin və nisbətən yuxarı (ikinci və üçüncü) 

siniflərin artıq fəaliyyət göstərdiyi tədris müəssisələrində açılırdı. 

1914-cü  ildə  Bakı quberniyasında  448  ibtidai  məktəbdən  yalnız  28-i  ikisin ifli, 

qalanları isə birsinifli id i

5



İbtidai məktəblərin çatışmazlığı aktual problem olaraq qalmaqda idi. Siniflərə həddən 



çox sayda uşaq götürülürdü. 1905-ci ildə Bakı Mixaylov şəhər məktəbində 200 əvəzinə 575 

şagird  təhsil  alırdı

6

.  1905-ci  ildə  Bakı  quberniyasının  nazirlik  məktəblərində "yer  yox-



dur" qeydi ilə 1623 müraciətə rədd cavabı verilmişdi.  

Şəhər məktəblərinin çoxu (16-sı) Bakı şəhərində idi və 1914-cü ildə onlarda 

1942 şagird təhsil alırdı. 

1915-ci  il  yanvarın  1-də  Bakı  və  Yelizavetpol  quberniyalarında  Xalq  Təhsili 

Nazirliyinin sərəncamında 103 şəhər və 609 kənd ibtidai məktəbi var idi. Bu məktəblərdə 

46530 şagird təhsil alırdı kı. onlardan 1427 nəfəri qız (28,3 faiz) və 15 776-sı (34 faizi) 

azərbaycanlı id i

7



1900-cü il yanvarın 1-nə nisbətən bu quberniyalarda ibtidai  məktəblərin sayı 557 

(4,6 dəfə  çox), şagirdlərin sayı  15805  (4,1  dəfə çox),  qızların  sayı  10944  (6  dəfə  çox), 



 

 

160 



müsəlmanlar 13339 nəfər (6,4 dəfə çox) artmışdı. Göstərilən quberniyaların 1,6 milyon 

nəfərdən çox  müsəlman əhalisinə (bütün əhalinin 66 faizinə) cəmi  373 məktəb, deməli, 

hər  1718  nəfərə  bir  məktəb  düşürdü.  Beləliklə,  məktəbyaşlı  uşaqların  9,9  faizi  ibtidai 

məktəblərdə təhsil alırdı

8



Məktəb  binalarının  çatışmazlığı  və  bir  çox  yerlərdə  ümumiyyətlə  yoxluğu  da 



xalq  təhsilinin  inkişafına  mane  olurdu.  1914-cü  ildə  Bakı  quberniyasında  377  məktəbdən 

yalnız 137-sinin (33,6 faizinin), Yelizavetpol quberniyasında isə 325 məktəbdən 68-nin (20,9 

faizinin) öz binası var idi


Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin