A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I


§ 8. AZƏRBAYCAN NEFT SƏNAYESİNDƏ  MİLLİ KAPİTAL



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə6/39
tarix05.03.2017
ölçüsü5,84 Mb.
#10118
1   2   3   4   5   6   7   8   9   ...   39
§ 8. AZƏRBAYCAN NEFT SƏNAYESİNDƏ  MİLLİ KAPİTAL 

 

Azərbaycanda  iqtisadiyyatın  kapitalist  inkişafı  bir  çox  sosial  qrupların 



nümayəndələrini  müxtəlif  sahələrdə sahibkar  fəaliyyətinə  cəlb edirdi.  Bu qruplardan  ən 

kütləvisi  -  hələ  kapitalist  istehsal  münasibətlərinin  hakim  mövqe  tutmasından  qabaq 

formalaşmış  xırda  burjuaziya  əslində  əmtəə  təsərrüfatı  şəraitində  xüsusi  mülkiyyəti, 

həmçinin istehsal vasitələri olan, eyni zamanda istehsal prosesində iştirak edən azad xırda 

istehsalçıların  nümayəndəsi  idi.  Məhz  onlar  iri  burjuaziya  sırasına  daxil  olanların  əsas 

mənbəyini  təşkil  edirdilər.  Onlar  iri  kapital  sahibləri  mühitinə  təkcə  özlərinin  əmtəə-

istehsal  bacarıqlarını,  öz  müəssisələrini  yaratmaq  kimi  təşkilati  təcrübələrini  deyil, 

həmçinin milli ənənələrini də gətirirdilər. 

Bakı  neft  sənayesinin  kapitalist  inkişaf  yoluna  düşməsinin  lap    başlanğıc 

mərhələsində  burada  milli  kapitalın  xüsusi  çəkisi  yüksək  idi.  Hələ  70-ci  illərdə,  neft 

sənayesində  iltizam  sisteminin  ləğv  olunduğu,  neft  quyularının  və  neftverən  ərazilərin 

hərrac vasitəsilə xüsusi şəxslərə icarəyə verildiyi vaxt neft quyularının 88 faizi, hərrac za-

manı  ödənilmiş  məbləğin  94,5  faizi  yerli  sahibkarlara  məxsus  idi  ki,  onların  da  əsas 

kütləsini milli kapital nümayəndələri təşkil edirdi. Milli kapital nümayəndələri bu dövrdə 

neft emalı sənayesi sahəsində də aparıcı rola malik idilər. Bu dövrdə Bakının neft-mədən 

rayonunda fəaliyyət göstərən 46 neft emalı zavodundan 25-i, yəni 54 faizi milli kapital 

nümayəndələrinin sərəncamında idi. 

H.Z.Tağıyevin  1873-cü  ildə  yaratdığı  kiçik  neft  firması  əsrin  sonuna  qədər 

keçən müddətdə özündə neft istehsalı, buruq qazıma, neft emalı və onu daşımaq vasitələrini 

birləşdirən  iri  kapitalist  müəssisəsinə  çevrildi.  Bu,  istehsalın  ən  müasir,  eyni  zamanda 

bilavasitə istehlakçılıqla əlaqədar təşkilat forması id i. 

Kapitalist  təsərrüfat sistemini  dərindən öyrənən  H.Z.Tağıyev  qısa  müddətdə 

öz müəssisələrini dövrün tələblərinə uyğunlaşdıraraq böyük uğurlar qazana b ilmişdi. 

Eyni  yolu  keçmiş  digər  azərbaycanlı  sahibkarlardan  Şəmsi  Əsədullayev  XX 

yüzilliyin  əvvəllərində  öz  müəssisələri  əsasında  səhmdar  cəmiyyəti  yaratmışdı.  Onun 

yaratdığı  cəmiyyət  1913-cü  ildə  Bakıda  neft  hasilatının  60  faizinə  qədərini  öz  əlində 

cəmləmiş  12  firmadan  biri  idi.  1913-cü  ildə  "Ş.Əsədullayev"  cəmiyyəti  Ramanada, 

Sabunçuda,  Suraxanıda şəxsi  mülkiyyət və  icarə  əsasında  37 qazıma  buruğuna,  Bakıda 

zavod  və  mexaniki  emalatxanalara,  Xəzər  dənizində  gəmi  və  barjlara,  neft  çənləri  və 

kəmərlərinə, neft-mədən rayonunda torpaq sahələrinə, şəhərdə binalara malik idi.  

Muxtarov "Qazıma  istehsal  alətlərinin sahibkarları  sindikatı"nın  və  "Bakı  neft 

quyuları  qazan  istehsalçılar  cəmiyyəti"nin  ən  əsas  üzvlərindən  biri  idi.  Muxtarovun 

zavodlarının illik istehsal həcmi 2 mln rubla çatırdı. 1908-1910-cu illərdə Bakı neft istehsalı 

rayonunda  60  azərbaycanlı  sahibkar  fəaliyyət  göstərirdi  və  onların  sərəncamında  80 

firma var idi. Onlardan 8-i hər biri ildə 1 mln puddan çox neft istehsal edən sahibkarlar 

sırasına  daxil  idi.  1913-1914-cü  illərdə  neft  çıxarmaqla  məşğul  olan  165  neft 

firmasından  48-i,  yəni  30  faizi  azərbaycanlı  sahibkarların  sərəncamında  idi.  Neft  emalı 

sənayesi  sahəsində  isə  1906-cı  ildə  fəaliyyət  göstərən  77  zavoddan  20-si  milli 



 

 

63 



kapital  nü mayəndələrinə  məxsus  id i.  Bakıda  istehsal  olunan  ağ  neftin  beşdə  bir 

hissəsi onların payına düşürdü. 

Azərbaycanlı  sahibkarlar  neft  sənayesindən  əldə  etdikləri  külli  miqdarda 

vəsait hesabına yerli iqtisadiyyatın digər sahələrində də aparıcı mövqe tuturdular. 

Milli  kap italın  yüksək  inkişaf  mərhələsi  və  onun  qüdrəti  özünü  Tağıyev 

və  Əsədullayevin  şəxsi  bank  kontorları  əsasında,  M.Nağ ıyev,  M.Mu xtarov, 

F.Rüstəmbəyov  və  başqalarının  iştirakı  ilə  1914-cü   ildə  Bakı  Tacir  bankın ın 

yaradılmasında göstərdi.  Onun kapitalı 1914-cü  ildə  3  mln  1915-ci  ildə  isə 5  mln  

rubl idi. Bu  bankın məqsədi neft, pa mb ıq, balıq, dənüyütmə, me xan iki və s. istehsal 

sahələrində  ilk  növbədə  milli  kap ital  nümayəndələrinə  kö mək  et mək  id i.  Bunu 

təsdiqləyən  "Birja"  qəzet i  yazırd ı  ki,  bankın   müştərilərinin   böyük  əksəriyyəti 

müsəlman lardır. 

Beləliklə,  milli  burjuaziya,  müstəmləkə  məngənəsində  sıxılan  yaradıcı 

fəaliyyətinə  mane  olun masına  baxmayaraq,  iqtisadiyyatın  bir  sıra  sahəsində,  o 

cümlədən neft sənayesində müəyyən mövqe tutmağa nail olmuşdu. 

 

 



 

 

 



 

 

§ 9. TİCARƏT, NƏQLİYYAT VƏ RABİTƏ 



 

Ticarət  XX  əsrin  əvvəlləri  Azərbaycan  ticarət  kapitalının  təmər-

küzləşməsi və  mərkəzləşməsi p rosesinin sürətlənməsi,  inhisar və kredit ticarətin in 

inkişafı, ticarət  müəssisələrinin sayının ço xalması,  iri topdansatış ilə yanaşı,  xırda 

ticarətin  də  inkişafı,  iri  şirkət  və  ko mpaniyaların  satışı  geniş  ölçüd ə təşkil  etməsi 

ilə,  həm  də  möhtəkirliy in  geniş  yayılması  ilə  xarakterizə  o lunurdu.  Bu  dövrdə 

daxili ticarətin təşkilat sistemi təkmilləşir, onun formaları genişlənir və keyfiyyətcə 

yeni məzmun kəsb edirdi. 

Azərbaycanda  ticarət  əlaqələri  başlıca  olaraq  inhisarlar  tərəfindən  təşkil 

edilir,  mal  aparılıb -gətirilməsi  işi  əsasən  ticarət  evləri,  səhmdar  cəmiyyətləri  və 

onların  nü mayəndələri  vasitəsilə  görülürdü.  A zərbaycanın  ticarət  əlaqələri 

coğrafiyasını  genişləndirir,  getdikcə  daha  ço x  qarşılıq lı  xarakter  daşıyır,  t icarətin 

stasionar  forması  inkişaf  edir,  milyonlarla  manat  ticarət  dövriyyəsi  olan  ticarət 

mərkəzləri  yaranır,  ticarətdə  kapitalist  münasibətlərinin  inkişafına  müsbət  təsir  

göstərən  əlverişli  şərait  formalaşırdı.  Bu  dövrdə  Azərbaycanın  mühüm  şəhərlərində, 

birinci  növbədə,  Bakıda  müasir  avadanlıqla  təchiz  olunan  ən  iri  universal  və 

ixtisaslaşmış  mağazaların,  passajların  sayı  çoxalır,  qəzalarda  da  illik  mal  dövriyyəsi 

böyük məbləğə çatan yüzlərlə ticarət müəssisələri açılırdı. 


 

 

64 



Bütün  Rusiyada  olduğu  kimi,  Azərbaycanda  da  ticarət  müəssisələri  beş 

dərəcəyə  bölünürdü.  Ticarət  müəssisələrinin  birinci  dərəcəlisində  topdansatış,  ikinci 

dərəcəlisində  topdan  və pərakəndə  satış,  üçüncü dərəcəsində  yalnız  pərakəndə  satış, 

dördüncü dərəcəlisində isə xırda satış təşkil edilirdi. Beşinci dərəcəyə malı yüklə və ya 

əllə  gəzdirib  satmaqla  məşğul  olanlar  daxil  idi.  Bundan  əlavə,  Rusiya  imperiyasının 

ərazisi  ticarət  və  sənayenin  inkişaf  səviyyəsinə  görə  5  sinfə  bölünürdü  ki,  burada  da 

birinci  sinif  istisna  olmaqla  qalanlarına  qoyulan  verginin  məbləği  mü xtəlif  idi. 

Azərbaycanda Bakı şəhəri ikinci, Bakı qəzası və Gəncə şəhəri üçüncü, qalan yerlər isə 

dördüncü sinfə aid edilmişdi. 

Bakı  quberniyasında  1900-cü  ildə  əlavə  vergiyə cəlb  edilən  və  mənfəətdən 

faiz  verən,  illik  dövriyyəsi  155,8  mln.  rubl  illik  mənfəəti  17,5  mln  rubl  olan  5468 

ticarət müəssisəsi, 1904-cü ildə isə illik dövriyyəsi 104 mln rubl, illik mənfəəti 11,4 mln 

rubl olan 5154 ticarət müəssisəsi var idi. Bakı quberniyasında olan ticarət müəssisələrinin 

böyük  əksəriyyəti  Bakı  şəhərində  və  Bakı  qəzasında  yerləşirdi.  Beynəlxalq  ticarətin 

mühüm mərkəzlərindən birinə çevrilən Bakı şəhəri Azərbaycan ticarətinin ümumi inkişaf 

meylini,  xarakterini  və  istiqamətlərini  müəyyən edirdi.  Bakı  quberniyasında  1900-cü 

ildə olan ticarət müəssisələrinin 63,7 faizi,  1904-cü  ildə isə  64,4  faizi  Bakı  şəhəri  və 

Bakı  qəzasında  yerləşirdi.  Ticarət  müəssisələrinin  illik  dövriyyəsinin  həcminə  görə 

Bakının xüsusi çəkisi daha böyük idi. Ticarət müəssisələrinin illik dövriyyəsinin 1900-

cü  ildə  88,4  faizi,  1904-cü  ildə  isə  87,7  faizi  Bakının  payına  düşürdü.  1910-cu  ildə 

Azərbaycanın hər  iki  quberniyasındakı  8311  ticarət  müəssisəsinin  36,6  faizi  Bakıda 

idi. 


Bakı  şəhəri  ticarət  müəssisələrinin  iriliyi,  müasir  avädanlıqla  təchizatı, 

ticarətin  təşkilində  mütərəqqi  formaların  tətbiqi  cəhətindən  də  Azərbaycanın  digər 

şəhərlərindən  fərqlənirdi.  Topdansatış  ticarət  müəssisələrinin,  demək  olar  ki,  hamısı, 

pərakəndə  satış  iri  ticarət  müəssisələrinin  isə  xeyli  hissəsi  Bakıda  yerləşirdi.  Bakı 

quberniyasında götürülən birinci dərəcəli ticarətə aid sənədlərin 1901-ci ildə 96,1,  1906-cı 

ildə isə 86,2 faizi Bakının payına düşürdü. 

1900-cü ildə Bakıda əlavə vergiyə cəlb edilən və mənfəətdən faiz verən 3438 

ticarət müəssisəsinin illik dövriyyəsi 137,7 mln, illik mənfəəti isə 16,3 mln rubl olmuşdu. 

Ticarət  müəssisələri üçün götürülən sənədlərin  miqdarı  1901-ci  ildə  6164,  1904-cü  ildə 

6576 və 1906-c ı ildə isə 4754 olmuşdur. 

Azərbaycanın  Yelizavetpol  quberniyasında  da  ticarət  müəssisələrinin  sayı 

çoxalır, illik dövriyyənin həcmi artırdı. Burada 1909-cu ildə 6970, 1912-ci ildə isə 9015 

ticarət sənədi əldə edilmişdi. Ticarət müəssisələrinin illik dövriyyəsi 1909-cu ildə 17 

mln, 1910-cü  ildə  isə  16,7  mln  rubl  idi.  Yelizavetpol quberniyasında  Gəncə,  Nuxa  və 

Şuşa şəhərləri öz qəzaları ilə birlikdə ticarətin inkişaf səviyyəsinə görə başqa qəzalardan 

kəskin surətdə fərqlənirdi. 

1909-cu  ildə  ticarət-sənaye  müəssisələrinin  22083  min  rubldan  ibarət  illik 

dövriyyəsindən  3989  min  rubl  Gəncə şəhərinə,  4  mln  rubl  Nuxa  qəzasına,  5760  min 

rubl isə Şuşa qəzasına aid idi. 


 

 

65 



Azərbaycanda birja, yarmarka və bazar ticarəti də xeyli inkişaf etmiş və ticarət 

dövriyyəsinin ümumi yekununda onların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdı. 

Bakıda  hər  ilin  baharında təşkil  olunan  Nikolay  yarmarkasında  keçirilən  və 

ildən-ilə  genişlənən  ticarət  əməliyyatı  şəhərin  ticarət  dövriyyəsində  əhəmiyyətli  yer 

tuturdu.  Məsələn,  1903-cü  ildə  buraya  gətirilən  malların  məbləği  əvvəlki  ilə  nisbətən 

146,4  min,  satılan  malların  məbləği  isə  98,7  min  rubl  artmışdı.  Bu  yarmarkada yerli 

mallarla yanaşı, Saratov, Tiflis, Yekaterinodar, Yaroslavl, Yekaterinburq, İrkutsk, Rostov, 

Dağıstan və başqa yerlərdən gətirilən mallar da satılırd ı. 

Bakı birjasının mal dövriyyəsinin həcmi 1900-cü ildə 23,4 milyon, 1908-ci ildə 

55  milyon rubl, burada sövdə edilən neft məhsullarının miqdarı isə 1900-cü ildə 140,3 

milyon, 1910-cu ildə 213,9 milyon pud olmuşdu. 

Azərbaycanın  daxili  ticarətinin  yeni  bir  forması-istehlak  kooperasiyası 

meydana  gəlmiş və daxili  ticarətin  inkişafında onun əhəmiyyəti artmışdı. Artıq  1904-cü 

ildə  Bakıda  10  istehlak  kooperasiyası  var  idi.  İstehlak  kooperasiyalarının  illik  dövriyyə 

məbləği  də  artmaqda  idi.  1913-cü  ildə  Bakıda  12  istehlak  kooperasiyasının  illik  

dövriyyəsi  76  min  rub l  olmuşdu.  1913-cü  ildə  Azərbaycandakı  39  istehlak 

kooperasiyasından 28-i Bakı, 11 -i isə Yelizavetpol quberniyalarında idi. 

XX  əsrin  əvvəllərində  Azərbaycanda  ticarət  kapita lın ın  tə mər küzləşməsi 

və  mərkəzləş məsi  p rosesi  daha  da  sürətlənmişdi.  Lakin  əvvəllərdə  olduğu  kimi, 

yenə  də  inhisarçı  ticarət  əsasən  Bakı  şəhərində  in kişaf  edirdi.  Bakının  birja 

cəmiyyəti,  bank-kredit  müəssisələri  burada  ticarət  kap italının   təmərküzləşməsi 

prosesinin sürətlənməsinə təsir göstərirdi. Bakı şəhərində 1904-cü ildə 56, 1910-cu 

ildə 98, 1913-cü  ildə 200 ticarət evi var id i. On lardan  30-u  məhsulun istehsalı və 

tədavülü  ilə  məşğul  olurdusa,  170-i  bilavasitə  tədavül  dairəsində  fəaliyyət 

göstərirdi. 

Bakı  şəhərindəki  ticarət  evlərinin  diqqəti  cəlb  edən  cəhəti  onların  bütün 

ticarət sahələrinə nüfu z etmələri idi. Bu dövrdə neft məhsulları və digər mallarla da 

ticarət  edən  ticarət  evlərinin  sayı  da  sürətlə  artırdı.  Ancaq  neft  məhsulların ın 

ticarəti  ilə  məşğul  olan  ticarət  evləri  bütün  ticarət  evlərin in  1904-cü  ildə  51,8 

faizini (29 ticarət ev i), 1913-cü ildə isə 17,5 faizini təşkil edirdi. 1913-cü ildə Bakı-

dakı ticarət evlərin in 67-sin in hər birinin  kapitalı  50  min rubldan ço x id i.  Şəhərdə 

möhkəm  maddi-texn iki  bazaya  əsaslanan  ən  iri  topdansatış  ticarət  müəssisələri 

ticarət evlərinə  məxsus idi.  1913-cü ildə  Bakıda  mövcud olan 138 birinc i dərəcəli, 

yəni topdansatış ticarətlə  məşğul olan ticarət  müəssisələrinin  94-ü və ya 60,8 faizi 

ticarət evlərinə a id id i. 

Azərbaycanın  digər  şəhərlərində  də  ticarət  evləri  açılırdı.  1910-cu  ildə 

Azərbaycanda  olan  105  ticarət  evinin  98—i  Bakıda,  7-si  isə  digər  şəhərlərdə, 

məsələn, Gəncədə, Nu xada, Şuşa və Naxçıvanda yerləşird i. 

Neft  məhsulları  ticarətində  "Nobel  qardaşları",  "Mazut"  və  qismən  

"A.İ.Mantaşov və K°" səhmdar cəmiyyətləri həlled ici yer tuturdu. 

Nobel və Rotşild nəinki  Rus iyada inhisarçı  mövqe tutmağa, habelə dünya 


 

 

66 



neft  bazarını  Rokfellerin   A merika  "Ağ  neft  tresti"  ilə  bölüşdürməyə  müvəffəq 

olmuşdular. 

Neft  və  neft  məhsulları  ilə  bərabər,  metal  və  metal  məmu latı, 

pambıq-



parça  məmu latı,  qənd  və  un,  ət  və  ət  məhsulları  və  s.  malların   ticarətində  də 

inhisarlar  meydana  gəlmişdi.  Ne ft  və  neft  məhsullarının,  metal  və  metal 

məmu latın ın,  un,  çörək  və  çörək  məmu latın ın  və  digər  taxıl  məhsulların ın  

ticarətində sindikatlar yaran mışdı. 

Beynəlxalq ticarətin  mühüm  mərkəzinə çevrilən  Bakı şəhərində  tacirlərin sayı, 

onların  kapitalları daha sürətlə artır, ticarət  əməliyyatları  genişlənirdi.  1903-cü  ildə  Bakı 

şəhərində 14945 nəfər tacir var idisə, 1913-cü ildə onların sayı 19545 nəfərə çatmışdı. 

Bilavasitə  malların  alqı-satqısı  ilə  məşğul  olanlar  tədavül  dairəsində  çalışanların  83,1 

faizini təşkil edird i. 

Bakı tacirlərinin tərkibi çoxmillətli idi. Şəhər tacirləri arasında onlarca millətin 

nümayəndələrinə rast gəlinirdi. 1903-cü ildə 14945 tacirin 7084 nəfəri azərbaycanlı, 3559 

nəfəri erməni, 2489 nəfəri rus və 1873 nəfəri digər millətlərin nümayəndəs i id i. 

Azərbaycanın  digər  şəhərlərində  də  ayrı-ayrı  malların  ticarətində  həlledici 

mövqe tutan, Rusiyanın daxili rayonları və xarici ölkələrlə geniş ticarət aparan, çox böyük 

kapitalı olan tacirlər zümrəsi meydana gəlmişdi. 

Azərbaycanın  şəhər  və  qəzaları  arasında  mal  dövriyyəsinin  həcmi  xeyli 

genişlənmişdi.  Azərbaycan  kəndləri  sürətlə  artan  ticarət-sənaye  əhalisini  ərzaqla  təmin 

etməklə bərabər, şəhərlərdən də müxtəlif  istehlak şeyləri və istehsal alətləri əldə edirdilər. 

Bakı  ilə  Azərbaycan  qəzaları  arasında  nəqliyyat  vasitələrinin  ilbəil  yaxşılaşması  ticarət 

dövriyyəsinin artmasına müsbət təsir göstərdi. Məhsulun ticarətə daxil olan hissəsinin artım 

sürəti xeyli çoxaldı. 

Bu dövrdə Azərbaycanın  xarici ölkələrlə ticarət  əlaqələri  daha da genişlənmiş, o, 

dünya bazarına neft məhsulları, balıq məhsulları, ipək və s. ixrac etməklə bərabər, eyni zamanda 

xarici ölkələrdə istehsal olunmuş malların da mühüm istehlakçısına çevrilmişdi. 

Mühüm ticarət mərkəzi olan Bakıda bir-birinin ardınca təşkil edilən xarici şirkət və 

kompaniyaların  kontorları,  şöbələri  və  agentlikləri  şəhərin  əhalisini  və  Azərbaycanın  digər 

yerlərini  lazımi  mallarla təmin edirdi.  Bakı şəhərində bilavasitə  xarici firmalara  məxsus olan 

mağaza,  kontor,  anbar  və  s.  fəaliyyət  göstərirdi.  Birinci  dünya  müharibəsi  ərəfəsində  burada 

xarici ölkə tacirlərinə məxsus 389 ticarət müəssisəsi var idi. 

Əvvəllərdə olduğu kimi, yenə də Azərbaycanın ticarət əlaqələri dəniz və dəmir yol 

nəqliyyatı vasitəsilə təşkil edilirdi. Hər iki halda Bakı şəhəri müstəsna əhəmiyyət kəsb edirdi. 

XX  əsrin  əvvəllərində  Bakı şəhərinin  müxtəlif  malların ən  mühüm  istehlakçısına  çevrilməsi, 

ölkənin  daxili  rayonları,  eləcə  də  Rusiya  və  İran  arasında  ticarət-iqtisadi  əlaqələrin 

genişlənməsində rolunun yüksəlməsi onun mal dövriyyəsinin xeyli artmasına səbəb oldu. 

1900-cü  ildə  Bakıdan  dənizlə  353  milyon,  dəmir  yolla  isə  84,8  milyon  pud  mal 

aparılmış, buraya dənizlə 30,6 milyon, dəmir yolla 16,7 milyon pud mal gətirilmişdi. 1913-cü 

ildə Bakıdan dənizlə 307,7 milyon, dəmir yolla  isə 72,6  milyon pud  mal aparılmış, buraya  isə 

müvafiq surətdə 33 və 46,3 milyon pud mal gətirilmişdi.  



 

 

67 



Azərbaycanın ticarət əlaqələrinin  inkişafinda  Xəzər dənizi sahilində yerləşən digər 

limanlar - Lənkəran və Astara, habelə mühüm dəmir stansiyaları - Hacıqabul, Kürdəmir, Ucar, 

Yevlax, Gəncə, Ağstafa və da mühüm rol oynayırdı. Onlar Azərbaycanın, demək olar ki, bütün 

ərazisini Rusiyanın daxili rayonları və xarici ölkələrlə əlaqələndirirdi. 

Azərbaycandan neft məhsullarından əlavə ipək, pambıq, yun, taxıl, meyvə və onlarla 

digər  kənd  təsərrüfatı  məhsulları  aparılır,  buraya  əhalinin  istehlak  şeylərinə,  sənaye,  kənd 

təsərrüfatı,  nəqliyyat,  tikinti  və  istehsal  vasitələrinə  olan  tələbatını  ödəmək  üçün  çox  adda, 

müxtəlif növ və çeşiddə mal gətirilirdi. 

1909-cu  ildə  Ye lizavetpol  quberniyası  ərazisində olan dəmir  stansiyalarından 

8148 min və 1913-cü ildə 9972 min pud mal aparılmış, həmin illərdə müvafiq surətdə 6761 və 

11962 min pud mal gətirilmişdi. 

Azərbaycanın  ticarət  əlaqələrində  İran  yenə  də  mühüm  yer  tutur,  Bakı  şəhəri 

böyük  rol  oynayırdı.  1908-ci  ildə Azərbaycan  ərazisində olan bütün gömrükxanalardan 

İrana ixrac edilən 18710 min rublluq malın 11101 min rublluğu və ya 59,3 faizi Bakıdan yola 

salınmışdı.  həmin  gömrükxanalara  daxil  olmuş  18454  min  rublluq  malın  12327  min 

rublluğu və ya 66,8 faizi isə Bakıya idxal edilmişdi. 

Azərbaycandan  İrana  aparılan  malların  içərisində  neft  məhsulları,  qənd,  metal, 

pambıq-parça məmulatı, maşın və avadanlıq xüsusi yer tutur, oradan gətirilən mallardan isə 

düyü, meyvə, pambıq, balıq məhsulları və s. həlledici əhəmiyyət kəsb edirdi. 

Nəqliyyat  və  rabitə.  XX əsrin əvvəllərində ticarət gəmilərinin kiçikləri ixtisar 

edilib,  irilərilə  əvəz  olunurdu.  Donanmada  1908-ci  ildən  başlayaraq  daxili  yanacaqla 

hərəkətə  gətirilən  gəmilər  (teploxodlar)  meydana  çıxdı.  Xəzər  ticarət  donanmasında 

1910-cu ildə beş, 1914-cü ildə 17 teploxod var idi ki

188

, onlar da Rusiyadakı bütün gəmilərin 



28,8 və bütün teplo xodların 84,8 faizini təşkil edirdi

189


. Ümu miyyətlə, Xəzər dənizində ən 

iri  teploxodlar  üzürdü.  1914-cü  ilin  əvvəlində  Xəzər  donanmasında  buxarla  işləyən 

teploxodlar  və  başqa  gəmilər  bütün  gəmilərin  72  faizi  qədər  idi  və  onlar  gəmi  ilə 

yükdaşımanı artıq laması ilə təmin ed ird ilər. 

Rusiya  gəmiqayırma  zavodları  gəmiyə  olan   tələbatı  vaxtında  yerinə 

yetirirdi.  1914-cü  ilə   qədərki  dövrdə  Xəzə r  donanmasın da  fəaliyyət  göstərən 

buxarla işləyən gəmi və teplo xod ların 47 fa izi Rusiyada istehsal edilmişdi

190


XX  əsrin  əvvəllərində  çay  nəqliyyatı  da  xey li  inkiş af  etdi.  1907-ci  ildə 

Kür  çay ında  10  gəmi  üzürdü.  On lar  Bakı  liman larına  da  gəlir,  əsasən  isə  Bakı-

Salyan  arasında  işləyirdi.  Digər  bu xarla  işləyən  və  yelkənli  gəmilər  daxili 

yükdaşıma  ilə  məşğul  olur,  əsasən  neft  və  taxıl  daşıyırdılar.  Bu  gəmilərin  yük 

dövriyyəsi  1905-ci  ildə  4,7  mln  pud,  1911-ci  ildə  isə  10  mln   pud  olmuşdu

191



Sonrakı üç  ildə çayla ü zən gəmilərin yük dövriyyəsi 2 dəfə artmış, 1912-ci  ildə  25 



mln pud, 1914-cü ildə isə 26 mln pud olmuşdu

192


Azərbaycanın  Rusiya  bazarlar,  həmçin in  İranla  iqtisadi  əlaqələrində  ən 

mühü m rolu  Xəzər dənizində ən iri liman o lan Bakı limanı oynayırdı

193


. Böhran və 

uzun çəkmiş durğunluq illərində Bakı limanın ın yük dövriyyəsinin xeyli azalmasına 

baxmayaraq (1901-ci ildə 407  mln puddan 1913-cü ildə  342,2  mln puda qədər)

194




 

 

68 



onun  ümu mi  yük  dövriyyəsi  Rusiyanın  Peterburq  və  Odessa  kimi  iri  liman la -

rınkından  çox  idi

195

.  Ancaq  Bakıda  liman  təsərrüfatında  əhəmiyyətli  irəliləyiş 



olmamış və o, birinci dərəcəli limanlar sırasına daxil edilməmişdi. 

XX əsrin əvvəllərində Xəzər gəmiçiliyində azərbaycanlı sahibkarların ro lu 

yüksək idi. 1906-cı ildə Xəzər gəmiçiliyində gəmilərin 41 faizi, yük dövriyyəsinin 

isə  41,7  faizi  onlara  məxsus  idi'

96

.  Ən   çox  gəmisi  olan  sahibkarlar  Useynovlar, 



Dadaşovlar və Rəsulovlar idi. 

H.Z.Tağıyev  də  Xə zər  dənizində  ən  çox  gəmisi  olan  sahibkarlardan  biri 

sayılırd ı.  O,  1905-ci  ildə  ö zünün  "Kaspi"  gəmiçilik  şirkətini  Kür-Kaspi  səhmdar 

gəmiçilik cəmiyyətinə çevirmişdi.  Bu cəmiyyət Peterburq gəmiçilik cəmiyyətləri  - 

"Qafqaz və Merkuri" və VOTS-a ciddi rəqib idi

197


1907-c i  ildə  azə rbaycanlı  gə mi  sahibkarla rın  neftdaşıma  donan masında 

xüsusi çəkisi 52  faiz  (gəmilərin sayına görə isə 45,1 faiz) id i

198


, 1914-cü  ilə  ya xın 

onların  Xəzər  gəmiçiliyindəki  payı  bir  qədər  azalsa  da,  neftdaşıma  donanmasının 

40,1 fa izi onların sərəncamında qalırdı. 

XX  əsrin  əvvəllərində  Xəzər  ticarət  gəmiçiliyində  inh isarlaşma  p rosesi 

daha da dərin ləşdi.  Burada nəqliyyatı idarəetmən in  kapitalistcəsinə  təşkili  daha da 

qüvvətləndi və bu prosesə başlıca səbəb bir tərəfdən, kapitalist təmərküzləşməsi, digər 

tərəfdən isə onun ən  çox inhisarlaşma prosesinə məruz qalmış neft sənayesi ilə bağlı  

olması idi

199



Xəzər bu xar gəmiçiliyində səhmdar kompaniyaların mövqeyi  daha güclü idi. 



Əgər 1907-ci ilin başlanğıcına yaxın onların payına gəmilərin 45 faizi, yük dövriyyəsinin 

isə 43 faizi düşürdüsə, müharibə ərəfəsindəki ildə buxarla və daxili yanacaqla hərəkətə 

gətirilən  gəmilərin  53,2  faizi,  mal  daşınmasının  isə  58,4  faizi  12  səhmdar cəmiyyətin 

əlində cəmlənmişdi. Teploxodların 47 faizi və onların daşıdıqları yükün 98 faizi də onlara 

məxsus  idi

200


.  Tək-tək sahibkarların  payına  isə  buxarla  hərəkətə gətirilən  gəmilərin  və 

teploxodların daşıdıqları yüklərin 20 faizi (1907-ci ildə 28 faizi) düşürdü. 

Xəzər buxar gəmiçiliyində də iqtisadi proseslər dövrün kapitalist təsərrüfatının 

yüksək  inkişaf  formasına  uyğun  gedirdi,  yəni  gücü  azlar  müflisləşir,  onların  mülkləri 

qüdrətlilərin  əllərində  cəmlənirdi.  1909-cu  ildə  "Nadejda"  şirkəti  öz  fəaliyyətini 

dayandırmalı oldu və onun bütün əmlakı "Qafqaz və Merkuri" və "Şərq" kompaniya-  

larının ixtiyarına keçdi

201


. 1911-ci ildə həmin kompaniyalar H. Z.  Tağıyevin "Kür-Kaspi 

gəmiçiliyi"ni  satın  aldılar

202

.  1913-cü  ildə  "Təyyarə"  və  "Tacir"  Volqa  gəmiçiliyi 



birləşdi və "Kaspi gəmiçiliyi" yarandı. Onun sərəncamında buxarla hərəkətə gətirilən 8 

gəmi var idi

203



1914-cü  il  ərəfəsində  ən  iri  gəmiçilik  müəssisələri  "Qafqaz  və  Merkuri"  və 



"Şərq" cəmiyyəti idi. Xəzər buxar gəmiçiliyi gəmilərinin 34,5 faizi və yükdaşımanın 26,2 

faizi, mal və sərnişin daşıyan gəmilərin 61 faizi onların əllərində cəmlənmişdi. 1907-ci ilə 

nisbətən onların əllərində olan  gəmilərin sayı və yük  daşıması  1,5 dəfə artmışdı. "Volqa" 

cəmiyyətinin də maye daşıyan bir neçə iri gəmisi və bir teplo xodu var id i. 

1907-ci  ildə  H.  Z. Tağıyevin başçılığı  altında yaranmış "Bakı gəmi  sahiblərinin 


 

 

69 



cəmiyyəti"

204


 "Nobel qardaşları" şirkəti, "Mazut" və "Gəmi sahibləri ittifaqı" cəmiyyətləri 

ilə rəqabətə tab gətirə bilməyib 1911-ci ildə dağıldı

205



Xəzər  dənizi  ilə  sərnişinlərin  və  quru  yüklərin  daşınması  iki  iri    Rusiya 



cəmiyyəti - "Qafqaz və Merkuri" və "Şərq" cəmiyyətinin  inhisarında idi. 1913-cü ildə 

Xəzər dənizi ilə daşınmış bütün quru yüklərin 60 faizi bu cəmiyyətlərin payına düşürdü. 

Müharibədən əvvəlki illər (1910-1913) Xəzər gəmiçiliyinə ma liyyə  kapitalının 

daha  fəal  nüfuz  etməsi  və  inhisarçı  birliklərin  daha  yüksək  təşkilatçılıq  formalarına  daxil 

olması  ilə  xarakterizə olunur

206


. Müharibə  ərəfəsində  Xəzər  mayedaşıma donanmasının  iri 

müəssisələrinin  qarşılıqlı  münasibətlərini  onların üzərində nəzarətçi  olan,  arxalarında  iri 

banklar  dayanmış  "Rus  ali  neft  korporasiyası",  "Oyl",  "Şell",  "Nobel  qardaşları"  kimi 

trestlər  idarə edirdilər

207

. "Qafqaz  və  Merkuri" və "Şərq" cəmiyyətlərinin  işində  Peterburq 



beynəlxalq kommersiya və Rus-Asiya bankları fəal iştirak edirdilər

208


Azərbaycanın Mərkəzi  Rusiya  ilə  əlaqələrində  1900-cü  ildə  istismara verilən və 

Şimali  Qafqazdan  keçən dəmir yolunun böyük  əhəmiyyəti oldu.  Onun  Dərbənd-Biləcəri 

xəttinin işə düşməsi ilə Azərbaycan dəmir yolunun uzunluğu 746 km-ə çatdı

209



1904-cü ildə Zaqafqaziya dəmir yolunun yük dövriyyəsi XIX  əsrin sonlarına 



nisbətən 2 dəfə artaraq 292.7 mln puda çatdı. Həmin vaxtda sərnişin daşınması isə 5 dəfə 

çoxalmışdı. 1904-cü ildə dəmir yolun gəliri 33,3  mln rubl oldu və 1894-cü ilə nisbətən 

iki dəfə artd ı

210


XX  əsrin  əvvəllərində  Azərbaycanda  yeni  dəmir  yol  xəttinin  çəkilməsi 

sahəsində  elə  bir  əhəmiyyətli  iş  görülməmişdi.  Yalnız  1908-ci  ildə  Uluxanlı  və  Culfa 

stansiyalarını birləşdirən dəmir yolun çəkilişi sona yetdi

211



Ticarətin  inkişafı  ilə  əlaqədar  Azərbaycan  dəmir  yolunun  yükdaşıma 



dövriyyəsi artırdı

212


. Yalnız Yelizavetpol quberniyası ərazisindən keçən Azərbaycan dəmir 

yolu ilə quberniyanın qəzalarına 1912-ci ildə 11,2  mln pud, 1913-cü ildə isə 11,9  mln 

pud  müxtəlif  yüklər  gətirilmişdi

213


.  Bakıdan  Bakı-Tiflis  və  Bakı-Dərbənd yolu  ilə yük 

daşınması 1906-1913-cü illər arasında 584300 puddan 72 mln  puda qədər artmışdı. 

İri dəmir yol qovşağı olan Bakıdan daşınan yüklər içərisində  çoxunu ağ neft 

təşkil  edən  neft  məhsulları  mühüm  yer  tuturdu

214

.  1901-ci  ildə  Bakı-Dərbənd  yolu  ilə 



Rusiyaya 51,7 mln pud ağ neft daşınmışdı

215


Neft sənayesində  uzun  müddət  davam  etmiş durğunluq  dövründə dəmir yolla 

xam neft və neft  məhsulu daşınması  xeyli  azalsa da

216


, onun  Bakı  neftinin dünya  bazarına 

çıxarılması üçün mühüm əhəmiyyəti var idi. Ən əsas ağ neft ixracçıları "Nobel qardaşları", 

"Kaspi-Qara  dəniz  cə miyyəti",  "A.İ.Mantaşov  və  K°"  şirkətləri  idi.  Həril  "Nobel 

qardaşları" şirkəti 6 mln pud, "Kaspi-Qara dəniz cəmiyyəti" isə 4 mln pud ağ nefti Batum 

vasitəsilə ixrac edirdi

217


Dəmir yol nəqliyyatı ilə marqans filizi, daş kömür, taxıl, pambıq, yun, ipək, çaxır, 

tütün, meyvə və s. ixrac olunurdu. 1910-1914-cü illərdə dəmir yol vasitəsilə hər il Bakıya 

28-40  mln pud mal daşınmışdı

218

.  Təkcə  1912-ci  ildə  Bakı stansiyasına  16202  dəmiryol 



qatarı gəlmişdi. Onlardan 8532-si vasitəsi ilə bütün Rusiya ilə əlaqə saxlanmış, 7850-si 

Bakı-Sabunçu xəttində xidmət etmiş və hər il 12 mln sərnişin daşımışdı

219



 

 

70 



Azərbaycanda  quru  yolların  vəziyyəti  o  qədər  də  yaxşı  deyildi.  Əsrin 

əvvəllərində Bakı quberniyasında Quba ilə Xaçmaz stansiyası arasında poçt yolu işə salındı. 

1901-ci  ildə uzunluğu  32 verst olan  Kürdəmir-Ağsu yolunda hərəkət başlandı

220


.  1907-ci 

ildə  Quba-Rostov,  Qusar-Xudat,  Xaçmaz-Mixaylovka  arasında  yollar  da  istismara 

buraxıldı. Yelizavetpol quberniyasında da bu istiqamətdə görülən işlər çox cüzi idi. 1901-

ci ildə Şuşa-Gorus yolu təmir olundu. Nuxa qəzasında Vartaşendən Bayana, oradan isə 

Ərəş  qəzasının  Yaqublu  kəndinə qədər yol  salındı,  Yevlax-Nuxa-Zaqatala  yolu  təmir 

olundu


221

1917-ci  il  ərəfəsində Azərbaycanda  1.423  verst uzunluğunda şose və torpaq 



yolu var idi. İqtisadi cəhətdən ən əsas yollar aşağıdakılar idi: Quba-Dəvəçi-Qızılburun, 

Lənkəran-Prişib,  Lənkəran-Lerik,  Bakt-Şamaxı-Kürdəmir,  Nuxa-Zaqatala-Laqodexi, 

Yevlax-Şuşa, Ağdam-Cəbrayıl, Şuşa-Gorus və Qaramarlı-Ordubad-Culfa

222


Bütün poçt  yolları  əsasən qəza  şəhərlərini  bir-birilə  əlaqələndirirdi.  Cənubi 

Qafqazda  hər  100000  adama  33  verst  yol  düşürdü.  Bu  rəqəm  Rusiyanın  Avropa 

hissəsində 40,2 verstə bərabər idi. 

Kapitalist 

təsərrüfatçılığının 

inkişafı 

poçt-teleqraf 

xid mətinin 

genişləndirilməsini  tələb  edirdi.  Bakıda  cəmisi  bir  poçt-teleqraf  kontoru  fəaliyyət 

göstərirdi. O, mərkəzi hissədən çox kənarda idi və şəhərin tələbatını ödəyə bilmirdi. 1902-

ci ildə neft sənayeçiləri qurultayının vasitəsi ilə daha iki belə rabitə kontoru açıldı

223



Azərbaycanın  Rusiya  ilə teleqraf  rabitəsi  də  zəif  idi.  Azərbaycanı  Rusiya  ilə 



birləşdirən  Bakı-Tiflis  teleqraf  xətti yeganə  idi  və gündə  1000-1500  teleqram  göndərə 

bilirdi. Digər tərəfdən, Tiflis-Gəncə teleqraf xəttindən Tərtər, Ağdam, Xankəndi də istifadə 

etdiyi  üçün  böyük  çətinliklər  törənirdi

224


.  Bakıdan  Xəzər  dənizi  boyu  Həştərxana  gedən 

teleqraf xətti ilə isə ayda 7600-dan çox teleqram göndərmək mümkün olmurdu

225

. Bunlardan 



başqa, Bakıda olan bir neçə teleqraf xətti höku mətə məxsus idi. 

1902-ci ilin yayında Minvod-Petrovski-Dərbənd xətti Bakı və Tiflis dəmir yol 

stansiyaları  arasındakı  teleqraf  xətti  ilə  birləşdirildi

226


.  1903-cü  ildə  Bakı  ilə  Salyan 

arasında teleqraf xətti işə düşdü

227

, Prişib-Salyan teleqraf xətti yenidən quruldu. Təzəkənd-



Biləsuvar  arasında  yeni  teleqraf  xətti  çəkildi

228


.  1908-ci  ildə  Xaldanda  (Nuxa  qəzası), 

Petropavlovskidə  (Cavadxan  qəzası),  1912-ci  ildə  Hindarxda  (Şuşa  qəzası)  teleqraf 

rabitəsi,  1910-cu  ilin  dekabrında  Nuxada,  1912-ci  ilin  fevralında  Zurnabadda  poçt-

teleqraf stansiyaları işə düşdü. 1913-cü ildə isə Bakı ilə Tiflis arasında birbaşa teleqraf 

əlaqəsi yaradıld ı

229


1913-cü ildə bütün Rusiya imperiyasında 7618 dövlət poçt və teleqraf kontoru 

var idi ki, onlardan cəmi 65-i (1 faizdən az) Azərbaycanda idi

230


Çox  ləng  olsa da, telefon  rabitəsi  də  inkişaf edirdi.  Bakıda  fəaliyyət göstərən 

telefon qovşağı 1907-ci ildə 20 il müddətinə "Bierinq İK° şirkətinə" verildi

231


. Bir il sonra 

şirkət  1000  nəfərə  xidmət  edə biləcək  stansiyadan  birini  Bakıda,  digərini  Balaxanıda 

tikməyə başladı. Birinci stansiya 1910-cu ilin mayında fəaliyyətə başladı

232


Azərbaycanda  telefon  rabitəsi  əsasən  Bakıda  və  onun  ətraflarında 

genişlənərək, neft sənayesinə və ticarət-sənaye nümayəndələrinə xid mət edirdi. Şəhərin 


 

 

71 



iş adamları telefon rabitəsinin çoxalmasına çalışırdılar. 1910-cu ildə sənayeçilərin vəsaiti 

hesabına  Quba  ilə  Xaçmaz  arasında  teleqraf,  digərlərinə  50  verstlik  telefon  xətləri 

çəkildi

233


. 1910-cu ildə Gəncədə də telefon xətti çəkilmiş

234


, 1911-ci ildə buradakı dəmir 

yol  stansiyasında  avtomat  telefon  aparatı  qoyulmuşdu.  Belə  aparatlar  Bakıda  şəhər 

idarəsi, şəhər məktəbləri və b. yerlərdə var id i

235


1911-c i  ildə  Bakı-Tiflis  telefon  xətti  dövlət  hesabına  çəkilib,  başa 

çatdırılmışdı

236


. 1913-cü ildə Bakı telefon şəbəkəsi 4716 abonentə xid mət ed irdi

237


 

 



 

 

 



 

 


Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin