Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   26   27   28   29   30   31   32   33   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

Saib Təbrizi
(1601-1676). Həyatı. Mirzə Məhəmmədəli 
Saib Təbrizinin Təbrizdə doğulması. Atası. Əmisi. Ailələrinin 
Təbrizdən İsfahana köçürülməsi. Müəllimləri. Məkkə, Mədinə və 
Türkiyəyə səfər etməsi. Türk ədəbiyyatına təsiri. Hindistana səfər 
etməsi. 
Mühacirət həyatı. Kabul hökmdarı Zəfərxanla 
münasibətləri. Qürbətdə vətən həsrəti ilə yaşaması: Hindistandan 
qayıtması və yenidən İranın müxtəlif şəhərlərini səyahət etməsi. 
II Şah Abbas (1646-1666) tərəfindən saraya dəvət olunması və 
məliküş-şüəra təyin edilməsi. II Şah Abbasın ölümündən sonra 
saraydan uzaqlaşması. Həyatının son illəri. İsfahanda vəfat etməsi 
və Saib təkyəsində dəfn olunması. 
Y a r a d ı c ı l ı ğ ı. Öz şeirlərindən ibarət toplular: 
“Miratül-cəmal”, “Arayişi-nigar”, “Vacibül-hifz”
,
“Meyxanə”. 
Epik əsərləri: “Mahmud və Ayaz”, “Qəndəharnamə”. Başqa 
şairlərin şeirlərindən tərtib olunmuş şeirlər məcmuəsi. “Səfineyi-
Saib”. 
S.Təbrizinin zəngin bir bədii irs yaratması. Azərbaycan və 
fars dillərində şeirlər divanı yazması. Bizə gəlib çatan əsərləri. 
Saib hind-İsfahan səbkinin əsas nümayəndələrindən biri kimi. 
Hind-İsfahan səbkinin əsas xüsusiyyətləri. Saibin poeziyaya 
gətirdiyi yeniliklər. Füzuli və Saib. Saib şeirlərinin mövzu 
dairəsi. Dünyəvi və sufi-panteist məzmunlu şeirlərinin poetik 
xüsusiyyət-ləri. 
Yaradıcılığından 
nümunələrin 
təhlili. 
Təzkirəçilikdə və ədəbiyyatşünaslıqda Saib yaradıcılığına ikili 
münasibət. Şovinist İran alimləri Saib haqqında. 
S.Təbrizinin farsca şeirlərinin Azərbaycancaya tərcüməsi
irsinin tədqiqi və nəşri. 


42 
XIII Mövzu: XVIII əsrdə Azərbaycan ədəbiyyatı. 
Məsihi. N.Şirvani, Ş.Şirvani. 
XVIII əsrdə Azərbaycanda ictimai-siyasi vəziyyət və tarixi 
şərait. Səfəvilər dövlətinin tənəzzülü və süqutu. Nadir şahın 
hakimiyyət başına gəlməsi (1736-1747). Mərkəzləşdirilmiş dövlət 
yaratmaq sahəsindəki fəaliyyəti və islahatları. Nadirin ölümündən 
sonra İran dövlətinin parçalanması və Azərbaycanda müstəqil 
xanlıqların yaranması. XVIII əsrin Azərbaycan xalqının tarixində 
xanlıqlar dövrü kimi səciyyələnməsi. Rusiya, Türkiyə və 
Azərbaycan münasibətləri. Ağa Məhəmməd şah Qacarın 
Azərbaycana yürüşü. 
Mədəniyyət və ədəbiyyatın inkişafı. Bu dövr ədəbiyyatının 
səciyyəsi. Klassik ədəbi ənənənin və Füzuli ədəbi məktəbinin 
davamı. Poeziyada mövcud ictimai gerçəkliyin və müasir həyatın 
bədii əksi. Ədəbiyyatda yeni meyllər, ədəbi prosesin dövrün 
siyasi, ictimai və tarixi vəziyyəti ilə səsləşməsi. Poeziyada 
realizmin, xəlqiliyin, aşıq şeir tərzinin, dil sadəliyinin qabarıq 
şəkildə təzahür etməsi. 
Bədii tərcümənin inkişafı. “Şeyx Səfi mənqəbələri”, “Kəlilə 
və 
Dimnə”, 
“Cinan-ül-möminin” və s. kimi tərcümə 
nümunələrinin meydana gəlməsi. Tərcümə əsərlərinin dil və 
üslub xüsusiyyətləri. 
XVIII əsrin bədii nəsr nümunələri: Vəli Ərəşinin “Düzd və 
qazi” hekayəsi. Möhsün Nəsirin “Tutinamə”si, Məhəmmədin 
“Şəhriyar” dastanı. 
“Şəhriyar” dastanı folklorla yazılı ədəbiyyatın qovuşuq 
xüsusiyyətlərini özündə əks etdirən əsər kimi. Dastanın müəllifi. 
“Şəhriyar və Sənubər” adlı xalq dastanı ilə bağlılığı. Mövzusu, 
məzmunu və ideya-bədii xüsusiyyətləri, nəşri. 
XVIII əsr nəsr nümunələrinin dil və üslub məziyyətləri. 
Şeirdə realist meyllərin qüvvətlənməsi. Şəkili Nəbi, Zülali, 
Zari, Məlali, Baba Şirvani, Şikəstə Şirin, Arif Şirvani, Arif 
Təbrizi, Hüseyn xan Müştaq və s. kimi şairlər haqqında məlumat, 


43 
həmin şairlərin həm klassik ədəbi ənənəni, həm də yeni meylli 
realist ədəbiyyatı inkişaf etdirmələri. 
Məsihi
(1580-1656). Rüknəddin Məsud Məsihinin həyatı. 
Təvəllüdü və vəfatı barədə tarixi məlumat və bədii faktlar. 
Məsihinin təhsili. Sənəti. İstedadlı həkim kimi tanınması. 
Təxəllüsü ilə sənəti arasında əlaqə. I Şah Abbasla münasibətləri. 
Hindistana mühacirət etməsi və uzun müddət orada yaşaması. 
Həyatının Hindistan dövrü. Mühacirətdən sonrakı həyatı. 
Səfəvilər sarayı ilə münasibətləri. Oğul və qardaşları. Kaşanda 
vəfat etməsi. 
Y a r a d ı c ı l ı ğ ı. Lirik şeirlər divanı, tibbə dair 
“Zabitətül-əlac”, Nizami “Xəmsə”si mövzularında “Xosrov və 
Şirin”, “Məcmueyi-xəyal” və s. əsərlər yazması barədə 
məlumatlar. Şairin özünün “Vərqa və Gülşa” poemasında 
“Zənbur və əsəl” və “Danəvü dam” adlı əsərlər yazdığını qeyd 
etməsi. Şairin yaradıcılıq irsindən yalnız “Vərqa və Gülşa” 
poemasının bizə gəlib çatması.
“Vərqa və Gülşa”nın I Şah Abbas adına başlayıb, “Şah 
Səfi” adına tamamlanması. Yazıldığı tarix (1628-29). 
Füzulinin “Leyli və Məcnun”u ilə mövzu və forma 
yaxınlığı. Həzəc bəhrində yazılması. “Vərqa və Gülşa” 
mövzusunun mənşəyi. Yazılı ədəbiyyata gəlişi. Poemanın 
mövzusu, məzmunu, süjeti. Kompozisiyası, ideya-bədii 
xüsusiyyətləri, xalq ədəbiyyatı ilə əlaqəsi. Süjet dinamikliyi və 
epik vüsəti. Obrazların səciyyəsi: müsbət və mənfi obrazlar. 
Əsərdə saf və ülvi eşqin, comərdliyin, sədaqətin, cəngavərliyin, 
insanlığın, alicənablığın, xeyirxahlığın və s. tərənnümü. Poema-
nın ideya-tərbiyəvi əhəmiyyəti və sənətkarlıq xüsusiyyətləri. 
Məsihinin həyatının və “Vərqa və Gülşa” poemasının 
tədqiqi və nəşri. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin