29
Q.Bürhanəddin poeziyasında canlılıq, təravət, musiqililik,
ritm və ahəng çaları. Dil və üslub gözəlliyi. Bədii təsvir və ifadə
vasitələrinin bolluğu. Obrazlılıq.
Q.Bürhanəddinin həyat və fəaliyyətinin, irsinin öyrənilməsi,
tədqiqi və nəşri.
Hürufilik. Fəzlullah Nəimi
(1339-1394). Şəhabəddin
Fəzlullah Nəimi ibn Əbu Məhəmməd Təbrizinin həyatı. Hürufilik
ideyalarının banisi olması və həmin ideyaları yaymağa başlaması
(1386). Nəiminin müridləri. Onun sağlığında və ölümündən sonra
müridlərin fəaliyyəti. Teymurləngin hürufilərə və Nəimiyə
münasibəti. Nəiminin edam olunması və qəbri. Əsərləri:
“Məhəbbətnamə”, “Ərşnamə”, “Növmnamə”, “Cavidannamə”,
lirik şeirlər divanı və s. “Cavidannamə”
hürufiliyin əsas
müddəalarını əks etdirən məramnamə xarakterli əsər kimi.
Hürufiliyin tarixi və mahiyyəti. Yaranma səbəbləri.
Özündən əvvəlki fəlsəfi, dini-mistik görüşlərlə, Quranla və
şiəliklə bağlılığı. Əsas ideyaları: ilahi varlığın ilkin, əzəli və əbədi
varlıq kimi qəbulu. Dünyanın sözdən yaranması, söz və hərflərin
müqəddəsləşdirilməsi və s.
Allahın
təbiətdə, əşyada və insanda təcəssümü. Panteizm.
“Ənəlhəqq” şüarı. Allahın özünü iki şəkildə – söz-kəlam və insan
şəklində təcəlli etdirməsi ideyası. Hürufilikdə insan konsepsiyası.
İnsanın surətində ilahi varlığın təcəssümü.
XIV-XV
əsrlər Azərbaycan ədəbiyyatında hürufilik
ideyalarının bədii əksi. Hürufiliyin başqa ölkələrdə yayılması.
Dostları ilə paylaş: