A z ə r b a y c a n m I l L i e L m L ə r a k a d e m I y a s I


§ 3. BAŞQA SƏNAYE SAHƏLƏRİ



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix05.03.2017
ölçüsü5,84 Mb.
#10118
1   2   3   4   5   6   7   8   9   ...   39
§ 3. BAŞQA SƏNAYE SAHƏLƏRİ 

 

1903-cü  ilin  ikinci  yarısında,  böhranın  sona  yetməsi  ərəfəsində 



Azərbaycan  sənayesində  müəyyən  canlanma  başlandı.  Bakının  sənaye  həyatında 

mühü m yer tutan me xaniki istehsalat sahələri arasında maşınqayırma sənayesi daha 

üstün rol oynayırdı. Şəhərin  sənaye rayonunda fəaliyyət göstərən, fəhlələrinin sayı 

400-600  nəfərə  çatan  müəs sisələrindən  ən  irilə ri  "Ba kı  maşın  istehsalı,  ne ft 

sənayesi və ticarət" cəmiyyətinə  məxsus Kaspi  maşınqayırma və qazma  zavodları 

idi.  Onlar ağ neft və sürtkü yağı zavodları üçün lazım o lan materiallar, neft  çənləri, 

buruq dəzgah və alətləri, bu xar qazanları  istehsal edir, çuqundan və misdən tökmə 

işləri görür, buruqla neft quyusu qazma ilə məşğul olurdular

63



1905-1906-c ı  illər  bu  maşınqayırma  zavodlarının  fəa liyyətində  yüksəliş 



zirvəsinə  qalxma  dövrü  id i.  Məh z  bu  zaman  onlarda  fəhlələrin  sayı  1000  nəfərə 

çatmış və 1,6 mln manatlıqdan artıq məmulat is tehsal edilmişdi. 

Bu  iki  iri  maşmqayırma  zavodu ilə  yanaşı,  Bakıda  fəhlələrinin  sayı 200-

dən çox olan d igərləri də fəaliyyət göstərirdilər.  Onlar "Benkendorf və  K°" ticarət 

evinə, "Kaspi-Qara dəniz cəmiyyəti"nə və Y.S.Maln ikova məxsus zavodlar idi. 

Ümu miyyətlə,  XX yüzilliyin əvvəllərində  Bakıda  1400-1850  fəhləsi o lan 

maşınqayırma  zavodlarının sayı 13  id i.  Onlardan 1907-1910-cu  illərdə 3-5-nin  və 

1911-1915-c i  illə rdə  isə  7-sinin  xüsusi  çəkisi  istehsal  həcmi  və  fəhlə lərin  sayına 

görə əhəmiyyətli yer tut murdu. Maşınqayırma  zavodlarında çalışan fəhlələrin  75-

85  faizi,  illik istehsal həcmin in isə 80-90  faizi  iri  maşınqayırma  zavodlarının payı-

na düşdüyü üçün onlan iri maşınqayırma sənayesi kateqoriyasına aid etmək olar. 

Bakıda  podrat  üsulu  ilə  buruqqazma  neft  sənayesinin  ayrılmaz  hissəsini 

təşkil  edən  ən  iri  sahələrdən  biri  id i.  Bu radakı  müəssisələrin  hər  birində  çalışan 

fəhlələrin  sayı  100-dən  az  olmurdu.  Bəzi  müəssisələrdə  müəyyən  illərdə  500, 

azərbaycanlı  sahibkar  M.Mu xtarov  ve  "Molot" şirkətinə  məxsus  olan  zavodlarda 

isə  1000  nəfərdən  ço x  fəhlə  işləyirdi.  Mu xtarovun  sərəncamında  bürünc  işi  ilə 

məşğul olan, əsası 1891-ci  ildə qoyulmuş iki  mexan iki zavod var  idi.  Biri  Sabun -

çuda,  digəri  isə  Bibiheybətdə yerləşən  bu  zavodlarda  1907-ci  ildə  1950  nəfər fəhlə 

çalışırdı

64

.  1913-cü  ildə Muxtarovun  müəssisələri daha da genişləndi, onun üçüncü  zavodu 



Suraxanıda fəaliyyətə başladı

65



"Molot"  şirkətinə  məxsus  digər  iki  zavoddan  birinin  əsası  1903-cü  ildə 

qoyulmuşdu

66

.  Onlardan  biri  Balaxanıda,  digəri  isə  Bibiheybətdə  yerləşirdi.  "Molot" 



şirkətinin  üçüncü  zavodu  1914-cü  ildə  Suraxanıda  işə  düşdü.  Bütün  zavodların  illik 

istehsal məbləği 6 milyon rubuldan çox id i. 

100-dən  500-ə  qədər  fəhləsi  olan  digər  iri  müəssisələr  Qalperinə,  "Votan" 

şirkətinə  və başqalarına  məxsus  idi.  Bakıda  50-dən  çox-100-dən  az  fəhləsi  olan  başqa 

zavodlar  da  var  idi.  1913-cü  ildə  Bakıda  buruq  işi  ilə  məşğul  olan  55  mexaniki  zavod 

fəaliyyət göstərirdi

67



Bakı limanının Rusiyada ən iri gəmiçilik mərkəzinə çevrilməsi, burada müxtəlif 



 

 

29 



mallar  daşıyan  gəmilərin  və  digər  nəqliyyat  vasitələrinin  ildən-ilə  artması  gəmi  təmiri 

istehsalının sənaye həyatında mühü m yer tutması ilə nəticələndi. 

Bakıda  gəmi  təmiri  ilə  xüsusi  tərsanələr  və  mexaniki  emalatxanalar  məşğul 

olurdu.  XX  əsrdə  biri  "Qafqaz  və  Merkuri"  gəmiçilik  cəmiyyətinə,  o  biri  "Nobel 

qardaşları" şirkətinə məxsus iki ellinq fəaliyyət göstərirdi. Hər ikisi ən iri müəssisə idi və 

"Nobel  qardaşları"-nın  ellinqində  fəhlələrin  sayı  1913-cü  ildə  775-ə,  1915-ci  ildə  isə 

995-ə  çatır,  illik  istehsal  məbləği  isə bəzi  illərdə  2  milyon  manata  qalxırdı. "Qafqaz  və 

Merkuri"nin ellinqində fəhlələrin sayı 250-350 nəfər idi. 

Ellinqlərlə yanaşı, doklar da gəmi təmir edirdi. XX əsrin əvvəllərində Bakıda 

"Bakinskiy dok" şirkətinə və A.Dadaşova məxsus olan iki tərsanə var idi

68

. 1903-cü ildə 



onların sayı üç oldu

69

. Sonuncusu H.Z.Tağıyev, Dadaşov, Pitoyev və başqalarına məxsus 



"Bakinskiy  dok"un  mülkiyyətində  idi.  Hər  üç  tərsanə  iri  kapitalist  müəssisələri  idi. 

"Bakinskiy  dok"  şirkətinə  məxsus  olan  iki  tərsanədə  100-dən  250-yə  qədər  fəhlə 

işləyird i. 

Ellinq və doklardan başqa, Bakıda gəmi təmiri  ilə  məşğul olan  10-a qədər iri 

və kiçik emalatxana var idi. Bütün gəmi təmiri  müəssisələrində orta hesabla 1750-2185 

fəhlə çalışır və onların illik istehsal məbləği 1500-2800 min rubla bərabər idi. 

Bakıda buxar qazanları istehsal edən, "Kaspi-Qara dəniz cəmiyyəti"nə və "Neft 

sənayesi və ticarət cəmiyyəti"nə məxsus olan iki  iri  müəssisədə XX yüzilliyin ikinci 

onilliyində 200-dən çox  fəhlə çalışırdı. "Nobel qardaşları" şirkətinə məxsus olan digər 

iki  iri  müəssisədə  həm  buxar  qazanları,  həm  çənlər,  neft  sənayesi  üçün  zəruri  olan 

alətlər istehsal olunur, həm də təmir işləri aparılırdı. 

Ümu miyyətlə,  buxar  qazanları  istehsal  edən,  2371  nəfər  fəhləsi  olan  14 

müəssisənin  çoxu,  16  fəhlə  işlətməsinə baxmayaraq,  inkişaf  mərhələsində  olan  kiçik 

ema lat xana idi. 

Neft sənayesi, xüsusən buruqqazma işlərinə, bəzi başqa sənaye sahələrinə də 

kanat  tələb  olunduğu  üçün  Bakıda  onun  istehsal  sahəsi  yaranmış  və  XX  əsrin 

əvvəllərində 3-4 müəssisə fəaliyyət göstərmişdi. Onların M. Q. Əlibəyova məxsus olanı 

iri müəssisə idi

70

 və 1913-cü ildə daha da genişləndirilərək, eyni za manda dinamit də 



istehsal etməyə başlayaraq "Neft buruq quyularında dinamit partlayışları həyata keçirən 

şirkət"ə  çevrildi

71

.  Onun  sahibkarı  bir  ildən  sonra  özünün  bütün  müəssisələrini 



birləşdirib  "MQ.Əlibəyovun  məftil-kanat  və  başqa  mexaniki  istehsal  səhmdar 

cəmiyyəti"ni təşkil etdi

72



Göstərilən  mexaniki  müəssisələrdən  başqa,  Bakıda  təkcə  təmir  işi  görən 



onlarca  iri  və  kiçik  zavod,  həmçinin  emalatxana  var  idi.  Yalnız  bir  hissəsi  neft 

sənayeçilərinin  mülkiyyəti  olan  bu  müəssisələrin  digər  hissəsi  isə  əsasən  kiçik 

müəssisələr  id i  və  onların  sahibləri  neft  sənayesi  ilə  əlaqədar  deyildi.  Onlar  neft 

sənayeçilərinin sifarişi ilə mədən avadanlıqlarını təmir edirdi. 

Sürətlə böyüyən  Bakının durmadan artan  əhalisini  lazımi  ərzaqla təmin etmək 

üçün  burada  yeyinti  sənayesi  sahələri  genişlənməyə  başladı.  Bu  zaman  birinci  yeri 

unüyütmə və çəltiktəmizləmə sahələri tuturdu. 


 

 

30 



1913-cü  ildə  Bakıda  9  dənüyüdən  və  çəltiktəmizləyən  dəyirman  fəaliyyət 

göstərir, ildə 12 mln rubulluq məhsul hazırlayırdı. A.Quliyevin dəyirmanları iri kapitalist 

müəssisələri  idi

73

.  Sonralar  o,  "Ağabala  Quliyevin  dənüyüdən  və  çəltiktəmizləyən 



dəyirmanlarının  Qafqaz  səhmdar  cəmiyyəti"ni  yaratdı

74

.  H.Z.Tağıyevin  və  "T.Qlaz 



qardaşları  və  Ş.Kretinqenin  cəmiyyəti"nin  mülkiyyətində  olan  un  dəyirmanları  da, 

çəltiktəmizləyən  5  dəyirmandan  bəziləri  də  iri  müəssisələr  idi.  Sonuncuların  1906-cı 

ildə istehsal məbləği 6 mln rubl olmuşdu. 

Bakı sənayesində tütün məmulatı istehsalı da mühüm yer tuturdu. Ən iri tütün 

fabriki  Mirzəbekyan  qardaşlarına  məxsus  idi

75

.  Əzizbəyovun  1905-ci  ildə  fəaliyyətə 



başlayan  iri  tütün  fabriki

76

  həm  fəhlələrin  sayına,  həm  də  istehsal  məbləğinə  görə 



Mirzəbekyan  qardaşlarının  fabrikindən  böyük  idi  və  buxar  mühərriki  ilə  təmin 

olunmuşdu

77



Bakıda araq istehsalı sahəsi də inkişaf etmişdi - iki araq zavodu



78

, 1903-1913-cü 

illərdə "İstoçnik" şirkətinə məxsus olan araq-likyör zavodu fəaliyyət göstərirdi

79

. Araq 



zavodları  içərisində  100-dən  artıq  fəhləsi  olan  iri  müəssisələr  var  idi.  Əsrin 

əvvəllərində  Azərbaycandan  kənarda  "Fon-Binako  və  K°  jiquli  pivə  zavodu şirkəti" 

yaradıldı

80

. Həmin şirkət 1908-ci ildə Zığda bütün Cənubi Qafqazda ən iri kapitalist pivə 



istehsalı müəssisəsi olan "Vakana" pivə zavodunun əsasını qoydu

81

. Burada 1909-cu ildə 



161,  1913-cü  ildə  199  fəhlə  çalışırdı.  Onlardan  50  nəfəri  qadın  idi.  1912-ci  ildə  Bakı 

şəhərinin özündə Beynerovskilər şirkətinə məxsus olan pivə zavodunun əsası qoyuldu. 

Bakıda  10  müəssisə  mineral  sular,  limonad,  kvas  və  başqa  spirtsiz  içkilər 

buraxır, 20-dən çox müəssisə şirniyyat, 11 fabrik kolbasa məmu latı istehsal edirdi

82



Abşeron yarımadasında təbii şirin su mənbələri olmadığı üçün  neft şəhərinin 



içməli su ilə təchizatı ən vacib problem idi. Ona görə  Bakıda "Arrur Koppel" səhmdar 

cəmiyyətinə məxsus böyük içməli su qurğusu işləyirdi. Buradakı 12 buxar qazanı onun çox 

nəhəng  qurğu  olmasına  dəlalət  edirdi

83

.  1907-1908-ci  illərdə  Bakıda  "Suraxanı-Kür" 



səhmdar cəmiyyətinin mülkiyyəti olan sutəmizləyən stansiya da fəaliyyət göstərirdi. 

Bakıda 1904-ci ildən yağ zavodu

84

, XX əsrin ikinci onilliyində konserv zavodu 



var idi

85



Zığ, Masazır, Ceyranbatan və b. şorsulu göllərdən hər il 400 min puda qədər duz 

yığılırdı

86

, duz dəyirmanı 1909-cu ildə işə düşmüşdü



87

Bakıda H.Z.Tağıyevin "Lifli şeylər hazırlayan Qafqaz səhmdar  cəmiyyəti"nin 



bütün Rusiya imperiyasında ən iri fabriklərdən biri olan müəssisəsi fəaliyyət göstərirdi. 

Onun yaxınlığında  2500  fəhlə  və qulluqçu üçün qəsəbə,  məktəb, sutəmizləyici  qurğu, 

elektrik stansiyası, fabrikin məhsullarını ağartmaq və boyamaq üçün  xüsusi binadan ibarət 

kompleks salınmışdı. Tağıyevin bu səhmdar cəmiyyətinin  əsas kapitalı 4  mln rubul idi

88



Təmir  emalatxanası  da  olan  fabrikdə  1000  nəfər  fəhlə  işləyir,  eyni  zamanda  qadın 



əməyindən istifadə olunurdu. Belə ki, 1913-cü ildə fabrikdə 152 qadın çalışırdı. 

XX  əsrin  əvvəllərində  Ba kı  şəhərində  çap  işi  sürətlə  inkişaf  edird i. 

Şəhərdə 20-dən artıq mətbəə var id i. 

Bakıda  yüngül  sənaye  sahələrindən  biri  də  sabunbişirmə  sənayesi  idi. 



 

 

31 



1904-cü ildə Ba kıda 4 sabunbişirmə zavodu fəaliyyət gös tərirdi

89



Əhalinin sayının artması  ilə əlaqədar yaranan tələbatı ödəmək üçün paltar 

və  ayaqqabı  istehsalı  da  genişlənir,  yeni  kiçik  müəssisələr  açılırd ı.  1903-cü  ildə 

Bakıda  1708  nəfər  mu zdlu   fəh ləsi  olan   492  belə  müəssisə  var  idi.  Onların   illik 

məhsuldarlığı bir milyon manatdan çox id i. 

Sənayenin sürətli  inkişafı və onunla əlaqədar əhali artımı tikinti  işlərin in 

xeyli genişlən məsinə, tikinti  materia lla rı  istehsalı sahəsinin  inkişafına səbəb oldu. 

Yü zilliyin   əvvəllərində  Bakıda  500  fəhləsi  olan  20  kərp ic  zavodu  fəaliyyət 

göstərirdi

90

. 1905-ci ildə  Keşlədə t ikilən sement zavodu bütün Qafqazda ilk se ment 



zavodu  idi.  O,  sahibkar  Həsənova  mə xsus  idi.  Se mentə  tələbat  durmadan  artdığı 

üçün zavod ildən-ilə genişlənərək, 1913-cü ildə 140-a qədər fəhləsi olan ço x böyük 

sənaye müəssisəsinə çevrilmişdi

91



Neft sənayesi və tikinti işləri ta xta-şalban istehsalını genişləndirməy i tələb 

edirdi.  Bu sahə üç istiqamətdə inkişaf edirdi:  mexan iki yolla taxta-şalban istehsalı, 

xarratlıq işləri və çəllək istehsalı. "Nobel qardaşları" firmasına  məxsus olan taxta-

şalban zavodu iri kapitalist müəssisəsi idi

92



Xarrat emalatxanaları əsasən tikinti işlərinə olan tələbatı ödəyirdi.  1903-



cü ildə Bakıda aparılmış siyahıyaalman ın materiallarından göründüyü kimi, burada 

528 fəhləsi olan 86 xarrat emalatxanası

93

, 292 fəhləsi o lan 33 dü lgər



94

 və 49 fəhləsi 

olan  daha  4  xa rrat  e ma lat xanası  fəaliyyət  göstərirdi

95

.  1913-cü  ildə  Ba kıda  586 



fəhləsi olan 128 xarrat emalatxanası var idi

96



Beləliklə, yu xarıda adların ı çəkd iyimiz istehsal sahələri içərisində aparıcı 

rol həm fəh lələrin  sayına, həm də istehsal həcminə görə mexan iki istehsala məxsus 

idi.  1913-cü  ildə  bu  istehsal  sahəsində  15  min  fəhlə   çalışırdı.  Onların  böyük 

əksəriyyəti  (84-85  faizi)  iri  və  ço x  iri  müəssisələrdə  işləyird i.  Mexaniki  istehsal 

sahələrinin istehsal məb ləği 20-25 mln  rubla bərabər idi və bu məbləğin  20-23 mln  

rublu iri və ən iri mexaniki müəssisələrin payına düşürdü. 

Bakının  həyatında  mühüm  yer  tutan yeyinti  və  yüngül  sənaye  sahələrində  9 

min  fəhlə  çalışır  və  illik  istehsal  məbləği  35  mln.  rubla  çatırdı.  Buradakı  iri  və  ən  iri 

müəssisələr cəmi 5-6 faiz təşkil etməsinə baxmayaraq, bütün fəhlələrin 50 faizi, yüngül 

və  yeyinti  sənayesi  sahələrinin  illik  istehsal  məbləğinin  75  faizdən  çoxu  onlarda 

cəmləşmişdi. 

Adları  çəkilən  sənaye  sahələri  neft  sənayesi  ilə  birlikdə  Bakının  sənaye 

həyatında  aparıcı  rol  oynayırdı.  Əgər  1907-1910-cu  illərdə  neft  istehsalı sənayesində 

31.556,  1913-cü  ildə  27.764  fəhlə  çalışırdısa,  digər  sənaye  sahələrində  həmin 

müddətlərdə 23.191 və 22.129 fəhlə işləyirdi. Göründüyü kimi, fərq o qədər də böyük 

deyildi. 

Azərbaycan  qəzalarında  isə  digər  sənaye  sahələri  inkişaf  edirdi.  Onların  ən 

mühümü  mis istehsal sahəsi idi. 1906-cı  ildə  Gədəbəy mədənlərində çıxarılmış 4658 

min  pud  mis  filizi  bütün  Rusiyada hasil olunan həcmin  1/4-ni  təşkil  edirdi.  Onun  bir 

ildən sonra 6.270  min puda çatan həcmi bütün Rusiya üzrə hasil edilmiş mis külçəsinin 



 

 

32 



1/3-nə  bərabər  idi.  1907-ci  il  ən  çox  mis  filizi  çıxarılan  il  kimi  xa rakterizə  olunur. 

Çıxarılan  mis  filizinin  bir  hissəsi  Gədəbəy  və  Cənubi  Qafqazın  digər  misəritmə 

zavodlarına daxil olurdu. 1910-cu ildə Gədəbəy mis mədənlərində 1118 fəhlə çalışırdı

97



Gədəbəy mis zavodu çox böyük kapitalist müəssisəsi idi. Bu zavodun buxarla 

işləyən  3  maşın,  3  mühərrik,  1  dinamomaşın,  filizi yandırmaq üçün  27 soba, qara  misi 

əritmək üçün 3 soba, xalis misi əritmək üçün 2 soba, elektrik işığı və təmir emalatxanaları 

ilə  təmin  olunması  onun  möhtəşəmliyinə  dəlalət  edirdi.  Zavodu  Qalakəndlə 

əlaqələndirən xüsusi dəmir yol  xətti çəkilmişdi. 1911-ci  ildə  Gədəbəy mis zavodu 1,2 

mln rublluqdan çox məhsul vermişdi

98

. Zavodda 1300-1500 fəhlə çalışırdı. Daşkəsəndə 



isə dəmir və kobalt yataqları var idi. Lakin onların istismarı aşağı səviyyədə idi. 

Azərbaycanda  balıq  sənayesi  də  xeyli  inkişaf  etmişdi.  1907-ci  ildə  təkcə 

dənizkənarı rayonlarda 713 vətəgə var idi

99

. 1912-ci ildə balıq sənayesinin istehsal həcmi 



16,2  mln  rubla  bərabər  olmuşdu.  Ondan  13  mln  rublu balıq,  3,2  mln  rublu  isə  balıq 

məhsullarının  payına  düşürdü

100

.  Balıq  ovlayan  bütöv  bir  donanma  var  idi.  İri  balıq 



vətəgələri  olan  rayonlarda  yaşayış  məntəqələri  salınmış,  balıq  zavodları  tikilmişdi

101


Azərbaycan balıq sənayesinin məhsulları Tiflis, Həştərxan və Rusiyanın daxili şəhərlərinə 

ixrac edilirdi. Bütün iri, hətta bəzi xırda balıq vətəgələrinin sahibləri bilavasitə balıq və 

balıq məhsulları satışı və ixracı ilə  məşğul olur, bəzən kiçik sahibkarların məhsullarını 

da nisbətən ucuz  qiymətə alırdılar.  Azərbaycanda balıq sənayesinin on  minlərlə  işçisi 

var  idi. Məsələn,  1912-ci  ildə  balıq  sənayesində  40  416  fəhlə  çalışırdı.  Bu sənayedə, 

xüsusilə  balıq  məhsullarının  hazırlanmasında  qadın  əməyindən  geniş  istifadə  olunurdu. 

Hələ 1911-ci ildə balıq sənayesində 3332 qadın çalışırdı

102



Azərbaycanda pambıqçılığın inkişafı ilə əlaqədar yeni sənaye sahəsi - pambıq 



emalı  sənayesi  yaranmışdı.  Pambıq  rayonlarında  yaranmış  ilk  zavodlar  məhsuldarlığı 

aşağı səviyyədə olan  kiçik  müəssisələr  idi.  Onlar  at  qüvvəsi  ilə,  yaxud  əllə  hərəkətə 

gətirilən  və  lazım  gəldikdə  bir  yerdən  başqa  yerə  aparılan  pambıqtəmizləyən  qur-

ğulardan  ibarət  idi.  Bir  qədər sonra  ağ neftlə hərəkətə  gətirilən  mühərriklər  meydana 

çıxdı.  Bu  isə  lazımi  avadanlıqla  təchiz  olunmuş  bina,  ixtisaslı  ustalar  tələb  edirdi. 

Beləliklə, pambıqtəmizləyən, pambıq emalı zavodları meydana çıxdı və onların sayı ilbəil 

artdı.  1911-ci  ildə  Azərbaycanda  artıq  40  pambıq  emalı  zavodu  fəaliyyət  göstərirdi. 

Çoxunda mühərriklər ağ neft və buxarla hərəkətə gətirilən bu  zavodların 14-də 800-850 

fəhlə  çalışırdı  və  illik  istehsal  həcmi  2  mln  rubla  çatırdı

103


.  Əsasən  İrəvanda,  Gəncədə, 

Ağdam, Cavad və Göyçay qəzalarında cəmləşmiş zavodların çoxu 8-10 fəhləsi olan kiçik 

müəssisələr  idi.  Onlarla  yanaşı,  Petropavlovskda,  Hacıqabulda,  Salyanda,  bəzi  başqa 

yerlərdə fəaliyyət göstərən zavodlar elektrik işığı və müxtəlif avadanlıqla təmin olunmuş 

iri kapitalist müəssisələri idi. 

Təmizləndikdən  sonra  Rusiyanın  toxuculuq  fabriklərinə  və  xarici  ölkələrə 

ixrac  olunan  pambıq  məngənələrdə  sıxılırdı.  Ona  görə  də  zavodların  çoxunda 

əksəriyyəti  vintli  olan  məngənələr  var  idi.  "Voqau  və  K°" nın  zavodu  isə  hidravlik 

məngənələrə malik idi. 

XX  əsrin  əvvəllərində  ipək  emalı  sənayesi  yeni  inkişaf  mərhələsinə  daxil 



 

 

33 



oldu. 1905-ci ildə Yelizavetpol quberniyasında 2944 fəhləsi olan 435 fabrik 1305  mln. 

rublluq məhsul vermişdi. 1913-cü ilə yaxın fabriklərin sayı 80-ə enmiş, istehsal həcmi isə 

üç  dəfə  artaraq  5  mln  rubl  olmuşdu.  Sayca  azalma  onu  göstərir  ki,  bir  çox  kiçik 

müəssisələr ya iflasa uğramış, ya da iri sahibkarların ixtiyarına keçmişdi. İpəkçiliyin əsas 

mərkəzi  olan  Nuxa  qəzasında  109  fabrik  fəaliyyətdə  idi.  Onlardan  45-i  maşınlar  və 

buxar  mühərrikləri  ilə  təmin  olunmuşdu,  fəhlələrin  sayı  isə  150-300  nəfərə  çatırdı. 

Şuşa  qəzasındakı  21  fabrikdən  yalnız  8-i  belə  texnika  ilə  təmin  olunmuşdu  və 

fəhlələrin  sayı  100-150  nəfər  idi

104

.  Bir  qədər  iri  kapitalist  müəssisələri  zəif,  kustar 



müəssisələri  özlərinə  tabe  etmişdi.  İri  fabriklərin  nəzdində  ipək  əyirici  şöbələr  var 

idi. 


İpək emalı fabriklərinin hazır məhsulu Moskvaya, Rusiyanın başqa şəhərlərinə 

və xaricə ixrac olunurdu

105

. Bu dövrdə Cənubi Qafqazda fəaliyyətdə olan 120 ipək emalı 



fabrikindən 114-ü, ixrac edilən məhsulun ən azı 90 faizi Azərbaycanın payına düşürdü. 

Bu  dövrdə  tütün sənayesi  də  müəyyən  inkişaf  mərhələsi  keçirirdi.  Bakıda 

olan  iri  fabriklərdən  başqa,  Şəkidə üç,  Şamaxıda  iki,  Gəncədə  və Ağdamda bir  tütün 

fabriki  var  idi.  Əsasən  maxorka  məhsulu  istehsal  edən  bu  fabriklərin  hamısı  kiçik 

müəssisələr idi. Hazır tütün məhsulları Bakı və Gəncədə olan anbarlara yığılır, buradan 

Rusiyanın daxili quberniyalarına, Xəzərsahili vilayətlərə və İrana ixrac olunurdu

106



Əvvəlki  illərdə  olduğu  kimi,  Azərbaycanın  əsas  pambıqçılıq  rayonları 



Şamaxı, Göyçay, Şuşa və Yelizavetpol qəzaları idi. Çaxır istehsalı və spirtçəkmə işi Şuşa 

qəzasında Xublarov qardaşları və Soqomonovlar, Göyçay qəzasında Ağayev qardaşları 

və Şustov şirkəti, Yelizavetpol qəzasında Forer qardaşları, Humel qardaşları, Plemyannikov 

və  knyaz  Qolitsın  kimi  iri  sahibkarların  əllərində  idi.  1913-cü  ildə  Azərbaycanda 

3842490 vedrə çaxır istehsal olunmuşdu ki, bu da yüzilliyin əvvəllərindəkinə nisbətən iki 

dəfə çox idi və Cənubi Qafqazda istehsal olunmuş çaxırın 25 faizini təşkil edirdi. 

Çaxır  istehsal  edən,  araq  və  spirt  çəkən  müəssisələrin  çoxu  kiçik  idi  və  hər 

birində  20-30  fəhlə  çalışırdı.  Lakin  onların  içərisində  buxarla  hərəkətə  gətirilən 

mühərrikləri, xeyli fəhlə qüvvəsi və böyük istehsal həcmi olan müəssisələr də var id i. 

Azərbaycanda  konyak  spirti  istehsalı  da  davam  edirdi.  Konyak  zavodları 

Göyçayda,  Bərgüşad stansiyasında,  Novruzlu  kəndində,  Əli  Mərdanlıda və  Ağdamda 

idi.  1906-cı  ildə  9  spirt saflaşdırma  zavodundan  biri  Bakıda, üçü  Ucarda, digərləri  isə 

Kürdəmirdə, Gəncədə və b. yerlərdə idi

107


Çaxır  və  spirt  ticarəti  möhtəkir  çaxır  tacirlərinin  əllərində  cəmləşmişdi. 

Möhtəkirlər  aldıqları külli  miqdarda çaxır və spirt məhsullarını Bakı, Tiflis, Moskva, 

Peterburq, Riqa, Həştərxan və Xarkova, hətta Sibirin bəzi şəhərlərinə ixrac edirdilər

108



Göstərilən sənaye və kustar müəssisələrindən başqa, Azərbaycan qəzalarında 



yüzlərlə  yüngül  və  yeyinti  sənayesi  məmulatları,  tikinti  materialları  istehsal  edən 

sənaye  sahələri,  Tovuzda  sement  zavodu,  dəyirmanlar,  kərpic,  gön-dəri  və  s. 

müəssisələr fəaliyyət göstərirdi. 

Azərbaycan  qəzalarında  təsərrüfatın  bütün  sahələri  üzrə  fəaliyyət  göstərən 

müəssisələr arasında həm fəhlələrin sayına, həm də istehsal həcminə görə birinci yeri 


 

 

34 



yeyinti  sənayesi  tuturdu.  Bu  sənaye sahəsində  1913-cü  ildə  53  min  fəhlə  çalış mış, 

istehsal məbləği isə 77 mln rubl olmuşdu. Yüngül sənaye sahəsində isə 11,5 min fəhlə 

işləyird i və istehsal həcmi ildə 20 mln rubl idi. 

Yeyinti və yüngül sənaye müəssisələri fabrik inkişafı səviyyəsində olsalar da, 

böyük əksəriyyəti  kiçik,  bəzi  hallarda  isə orta  kapitalist  müəssisələri  idi.  İri  kapitalist 

istehsalına  Azərbaycan  qəzalarında  dağ-mədən  sənayesini  və  qismən  də  ipək  emalı 

sənayesini aid etmək o lar. 

 

 



 

 

 



 

 

§ 4. KUSTAR İSTEHSAL 

 

XX əsrin əvvəllərində sənayenin inkişafı bir çox kustar istehsal sahələrini və 



sənətkarlığı böyük dəyişikliklərə uğratdı. Lakin eyni zamanda şəhər və kənd əhalisinin 

məişətdə mühüm rol oynayan sənət sahələri - dülgərlik, dəmirçilik,  zərgərlik, tikinti 

materialları istehsalı inkişaf etməkdə id i. 

Sənətkarlıq mərkəzləri, XIX yüzillikdə olduğıı kimi, yenə də əsasən şəhərdə idi. 

Onların içərisində Bakı xüsusilə seçilirdi. Burada həmçinin mədən-zavod rayonlarında 

kustar  istehsalı  və sənətkarlığın  mü xtəlif növləri  ilə   muzdlu  ə mək tətbiq etməklə  də 

məşğul olurdular

109


Kustar  istehsal  sahələri  arasında  xalça  toxuculuğu  daha  geniş  yayılıb  inkişaf 

etmişdi. Bakı quberniyasının Quba qəzası xalçaçılıqda  bütün Cənubi Qafqazda birinci 

yeri  tuturdu.  1912-ci  ildə  Quba  qəzasının  111  kəndindən  97-də  xalçaçılıqda  39979 

nəfər,  yəni  bütün  əhalinin  22,7  faizi  məşğul  olurdu

110


.  Burada  toxunan  xalçalar  "Çiçi", 

yaxud  "Quba"  adlanırdı

111

.  1908-1909-cu  illərə  dair  məlumata  görə,  Quba  qəzası 



kəndlilərinin  illik  gəlirlərinin  40  faizi,  Şuşa  qəzasında  isə  30  faizi  xalçaçılıqdan  əldə 

edilirdi


12

.  1912-ci  ildə  Yelizavetpol  qəzasında  sənətkar  əhalin in  48  fa izdən  ço xu 

xalçaçılıq la məşğul olur, əsasən Qazax xalçaları to xunurdu. 

Bakı,  Şamaxı,  Lənkəran  və  Cavad  qəzalarında  da  xalçaçılıqla  məşğul olur, 

"Bakı", "Muğan"  xalçaları,  xalı,  gəbə, sumax  tipli  xalça  məmulatı,  məişətdə  işlənən 

məfrəş, xurcun, heybə, çuval və s. də hazırlayırdılar. 

Xalçaçılığı  təkmilləşdirmək  üçün  Bakıda,  Şuşada,  Yelizavetpol  qəzasında, 

İmamqulukənddə, Naxçıvanda tədris -nümayiş emalatxanaları açılmışdı

113



Xalça  istehsalı  sahəsində  muzdlu  əmək  və  texnikadan  istifadə  edən 



emalatxanalar  da  var  idi,  lakin  onlar  bütünlüklə  manufaktura  səviyyəsinə 

yüksəlməmişdi. Xalçaçıların böyük əksəriyyəti eyni zamanda kənd təsərrüfatında çalışır 

və başqa işlərlə məşğul olurdular, xalçaçılıq isə ev istehsalı səciyyəsi daşıyırdı. 


 

 

35 



Azərbaycanda  xalçaçılıqla  yanaşı,  40  növə  qədər sənətkarlıq  məşğuliyyəti  ilə 

çalışanlar var idi. Onlar ağac və taxtadan düzəldilən məhsullar istehsal edir, xüsusən kənd 

təsərrüfatında işlədilən bel, yaba, kürək, vəl, araba kimi avadanlıqlar, həmçinin məişətdə 

işlədilən  mebel, qaşıq, beşik, daraq,  iynə,  xalçatoxuma üçün dəzgah  -  xana  və nəhayət, 

musiqi  alətləri  hazırlayırdılar.  Bu  əşyaların  istehsal  olunduğu  sənət  sahələri  Qazax, 

Yelizavetpol və Şuşada daha geniş yayılmışdı. 

Azərbaycanda  şərabçılığın  inkişaf  etməsi  və  buna  görə  də  şərab  ixracının 

artması nəticəsində çəllək istehsalı ilə məşğul olan peşə sənətkarlığı xey li genişlənmişdi. 

Sənətkarlığın  metal  əşyalar  və  bəzək  şeyləri  istehsalı  sahəsi  də  inkişaf  edirdi. 

Bunlardan  Azərbaycan  şəhərlərində  geniş  yayılmış  zərgərlik  ustalarının  düzəltdiyi 

məmulatlarda milli səciyyə qorunub saxlanır, zərb olunmuş, şəbəkəli və naxışlı emal bəzək 

şeyləri xüsusən fərqlənir, gümüş əşyalar qızılla bəzədilirdi. Zərgərlik işində ştamplama geniş 

yayılmışdı. Emal bəzəklər özlərinin incə naxışları ilə diqqəti cəlb edirdi. Qızıl bəzəklər ağ 

emalın  fonunda  qırmızı,  yaşıl  və  göy  emalla  naxışlanır,  gümüş  əşyalarda  qrafik 

naxışaçmadan və qara emalla naxışlamadan istifadə olunurdu. Azərbaycan zərgərləri XX 

əsrin  əvvəllərində  brilyant,  zümrüd, yaqut, almaz  və s. qiymətli  daşlardan geniş  istifadə 

etməyə başladılar. 

Mis əşyalar düzəldilən sahə  nisbətən  ixtisara  düşsə  də, peşə sənətkarlığında 

hələ mühüm yer tuturdu. Onun əsas mərkəzi olan Lahıcda mis qablar istehsal edən 100-

dən artıq emalatxana var  idi

114

.  Bu  emalatxanalarda  əmək bölgüsü  mövcud  idi və ustalar 



müəyyən məhsulun hazırlanması üzrə ixtisaslaşmışdılar. Azərbaycan misgərləri 80-dən çox 

çeşiddə  mis  əşyalar  - üstü ornamentlə bəzədilmiş  dəyirmi  sandıq  və sandıqçalar, əl-üz 

yumaq  əşyaları,  mətbəxdə  və  məişətin  digər  sahələrində  işlənən  müxtəlif  qablar  və  s. 

düzəldirdilər

115



Milli  mis  qablara  tələbat  böyük  idi.  Lahıcda  istehsal  olunan  qablar  təkcə 



Azərbaycanda deyil, Gürcüstanda, Dağıstanda, Şimali Qafqazda satılır, həmçinin İran və 

Kiçik Asiya ölkələrinə ixrac olunurdu. 

Dəmir  əşyalar  istehsal  edən  ustalar  əsasən  kiçik  kənd  təsərrüfatı  əşyaları 

düzəldir,  yaxud  onları  təmir  edirdilər.  Bəzi  emalatxanalarda  kotan  və  ingilis-bolqar 

maşınları tipində dənsovuran istehsal olunurdu.  Onların dəmir  hissələri emalatxanaların 

özündə, çuqun təkərləri isə sifarişlə Bakıda hazırlanırdı. Bu növ kotanlara, həmçinin əllə 

hərəkətə gətirilən dənsovuran maşınlara tələbat böyük idi.  

Sənətkarlıqda  müəyyən  yer tutan  gil  qablar  istehsalı  sahəsi  məişətdə  lazım 

olan  əşyalara  tələbatı  ödədiyi  üçün,  demək  olar  ki,  Azərbaycanın  hər  yerində 

yayılmışdı. 

Dəri  əşyalar  istehsalı  ilə  məşğul  olan  geniş  yayılmış  peşə  sənətkarlığı 

sahəsində çalışan sənətkarlar at üçün yəhər, cilov və başqa qoşqu əşyaları, kəmər, tütün 

kisəsi,  tuluq,  saat  qabı,  tapança  qabı  -qobur  və  s.  düzəldirdilər.  Onların  hazırladıqları 

tumaclar, gön məhsulları məşhur idi. Özünün xüsusi ştampı və markası olan Bakı və Lahıc 

tumacı İran tumacı kimi məşhur olub, bütün Qafqazda yayılmışdı. 

Abşeron  və  Bakı  şəraitində  minik  vasitələrinin  istehsalı  və  təmiri  mühüm 



 

 

36 



əhəmiyyətə  malik  idi.  XX  əsrin  əvvəllərində  Bakı  və  onun  ətrafında  bu  sənət 

sahəsində 500-dən çox usta çalışırdı. 

Başqa sənətkarlıq növlərindən biri  bədii  ipək  malların  istehsalı  idi.  Bu  sənət 

sahəsinin mühüm mərkəzləri Şamaxı qəzasında öz zərifliyi və rəngarəngliyi  ilə heyrət 

doğuran kəlağayı, ipək yorğan üzü, cecim,  Gəncə qəzasında kəlağayı, Nuxa qəzasında 

mü xtəlif  çəkili,  naxışlı  tikililər,  Qarabağda,  xüsusən  Ləmbəran  kəndində  müxtəlif, 

çoxrəngli  və  incəşəkilli  ipək  xalçalar  toxunurdu.  Bədii  ipək  mallar  toxuma  sənətinin 

mühüm mərkəzi Basqal kəndi idi. Burada 1800 dəzgahda 900 sənətkar çalışır, ildə 1,8 

mln ədəd ipək baş örtüyü toxuyurdular ki, onların qiyməti 1,6 mln. rubla bərabər idi. 

Beləliklə,  XX  yüzilliyin  əvvəllərində  xalçaçılıq,  zərgərlik  və  ağacişləmə 

sənətkarlığı  sahələri  in kişaf  edir,  fabrik-zavod  istehsalının  genişlənməsi  ilə 

əlaqədar  olaraq   mis,  dulusçuluq  sənət  sahəsi  geriləyir,  pambıq  parça  məhsulları, 

silah istehsalı sahələri isə aradan çıxırdı. 

Sənətkarlıq  istehsalı,  əsasən,  xırda  əmtəə  xarakterli  idi.  1913-cü  ildə 

Azərbaycanda 63699 sənətkar usta var idi. On ların sırasına  mövsümü sənətkarlar, 

məsələn,  250  mindən artıq  xalçato xuyanlar daxil deyildi.  Daimi sənətkar ustaların 

çoxu  sayı  100  minə çatan  mu zdlu  fəhlə qüvvəsindən istifadə edirdi. Manufaktura 

səviyyəsinə  yüksələn  sənət  sahələri  də  var  id i.  Məsələn,  Gəncədə  15  sahibkar-

sənətkarın  200  ipəkto xuyan  dəzgahı,  200  mu zd lu  toxucu  ustası  və  300 -ə  qədər 

şagirdi var idi. 

Ümu miyyətlə,  A zərbaycanda  ildə  25  mln  rubl  dəyərində  sənətkarlıq 

malları istehsal olunurdu. 

 

 

 



 

 


Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin