Pedaqoji universitetləRDƏ bakalavriat səVİYYƏSİ ÜZRƏ


IX Mövzu: Seyid Əbülqasım Nəbatinin həyatı və



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/68
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174763
1   ...   34   35   36   37   38   39   40   41   ...   68
Azərbaycan ədəbiyyatı 1,2,3,4 proqram 2022

IX Mövzu: Seyid Əbülqasım Nəbatinin həyatı və 
yaradıcılığı.
Həyatı və yaradıcılığı. Təxəllüsü haqqında fikirlər. 
Azərbaycanca və farsca klassik üslubda yazdığı şeirləri: qəzəl, 
müxəmməs, müstəzad, rübai, tərci və tərkibbəndləri, saqınamə və 
çarparələri. Yaradıcılığında klassik Azərbaycan və Şərq şeiri 
ənənələrini davam və inkişaf etdirməsi. 
Nəbatinin aşıq şeiri tərzində yazdığı qoşma, təcnis və 
gəraylıları: “Gözlər nə gözlər”, “Bu göz kimi göz”, “Ay Pəri”, “O 
üz bu üzə”, “Məndən”, “Var” və s. Nəbatinin təriqət görüşlərini 
əks etdirən şeirləri. Əli aşiqi Nəbati haqqında. Nəbatinin divanı 
haqqında. 
Lirikasının sənətkarlıq xüsusiyyətləri. Nəbati irsinin tədqiqi 
və nəşri. 
X Mövzu:
Mirzə Fətəli Axundzadənin həyatı və mühiti. 
Şeir yaradıcılığı.
Həyatı və təhsili. İlk qələm təcrübələri. 
“Zəmanədən şikayət”, “Puşkinin ölümünə Şərq poeması”. Klassik 
və şifahi xalq ədəbiyyatı üslubunda yazdığı şeirləri, satirik 
şeirləri. “Hekayəti Seyid Ələm Səlyani”, “Hekayəyi Bədiəxani 
Ərdəbili və Məşədi Buttan Səlyani”, “Hekayəti Pota Kərim və 
Səfər Dəllək” mənzum hekayələrinin ictimai məzmunu və satirik 
mahiyyəti. 
Mənzum məktubları. Q. Zakirə və C. Nəvaya ünvanlanan 
mənzum məktubların şairin həyatını öyrənmək baxımından 
əhəmiyyəti. Axundzadənin “Yeni əlifba haqqında mənzumə” 
satirası və Həcvi Əbdürrəsul xan şeirləri. M. F. Axundzadənin
milli dramartugiyanın banisi kimi. Dramaturgiyasının əsas 
xüsusiyyətləri: mövzu aktuallığı, məzmun kəskinliyi, dilinin 
sadəliyi və xəlqiliyi. 
 
XI Mövzu:
Mirzə Fətəli Axundzadənin dramaturgiyası.
Axundzadənin 
komediyaları: “Hekayəti-Mola İbrahimxəlil 


57 
kimyagər” (1850), “Hekayəti- Müsyo Jordan və dərviş Məstəli 
şah cadukuni-məşhur” (1850), “Sərgüzəşti-vəziri xani- Lənkəran” 
(1850), “Hekayəti-xırs quldurbasan” (1851), “Hekayəti-mərdi-
xəsis” və ya “Hacı Qara” (1852), “Mürafiə vəkillərinin hekayəti” 
(1855). 
“Hekayəti-Molla İbrahimxəlil kimyagər” Azərbaycan 
dramaturgiyası tarixində ilk realist komediya kimi. Bu əsərin 
“Ölülər” komediyasına təsiri. “Müsyo Jordan və dərviş Məstəli 
şah” komediyasında cadugərliyin ifşası və 1848-ci il Fransa 
inqilabına müəllifin ustalıqla toxunması. Komediyanın kompo-
zisiyası və əsas surətləri.
“Vəziri-Xani Lənkəran” komediyasında Vəzir Mirzə Həbib 
və Lənkəran xanının timsalında ləyaqətsiz feodal hakimlərinin 
tənqidi.
“Xırs quldurbasan” komediyasının iki variantı və bunların 
arasındakı fərq.
“Sərgüzəşti-mərdi-xəsis” və ya “Hacı Qara” komediyası 
Axundov dramaturgiyasının zirvəsi kimi. Komediyanın 
orijinallığı və realizmi. Əsərin quruluşu. Obrazları və dili. “Hacı 
Qara” Azərbaycan dramaturgiyasının klassik əsəri kimi. 
“Mürafiə vəkillərinin hekayəti” komediyasının mövzusu və 
əsas surətləri. Əsərin konflikti və finalın təsadüfi xoşbəxt nəticə 
ilə bitməsi. İran şəriət məhkəmələrinin tənqidi komediyanın əsas 
ideyası kimi. 
Axundzadə komediyalarının oynanılması və nəşri tarixi. 
Azərbaycan dramaturgiyasının inkişafında bu komediyaların rolu. 
70-90-cı illərdə yetişən gənc dramaturqlar nəsli N.Vəzirov, 
Ə.Gorani, R.Əfəndiyev, H.Vəzirov, Ə.Haqverdiyev. C.Məm-
mədquluzadə, N.Nərimanov, M.Təbrizi Axundovun varisləri 
kimi. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin